Təbiəti və iqlimi zəngin Azərbaycanın milli

turizmdən qazanacağı xeyli sahələr mövcuddur

 

Ölkə rəhbərliyinin istər iqtisadi, istər sosial sahədə yeni təşəbbüslərlə çıxış etməsi öz bəhrəsini verib. Həm infrastrukturların tikilməsi və yenilənməsi, həm də yeni sosial obyektlərin istifadəyə verilməsi vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir. Azərbaycan Respublikası rayonlarının hərtərəfli inkişafının təmin olunmasında, iqtisadiyyatın ərazi strukturunun təkmilləşdirilməsində, iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın yerlərdə tam bərqərar olmasında, ölkədə yoxsulluq səviyyəsinin azaldılmasında və onun tədricən aradan qaldırılmasında son illər həyata keçirilən siyasət nəticəsində əldə edilən makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm rol oynayır.

 

Dövlət proqramında iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, neft gəlirlərinin regionlarının iqtisadi inkişafına yönəldilməsi məsələsi xüsusi yer tutmuşdur. Cənab İlham Əliyev iqtisadiyyatın neft gəlirlərindən asılılığını yolverilməz saymaqla yanaşı, qeyri-neft sektorunun daha çox regionlarda inkişaf etdirilməsi yolu ilə sosialregional tarazlığın qorunmasına çalışmışdır. Dövlət başçısı çıxışlarında hər zaman vurğulamışdır ki, neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-sabitlik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Hazırda dünya ölkələrini iflic edən qlobal iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi də məhz hökumət səviyyəsində qeyri-neft sektoruna göstərilən yüksək qayğının nəticəsidir.Göründüyü kimi, ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında aparılan dövlət siyasətinin mühüm rolu var. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, o cümlədən bölgələrin yerli və ənənəvi istehsal gücündən istifadə, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması istiqamətində atılan addımlar, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi bu gün bölgələrin simasının birmənalı şəkildə dəyişməsinə yol açıb. Həyata keçirilən iqtisadi siyasət regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə gətirib çıxarıb ki, bu da öz növbəsində iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində kifayət qədər böyük uğurlar əldə olunması ilə nəticələnib.

Azərbaycanda "müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı"na nümunə kimi müvafiq şirkətlər tərəfindən şəkər çuğunduru, pambıq, tütün, baramaçay istehsalı sahəsində tətbiq olunan müsbət təcrübəni qeyd etmək olar. Son dövrlər ənənəvi sahələr olan pambıqçılıq, tütünçülük və baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər hesabına emal sənayesi müəssisələrinin fəaliyyətinin artırılması nəticəsində "müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı" sisteminin tətbiqi də tədricən genişlənməyə başlayıb. Bununla da minlərlə kiçik təsərrüfatlar iri biznes subyektləri ilə effektiv kooperasiya şəraitində fəaliyyət göstərməklə əlavə dəyər yaratmaq imkanını artırmış olurlar. Aqrar islahatların müasir mərhələsində kənd təsərrüfatı sahəsində kooperasiyanın inkişafı başlıca vəzifə kimi müəyyən olunmuşbu islahatların mühüm tamamlayıcı nəticəsi kimi çıxış etmişdir. Belə ki, dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı kooperasiyasının zəruri inkişaf səviyyəsinə yüksəlməsi yalnız adekvat bazar mühitinin olduğu, başqa sözlə, təkmil bazar münasibətlərinin formalaşdığı şəraitdə mümkündür.

Həm dövlətin, həm də vətəndaşlarımızın kənd təsərrüfatından böyük gözləntiləri var. Digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da sosial tərəfdaşlıq münasibətlərinin qurulması olduqca vacibdir. Kənd təsərrüfatının müxtəlif sahələrində fəallığın artırılması üçün stimullaşdırma həyata keçrilməlidir ki, bu sahədə məşğul olan fərdi təsərrüfat sübyektləri,kəndli fermer təsərrüfatlarının səmərəli işləməsinin , eləcədə ölkənin  kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında, ərzaq təhlükəsizliyinin təminatlı olmasında böyük rol oynasın.

Özü-özlüyündə ölkənin təbiətinin qorunması, tarixi və mədəni abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində görülən işlər həmin obyektlərin turizm üçün istifarəsi üçün də əlverişli şərait yaradır. Hazırda mədəni turizm, idman turizmi, ekoloji turizm, kənd turizmi, etnoqrafik turizm və s. istiqamətlərə diqqət ayrılır, onların genişləndirilməsi və inkişaf etdirilməsi üçün məqsədyönlü iş aparılır. Çoxsaylı dini tikililər, məbədlər, ziyarətgahlar dövlət qayğısı ilə əhatə olunur. Milli mədəni irsin öyrənilməsi, təqdim və təbliğ edilməsi istiqamətində işlər görülür. Bu işlər ölkə turizminin müxtəlif istiqamətlərini inkişaf etdirmək üçün zəngin baza rolunu oynayır. Turizmin infrastruktur sahələri şəhərsalma və regionlarda kompleks ərazi inkişafını təmin edir. Turizmin sosial mahiyyəti onun sosial predmeti olaraq öyrənmə və sosial proqnozlarının əsasını yaradır. Təbii ki, təbiəti və iqlimi zəngin Azərbaycanın da milli turizmdən qazanacağı xeyli sahələr mövcuddur. Məhz bu sahələrin prioritet təşkil etməsi üçün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı özünü imzalanan Dövlət proqramlarında göstərir. Belə ki, son 10 ildə Prezident İlham Əliyevin turizmin inkişafına dair imzaladığı bir neçə Dövlət proqramları mövcuddur. Xüsusən, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, həmçinin turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlanmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələbinə uyğun olaraq "Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi" hazırlanmışdır. Ötən illər ərzində turizmin nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilmiş və turistlərin istifadəsinə verilmişdir. İndi Azərbaycanın bölgələrində ən müasir otel və pansionatların tikintisi sürətlənib. Qəbələdə, İsmayıllıda, Qubada, Qusarda, Masallıda, Lənkəranda, Lerikdə, Şəkidə, Şamaxıda, Balakəndə və digər rayonlarımızda 4 və 5 ulduzlu otellərin sayı davamlı olaraq artır. Xüsusən Qəbələnin turizm imkanları o qədər genişlənibdir ki, hətta burada bəzən turisistlərin yerləşdirilməsi problemləri yaranır. Təbii ki, bütün bunlar müvəqqəti xarakter daşıyır. 22 Turizmə dair Şamaxı rayon Mədəniyyət və Turizm İdarəsindən məlumata görə, 2014-cü ilin 8 ayı ərzində Şamaxıya 58 minədək turist səfər edib. Sadə bir hesablamaya görə, hər bir turist orta hesabla istirahətinə 200 dollar xərcləsə bu 12 milyon dollara yaxın vəsait deməkdir. Demək, rayon büdcəsinin təxminən 10 faizini turizmlə zənginləşdirmək mümkündür.

Qeyd edək ki, 27 sentyabr hər il Azərbaycandamumdünya Turizm Günü" kimi qeyd olunur.Həmin gün təşkil olunan tədbirlər çərçivəsində həmçinin, hər il müxtəlif mövzularda - turizm sahəsində mövcud problemlər və onların həlli yollarının müzakirəsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, turizm infrastrukturunun yaradılması və s. mövzusundamumrespublika Daxili Turizm Konfransları" da keçirilir. Eləcə də bu müddət ərzində turizm şirkətləri, turist xidməti obyektlərinin iştirakı ilə Daxili Turizm Sərgisi də keçirilmişdir.

Bu gün də dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə sərmayə yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırırlar. Xarici investorların Azərbaycana marağının kifayət qədər böyük olmasının başlıca səbəbləri, əlbəttə ki, ölkəmizdə investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlərin əldə olunması və bu qəbildən olan digər amillərdir. Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunmuşdur. Təsadüfi deyildir ki, Dünya Bankının "Doing Business" hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın "lider islahatçı dövləti" kimi qiymətləndirilmişdir. Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı"na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşmışdır.

 

Olaylar.- 2018.- 9 oktyabr.- S.15.