Dünyanın ən qabaqcıl təcrübəsi
bu gün doğma Azərbaycanımızda tətbiq edilir
Nərgiz Çıraqova:
"Ölkəmizdə artıq qeyri-neft sektoru inkişaf
etdirilib"
Olaylar.az Yeni Azərbaycan
Partiyası Suraxanı rayon təşkilatının Baş Məsləhətçisi
Nərgiz Çıraqova ilə
"Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" haqqında olan müsahibəni təqdim edir.
- Nərgiz
xanım, bölgələrin sosial iqtisadi inkişafı ilə
bağlı Prezidentin imzaladığı Dövlət
Proqramı rayonların inkişafına necə təsir edir?
- Hər birimizin xatirindədir ki, 2003-cü ildə Prezident Seçkiləri ərəfəsində namizədliyi irəli sürülən cənab ilham Əliyev çıxışı zamanı Azərbaycan xalqına belə bir söz verdi: " Əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz verirəm ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək".
Bu gün hər birimiz cənab Prezidentin ölkəmizin və xüsusi ilə də qeyd etmək istərdim ki, regionların inkişafı ilə bağlı görülən işlərin şahidi oluruq. 20 il əvvələ
səyahət etsək, bu günki qüdrətli və
inkişaf etmiş Azərbaycanın hansı qərinələrə
bərabər şərəfli yol keçdiyinin şahidi
olarıq. Hamıya məlum olduğu kimi, bu
gün Azərbaycan dünyada iqtisadi artım baxımından ən
sürətlə inkişaf edən ölkədir. Sevindirici haldır ki, ölkəmizin beynəlxalq
nüfuzu ilbəil daha da artır, ölkəmizdə
aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən
yüksək qiymətləndirilir. Təbii olaraq, son illər
ölkəmizin əldə
etdiyi uğurlar dövlətimizin daha da qüdrətlənməsinə
və Azərbaycan xalqının rifah halının daha da
yaxşılaşmasına xidmət edir. Bu gün ölkəmizdə
qazanılan bütün uğurların əsas mənbəyi mövcud olan xalq və iqtidar
birliyindədir. Ölkəmizdə bir çox dünya ölkələrindən
fərqli olaraq,
davam edən sabitlik və əmin-amalıq dövlətimizin
ən başlıca uğuru kimi qiymətləndirilir. Sabitliyin davamlı hökm sürdüyü bir yerdə
iqtisadiyyatında uğurla davam etməsi labüddür. Bu gün Azərbaycan iqtisadiyyatı həqiqətən
də sözün əsl mənasında bir çox dünya
ölkələri ilə müqayisədə inamla irəliləyir.
Ölkəmizin imza atdığı
bütün beynəlxalq əhəmiyyətli layihələr
bu gün Azərbaycanın təkcə regionda deyil, həm də
dünya ölkələri arasında da söz sahibi olmasına səbəb
olur.
Cənab Prezident hər zaman
çıxışlarında qeyd edir ki, Azərbaycanın hərtərəfli
yüksəlişi elə olmalıdır ki, təkcə
ölkəmizin paytaxtı yox, bütün şəhərlər,
bütün rayonlar inkişaf etsin. 2004-cü ildən bu
zamana qədər regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının icrası nəticəsində
biz bunun şahidi oluruq. Cənab Prezident
İlham Əliyev təkcə paytaxt Bakıda deyil, həm də
regionlarda da sosial-iqtisadi inkişafının artması
yönümündə bir çox işlərə imza
atır. Qeyd etmək yerinə düşərdi ki,
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası nəticəsində yüz minlərlə
yeni iş yerləri, yeni müəssələr
açılmışdır ki, buda insanların həyat səviyyəsinin
yaxşılaşmasına və rifah halının yüksəlməsinə
yönəlmişdir. Dövlət
Proqramının icrası nəticəsində regionlarda
işsizlik problemi, yoxsulluğun səviyyəsi ilbəil
azalmağa doğru gedir. Bu gün qeyri-neft
sektorunun yüksəlişini, regionların iqtisadi
inkişafının şahidiyik. Regionlarımızda
yeni infrastruktur layihələrin icrası, yeni elektrik
stansiyalarının tikilməsi, yolların salınması, su
və qazpaylayıcı sistemlərin
quraşdırılması bu gün bölgələrdə
davamlı artan inkişafın göstəricisidir.
- Dövlət
proqramı sayəsində kənd təsərrüfatı sahəsində
aparılan dəyişiklik və inkişaf haqqında fikirlərinizi
bilmək maraqlı olardı.
- Cənab
Prezidentin bir fikrini xatırlatmaq yerinə düşərdi:
"Mən həmişə deyirəm, əgər hər bir
kəndin problemi həll edilərsə, deməli, ölkədə
bütün problemlər həll olunar". Son 14 il ərzində regionlarımızda aparılan
yenidənqurma işləri, müxtəlifyönümlü
layihələrin icrası ölkənin inkişafını kəndlinin
inkişafı ilə bilavasitə bağlı olduğunu, kəndlinin
maraqlarının hər zaman müdafiə edildiyini,
onların üzləşdiyi bütün sosial
yönümlü məsələlərin aradan
qaldırılmasının vacibliyini ortaya qoyur. 2004-cü ildən
start verilən regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının nəticələrinin bu gün
hər birimiz şahidi oluruq. Beləki, 14 il
ərzində ölkəmizdə 30 elektrik stansiyası
tikilmişdir. Bunun nəticəsi olaraq bu gün
ölkəmiz elektrik enerjisini nəinki idxal etmir, hətta
elektrik enerjisinin ixracına başlanılmışdır.
Bu gün ölkəmizdə bütün şəhərlər
qazla təmin edilib, yalnız bir neçə ucqar kəndlərimiz
vardır ki, orada hələ də qazla bağlı problemlər
var ki, bunun da həlli istiqamətində işlər
görülməkdədir. Ümid edirik ki, yaxın
zamanlarda ölkəmizdə bu məsələ bütünlüklə öz həllini tapacaqdır.
Regionlarımızda kənd təsərrüfatının
inkişafında ən problemli məsələ su sisteminin
olmaması və ya su ilə bağlı çətinliklərin
yaranması idi. Son 14 il ərzində
regionlarımızda kənd təsərrüfatının
inkişaf etdirilməsində mühüm rol oynayan 4 su
anbarı tikilib-istifadəyə verilmişdir. Bu
özlüyündə tarixi hadisə kimi qeyd edilməlidir,
belə ki, istifadəyə verilmiş kanallar vasitəsilə
on minlərlə hektar əkin sahəsini suvarmaq mümkün
olur. Bunlar bilavasitə kənd təsərrüfatının
inkişafına müsbət təsir göstərəcək
infrasturuktur layihələr hesab edilir.
-
Bölgələrdə aparılan yenidənqurma işləri
turizmin inkişafına hansı dəstəyi verdi?
Bu gün hər birimiz Odlar Yurdu Azərbaycanın vətəndaşı
olmağımızla fəxr edirik. Bildiyimiz kimi son zamanlar
ölkəmiz də dünyada elə bu adla "Land of fire Azərbaijan"
adı ilə tanınır. Qədim tarixi
keçmişi olan ölkəmiz özünəməxsus
gözəl iqlimi, əsrarəngiz təbiəti, əlverişli
coğrafi mövqeyi, təbii ehtiyyatları ilə zəngindir.
Belə olan təqdirdə müstəqil Azərbaycanımız
qüdrətli və zəngin bir dövlətə
çevrilməklə yanaşı, hər sahənin
inkişaf etdirilməsində maraqlıdır. Son zamanlar ölkəmizdə turizm sahəsi də
inkişaf etdirilir. Bu sahənin inkişaf etdirilməsinə ayrılan vəsait bu gün
öz nəticələri ilə göz
qabağındadır. Son illər ölkəmizə
gələn turist axınları bunun əyani sübutudur.
Ölkəmiz hər sahə də uğurlara imza
atdığı kimi turizm sahəsində də uğurlar
qazanmağa nail olmuşdur. Turizmin inkişafı ilə
bağlı atılan addımlar, xüsusilə də bölgələrimizdə
hər bir şəraiti olan, dünya standartlarına cavab verə
bilən yeni otellərin tikilib-istifadəyə verilməsi,
yeni turizm mərkəzlərinin açılması Azərbaycanın
zəngin turizm potensialı ölkənin inkişafına,
xalqın rifah halının daha da
yaxşılaşdırılmasına xidmət edir. Son illərin
məhsulu olan Qusarda "Şahdağ" Qış-Yay Turizm
Kompleksinin, Qəbələdə "Tufandağ"
Dağ-Xizək Mərkəzinin yaradılması turizmin
inkişafı üçün mövcud imkanlardan istifadə
edildiyini bir daha sübuta yetirdi. Zəngin təbiəti
olan ölkəmizdə regionlarda turizm təkcə istirahət
nöqteyi nəzərdən deyil, həmdə sağlamlıq
baxımından da inkişaf etdirilir. Beləki,
son illər Naxçıvan, Naftalan, Lənkəran, Qax və
digər regionlarımızda inşa edilmiş möhtəşəm
otel kompleksləri bu regionları turizm və sağlamlıq mərkəzi
kimi daha da cəlbedici etmişdir.
Regionlarımızda turizm sahəsinin inkişaf etdirilməsinə
yaradılan şərait təkcə maddi baxımdan deyil, həm
də əhalinin işsizlik probleminin həll edilməsində
yardımçı olan sahə kimi hesab edilir. Yeni
açılan Komplekslərdə işçi qüvvəsinin
tələb edilməsi əhalinin bu işə olan
marağının artmasına və bir növ işsizlik
probleminin həll olunmasına köməklik göstərir.
- Nərgiz xanım, Azərbaycan
iqtisadiyyatının bu inkişafı onu dünya ölkələrinə
necə tanıdır?
- Azərbaycan
yüksək sürətlə inkişaf edir. Bunu hər bir vətəndaş
gündəlik həyat tərzində görür və
inkişafı hamılıqla hiss edirik. Bu
gün Azərbaycanımız hər sahə də
inkişafa, tərəqqiyə nail olur. Bu
gün bölgələrimiz inkişaf edir, bölgələrdə
yaradılan yeni sənaye, təhsil ocaqları, səhiyyə
müəssisələri, İdman Komplekslərinin
inşasının və inkişafının şahidi oluruq.
Ölkə də ilbəil artan iqtisadi
inkişaf regionlarımızın inkişafına şərait
yaradır. Prezident İlham Əliyevin
çıxışı zamanı qeyd etdiyi kimi " Biz regionların sosial-iqtisadi
inkişafının bütün istiqamətlərində istədiyimizə
nail ola bilmişik. Bu gün regionların
siması dəyişir, şəhərlərimiz öz qədim
simasını saxlamaqla müasirləşir, gözəlləşir,
abadlaşır. Bölgələr də
iri infrasturuktur layihələri icra edilir, sosial obyektlərin
tikintisi həyata keçirilir".
Dünyanın ən qabaqcıl təcrübəsi bu
gün doğma Azərbaycanımızda tətbiq edilir, hər
sahəyə uyğun texnalogiyalar ölkəmizə gətirilir,
ölkəmiz müasirləşir, inkişaf edir. Hamıya məlum
olduğu kimi, bir zamanlar ölkəmiz dünyada neft hasil edən
ölkə kimi tanınırdı. Yalnız
indi bu baryeri keçə bilmişik. Ölkəmizdə
artıq qeyri-neft sektoru inkişaf etdirilib. Bu
yolda səmərəli işlər icra edilib ki, buda
iqtisadiyyatımızın daha da gücləndirilməsinə,
insanların yaşayış səviyyəsinin qalxmasına,
yoxsulluğun aradan qaldırılmasına yönələn
addımlardır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 28
noyabr.- S.15.