Azərbaycan dini və
milli
tolerantlıq məkanına
çevrilib
Mədəniyyətlərarası
dialoqun təşviqində ölkəmizlə müqayisə
ediləcək ikinci bir təcrübə yoxdur
Tarixi İpək yolunda yerləşən
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan
olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik
mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin
və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadığı diyar kimi tanınıb.
Ölkəmizin
tarixinə nəzər salsaq, bu
məkanda demokratik intibah dövründə də, vahid
totalitar rejimdə də müxtəlif xalq və dinlərin
dinc yanaşı yaşamasını təsdiqləyən
kifayət qədər faktların olduğunun şahidi
olarıq. Xalqımızın milli mədəniyyəti, adət
və ənənələri müqəddəs dininə
söykənməklə özündə böyük mənəvi-əxlaqi,
ülvi və dünyəvi duyğuları əks etdirib. Fəxarətlə
deyə bilərik ki, Azərbaycanın geridə qoyduğu
tarixi mərhələlərin heç birində milli, irqi, dini zəmində
hansısa diskriminasiya hadisəsi
qeydə alınmayıb. Sirr deyil ki,
qədim dövrlərdən bəri Azərbaycan çox
millətli, çox dinli bir ölkə olaraq özünü
təsdiqləyib. Məmləkıtimzi əhatə edən
qonşulartın hansı millətin nümayəndəsi,
hansı dinin təmsilçisi olmasından asılı olaraq
onlara qarşı dözümlü olmuşuq. Əsrlər, qənirələr bir-birini əvəz etsə də,
Azərbaycan xalqı öz humanist mövqeyində qalıb, nəsillər
bu ənənəni davam etdiriblər. Azərbaycan müstəqillik
əldə etdikdən sonra da bu ali dəyərlər nəinki
qorunub, hətta dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilib. Nəzərə almaq lazımdır ki, tolerantlıq
düşüncə tərzi, cəmiyyətin tarixi
inkişafının nəticəsi, müxtəlif mədəniyyətlərin
birgəyaşayışıdır. Tolerantlıq ayrıca
bir dövlətin deyil, artıq bütün dünyanın
qlobal, sosial-mədəni
statusunu kəsb edib. Ümumilli lider Heydər Əliyevin
təbirincə desək "tolerantlıq həm insani
münasibət və cəmiyyətdə gedən proseslərin,
həm də dövlətlərarası, millətlərarası,
dinlərarası münasibətlərin bir çox cəhətlərinə
aiddir... O, təkcə dinlərin bir-birinə
dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə,
mənəviyyatına, mədəniyyətlərinə
dözümlülük deməkdir".
Hazırda Azərbaycan bir çox millətlərin,
müxtəlif dinlərin nümayəndələrinin dinc, əmin-amanlıq
şəraitində yaşadığı ölkə olaraq
dövlətlər, xalqlar üçün örnək
göstərilir. Tolerantlıq bir keyfiyyət göstəricisi
olaraq Azərbaycan xalqının həyat tərzinə
çevrilib. Bu isə xalqımızın fərqliliyi və
zənginliyinin təzahürüdür. Artıq tolerantlıq Azərbaycan
xalqının xarakteri, özünüifadə
formasıdır. Baxmayaraq ki, Azərbaycanda ən geniş
yayılmış din İslamdır, əhalinin 96%-i müsəlmandır,
ancaq ölkədə bundan başqa xristianlıq və iudaizm
dinləri də mövcuddur. Xristianların əksəriyyəti
rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur.
Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi
yəhudiləridir. Məlumat üçün bildirək ki,
müstəqillik dövründə Azərbaycanda 2 minə
yaxın məscid tikilib, son illər ərzində isə
yüzə yaxın məscid əsaslı
təmir edilib. Ölkədə rəsmi şəkildə 11
kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən
iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz
Bakı şəhərində açılıb.
Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil
edən Azərbaycanda dövlət tərəfindən həm
də rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların
tikintisi, təmiri aparılıb. Bütün bunlar isə bir
daha Azərbaycanda dinlərin bərabər yaşaması
üçün bütün imkanların
yaradıldığından xəbər verir. Faktdır ki, Azərbaycan
həmişə müxtəlif konfessiyaların, xalqların
birgə yaşadığı ölkə olub. Burada
ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə
əmin-amanlıq şəraitində yaşamasında humanizm
dəyərlərinin rolu böyükdür. Azərbaycanda
tolerantlığın yüksək dəyərini sübut edən
əsas fakt paytaxt Bakının mətkəzində erməni
kilsəsinin mövcudluğudur. Azərbaycanla Ermənistanın
müharibə şəraitində olduğunu və ermənilərin
azərbaycanlılara qarşı vandalizmini nəzərə
alsaq, insanlar düşünə bilər ki, bu kilsə
çoxdan dağıdılmalı idi. Amma bizim
düşüncəmiz heç zaman nifrət üstündə
qurulmayıb. Nə əhali, nə də dövlət tərəfindən
onu dağıtmaq təşəbbüsü olmayıb.
Tolerantlığın tarixi ənənəyə
dayandığını deyən ekspertlər hesab edirlər ki, Azərbaycan müsəlmanlar,
xristianlar, yəhudilər üçün hər zaman
yaşamaq üçün ideal məkan olub. Çünki, Azərbaycanda
hər kəs öz dini inancını, sosial fəaliyyətini
rahat şəkildə yerinə yetirə bilir.
Müstəqilliyimizin
ilk illərində bizə tolerantlıq və dözümlülükdən
tövsiyə və bəzən də qəbuledilməz tələblər
edən Qərbi Avropa bu gün
etnik faciə, dini-etnik qarşıdurma ilə üzləşib.
Bunu Qərbdə baş qaldıran neofaşizm ideologiyası,
Avropa İttifaqı ölkələrində miqrantlara
qarşı etiraz mitinqləri sübut edir. Müasir Qərb
politoloqları artıq etiraf edirlər ki, multikulturalizm bu məkanda
iflasa uğrayıb. Lakin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev qətiyyətlə bildirib ki, Azərbaycan
nümunəsi göstərir ki, multikulturalizm yaşayır:
"Baxmayaraq ki, bəzi siyasətçilər deyirlər ki,
multikulturalizm iflasa
uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda
yaşayır və bu meyllər, bu ideyalar güclənir,
ictimaiyyətdən də daha çox dəstək alır.
Biz bu yolla gedəcəyik". Avropada radikal qüvvələrin,
islamofob meyillərin güclənməsi fonunda Prezident
İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda
"Multikulturalizm ili" edilməsi haqqında sərəncam
imzalaması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması müasir dövrdə respublikamızda
gerçəkləşdirilən siyasətin tolerantlıq
prinsiplərinə bu gün də sadiq qalmasının bariz
nümunəsidir. Dini etiqad azadlığı haqqında"
AR Qanununa edilən düzəlişlər, mərhum prezident
Heydər Əliyev tərəfindən ölkədə əsası
qoyulan "Tolerantlıq Günü"nün hər il qeyd
edilməsi ölkəmizdə multikulturalizmin artıq
alternativi olmayan həyat tərzinə çevrilməsinin
göstəricisidir. Azərbaycan artıq bu gün
sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin
təmin olunması istiqamətində aparıcı ölkə
statusunu qazanıb. Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə
Bakı şəhərində keçirilməsi barədə
qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı
multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Artıq dünya ölkələri vəziyyətdən
çıxış yolu kimi Azərbaycanın tolerantlıq
modelini müzakirə edir, öyrənirlər. Çünki
mədəniyyətlərarası, dinlərarası dialoqun təşviqində
Azərbaycanın gördüyü işlərlə
müqayisə ediləcək ikinci bir təcrübə demək
olar ki, yoxdur.
Nurlan
Olaylar.- 2018.- 15 noyabr.- S.13.