Regional proqramlar əhalinin
kommunal
problemlərinin həllində
mühüm rol oynayıb
2004-cü ildən ölkədə
uğurla həyata keçirilən Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramları
respublikamızın hərtərəfli inkişafına zəmin
yaradıb, ölkədə inkişafa, tərəqqiyə səbəb
olub. Bu proqramların müsbət tərəflərindən
biri ondan ibarətdir ki, mükəmməl şəkildə
hazırlanmış həmin sənəddə konkret
hansısa bir sahənin inkişafı əks olunmurdu. Sənəddə
ölkədə bütün istiqamətlər üzrə
inkişafın əldə olunması, məqsədyönlü
tədbirlərin həyata keçirilməsi öz əksini
tapırdı.
Bu
sırada əhalinin kommunal problemlərinin həlli də
ön planda dururdu. Dövlət Proqramlarının icra edildiyi
14 il ərzində əhalinin istər elektrik enerjisi, istər
su, istərsə də təbii qazla təmin olunması istiqamətində
məqsədyönlü tədbirlər həyata
keçirilib, işlər görülüb. Onu da qeyd edək
ki, ötən 14 il ərzində əhalinin təbii qazla təminatı
istiqamətində böyük işlər görülüb,
tədbirlər həyata keçirilib. Hazırda da 2014-2018-ci
illəri əhatə edən üçüncü Dövlət
Proqramı çərçivəsində əhalinin təbii
qazla təminatının daha da gücləndirilməsi, təbii
qaz çəkilməyən ərazilərin
qazlaşdırılması istiqamətində tədbirlər
davam edir. Son Dövlət Proqramının icra edildiyi 4 il ərzində
istər respublikanın regionları, istərsə də ucqar
dağ kənd və qəsəbələrinin
qazlaşdırılması istiqamətində görülən
işlər belə deməyə əsas verir.
Ümumiyyətlə,
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrası
istiqamətində SOCAR-ın chr("39")chr("39")Azəriqazchr("39")chr("39")
İstehsalat Birliyi tərəfindən ölkənin hər
yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa
işləri həyata keçirilir,
chr("39")chr("39")mavi
yanacaqchr("39")chr("39")la təchiz olunmayan
yaşayış massivlərinin qazlaşdırılması,
qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi
üçün intensiv işlər görülür.
Görülən işlərin nəticəsi olaraq
Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinə
ilk dəfə təbii qaz verilib. Bu münasibətlə
keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və
"Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri,
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, kəndin qazlaşdırılması
üçün birpilləli sistem əsasında ümumi
uzunluğu 17 961 metr müxtəlif diametrli polietilen və metal
borularla daşıyıcı,həmçinin paylayıcı
qaz xətləri çəkilmiş, 96 mənzilə
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
Yeni
qazlaşdırılan yaşayış sahələrində
qaz şəbəkəsinin qurulmasında "bir pilləli"
tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir
abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə
və istehlakçılara ötürülən qazın
sabit rejimdə saxlanılmasına zəmin yaradır.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrası istiqamətində daha bir yaşayış məntəqəsinə
təbii qaz verilib. Belə ki, Saatlı rayonunun Məzrəli kəndinə təbii
qazın verilməsi sakinlərin böyük sevincinə səbəb
olub. Bu məqsədlə keçirilən tədbirdə rayon
İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat
Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri
iştirak ediblər. Bildirilib ki, ümumilikdə 223 fərdi
evdən ibarət kəndin qazlaşdırılması
üçün birpilləli sistem əsasında ümumi
uzunluğu 16 221 metr müxtəlif diametrli metal borularla
daşıyıcı və paylayıcı qaz xətləri
çəkilmiş,mənzillərə sayğac və fərdi
tənzimləyici quraşdırılıb.
Hazırda
Saatlı rayonunun Azadkənd kəndində tikinti
quraşdırma işləri davam etdirilir.Tezliklə tikintisi
başa çatdırılaraq təbii qazın verilişi təmin
ediləcək. Tədbirdə
çıxış edən kənd sakinləri və
ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə
təbii qazın verilməsinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
minnətdarlıqlarını bildiriblər.
SOCAR-ın
"Azəriqaz"İstehsalat Birliyi tərəfindən
Ölkə başçısı cənab İlham
Əliyevin tapşırığına uyğun olaraq qərb
bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin
təbii qazla təmin olunması istiqamətində işlər
davam etdirilir. Cari ildə də ucqar kəndlərin
qazlaşdırılması məqsədi ilə
hazırlanmış qazlaşdırma proqramına uyğun
olaraq məhz Gədəbəy
rayonunun Ermənistanla sərhəddə yerləşən
Şınıx bölgəsi adlanan ərazisinin mərhələli
şəkildə qazlaşdırılması da nəzərdə
tutulub.
Dağlıq
relyef olduğundan texnikanın çətinliklə işlədiyi
ərazilərdə, qaz borularını işçilərin əlləri
ilə həmin ərazilərə daşıması, hava
şəraitinin qeyri sabit yağıntılı keçməsinə
baxmayaraq, artıq görülən işlərin xeyli hissəsi
tamamlanaraq yaşayış məntəqələrinin əksəriyyətində
sayğac quraşdırma işləri aparılıb. 2018-ci
il oktyabrın 03-də Gədəbəy rayonunun Fərzalı,
Çay Rəsullu, İsalı, Göyəlli, Göyəmli,
Zamanlı, Arabaçı, Bəydəmirli və
Turşsu kəndlərinə təbii
qazın verilməsi sakinlərin
böyük sevincinə səbəb olub. Bu məqsədlə
keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və
"Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri,
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 852 fərdi evdən ibarət kəndlərin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 106 541 metr müxtəlif
diametrli polietilen və metal borularla daşıyıcı və
paylayıcı qaz xətləri çəkilmiş, mənzillərə
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
Yeni
qazlaşdırılan yaşayış sahələrində
qaz şəbəkəsinin qurulmasında "bir pilləli"
tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər
bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə
və istehlakçılara ötürülən qazın sabit
rejimdə saxlanılmasına zəmin yaradır. Bundan əlavə Gədəbəy
rayonunun Şınıx bölgəsində Sonalar, Hacılar,
Mormor, Cücanlı, Əyridərə, Qaravəlilər, Məmmədcəfərli,
Dördlər, Qasımlı, Motudərə və rayonun Çaldaş və Səbətkeçməz
kəndlərində qazlaşdırma işləri son
tamamlanma mərhələsindədir. Tezliklə qeyd olunan
yaşayış məntəqələrinə də təbii
qazın verilişi təmin olunacaq. Qeyd olunan bölgədə
yerləşən kəndlərə təbii qazın çəkilişi
əhalinin həyat şəraitinin
yaxşılaşmasına və ekologiyanın qorunmasına
xidmət edəcəkdir.
Tədbirdə
çıxış edən sakinlər kəndlərə təbii
qazın verilməsinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
minnətdarlıqlarını bildiriblər.
Dövlət
Proqramı çərçivəsində Beyləqan rayonunun Aşıqalılar və
Yuxarı Çəmənli kəndlərinə də ilk dəfə
təbii qaz verilib. Təbii qazın verilməsi münasibəti
ilə tədbir keçirilib. Tədbirdə rayon İcra
Hakimiyyətinin və "Azəriqaz" İstehsalat
Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri
iştirak ediblər. Bildirilib ki, 414 abonenti olan
Aşıqalılar kəndinin qazlaşdırılması
üçün birpilləli sistem əsasında ümumi
uzunluğu 1702 metr müxtəlif diametrli polietilen və
ümumi uzunluğu 30 142 metr müxtəlif diametrli metal
borularla daşıyıcı və məhəllədaxili qaz
xətləri çəkilib, mənzillərə 414 ədəd
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
110
abonenti olan Yuxarı Çəmənli kəndinin
qazlaşdırılması üçün isə birpilləli
sistem əsasında ümumi uzunluğu 1642 metr müxtəlif
diametrli polietilen və ümumi uzunluğu 9105 metr müxtəlif
diametrli metal borularla daşıyıcı və məhəllədaxili
qaz xətləri çəkilmiş,mənzillərə 110 ədəd
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
SOCAR-ın
"Azəriqaz" İstehsalat Birliyinin respublikanın hər
yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd
və qəsəbələrin qazlaşdırılması
istiqamətində gördüyü məqsədyönlü
tədbirlər nəticəsində uzun müddət təbii
qaz almayan yaşayış məntəqələrinə
"mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz
xətləri çəkilir. Ötən müddət ərzində
7214,6km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri
şəbəkəsinin təhlükəsiz və normal rejimdə
istismarının təmin olunması üçün isə
225 km qaz kəməri əsaslı təmir olunub. Aparılan
tikinti-quraşdırma işləri nəticəsində 158
yaşayış məntəqəsi qazlaşdırılaraq
təbii qazla təmin edilib.
Görulən
işlərin davamı olaraq Salyan rayonunun Bəşirbəyli
kəndinə yenidən təbii qazın verilməsi
münasibəti ilə tədbir keçirilib. Tədbirdə
rayon icra hakimiyyətinin və "Azəriqaz"
İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət
nümayəndələri iştirak ediblər. Bildirilib ki, 233 abonenti olan kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 2 938 metr müxtəlif diametrli
polietilen və ümumi uzunluğu 15 372 metr müxtəlif
diametrli metal borularla daşıyıcı və məhəllədaxili
qaz xətləri çəkilib, mənzillərə 233 ədəd
sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ümumilikdə
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın və "2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın icrası məqsədi ilə "Azəriqaz"
İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz
işlər həyata keçirilir. Belə ki, əhali
istehlakçılarının mənzillərində istismar
edilən istismar müddəti başa çatmış
mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz
olunur, yeni qaz kəmərləri çəkilir və istismara
yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri
yeniləri ilə əvəz edilir.
İstehlakçıların qaz təchizatının
yaxşılaşdırılması, şəbəkənin
qaz nəqletmə imkanlarının artırılması və
yaşayış məntəqələrinin
qazlaşdırılması üçün Birlik tərəfindən
Cari ilin yanvar-sentyabr ayları ərzində 7214,6 km yeni qaz kəməri
quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin
təhlükəsiz və normal rejimdə istismarının təmin
olunması üçün isə 225 km qaz kəməri əsaslı
təmir olunmuşdur. Aparılan tikinti-quraşdırma işləri
nəticəsində 158 yaşayış məntəqəsi
qazlaşdırılaraq təbii qazla təmin edilib.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 6-8 oktyabr.- S.15.