Regional proqramlar əhalinin
içməli su təchizatını
yaxşılaşdırıb
Artıq 14 ildir ki, həyata
keçirilən Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı çərçivəsində
bütün istiqamətlərdə olduğu kimi su təchizatının
yaxşılaşdırılması və əhalinin
içməli suya olan tələbatının
qarşılanması istiqamətində də bir sıra
uğurlu işlər görülüb, tədbirlər
reallaşdırılıb. Belə ki,
təkcə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı
çərçivəsində "Azərsu"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda bir sıra layihələr
reallaşdırılıb. Belə ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"na uyğun olaraq
bölgələrdə içməli su
təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihələrinin icrasını uğurla davam etdirib. Azərbaycan
hökuməti və Asiya İnkişaf
Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya
investisiya proqramı" çərçivəsində
Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya
şəbəkələrinin tikintisinin son mərhələsi icra
olunub. Məlumat üçün qeyd edək
ki, "Ağcabədi şəhərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsi" 2035-ci ilədək perspektiv
inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb. Layihə üzrə tikinti-quraşdırma
işlərinə 2016-cı ildə başlanılıb.
Layihəyə əsasən, Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədi ilə 14 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərə 28,7 km uzunluğunda magistral su xətti tikilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Ağcabədi şəhərində 214 km içməli su şəbəkəsi tikilib, 8500 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb.
Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 208 km kanalizasiya şəbəkəsi inşa edilib, 8 minədək ünvana birləşmə verilib, 4 kanalizasiya-nasos stansiyası quraşdırılıb. Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb.
Ağcabədi şəhərində yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisinə hazırlıq görülür. Ağcabədi şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı və kanalizasiya sistemləri 1960-70-ci illərdə yaradılmışdır. Şəhərdə mövcud olmuş 40 km su və 14 km kanalizasiya xətləri şəhərin kiçik bir hissəsini əhatə edib və istismara yararsız vəziyyətə düşüb.
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramına uyğun olaraq içməli su çatışmazlığının
müşahidə
edildiyi kənd və
qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. Kəndlərdə yeni içməli su təchizatı sistemlərinin
yaradılması Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin
"Əhalinin içməli
su ilə təminatının yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında" 09 aprel 2018-ci il tarixli Sərəncamı,
eləcə də dövlət investisiya proqramı çərçivəsində
həyata keçirilməklə
ümumilikdə 21 rayonunun
46 yaşayış məntəqəsini
əhatə edir. Layihələrə əsasən,
bu kəndlərdə
386 km müxtəlif diametrli
su xətlərinin tikintisi, əhalinin ümumi istifadəsi üçün 1272 ədəd
bulağın quraşdırılması
və digər su təchizatı infrastrukturlarının yaradılması
nəzərdə tutulub.
Qısa müddətdə həyata
keçirilən tikinti-quraşdırma
işləri nəticəsində
203 km su xətti çəkilib və 400-dək
bulaq quraşdırılıb.
Artıq Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay
rayonunun İkinci Ərəbcəbirli, Şəmkir
rayonunun Tatarlı, Qusar rayonunun Aşağı Ləyər
və Xızı rayonunun Yeni Yaşma kəndlərində
içməli su təchizatı layihələrinin
icrası yekunlaşıb.
Bununla da həmin kəndlərdə
15 minə yaxın sakin keyfiyyətli
içməli suya çıxış imkanı
qazanıb.
Ümumilikdə həyata keçirilən
layihələr çərçivəsində
cari ildə 21 rayonunun 46 yaşayış məntəqəsində
65 minədək sakinin
içməli su təchizatı yaxşılaşdırılacaqdır.
Xatırladaq ki, "Əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında"
Prezident Sərəncamına
uyğun olaraq 2017-ci ildə 28 rayonun 170 kəndində layihələr
icra olunub. Bu layihələr
çərçivəsində 530 km-ə yaxın magistral və paylayıcı su xətləri çəkilib, əhalinin
ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da
271 min nəfərin keyfiyyətli
içməli suya çıxışı təmin
edilib.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramına
uyğun olaraq içməli su çatışmazlığının müşahidə
edildiyi kənd və qəsəbələrin
su təchizatının
yaxşılaşdırılması tədbirləri çərçivəsində,
eləcə də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Əhalinin
içməli su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 09 aprel 2018-ci il tarixli Sərəncamı
çərçivəsində Tovuz rayonunun 5 kəndində içməli
su layihələri həyata keçirilir. Tovuz rayonunda icra
olunan içməli su layihələri rayonun Qədirli, Xatınlı, Çilovdarlı,
Əlimərdanlı və
Qaraxanlı kəndlərini
əhatə edir.
Bu kəndlərin içməli su problemini həll etmək məqsədilə
cari ilin iyun ayında yeni layihənin icrasına başlanılıb.
Layihəyə əsasən, kəndləri
keyfiyyətli içməli
su ilə təmin etmək məqsədilə 2 ədəd
subartezian quyusu qazılacaq. Buradan götürülən su
həcmi 250 kubmetr
olan mövcud su anbarına ötürüləcək. Layihə çərçivəsində
həmin su anbarı əsaslı təmir olunacaq və suyun kəndlərə
təzyiqlə ötürülməsini
təmin etmək üçün nasos stansiyası quraşdırılacaq.
Ümumilikdə Tovuz rayonunun 5 kəndində 40 km su xətlərinin tikintisi və əhalinin ümumi istifadəsi üçün 175 ədəd
bulağın quraşdırılması
nəzərdə tutulub.
Artıq
kəndlərdə su
xətlərinin tikintisi
intensiv qaydada davam etdirilir və indiyədək 20 km
su xətti çəkilib.
Layihənin icrası tam başa
çatdıqdan sonra
Tovuz rayonunun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı
və Qaraxanlı kəndlərinin 12 mindən
çox sakini keyfiyyətli içməli
su ilə təmin ediləcək. Qeyd edək ki, indiyədək
bu kəndlərdə
içməli su şəbəkəsi mövcud
olmayıb və əhali suya olan tələbatını
uzaq məsafələrdən
daşıyaraq ödəyir.
Xüsusilə yay aylarında
kəndlərin su təminatında çətinliklər
yaranır.
"Əhalinin içməli
su ilə təminatının yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında"
Sərəncama əsasən,
respublikanın 13 rayonunun
30 yaşayış məntəqəsində
içməli su layihələrinin icrası
nəzərdə tutulub. Bununla yanaşı, "Azərsu"
Açıq Səhmdar
Cəmiyyəti tərəfindən
dövlət investisiya
layihəsi çərçivəsində
5 rayonun 11 kəndində
içməli su layihəsi icra edilir. Ümumilikdə,
2018-ci ildə 18 rayonun
41 yaşayış məntəqəsində
61 min nəfər sakinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə
də regionlarda su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən
qurulması ilə bağlı tapşırıqlarına
uyğun olaraq "Azərsu" Açıq
Səhmdar Cəmiyyəti
tərəfindən kompleks
tədbirlər həyata
keçirilir. Dövlət proqramlarının icrasını
təmin etmək, eləcə də göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsi
məqsədilə 2018-ci ilin
ilk 6 ayı ərzində
genişmiqyaslı tikinti-quraşdırma
işləri həyata
keçirilib. Cari
ilin ötən dövrü ərzində
Xaçmaz və Xızı (Altıağac
qəsəbəsi daxil
olmaqla) şəhərlərində
içməli su və kanalizasiya şəbəkələrinin, Mingəçevir
şəhərində isə
içməli su şəbəkəsinin tikintisi
yekunlaşıb, Prezident
İlham Əliyevin iştirakı ilə açılış mərasimləri
keçirilib. Dövlət
başçısının Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik və Ağdaş şəhərlərinin
su təchizatının
yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin
davam etdirilməsi ilə bağlı sərəncamları çərçivəsində
layihələrin icrasına
başlanılıb.
Prezident
İlham Əliyevin
"Əhalinin içməli
su ilə təminatının yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında" 09 aprel 2018-ci il tarixli Sərəncamına,
həmçinin dövlət
investisiya layihəsinə
əsasən, içməli
su çatışmazlığının müşahidə
edildiyi Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay
rayonunun İkinci Ərəbcəbirli, Qusar
rayonunun Aşağı
Ləgər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli
su təchizatı layihələrinin icrası
yekunlaşıb və
10 minədək sakinin
içməli su problemi həll edilib. Ümumilikdə bu layihələr çərçivəsində cari ilin sonunadək
18 rayonun 41 yaşayış
məntəqəsində 61 min nəfərin içməli
su təchizatının
yaxşılaşdırılması nəzərdə tutulur.
Avtomobil yollarının yenidən
qurulması çərçivəsində
Təbriz, Xiyabani və Məsud Davudoğlu küçələrində
içməli su və kanalizasiya xətlərinin yenidən
qurulması işləri
başa çatıb. Babək prospekti
və Mir Cəlal küçəsində su
və kanalizasiya xətlərinin yenilənməsi
işləri yekunlaşmaq
üzrədir.
Ümumilikdə 2018-ci ilin yanvar-iyun
aylarında 43 km-i magistral olmaqla 510 km içməli su və 201 km kanalizasiya xətləri çəkilib,
9 subartezian quyusu qazılıb. Görülmüş
işlər nəticəsində
7800 nəfər ilk dəfə
mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin
edilib, 30 min 400 nəfərin
su təminatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz rejimdə su təminatının səviyyəsi
ölkə üzrə
67,6 faiz təşkil edib. Ötən dövrdə sayğaclı
abonentlərin sayı
51 minədək artıb
və ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi
79,4 faizə çatıb.
Qeyd edək ki, 2018-ci ilin növbəti yarım illiyində Ağdaş, Qəbələ,
Daşkəsən və
Ağcabədi şəhərlərində
su və kanalizasiya şəbəkələrinin,
Astara şəhərində
su şəbəkəsinin
inşasının başa
çatdırılması, sutkalıq məhsuldarlığı
140 min kubmetr olan Şəmkirçay sutəmizləyici
qurğusunun istismara verilməsi, Şamaxı,
Gədəbəy, Lerik
və Tovuz şəhərləri üçün
alternativ su mənbələrinin yaradılması
layihələrinin başa
çatdırılması nəzərdə tutulub. Eyni zamanda 2018-ci ildə Daşkəsən,
Göyçay, Qəbələ
şəhərlərində tullantı sutəmizləyici
qurğuların tikintisi başa çatdırılacaq.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2018.- 12 oktyabr.- S.15.