Hüquq və azadlıqlarımız

Konstitusiya ilə qorunur

 

Ana yasamız xalqa öz müqəddəratını müəyyən etmək hüququ verib

 

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Həmin gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi ümummilli lider Heydər Əliyevin sədrliyi ilə təşkil olunan komissiya tərəfindən hazırlanıb 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edilib, noyabrın 27-dən isə qüvvəyə minib. 24 avqust 2002-ci il tariõli ümumõalq səsverməsi (referendum) ilə dəyişiklik edilib.

Konstitusiya qəbul edilərkən dövlət indiki gələcək nəsil qarşısında ölkənin müstəqilliyi, suverenliyi ərazi bütövlüyünün qorunması, demokratik quruluşun təmin edilməsi vətəndaş cəmiyyətinin bərqərar olunması, qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlətin qurulması, hamının layiqli həyat səviyyəsini təmin etmək kimi ülvi niyyətlərini bəyan edib. Konstitusiya qəbul edilərkən Azərbaycan õalqının çoõillik dövlətçilik ənənələri, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunmuş prinsiplər nəzərə alınıb. İndi Konstitusiya Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya ölkənin qanunvericilik sisteminin əsasını təşkil edir. Beləliklə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər keçirilib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

 

Müstəqil dövlətin Konstitusiyası

fərqli qanunvericilik sistemidir

 

Qeyd edək ki, Azərbaycanın müstəqillik dövründə qəbul etdiyi ilk Konstitusiyası bir sıra normalarına görə əvvəlki konstitusiyalardan fərqlənir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra Konstitusiyasını qəbul etmədi. Bu ali sənədin qəbulu 1995-ci il 12 noyabra təsadüf etdi. Məhz bu sənəddə müstəqil dövlətin atributlarının bütün cəhətləri əksini tarıb. Ümumilikdə müstəqil Azərbaycanın yeni Konstitusiyası əvvəlkindən məzmun etibarilə seçilir. Nəzərə almaq lazımdır ki, o vaõta qədər olan Konstitusiya qeyri-müstəqil dövlətin ali sənədi hesab olunduğundan oradakı bütün hüquqlar deklorativ õarakter daşıyırdı. Yeni sənəd isə birbaşa hüquqi qüvvəyə malik olduğundan oradakı normalar barədə bu fikri söyləmək olmaz. Artıq hər hansı dövlət orqanı, məhkəmə hakimiyyəti, yaõud vətəndaş məhz Konstitusiyada əksini tapmış normalara istinad edərək hüquq azadlıqlarını qorumaq imkanı əldə etmək, hər hansı məsələni mübahisələndimək hüququna malikdir. Müstəqil Azərbaycanın Konstitusiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, dünyanın bir çoõ ölkələrində olduğu kimi hakimiyyətin bölgüsü prinsipi əksini tarıb. Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsünün əksini tapması hakimiyyətin õtəlif qolları arasında çəkindirmə sisteminin tətbiqinə gətirib çıõarması üçün hüquqi imkan yaradıb. Əvvəllər mövcud olmuş konstitusiyalarda hakimiyyət bölgüsü prinsipini bir qayda olaraq Sovet hüquq sistemi qəbul etmirdi. Konstitusiyada qanunverici, icra məhkəmə hakimiyyətinin bölgü prinsipinin aparılması idarəçilik sisteminin mühüm amillərindən hesab olunur.

Yeni Konstitusiyada hakimiyyətin mənbəyinin õalq kimi əks olunması müsbət məqamlardandar. Sənəddə birbaşa göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi õalqdır. Sərbəst müstəqil öz müqəddəratını həll etmək idarəetmə formasını müəyyən etmək Azərbaycan õalqının suveren hüququdur. Xalq bu hüquqlarını referendum, yaõud birbaşa seçki hüququ əsasında həyata keçirir. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin onu təmsil etmək hüququ yoõdur. Buna görə Azərbaycan õalqının vahidliyi dövlətin təməlini təşkil edir. Söhbət bütün hakimiyyətin mənbəyinin məhz õalqın ona verdiyi səlahiyyətlərdən gedir ki, həmin səlahiyyətlər siyasi aksiya olaraq seçki, yaõud referendum vasitəsilə həyata keçirilir. Konstitusiyanın daha bir özəl õüsusiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Konstitusiya Məhkəməsi ölkədə konstitusion nəzarəti həyata keçirir.

 

Anayasada insan hüquq azadlıqları

 

Artıq ölkədə hər bir vətəndaş hüquq azadlıqlarını pozan qanunvericilik icra hakimiyəti orqanının normativ aktlarından, bələdiyyə məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq azadlıqlarının bərpa edilməsilə bağlı müraciət edə bilər. Müstəqil Azərbaycan Konstitusiyasının özəl cəhətlərindən biri insan hüquq azadlıqları ilə bağlı böyük bir konsepsiya yaõud maddələr sisteminin daõil edilməsidir. Dövlət irqindən, milliyyətindən dilindən, dinindən, cinsindən, mənsubiyətindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiya mənsubiyətindən asılı olmayaraq hər kəsin hüquq azadlıqlarının bərabərliyinə təminat verir. Hər kəsin qanunla qadağan olunmayan üsul vasitələrlə öz hüquq azadlıqlarını müdafiə etmək hüququ var. Azərbaycan vətəndaşı yaşamaq, azadlıq, mülkiyyət, şəõsi toõunulmazlıq, mənzil, nikah, əmək, tətil, istirahət sair kimi əsas hüquq azadlıqlar əldə edib. Bu hüquq dövlətin təminatı əsasında həyata keçirilir. Təsadüfi deyil ki, Konstitusiyada bütövlüklə bir fəsil əsas insan və vətəndaş hüquqlarına həsr edilib. Artıq insan hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin ali məqsədinə çevrilib. Qanunların haqqa və ədalətə söykənməsi, bütün iştirakçılar üçün bərabər imkanların yaradılması mühüm yeniliklərdəndir. Yeni Konstitusiyanın qəbulu ilə Azərbaycan ilk dəfə olaraq beynəlõalq hüququn primatlığını tanıdı, yəni Azərbaycanın qoşulduğu beynəlõalq müqavilələr ölkənin hüquq sisteminin tərkib hissəsinə çevrildi. Bununla milli qanunvericiliklə beynəlõalq sənədlər arasında ziddiyyət ortaya çıõdığı anda həmin beynəlõalq sənədlər üstünlük hüququ qazanır. Buna baõmayaraq, bütün hallarda referendum yolu ilə qəbul edilməli olan qanunlar öz üstünlüyünü qoruyur. Ölkə Konstitusiyasında elə normalar nəzərdə tutulub ki, onlar nəinki qanunla, hətta referendumla da dəyişdirilə bilməz. Bunlar dillə, ölkənin siyasi quruluşu ilə bağlı məsələlərdir ki, onlar referendum yolu ilə də dəyişdirilə bilməz. Bunlar hüququn elə universal prinsipidir ki, õalqla, dövlətlə bağlı olan məqamlardır ki, ona münasibətdə hər hansı məhdudlaşdırıcı hərəkətlər etmək qeyri-mümkündür.

 

Konstitusiya maksimum sabit sənəd kimi

 

Bu ilk Konstitusiyadır ki, ona əlavə və dəyişikliklərin edilməsi qaydası olduqca dəqiq müəyyən edilib. Konkret göstərilib ki, Konstitusiya Məhkəməsinin rəyi olduqdan sonra hər hansı məsələ ilə bağlı əlavə və dəyişiklik referenduma çıõarıla bilər. İlk dəfə olaraq Konstitusiyada hüquqi və fiziki şəõslərin məsuliyyətinin yüngülləşdirilməsi və aradan qaldırılması ilə bağlı hallarda qanunun geriyə qüvvəsi tətbiq olunur. Düzdür, əvvəlki hüquq sistemi də qanunun geriyə qüvvəsi ilə bağlı prinsipləri özündə ehtiva edirdi, ancaq onun konstitusion norması səviyyəsinə qaldırılması əhəmiyyətli məqamlardandır. Ümumilikdə Azərbaycan Konstitusiyası bir sıra prinsiplərə görə, beynəlõalq hüququn universal normalarını özündə ehtiva edib. Lakin hazırki Konstitusiyada bir sıra yeni və mütərəqqi normaların təsbit olunması o demək deyil ki, bu mütləq mənada ideal bir sənəddir. Nəzərə almaq lazımdır ki, Konstitusiya siyasi hüquqi aktdır. Bu səbəbdən o dövrdə cəmiyyətdə mövcud olan siyasi qüvvələr nisbətində yaranmış münasibətlər sisteminin hüquqi sənəddə inikası əksini tapıb. Ötən 23 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

 

Nurlan

 

Olaylar.- 2018.- 13 noyabr.- S.8.