Turizm sahəsində görülən

işlər xüsusi əhəmiyyət kəsb edir

 

"Yaxşı gəlir əldə edən vətəndaşlarımızın zəhməti nəticəsində dövlətin büdcəsi hər il daha artaraq, güclənir"

 

Sahibkarlığın, o cümlədən kiçikorta sahibkarlığın inkişaf etdirilməsi, biznesinvestisiya mühitinin yaxşılaşdırılması sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsalemal sahələrinin inkişafını 2 stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi, yüksək keyfiyyətli, idxalı əvəz edən, rəqabətə davamlı ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması və biznes sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində işlər 2018-ci ilin 6 ayı ərzində də uğurla davam etdirilmişdir.

 Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin, xüsusilə də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmışdır. Bu qəbildən olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər hesabat dövründə də davam etdirilmişdir.

Dövlətin dəstəyi ilə kənd təsərrüfatı koopersiyası inkişaf etdiriləcək. Bu da gələcəkdə aqrar sahədə kiçik sahibkarlığı inkişaf etdirməyə geniş imkanlar yaratmaqla yanaşı iri təsərrüfatlar arasında rəqabəti gücləndirəcəkdir. Son nəticədə isə ölkəmizdə səmərəli fəaliyyət göstərən aqrar sektor formalaşacaqdır.  Proqramda bu məsələ ilə bağlı hansı tədbirlərin hansı müddətdə və hansı dövlət qurumları tərəfindən görüləcəyi dəqiq əksini tapıb. Hesab edirəm ki, dövlət proqramının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında  yeni mərhələnin başlanğıcı olacaqdır.

Aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə respublikanın 30 rayonu üzrə 192 min hektar ərazidə dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparkların yaradılması üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bununla əlaqədar zəruri infrastruktur işlərinə 207 milyon manat dövlət əsaslı vəsaiti qoyulmuş, 16 aqroparkın yaradılmasına 111 milyon manat dövlətin güzəştli kredit vəsaitləri ayrılmışdır. Eləcə də, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilmişdir. Aqroparklardan 4-də birinci mərhələ üzrə işlər başa çatdırılmış, 25 aqropark üzrə tikinti-quraşdırma, 16 aqropark üzrə isə 5 layihələndirmə işləri aparılır. 14 aqroparkın 2018-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Aqroparkların yaradılması, kənd təsərrüfatlı təyinatlı torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsi üçün münbit torpaqların əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər 2018-ci ilin 6 ayı ərzində də davam etdirilmişdir.

"Dövlət Sahibkarlığa Dəstək Milli Fondu" tərəfindən verilmiş güzəştli kreditlər hesabına və "ABAD"-ın təsis edilməsi ilə ailə biznesinin böyüdülməsi işinə dövlət dəstəyinin göstərilməsi nəticəsində iqtisadi demokratiya Azərbaycanda bərqərar edilmişdir. Dövlətimiz kənd təsərrüfatı və maldarlıq kimi həyati önəm kəsb edən sahələri də diqqətdən kənar qoymamışdır. Müasir infrasturuktura malik fabrik, zavods. ilə yanaşı Azərbaycan bu gün xaricdən idxalın azadılması və asılılığın minimum səviyyəyə gətirilib, çatdırılmasında maraqlı ölkə kimi çıxış etdiyi üçün dövlət kənd təsərrüfatı və maldarlıqla məşğul olan fermerlər üçünxüsusi tədbirlər görüb. Bu gün görülən tədbirlər nəticəsindədir ki, fermer familiyyəti ilə məşğiul olan yerli əhalinin sayı durmadan artır. Kənd təsərrüfatı nazirliyinin xətti ilə subsidiaların verilməsi, güzəştli şərtlər və lizinq yolu aqro-texniki avadanlıqların satışının təmin edilməsi kimi önəmli işlər bu günün fermerinin bütün tələbatını lazımi səviyyədə qarşılayır. Ölkədə regionların iqtisadi inkişaf tempi bütün sahələrdə çoxşaxəli formatda inkişaf edir. Bu iqtisadi tərəqqi özü ilə sosial inkişafı da paralel olaraq sürətləndirir. Çalışan və yaxşı gəlir əldə vətəndaşlarımızın zəhməti nəticəsində dövlətin büdcəsi hər il daha artaraq, güclənir. Dövlət öz növbəsində artan büdcənin vəsaitlərini yenidən dolayı yolla xalqın özünə qaytarır. Bu gün regionlarda ard-arda istifadəyə verilən xəstəxanalar, məktəblər, uşaq baxçaları, mədəniyyət evləri, muzeylər, parklar, xiyabanlars. Bunun bariz nümunəsidir.

Cənab Prezidentin təşəbbüsü ilə bir Azərbaycan brendi olan ``ASAN XİDMƏT``-in təsis edilməsi və hər ötən gün regionlarda yeni mərkəzlərinin isrifadəyə verilməsi vətəndaş və hökumət münasibətlərinin tam yeni bir səhifəsini açmışdır. Tam şəffaf və anti-korrupsioner bir qurum vətəndaşları sosial innovasiyalar üzrə tam qane edir. Bu gün vətəndaşlara qayğı və rüşvətxorluqla mübarizə çərçivəsində bu məsələyə baxıldıqda biz aydın görürük ki, dünyada anoloqu olmayan bir sistem yaradılıb və bu gün qabaqcıl hesab edilən avropa dövlətləri bizdən bu kursu öyrənmək üçün can atırlar.

Bununla da aydın olur ki, cənab Prezident necə də dərin , düşünülmüş  çoxşaxəli və mürəkkəb bir sistem hesabına paralel inkişaf siyasəti qurub. Bir baxın ``Regionların sosial-iqtisadi İnkişafı`` dövlət proqramının və ``Sosial İnnovasialar Üzrə Dövlət Agentliyi - ASAN XİDMƏT`` -in hər birinin müəllifi şəxsən cənab Prezident özüdür. Bu iki nəhəng layihə hesabına Respublikada son illərdə vətəndaşların sosial, iqtisadi, biznes, maddi həyatı paralel olaraq necədə sürətlə inkişaf edib . O dahi şəxsiyyətin ağzından çıxan bir kəlmə belə bu zamana qədər icra edilməmiş qalmayıb. Mən əminəm ki bu günə qədər görülən işlər gələcəyin qarantıdır. Bizim hələ də dəqiq formada anlaya və məqsədini dərk edə bilmədiyimiz onlarla, bəlkə də yüzlərlə layihələr cənab Prezident tərəfindən yuxarıda qeyd etdiyim misalda əks olunduğu kimi şübhəsiz ki kordinasiya edilir.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində turizm sahəsində görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda son illər ərzində turizm sahəsində mühüm addımlar atılıb, məqsədyönlü tədbirlər həyata keçirilib. Azərbaycanın müxtəlif bölgələrində turist marşrutları üzrə infrastruktur şəbəkəsinin yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Ölkəmizin reytinqinin yüksəlməsində mühüm rol oynayan "Şahdağ" Qış-Yay Turizm Kompleksi belə yüksək səviyyəli obyektlərdəndir. Ölkə başçısı hər il olduğu kimi bu il də sözügedən kompleksdə görülən işləri diqqət mərkəzində saxlamış, 30 yanvar 2018-ci il tarixində bu turizm kompleksinə səfəri zamanı növbəti inkişaf planları ilə tanış olmuşdur. Həmçinin turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə ölkə başçısı tərəfindən imzalanmış 20 aprel 2018-ci il tarixli Sərəncamla Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılması turizmin inkişafında yeni imkanlar açmış və bu sahədə gələcək hədəflər müəyyənləşdirilmişdir.

Prezident İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb. Ölkədə hökm sürən sabitliyin möhkəmlənməsini inkişaf üçün başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qarşıya məqsəd qoyub. Prezident İlham Əliyev həmişə - həm birinci dəfə prezident olduğu müddətdə, həm də ikinci dəfə prezident seçildikdən sonra bu prinsipi tam yetkin formada möhkəmləndirərək Azərbaycanın regionda ən stabil dövlət olmasını sübut edib. Prezident İlham Əliyev ölkənin iqtisadi inkişafına yeni dinamizm elementləri, respublikamızın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmağa nail olub. Həmin iqtisadi hədəflər "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda öz əksini tapıb. Dövlət başçısı bu proqramı gerçəkləşdirməklə bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls veribbütün rayonlarda kompleks tədbirlərin həyata keçirilməsinə nail olub. Qeyd olunan sənədin uğurla icra olunması regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə və son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bu proqram regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaratmış olub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 14 noyabr.- S.15.