Qaxda yol infrastrukturu inkişaf etməkdədir

 

Ölkəmizdə həyata keçirilən düşünülmüş siyasət hesabına, uğurlu islahatlar aparırılır. Bu cür düzgün siyasət Azərbaycanı dünyanın inkişaf etmiş etmiş ölkələri arasında söz sahibinə çevirib. Müstəqil respublikamız sürətli və dayanıqlı inkişaf dövrü keçməkdədir. Bu gün ölkə daxilində ki, sabitliklə yanaşı xarici ölkələrdə də söz sahibi olmamızın başlıca səbəblərindən biri ölkəmizin bütün sahələr üzə inkişafı və tərəqqisidir. Günü-gündən daha da artan, möhkəmlənən inkişaf və tərəqqidə 2004-cü ildən icrasına start verilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əhəmiyyəti böyükdür. Məhz bu proqramın uğurla icrası ölkədə qeyri neft sektorunu inkişaf etdirir. 14 ildir həyata keçirilən regional proqramlar çərçivəsində görülən işlərə, müsbət nəticələrə baxsaq, proqramın nə qədər əhəmiyyəli olduğunun şahid olarıq. 2004-cü ildən başlayaq mərhələli şəkildə həyata keçirilən və hazırda üçüncü mərhələsinin icrası başa çatmaqda olan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsi icra olunan hər iki mərhələdəki kimi hətta onlardan da daha uğurla icra edilib başa çatmaqdadır. Buna səbəb respublikamızın günü-gündən daha da inkişaf etməsidir.

 

Bu gün müstəqil Azərbaycan heç bir iqtisadi çətinlik yaşamır. Çünki dövlət öz iqtisadi inkişafını sadəcə neft sektoruna bağlamayıb. Əgər iqtisadi böhran illərində digər neft ölkələri böhrandan böyük zərərlə ayrıldısa Azərbaycan o mərhələni daha az zərərlə keçdi. Bu da onu sübut edir ki, qeyri neft sektorundakı canlılıq iqtisadiyyatımızı hər zaman möhkəm saxlamağa qadirdir.

Regional proqramların bu işdə əhmiyyəti böyükdür. Ölkəmizdə işsizlik pboblemi minumuma endirilib. Buna səbəb Dövlət Proqramının hər üç mərhələsində yeni-yeni yerlərinin açılmasıdır. Regionlarda zavod, fabrik yeni istehsal müəssisələrinin yaradılması əhalinin məşğulluq səviyyəsini artırıb. Əgər əvvəl ki, vaxtlarda insanlar işlə təmin olmaq üçün bölgələrə üz tuturdularsa indi bu hal demək olar ki, aradan qalıdırılıb. Artıq insanlar paytaxtaxarici ölkələrə üz tutmadan yaşadıqları bölgədə çalışaraq ailəsinin soial-rifahını yüksəldə bilər.

Regionların sosial-iqtisadi inkişına dair Dövlət Proqramlarının icrası çərçivəsində əsas diqqət yetirilən məsələlərdən biriyol infrastrukturunun yenidən qurulması və yeni yolların çəkilməsidir. İlk iki mərhələdə olduğu kimi hal-hazırda icrası uğurla  davam edən Dövlət Proqramının üçüncü mərhələsində də yol infrastrukturunun yaradılması və yeni yolların çəkilməsi istiqamətində mühüm işlər görülür.

Çünki yol infrastrukturunun mükəmməl şəkildə qurulması əhalinin rahatlığı üçün vacib olmaqla yanaşı həm də, iqtisadi inkişaf üçün mühüm amildir. Müasir standartlara cavab verən yol infrastrukturu həm də, yeni investisiyalar qoyulmasına səbəb olur. Onu da qeyd etmək lazımdır ki, nə qədər yeni yol tikintisi varsa, bir o qədər işçi qüvvəsi var.  Magistral yollar əhalinin sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməklə kifayətlənmir. Bu yollar, turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

Respublikamızda düşünülmüş, uğurlu siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır. Avtomobil yollarının yenidən qurulması bütün bölgələri, rayonları və kəndləri əhatə edir.

Bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz sərəncamına əsasən yeindən qurulan Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun avtomobil yolunun açılışını edib. Müasir standartlara cavab verən Qax-Qıpçaq-Ağyazı avtomobil yolu 13 məntəqəni əhətə edirrayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Regionun yaşayan  4 min nəfərəhalisi mükəmməl yol infrastrukturu hesabına həm istədədikləri ünvana rahat və təhlükəsiz şəkildə çata biləcək. Təhlükəsiz olaraq yük və sərnişin daşıması xeyli yaxşılaşdıracaq. Bütün bunlar əhalinin sosial rifahının yüksəlməsinə də imkan şərait yaradacaq.

İstər Qax-Qıpçaq-Ağyazı avtomobil yolu istərsə də digər yolların yenidən qurulması hesabına bu gün yol qəzaları müsbət irəliləyiş göstəricisi ilə azalmaqdadır.

Avtomobil Yolları Dövlət Agentliyindən (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycanda müasir standartalar cavab verən yol infrastrukturunun daha da təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması kimi tədbirləri məsuliyyətli və uğurla icra edir) məlumat verilib ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Müvafiq olaraq, III və IV texniki dərəcələrə aid olan ikizolaqlı hərəkət hissəli yolun inşası yüksək keyfiyyətlə, bütün texniki tələblərə və ardıcıllığa uyğun aparılıb. Layihə çərçivəsində zəruri olan yerlərdə suötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub, yol-cizgi xətləri çəkilib. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilib.

Yol yenidən qurulmadan əvvəl müasir standartlara cavab vermədiyi üçün uzun yol geyimiyolun əsası, həmçinin torpaq yatağı deformasiyaya uğradığı üçün, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib. Lakin regional proqramların uğurla icrası nəticəsində yolun yenidən qurulması bu gün əvvəlki problemləri arxada qoyub.

Yeni yol infrastrukturunun qurulması əhalini rahat və təhlükəsiz yolla təmin etməklə yanaşı regionda kənd təsərrüfatını, turizmi əhəmiyyətli dərəcədə inkişaf etdirəcək və  zatən güclü olan iqtisadiyyatı birazda möhkəmləndirərərək daha da dayanaqlı formaya gətirəcək.

Qax-Qıpçaq-Ağyazı avtomobil yolu soial-iqtisadi əhəmiyyətə malikdir. Çünki yol, ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolundan ayrılır. Cənab prezidentin imzaladığı fərmana əsasən Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsi də təmir olunur.Yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə iki metr enində çiyinlər və genişləndirildikdən sonra eni 9 metrə çatdırılan hərəkət hissəsi daxildir.

Lakin tikinti layihəsinə yalnız bunlar daxil deyil. Beləki, yolboyu mövcud olan beş avtomobil körpüsünün əsaslı şəkildə təmiri aparılıb. Suların ötürülməsi üçün yolun altında müxtəlif ölçülü 68 ədəd dəmir-beton borular quraşdırılıb. Texnoloji ardıcıllığa riayət edilərək görülən işlər bu layihəyə qədər ciddi yanaşıldığının göstəricisidir.

Regionlarda bütün yollar əsaslə şəkildə təmir edilməkdədir.

Buna misal olaraq Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsini göstərməək olar. Bu hissə, iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Yük sərnişinin daşımasını xeyli asanlaşdıracaq, birbaşa turizmin inkişafına öz tövhəsini verəcək.

Əhalinin yaşayışını daha da rahatlaşdırmaq üçün Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsi yenidən qurulmağa başlayıb. Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsini əhatə edən yol başlanğıcını Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometrliyindən - Qax şəhərinin girişindən götürür. Yol Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometrinədək uzanır. Ümumi uzunluğu 29,8 kilometr olan yol üçüncü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı yolun ümumi eni 12 metrdir. Bundan əlavə, 52 ədəd suötürücü boru tikilib, beton kanal drenaj işləri görülüb, rabitə su xətlərinin yeri dəyişdirilib, 4 yerdə heyvanların keçidi inşa olunub. Tikinti işləri zamanı Qum çayı üzərində uzunluğu 23,2 metr Süzgənc çay üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər tikilib. Dərnə, Atagar, Muxax Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı bərpa bərkitmə işləri aparılıb.

Bu göstəricilər regional proqramların qədər uğurla icra edildiyindən xəbər xerir.

Yolu xüsusi edən cəhət odur ki, Qax-Zaqatala rayonlarının 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək hər iki rayin arasında olan yol məsafəsi xeyli qısalacaq. Qax-Zaqatala avtomobil yolunu əhəmiyyətli edən ən böyük amil, ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsi olmasıdır. Bütün bubnlar göstərir ki, ölkəmizdə müasir standartlara cavab verən yol infrastruktunun qurulması bütün sahələrə müsbət təsir göstərir. Ən əsası isə qeyri neft sektorunun daha da canlanmasına şərait yaradır. Ölkəmiz bu gün təbii yeraltı sərvətimiz neftdən asılı olmadan da, qeyri neft sektorunun yüksək inkişafı ilə iqtisadiyyatını gücləndirməyə qadirdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 15 noyabr.- S.15.