Bal - sağalmaz dərdlərə şəfa verir

 

"Bala haram qatılmasa, arı təbiətdən daim bal gətirər"

 

Bakıda arıçılıq məhsullarının 19-cu respublika satış-sərgi yarmarkası davam edir. Yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub, bunlardan 5 ton çərçivə halındadır. Yarmarkaya ən çox arı məhsulları Astara Aran rayonlarından gətirilib. Təqdim olunan bal nümunələrinin analizi nəticəsində 30 tona yaxın bal keyfiyyətsiz hesab edilərək, satışa buraxılmayıb.

Keyfiyyətsiz bal nümunələri xüsusi anbara yığılaraq möhürlənib yarmarka başa çatana kimi anbarda saxlanacaq. Oktyabrın 28-dək davam edəcək yarmarkanın iştirakçıları üçün 15 maddədən ibarət davranış qaydaları müəyyənləşdirilib, qaydalar arıçılara izah olunub. Qaydalara əməl etməyən arıçılar yarmarkadan uzaqlaşdırılacaq. Davranış qaydalarında bərabər rəqabət şəraiti formalaşdırmaq, alıcılara yarmarka iştirakçılarına münasibətdə etik davranmaqla bağlı maddələr öz əksini tapıb. Bəs, yarmarkada iştirak edən arıçılar sözügedən tədbiri necə qiymətləndirirlər?   

Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini, Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, arıçı Gülşad Hüseynovaya bildirib ki, 1975-ci ildən arıçılıqla məşğul olur: "Bizim Qabaqtəpə arıları bütün dünyada məşhurdur. Onun xortumu uzun olur çiçəklər arasında seçim etmədən nektar şirəsini bitkinin dərinliyindən götürür. May ayından başlayaraq arı ailələrini Daşkəsən Gədəbəy rayonlarının ərazisində yerləşən  Turşsu yaylağına aparırıq. Demək olar ki, onları kənbəkənd gəzdiririk". Gülşad xanım dədə-babadan arıçılıqla məşğul olduqlarını deyir: "Bizim ulu babalarımız da arıçılıqla məşğul olub. Saf bal deməkdir sözünə aydinliq gətirmək istəyirəm. Əvvəla, yemləmə bal şəffaf olur, gözəl xarici görünüşü var. Bu əlamətlər keyfiyyət göstəricisi deyil. Təmiz balın  zahiri görünüşü bir qədər bulanıq təəssürat yaratmalıdır.  Saf, təmiz bal hökmən xarlamalıdır. Belə halda bəzən balı qaynadırlar ki, kristallar ərisin. Ancaq belə yanaşma səhvdir. Xarlamanı aradan götürmək üçün balı ancaq 40 dərəcəyədək temperaturda əritmək olar. Saf balın kəskin ətri, kəskin dadı olmaz. Bal damağı yox, udlağı bir qədər qıcıqlandırmalıdır".Arıçı xanım Qabaqtəpə arısının vətəninin Azərbaycan olduğunu deyib: "Qabaqtəpə arısı gün ərzində nektar ardınca uçuşa tez başlayır, ailəsinə gec qayıdır. Digər arı cinsləri ilə müqayisədə daha çox bal toplayır. Havanın yağışlı, çiskinli vaxtında belə soyuqdan qorxmayaraq nektar dalınca uçur. Qabaqtəpə arılarının məhsuldarlığının əsas əlamətləri, üstünlükləri məhz onun fəal həyat tərzidir. Qabaqtəpə arılarına Avropa ölkələrində ABŞ-da belə böyük maraq göstərilir. Bu arılar bizim milli sərvətimizdir. Qabaqtəpə arıları sancmağa meylli deyil. Biz arıçılar üz toru taxmadan da arı ailəsi ilə işləyə bilirik. Bu arıların çoxalma qabiliyyəti çox intensivdir, həmçinin beçəvermədən asan qayıdır, yaz aylarında daha fəaldırlar. Eyni zamanda Qabaqtəpə arıları sakit, zəhmətsevər, xəstəliyə dözümlü olur, buna görə mütəxəssislər onu haqlı olaraq "qızıl arı" adlandırırlır". Gülşad Hüseynova  arı məhsullarının çox xəstəliklərə şəfa verdiyini deyir: "El arasında "bir dolu sağlam pətək, yüz yarımçıq pətəkdən yaxşıdır" deyərlər. Bal - sağalmaz dərdlərə şəfa verər".

Sərgi-satış yarmarkasının iştirakçısı, "Uğur" kəndli fermer təsərrüfatının rəhbəri Uğur İbrahimova isə "1997-ci ildən arıçılıqla məşğul olur: "Astarada biz dədə-babadan qalma "qara arı" cinsini yetişdiririk. Bu, əslində boz Qafqaz arısı cinsidir. Qafqaz arısı  bizin cənub rayonunun iqlim şəraitinə uyğunlaşmış ən məhsuldar  cinsdir". Astara rayonunun Şuvi kəndindən gəlmiş arıçının təsərrüfatında 65 arı ailəsi var: "Hər mövsüm 65 arı ailəsindən 500-800 kiloqram bal götürürəm. Balı əsasən iyul avqust aylarında süzürəm. Balımın tərkibində cökə, cır xurma, qızılgöz subtropik bitkilərin nektarı daha üstünlük təşkil edir. Sərgiyə gələn arıçılar müxtəlif tərkibli bal gətiriblər. Saf balın həmişə müştərisi olub. Bundan əlavə yarmarkaya çiçək tozu, propolis gətirmişəm. Çiçək tozu insanın immunitetini gücləndirir mədə-bağırsağın ən gözəl dərmanıdır. Bu çiçək tozundan ən çox idmançılar istifadə edirlər. Onlar üçün əlverişlidir, çünki bu çiçəklər insan enerjisini artırmağa müsbət təsir göstərir. Propolis mədədə olan yaranı sağaldır bağırsaqdan  şlakları təmizləyir. Əlbəttə, onların xüsusi hazırlanma qaydası var. Arıları da bəsləmək lazımdır. Mövsümdə, may ayında biz onları Lerik dağlarının yaylaqlarına çıxarırıq ölkəmizin təbii bitki örtüyü biz arıçılara saf bal almaq üçün geniş imkanlar yaradır. Bir sözlə, əgər bala haram qatılmasa, arı təbiətdən daim saf bal gətirər". Uğur İbrahimov arıçılığın inkişafına verdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Mən fürsətdən istifadə edib ölkə rəhbərliyinə biz arıçılara hər cür şərait yaratdığı üçün təşəkkürümü bildirirəm. Artıq hər arı ailəsinə görə 10 manat subsidiya ayrılıb. Biz arıçıların da izafi xərcləri olur. Məsələn, çərçivələr arı yeşikləri  sifariş veririk, müxtəlif dərmanlar alırıq. Bundan əlavə nəqliyyat xərcləri çəkirik. Subsidiya bizim xərclərin bir hissəsini aradan qaldırmaq üçün çox yerində verilmiş bir dəstəkdir. Özüm Hərbi Akademiyanı bitirmişəm. Müdafiə Nazirliyi tərəfindən "Azərbaycanın 100 illiyi" digər döş nişanları ilə təltif olunmuşam. Qarabağ döyüşlərinin iştirakçısıyam. Mənim üçün əziz olan bir xatirəni söyləmək istərdim. Qarabağ döyüşlərində mən leytenant rütbəsində vuruşmuşam qayıtdıqdan sonra mənə baş leytenant rütbəsini ulu öndərimiz Heydər Əliyev şəxsən təqdim edib".

 

Zəka

 

Olaylar.- 2018.- 12 oktyabr.- S.11.