Regionların sosial-iqtisadi
inkişaf
proqramları
Masallıda uğurla icra edilir
Regionların sosial-iqtisadi inkiafı ilə bağlı
dövlət proqramları
bölgələrdə uğurla icra edilməkdədir. Belə ki,
dövlət proqramları çərçivəsində
ayrı-ayrı şəhər və rayonlarda
infrastruktur yenilənir, kommunal
sahələrə lazımi investisiyalar
yönəldilir. Etiraf edilməlidir ki, regionlarda infrastruktur layihələrin
həyata keçirilmsində dövlət
başçısının sərəncamları əhəmiyyətli
rol oynayır. Respublikanın cənub
bölgəsinin aparıcı rayonlarından olan
Masallıda da bu
istiqamətdə xeyli işlər görülüb.
Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, konkret olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 11 yaşayış məntəqəsini birləşdirən 18000 nəfər əhalinin yaşadığı və ümumi uzunluğu 7.5 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və eyni zamanda 11 yaşayış məntəqəsini birləşdirən 14000 nəfər əhalinin yaşadığı və ümumi uzunluğu 17.2 km olan Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi işləri başa çatdırılıb. Şəhərin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə başlanılıb. Belə ki, Bakı prospektində uzunluğu 5000 p/m piyada səkisi qurulub, piyada səkilərinə asfalt döşənib, 105 işıqlandırma dirəyi qurulub, Seybətin küçəsində 680 p/m bardur düzülmüş piyada səkisinə asfalt döşənərək 23 ədəd yeni işıq dirəkləri quraşdırılıb. Eyni zamanda yeni Ələt-Astara aftomobil yolunu Masallı şəhəri ilə birləşdirən 1,5 kilometrlik yolun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı aidiyyəti üzrə müraciət edilib, rayon İcra hakimiyyəti tərəfindən yola 1000 p/m bardur düzülüb, piyada səkilərinə asfalt döşənib, 20 yeni işıq dirəyi quraşdırılıb, Agentlik tərəfindən yol yatağı yenidən qurularaq asfalt döşənib. Bundan əlavə Agentlik tərəfindən uzunluğu 3,6 km olan Masallı-Təzəkənd yolununda yenidənqurulmasına başlanılıb. Artıq yolun 1.6 km-lik hissəsində asfalt örtük döşənib. Uzunluğu 3,0 km olan Gəyəçöl yolunun təmirinə də başlanılıb. 2018-ci ilin üçüncü rübündə 47 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılıb. Belə ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 154-179-cu km-də asfalt-betonla cari təmir işləri aparılıb. Yeni M-3 Ələt-Astara avtomobil yolundan Hüseynhacılı avtomobil yolu ilə köhnə Ələt-Astara avtomobil yolunun birləşməsi tikilmiş, yol qovşağı yenilənməklə 1,2 km piyada yolu çəkilib. Eyni zamanda həmin hissdə yol nişanları quraşdırılmaqla ümumilikdə 3,7 km yol asfaltlaşdırılıb. Bundan əlavə Masallı-Yardımlı avtomobil yolunun 0-17 kilometrliyində asfalt betonla cari təmir işləri aparılıb. Yerli əhəmiyyətli yollardan Ərkivan-Boradigah-Rüdəkənar yolu, Masallı-Qızılağac avtomobil yollarında asfaltla təmir işləri aparılıb. Həmçinin Tatyan-Yolağac, Xıl-Sirəbil, Sərçuvar-Sirəbil avtomobil yollarında hamarlama işləri başa çatdırılıb.
Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində rayonda təmir-bərpa işlərinə də xüsusi diqqət yetirilir. Belə ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 çoxmənzilli yaşayış binasının fasadlarının təmiri işləri yekunlaşdırılıb, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir. Heydər Əliyev prospektində bir mərtəbəli 4 mənzilli və H. Səmədov 44 ünvanında yerləşən iki mərtəbəli 6 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının əvəzinə yeni binaların tikintisi ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən layihə sənədləri hazırlanıb. Layihə sənədlərinə müvafiq ekspertiza rəyi verildikdən sonra tikinti işlərinə başlanılması nəzərdə tutulub. 2016-cı ildə inşasına başlanılan və 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter alıb. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2018-ci ilin doqquz ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15 layihə üzrə 208 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 14 yeni iş yerinin açılmasına səbəb olub.
Dövlət proqramları çərçivəsində rayonda kənd təsərrüfatının inkifa da diqqət mərkəzində olub. Xüsusən, çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülüb. Belə ki, rayonun Kolatan inzibat ərazisinə aid Sığaçola massivində 100 hektar sahədə "Azərsun-Holdinq" tərəfindən işlər tam başa çatdırılıb. Hazırda Kolatan kəndi ərazisində 1,0 ha yeni cay plantasiyası salınmış və əvvəlcədən saxlanılan 4 ha çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılıb. Rayonda torpaq payçılarının öz torpaqları ətrafında kooperasiya şəklində birləşməsi üçün ərazilərdə maarifləndirmə tədbirləri aparılıb. Artıq görülmüş tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, rayonun Sığdaş və Kolatan ərazisində torpaq payçıları kooperasiya şəkilndə birləşərək öz torpaqlarında rayon üçün ənəvi əkin sahələrindən olan çay bitkisinin əkilməsi məqsədilə razılığa gəliblər. Hazırda hər iki kooperasiyanın dövlət qeydiyyatına alınması üçün sənədlər toplanır. 2018-ci ildə region üçün ənənəvi olan kənd təsərrüfatı bitkilərindən çəltiyin əkin sahəsi genişləndirilərək rayon üzrə üzrə 301 ha çatdırılıb. Hal-hazırda çəltik biçini başa çatmışdır. Rayon üzrə çəltik sahələrindən ümumilikdə 1010,0 ton məhsul yığlmış, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Kənd təsərrüfatı bitkiləri içərsində öz rentabeliyi ilə fərqlənən tütün bitkisinində 2018-ci ildə əkin sahəsi genişləndirilərək 35 ha çatdırılıb.Hal hazırda 417 ton yaş tütün tədarük olunaraq 25,1 ton isə quru tütün təhvil verilib. Rayon üzrə 116,8 kiloqramı "qarapaçax" növ barama olmaqla ümumilikdə 3406,9 ton barama istehsal olunub. Barama istehsalçılarına "Azər-İpək" ASC tərəfindən 13195,44 manat vəsait ödənilib, dövlət tərəfindən isə 16450,50 manat subsidiya verilib. Baramaçılığın inkişafı ilə bağlı bütün yaşayış məntəqələrində mövcud olan tut bağlarının qeydiyyatı aparılıb və ağacların növbəti mövsümdə bol yarpaq verməsi üçün budama işlərinin aparılması ərazi nümayəndələrinə tövsiyə olunub.
Regionların sosial-iqtisadi inkişaf proqramları rayonda suvarma probleminin həllinə ciddi təkan verib. Məlumat üçün qeyd edək ki, rayon üzrə 24 964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir. Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin torpaqların bir hissəsi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır. Suvarma problemlərinin tam həll edilməsi üçün Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 130 mln.m3 olacaq Viləşçay su anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha ( o cümlədən 1 746 hektarın su təminatının yaxşılaşdırılması, 18 354 ha yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 km uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəklər. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı"nda Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuş və bu istiqamətdə işlərə başlanılıb. Cari ildə Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 174000 m3 həcmində və 85,4 km uzunluğunda lildən təmizləmə işləri aparılıb. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülüb. Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəklərinə, həmçinin 35 ha yaşıllıq sahəsinə xidmət göstərilib. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 34 min 950 m2-ə çatdırılıb. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 16-20 ton olub. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanıb. Sadalanan faktlar deməyə əsas verir ki, Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları Masallı rayonunda uğurla icra edilməkdədir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 22 noyabr.- S.15.