Regionların sosial iqtisadi inkişaf
proqramları turizmin
inkişafına təkan verir
Azərbaycan artıq özünün post-neft dövrünü yaşayır və yeni iqtisadi inkişaf modeli tətbiq etməkdədir. Yeni model mövcud infrastrukturdan istifadə etməklə, həm xarici investisiyanın cəlb edilməsi, həm neftdən asılılığın aradan qaldırılması, həm də iqtisadiyyatın diversifikasiyası, modernləşdirilməsi kimi fəaliyyətləri özündə əks etdirir. Azərbaycanın, xüsusən bölgələrin turizm potensialından səmərəli istifadə bu sahənin inkişafı ilə yanaşı, ölkənin gəlirlərinin də artmasına təkan verə bilər. Məhz bu kimi amillər nəzərə alınaraq ölkədə qış turizmi, çimərlik turizmi, sağlamlıq turizmi və ekoturizmin potensialının inkişafına xüsusi diqqət yetirilir. Etiraf edilməlidir ki, Azərbaycanda turism sahəsinin inkişafında Regionların sosial iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının xüsusi rolu var. Xatırladaqq ki, Azərbaycanın regionlarının turizm imkanları çox böyükdür. Bu məsələ regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında da əksini tapıb. "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin proqram xarakterli çıxışında ölkədə turizmin inkişafına xüsusi diqqət yetirilib. Prezident bu barədə danışarkən deyib: "Turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. Çünki Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə, Qəbələyə bu qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var. Eyni zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək". Məhz dövlət başçısının tapşırıq və tövsiyyələri nəzərə alınaraq Azərbaycanın müxtəlif bölgələrində turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsinin yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi kimi məsələlər Regionların sosial iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarında əksini tapıb. Qeyd edək ki, dövlət proqramlarının icrası nəticəsində Azərbaycanın regionlarında bu məsələ tədricən həllini tapmaqdadır. Məsələn, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Qəbələdə, Nabranda, Qusarda, Qubada xeyli sayda otelin açılması onu göstərir ki, iqtisadiyyatda turizmə maraq ildən-ilə artır. Nəzərə almaq lazımdır ki, regionlarda yeni turizm obyektlərinin açılması insanların işlə təmin olunması, əmək qüvvəsinin ölkədən kənara çıxmaması deməkdir. Regionlarda turizm sahəsində kadr hazırlığına da diqqət artmaqdadır. Dövlət bu istiqamətdə iş aparır. Konkret olaraq Qəbələ və İsmayıllı rayonlarında kadr hazırlığı daha da təkmilləşib. Hər iki rayonda turizm peşə liseyi fəaliyyət göstərir. Bu isə yaxın rayonların da kadr tələbatını ödəməkdə əhəmiyyətli rol oynayacaq. Bu gün ölkəmizdə həm yay turizmi, həm qış turizmi, eləcə də sağlamlıq, mədəni turizm inkişaf dövrünü yaşayır. Yeni turizm zonalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər də davam etdirilir.
Prezident İlham Əliyevin turizm potensialı olan bölgələrə etdiyi səfərlər zamanı, demək olar ki, hər dəfə yeni turizm obyektləri, otellər, restoranlar, istirahət parkları və sair istifadəyə verilir. Bütün bunlar regionlarda yaşayan işsizlərin, əsasən də gənclərin işlə təmin olunması üçün böyük imkanlar yaradır. Bundan əlavə, turistlərə informasiyaların çatdırılması məqsədilə Xaçmaz, Quba, Şamaxı, Şəki və Lənkəranda, eləcə də Dünya Bankının maliyyə vəsaiti hesabına Lahıcda turizm informasiya mərkəzlərinin fəaliyyətə başlaması da bölgələrdə turizmin inkişafına təkan verir. Təsadüfi deyil ki, dövlət başçısı ölkədə turizmin inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirib:"Ölkəmizdə ümumi inkişaf dinamikası çox müsbətdir. Ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə 12,5 faiz artmışdır. Əgər biz əvvəlki illəri də nəzərə alsaq görərik ki, bu dinamikada ardıcıllıq vardır. Bunun da bir çox səbəbləri var - Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Eurovision" müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır. Çünki Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində keçirilir. Biz onu xüsusilə belə təşkil etmişik ki, şəhərimiz göstərilsin, bu yarışa baxan azarkeşlər təkcə o yarışı görməsinlər, şəhərimizin gözəlliyini, müasirliyini görsünlər və daha çox Azərbaycana turist kimi gəlsinlər".
Regionların sosial iqtisadi inkişaf proqramları Xaçmaz rayonunda da turizmin inkişafına təkan verib. Rayonda xüsusən çimərlik turizmi daha çox inkişaf edib. Dövlət priqramlarının icrası nəticəsində Xaçmaz rayonunun təbii-coğrafi mövqeyi onu Azərbaycanın ən tanınmış turizm məkanlarından birinə çevirib. Burada ən çox çimərlik turizmi inkişaf edib. Bundan başqa, Nabrandan 6 km məsafədə yerləşən Tel kəndinin ərazisi ov həvəskarları üçün əsl tapıntıdır. Kənddən bir qədər aralıda palçıq vulkanı var. Məlumata görə, vulkanın palçığı müxtəlif dəri xəstəliklərinin dərmanıdır. Məhz dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində turizmin bu sahələrinin inkişafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Rayonda yüksək standartlara cavab verən turizm obyektləri inşa edilməkdədir. Hazırda rayon ərazisində eyni vaxtda çoxlu sayda insanı qəbul etməyə imkan verən 50-yə qədər turist yerləşdirmə obyekti, o cümlədən üçulduzlu, dördulduzlu hotellər fəaliyyət göstərir.
Regionların sosial iqtisadi inkişaf proqramları Azərbaycanın şimal-qərbində,
Şəki-Zaqatala iqtisadi zonasında, Dağıstan və Gürcüstanla sərhəddə yerləşən Qəbələ rayonunda da turizmin inkişafına təkan verib. Xatırladaq ki, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən Qəbələdə məşhur şabalıd meşələrindəki ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilib. Respublikanın ən uca zirvəsinə - Bazardüzü dağına (dəniz səviyyəsindən 4466 m yüksəklikdə) gedən alpinist marşrutlarından biri bu rayondan keçir. Rayonun ərazisində çoxlu qədim tarix, mədəniyyət və memarlıq abidələri var. Əmirli kəndindəki Alban məbədi (IV əsr),
Nic kəndindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həzrə
kəndindəki Şeyx Bədrəddin və Şeyx Mənsur türbələri (XV əsr),
Şəfili kəndindəki məqbərə (XVII əsr), Həmzəlli Şıxbaba piri (XVI əsr) və digər abidələr Qəbələ rayonunda mədəni turizmin inkişafı üçün mühüm zəmin yaradır. Rayonda turistlərin yerləşdirilməsi
üçün beynəlxalq standartlara cavab verən turizm infrastrukturu mövcuddur. Dövlət proqramları çərçivəsində son illər ərzində rayonda yeni turizm kompleksləri, ən yüksək dünya standartlarına cavab verən istirahət mərkəzləri inşa edilir. Bu isə həm əcnəbi, həm də
yerli turistlərin Qəbələyə marağını artırır. İstirahətini Qəbələdə keçirmək və rayonla daha yaxından tanış olmaq istəyən insanların sayı ilbəil artır. Turistlər Qəbələnin ekzotik təbiəti ilə təmasda olmaq, yerli mətbəxin ləziz nümunələrindən dadmaq, müxtəlif mədəniyyət nümunələri ilə tanış olmaq imkanı əldə edirlər. Rayonda eyni vaxtda minlərlə turisti qəbul etməyə imkan verən ondan artıq mehmanxana və mehmanxana tipli turizm obyekti fəaliyyət göstərir. Bunlardan "Qəbələ", "Gilan" hotelləri
və "Duyma" istirahət mərkəzi 3 ulduzlu,
"Qafqaz Resort" hoteli 5 ulduzludur. Regionların sosial iqtisadi
inkişafı ilə bağlı dövlət proqramları
Masallı rayonunda da turizmin inkişafına müsbət təsir
edib. Masallı rayonu Azərbaycanın
səfalı və füsunkar guşələrindən
biridir. Rayonun bir tərəfi qədim Talış
dağları və meşələri ilə, bir tərəfi
Xəzər dənizi ilə əhatə olunub. Bütün
bunlar bölgədə turizmin inkişafı üçün
gözəl zəmin yaradır. Hələ yüz illər
öncə ətraf bölgələrdən və uzaq
diyarlardan gələn insanlar Masallıda yer altından
çıxan qaynar sulardan müalicə məqsədilə
istifadə ediblər. Dövlət proqramları çərçivəsində
turizm üçün əlverişli təbii şəraitə
malik rayonda beynəlxalq standartlara cavab verən istirahət mərkəzləri,
turist yerləşdirmə obyektləri tikilməkdədir.
Masallı rayon 26 turist obyektinin fəaliyyət göstərir.
Rayondakı İstisu sanatoriyasının
yaxınlığında yerləşən "Dəstvənd"
ən çox turist qəbul edən hotellərdəndir. Həmin
istirahət mərkəzinə ölkəmizdə fəaliyyət
göstərən səfirliklərin əməkdaşları,
eləcə də İrandan və Türkiyədən turistlər
gəlirlər. Qəriblər kəndi ərazisində yerləşən
"Türkan" istirahət-sanatoriya kompleksi və
"Rasim" hoteli də beynəlxalq standartlara uyğun təmir
olunub. Burada "Viləşçay" su dəryaçasına
qayıqla səyahət, atçılıq,
üzgüçülük və digər idman növləri
ilə məşğul olmaq üçün şərait
var. Hazırda rayonun turizm potensialını artırmaq məqsədilə
yeni turizm obyektləri inşaa edilməkdədir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 24-26 noyabr.- S.15.