Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı müstəqil Azərbaycanın yeni dövrdə inkişafına hesablanmış bir strategiya, platforma idi

 

Rasim Süleymanlı: "Dövlət Proqramları çərçivəsində müxtəlif şəhər və rayonlarda yeni müəssisələr yaradıldı ki, bu da əhalinin məşğulluq səviyyəsinin artmasına öz müsbət təsirini göstərdi"

Bu gün Azərbaycan öz sürətli inkişaf dövrünü yaşamaqdadır. Bunu şərtləndirən başlıca amil isə heç şübhəsiz ki, həyata keçirilən düşünülmüş siyasət və uğurlu islahatlardır. Məhz qeyd etdiyimiz iki amilin nəzərə alınması və həyata keçirilməsi istənilən ölkədə inkişafı, tərəqqini zəruri edir. Bunu biz yaşadığımız dövrdə Azərbaycanın timsalında aydın şəkildə görə bilərik.

Günümüzdə Azərbaycanda bütün sahələrdə inkişaf yolu keçməsinə təsir edən başlıca amillərdən biri də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramıdır. Məlumat üçün qeyd edək ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı artıq 14 ildir ki, uğurla həyata keçiriliröz müsbət nəticələri ilə yadda qalır. 2004-cü ildən icrasına start verilən, mərhələli şəkildə həyata keçirilən və hazırda üçüncü mərhələsinin icrası başa çatmaqda olan bu Dövlət Proqramı da digərləri kimi uğurla başa çatmaqdadır. Dövlət Proqramının əhatə etdiyi 2014-2018-ci illərdə görülən işlər, həyata keçirilən tədbirlər bunun əyani sübutudur. Təsadüfi deyil ki, ekspertlər də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icra edildiyi və müsbət nəticələrlə yadda qaldığı qənaətindədirlər. İqtisadçı ekspert Rasim Süleymanlı da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Rasim Süleymanlı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu nəticələri, bu proqramların icrasının ölkə iqtisadiyyatının inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına olan müsbət təsirləri, eləcə də digər bu kimi amillər barədə danışıb.

-Rasim müəllim, öncəliklə bilmək istərdik ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycana nə verdi?

-Sualınıza kifayət qədər əhatəli cavab vermək olar. 2004-cü ildən etibarən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının Azərbaycana nə verdiyi sualını cavablandırmaq üçün saatlarla danışmaq mümkündür. Təkcə Dövlət Proqramının 2004-2008-ci illəri əhatə edən birinci mərhələsi ərzində görülən işlər, əldə edilən nəticələr barədə danışsaq bir neçə qəzet səhifəsini əhatə edən müsahibə alınar. Ancaq mən oxucularımızı yormamaq üçün bir neçə vacib detallara toxunmaq istəyirəm. Əvvəla onu qeyd edim ki, 2004-cü ildən icrasına başlanan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı müstəqil Azərbaycanın yeni dövrdə inkişafına hesablanmış bir strategiya, platforma idi. Adətən Dövlət Proqramları qəbul edilərkən həmin sənəddə konkret bir sahə əsas götürülür, əsas diqqət həmin sahənin inkişafına yönəldilir. Ancaq Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının üstün cəhətlərindən biri ondan ibarət idi ki, həmin sənəddə bütün sahələrin inkişafı nəzərdə tutulur, başlıca prioritet hesab olunurdu. Dövlət Proqramı çərçivəsində görülən işlərdən ən diqqət çəkəni və təqdir ediləni isə yeni-yeni yerlərinin açılması və əhalinin məşğulluq qabiliyyətinin artırılması oldu. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində ölkədə ciddi işsizlik problemi mövcud idi. Sovetlərin dağılmasından sonra müstəqillik əldə etmiş respublikalar iqtisadi cəhətdən çətin dövr yaşayırdılar. Zavod və fabriklər, emal müssisələrinin fəaliyyətini dayandırması minlərlə vətəndaşın işsiz qalmasına səbəb olmuşdu. Düzdür, artıq 1994-cü ildən Azərbaycanda bu istiqamətdə müsbət tendensiya müşahidə edilməyə başlayırdı. Belə ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi və gələcəyə yönəlik uğurlu siyasəti nəticəsində 1994-cü il, sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" sonrakı illərdə neft sektorunda yeni-yeni yerlərinin açılmasına imkan yaratdı. Lakin bu bir danılmaz faktdır ki, istənilən ölkənin iqtisadiyyatının inkişafını yalnız neft faktoruna bağlamaq doğru yanaşma deyilbu zərurəti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev gözəl bilirdi. Elə Cənab Prezidentin dövlət başçısı kimi fəaliyyət göstərdiyi ilk ilində qəbul edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da məhz bu məqsədə, neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişaf etdirilməsinə hesablanmışdı. Beləliklə, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 2004-2008-ci illəri əhatə edən birinci mərhələsi çərçivəsində respublikamızın müxtəlif regionlarında Sovetlərin zamanından qalan və fəaliyyəti dayandırılmış bir çox zavod və fabriklər, istehsal müəssisələrinin fəaliyyəti yenidən bərpa edildi ki, bu da nəticə etibarilə regionlarda yeni-yeni yerlərinin açılmasına gətirib çıxardı. Paralel olaraq Dövlət Proqramları çərçivəsində müxtəlif şəhər və rayonlarda yeni müəssisələr də yaradıldı ki, bu da əhalinin məşğulluq səviyyəsinin artmasına öz müsbət təsirini göstərdi. Konkret doğulub boya başa çatdığım rayondan bir misal çəkim. Belə ki, Dövlət Proqramı çərçivəsində İmişli rayonunda Şəkər Zavodu inşa edilib istifadəyə verildi ki, bu da sözügedən rayonda yüzlərlə yeni yerinin yaradılması demək idi. İldən-ilə zavodun fəaliyyətinin genişləndirilməsi, zavodda yeni-yeni bölmələrin yaradılması burada işçi qüvvəsinin sayının artmasına gətirib çıxardı. Bu gün İmişli Şəkər Zavodunda nəinki İmişli rayonundan, hətta ətraf rayonlardan gəlib çalışanlar var ki, bu da sözügedən Dövlət Proqramının uğurlu nəticələrindən hesab edilə bilər. Burada haşiyədən kənara çıxaraq bir məqama diqqət çəkmək istərdim. Belə ki, Cənab Prezident İlham Əliyev 2003-cü ildə birinci dəfə dövlət başçısı seçilərkən andiçmə mərasimində çıxışı zamanı tezliklə Azərbaycanda 600 min yeni yerinin açılacağını bildirmişdi. Düzdür, o zaman çoxları bunun mümkünsüz olacağını iddia edir, hətta dövlət başçısının verdiyi vədi istehza ilə qarşılayırdı. Lakin zaman sübut etdi ki, Cənab Prezident verdiyi hər bir vədi reallaşdırmaq, həyata keçirmək iqtidarındadır və bunun üçündüşünülmüş, uğurlu siyasət həyata keçirmək lazımdır. Həmin düşünülmüş, uğurlu siyasət isə məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı idi. Təsadüfi deyil ki, elə sözügedən proqramın icrası müddətində, hətta proqram tam başa çatmamış ölkədə 600 min yeni yerinin açılması reallaşdı. Onu da qeyd edim ki, ölkədə, xüsusilə regionlarda yeni yerlərinin açılması bölgələrdən paytaxta olan axını da əsaslı dərəcədə azaltdı. Sirr deyil ki, müstəqilliyin ilk illərində regionlarda ciddi işsizlik problemi var idiinsanlar, xüsusilə gənclər dalınca ya paytaxta, yaxud da şimal qonşumuz Rusiya Federasiyasına üz tuturdu. Lakin Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası nəticəsində yeni-yeni yerlərinin açılması həm paytaxta, həm də Rusiyaya olan axını azaltdı. Artıq bölgə vətəndaşı, rayon sakini öz doğulub boya başa çatdığı rayonda da tapa, ailəsini dolandıra bilirdi.

-İmişli rayonundan söz düşmüşkən, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bu rayonda necə icra edilir?

-Respublikanın hər bir bölgəsində olduğu kimi İmişli rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilib. İndiyə qədər icra edilən hər üç Dövlət Proqramı öz müsbət nəticələri ilə yadda qalıb desək yanılmarıq. Mütəmadi olaraq rayona getdiyimdə hər dəfə İmişlidə bir yeniliklə qarşılaşıram. İstər yol infrastrukturunun yaxşılaşdırılması, istər əhalinin kommunal problemlərinin həlli. Istər sosial rifah halının yaxşılaşdırılması, istərsə də işsizliyin aradan qaldırılması və digər bu kimi istiqamətlərdə İmişli rayonunda ötən illər ərzində çox böyük işlər görülüb. Bütün bunlar da öz növbəsində rayonun sosial-iqtisadi inkişafı, Ümumi Daxili Məhsulun artımı, kənd təsərrüfatının inkişafına təkan verib.

-Dövlət proqramları regionlarda turizmin inkişafına nə dərəcədə müsbət təsir göstərdi?

-İldən-ilə ölkəmizə gələn xarici turistlərin sayında qeydə alınan artım bir növ sualınıza cavabdır. Onu da xüsusi qeyd etmək lazımdır ki, son illərdə Azərbaycana səfər edən xarici turistlər daha çox bölgələrə, turizm istirahət zonalarına üz tuturlar ki, bu da birbaşa həmin regionlarda turizmin inkişafı məqsədilə yaradılan şəraitlə əlaqədardır. Hər kəsə bəllidir ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində bir çox bölgələrdə yeni-yeni turizm istirahət zonaları, mehmanxana, otellər tikilib istifadəyə verilib. Bu da öz növbəsində Azərbaycana səfər edən xarici turistlərin regionlara üz tutmasına səbəb olur. Dövlət Proqramının uğurlu icrası nəticəsində Qubada, Qəbələdə, Qusarda, eləcə də Balakən, Şəki, Zaqatala, Gəncə-Qazax bölgəsində, Şamaxıda, cənub zonasında yaradılan turizm istirahət zonaları günümüzdə xarici turistlərin ən çox üz tutduğu məkanlardandır. Müsbət tendensiya ondan ibarətdir ki, bütün bunlar, görülən işlər, əldə edilən nəticələr artan templə davam edir. Çünki ortada siyasi iradə var. Əldə edilən nəticələr uğurlu olsa da, qaneedici deyil. Çünki daha çox işlərin görülməsi və uğurlu nəticələrin əldə edilməsi üçün potensialımız, imkanlarımız böyükdür.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.-2018.- 15 noyabr.- S.13.