Regional proqramlar ölkə iqtisadiyyatının

dayanıqlığını təmin edir

 

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında regionların kompleks şəklində inkişafı mühüm yer tutur. Son 15 ildə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004- 2008-ci illər)nın uğurlu icrası bütün regionların kompleks şəklində inkişafını təmin etdi. Bu inkişaf Azərbaycanın bütün sahələrdə qüdrətini yüksəltdi.

Müstəqil respublikamızda sürətli və dayanıqlı inkişaf, aparılan  uğurlu islahatlar düşünülmüş, güclü siyasətin göstəricisidir. Güclü və düşünülmüş siyasət bu gün müstəqil respublikamızı dünyanın inkişaf etmiş ölkələri sırasına daxil edir. Azərbaycan bu gün dünyanın istənilən yerində söz sahibinə çevirilən ölkədir. Bu inkişaf və tərəqqi də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı əhəmiyyətli rol oynayır. Dövlət Proqramı icra olunmağa başladığı ilk gündən bölgələrdə olan keyfiyyət dəyişikliyi nəzər çarpdı. İlk günlə müqayisədə isə hal hazırda üçüncü mərhələsi davam edən proqram regionların simasını tamamilə dəyişib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının bölgələrimizdə yaratdığı inkişaf  onu göstərir ki, proqramda nəzərdə tutulan hədəflərə nail olunub. Bildiyimiz kimi son Dövlət Proqramında əsas prioritet şaxələnmiş iqtisadiyyatın  inkişafı idi. Bu gün Azərbaycanın davamlı və dayanıqlı iqtisadiyyatı var. İqtisadiyyatımızın bu qədər güclü olmasında təkcə neft sektoru deyil, qeyri-neft sektorunun da böyük rolu var. Azərbaycan təbii ehtiyatları ilə zəngin olsa da, öz iqtisadiyyatını sadəcə bu sahəyə bağlamır. Ölkəmizdə qeyri-neft sektoru dayanmadan inkişaf etməkdədir. Bu da kənd təsərrüfatı, turizm və bir sıra sahələrin inkişafını öz bərabərində gətirir.

"Azərbaycan müstəqil bir dövlətdir. Müstəqil şəkildə inkişaf etməkdədir. Məhz buna görə də, ölkədə ciddi şəkildə həm iqtisadi, həm sosial cəhətdən tədbirlər keçirilir. Dövlət proqramı tarixi bir hadisə kimi qeydə alınmalıdır. Çünki burada cəmiyyət və iqtisadiyyat arasında yüksək inkişaf nəzərdə tutulmuşdur. Əvvala nəzərinizə çatdırım ki, proqramın icrasının 4 cü ilini başa vururuq. Dövlət proqramının Regionlara təsirindən danışsaq deyə bilərik ki, məqsəd regionlarda aktiv həyat fəaliyyətini artırmaqdır. Proqram nəticəsində regionlarda yeni iş yerləri açılmışdır. Yeni kadrların yetişdirilməsi üçün peşə məktəbləri fəaliyyətə başlamışdır. Bütünlüklə deyə bilərəm ki, regionlarda əhalinin işsizlik və yoxsulluq səviyyəsi 20% azaldılmışdır."

Bu fikirləri Olaylar.az-a politoloq Əli Miriyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ölkədə qeyri-neft sektorunu inkişaf etdirir:

"Azərbaycan Respublikasının iqtisadi özəyi məhz neftdir. Lakin artıq təbii ehtiyatımız əvvəlki illərdəki kimi yüksək göstəricidə deyildir. Məhz bu nöqteyi nəzərdən ölkədə qeyri neft sektorunun inkişafına böyük ehtiyac duyulurdu. Ölkə başçısı, Prezident cənab İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri qeyri-neft sektorudur. Proqramın ən mühüm istiqamətlərindən biri də məhz qeyri neft sektorunun inkişafıdır. Qeyri neft sektorunda sənaye, energetika, kənd təsərüffatı və s. kimi sahələr nəzərdə tutulur. Proqramın icrası nəticəsində Aqrar sahədə böyük irəliləyişlər baş vermişdir. Ağ qızıl ehtiyatı hesab edilən Pambıqçılıq yenidən yüksək səviyyədə inkişafa başlamışdır. Pambıq yığımı və becərilməsi üçün beynəlxalq yeni avadanlıqlar və maşınlar gətirilmişdir. Bu da ölkədə Pambıq göstəricisinin iqtisadi artıma böyük təsir göstərir. Ölkədə yeni sənaye mərkəzləri - Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye Parklarının, Yüksək Texnologiyalar Parkının yaradılması qeyri neft sektorunun inkişafının daha bir göstərici kimi qəbul edilə bilər. Məhz bunun nəticəsində son illərin göstəricilərinə görə yerli xammal istehsalı yüksək göstəriciyə sahibdir. Proqrama əsasən qeyri neft sektoruna investisiyaların axını da xüsusi diqqəti cəlb edir."

Politoloq qeyd edib ki, Dövlət Proqramının uğurla icrası kənd təsərrüfatı sahəsində özünü göstərir:

"Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülür.Kənd təsərüffatı əsasən qeyri neft sektorunun ünsürlərindən biridir. Kənd təsərüffatı regionlarda daha geniş formalaşmışdır. Proqramda kənd təsərüffatının maksimum inkişafı üçün müddəalar vardır. Proqrama əsasən regionda boş qalmış, əkinə yararsız elan edilən torpaqlar haqqı ödənilməsi şərtilə vətəndaşlardan alınmış və icarəyə verilmişdir. Regionlara yeni maşın və texnikalar gətirilmişdir. Məhz bu da əldə edilən məhsulunun artmasını təmin edir. İnsan əməyinə ehtiyac bu zaman azaldılmışdır. Son 4 il ərzində dörd su anbarları və kanallar tikilmişdir. Onların arasında əlbəttə ki, Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi yer tutur. Bu, nəhəng tarixi infrastruktur layihələridir. Bu anbarlar, çəkilmiş və çəkilən kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür.Region əhalisinin öz qidalarını, öz mallarını bazara çıxartmaq üçün yeni yollar çəkilmişdir.Ötən müddət ərzində ölkənin müxtəlif bögələrində müntəzəm olaraq təşkil edilmiş biznes forumlar yerli və müxtəlif ölkələrdən olan iş adamları, sahibkarlar arasında maarifləndirmə işinin təşkilinə, onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir. Kənd təsərüffatına investrların cəlb olunması yerli əhalinin bazara çıxışını rahat şəkildə təmin edir."

Ə.Miriyev vurğulayıb ki, kənd təsərrüfatı sahəsi ilə yanaşı son illərdə turizm sektoru da əhəmiyyətli dərəcədə inkişaf edib:

"Regionlarda turizmin inkişafı qeyri-neft sektorunun inkişafı istiqamətində xüsusi məsələlərdən biridir. Proqramın icrası nəticəsində turizm ehtiyatlarının genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağlı layihələr həyata keçirilmişdir. Bu layihələrə müxtəlif istirahət zonalarının, otellərin, parkların salınması aid edilə bilər. Nəzərinizə çatdırım ki,iqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Ötən illəri xatırlasaq,turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilmişdir.Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaratmışdır. Son 3 ildə 8-i regionlarda olmaqla, 12 beş ulduzlu otel istifadəyə verilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir."

Politoloq Dölət Proqramının ölkə iqtisadiyyatının güclənməsində rolundan danışıb:

"Ümumilli Lider Heydər Əliyevin dahi bir deyimi vardır: "İqtisadiyyatı güclü olan dövlət hərşeyə qadirdir". Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı dərəcəsinə görə MDB məkanında ilk 3 lükdə qərarlaşdırılır. Regionların iqtisadi göstəricilərə böyük təsiri vardır. Hər bir insanın bir xüsusiyyəti olduğu kimi, hər bir regionun da özəl bir xüsusiyyəti vardır. İstər kənd təsərrüfatı, istər qeyri neft sektoru, istər sə turizm baxımından diqqət edərsək regionlar qismən bölünür. Dövlət proqramının ümumi iqtisadiyyata müsbət təsiri göz qabağındadır. Regionlara qoyulan investisiyaların sayı artımışdır. Beynəlxalq tədbirlərin keçirilməsi sayəsində ölkəmizə yüksək şəkildə turist axını başlamışdır. Xarici sahibkarların ölkəmizdə fəaliyyət göstərməkləri gündən günə artmaqdadır. Xaricə göndərilən xammallar itisadi göstəricilərin artmasına yardım edir. İstiqrazların hazırlanması, eləcə də fərdi şəxslərə öz biznesi qurmaq üçün edilən bank yardımları məhz dövlət proqramının icrası ilə baş verir ki, bu gün İqtisadiyyatın daha da güclənməsində öz töhfəsini verir".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 29 noyabr.- S.15.