Dünyanın qabaqcıl dövlətləri
Azərbaycanın maraqlarına hörmətlə
yanaşır
Ülvi Qəhrəmanzadə:
"Cənab İlham Əliyevin siyasətinin təməlində
Azərbaycan vətəndaşının maraqları
dayanır"
"Regionların
inkişafı ölkədə uğurlu həyata keçirilən
davamlı sosial-iqtisadi inkişaf strategiyasının
mühüm tərkib hissəsidir. Regionların davamlı və
tarazlı inkişafına nail olunması ölkənin
sosial-iqtisadi tərəqqisini təmin edən ən
başlıca amillərdən biridir. Cənab İlham
Əliyevin Prezident kimi fəaliyyətə
başladığı ilk gündən qarşıya
qoyduğu əsas tapşırıqlardan biri - "Elə etməliyik
ki, Azərbaycan iqtisadiyyatı uzun müddətli, gələcəkdə
dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin,
neftdən, qazdan asılılıq daha da aşağı
düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə
davam etdirilsin". Bu məqsədə nail olmaq
üçün son 15 ildə bölgələrin
sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul
olunub. Artıq 3-cü Proqramın icrası bu il başa
çatır". Bu fikirləri Olaylar.az-a
açıqlamasında Regionlarda Ekoloji Tarazlığın Tənzimlənməsi
İctimai Birliyinin sədri Ülvi Qəhrəmanzadə
bildirib.
Ülvi Qəhrəmanzadə qeyd edir ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin, prioritet istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır və Prezident İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır, tapşırıq və tövsiyyələrini verir. "Cari ilin 9 ayında dövlət başçısı respublikanın 13 (Naxçıvan Muxtar Respublikası, Xacmaz, Xızı, Bərdə, Mingəçevir, Qusar, Sumqayıt, Goranboy, Navtalan, İsmayıllı, Şamaxı, Masallı, Biləsuvar) şəhər və rayonlarına səfər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcədə mühüm sosial-iaşə abyektlərinin, mədəniyyət mərkəzlərinin, müəssisə və zavodların açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, aqrar sektorun inkişafına dair respublika müşavirəsi keçirilib.
90-cı illərin ortalarında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaqların xüsusi mülkiyyətə verilməsi ilə ölkədə fermer təsərrüfatları təşəkkül tapmış və kənddə yeni iqtisadi münasibətlərin əsası qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan postsovet məkanında aqrar sektorda bazar islahatlarının uğurla həyata keçirildiyi ilk ölkə olub. Həyata keçirilən aqrar islahatlar nəticəsində qısa müddət ərzində torpağın kəndlilərin şəxsi mülkiyyətinə verilməsi və aqrar sektorda bazar prinsiplərinin formalaşdırılması təmin edilib. Bununla da keçmiş SSRİ dövründə formal olaraq "kooperativ" modelinə əsaslanan, reallıqda isə bütünlüklə dövlət idarəetməsi əsasında fəaliyyət göstərən kolxozların, habelə rəsmi şəkildə dövlət müəssisələri olan sovxozların mülkiyyətindəki torpaqların, əmlakın və kənd təsərrüfatı heyvanlarının əhalinin şəxsi mülkiyyətinə verilməsi ilə ölkəmizdə tarixi ədalət bərpa olunub, insanların bazar iqtisadiyyatı şəraitində müxtəlif kooperasiya formalarında könüllü birləşmələri üçün başlıca zəmin yaranıb. Hələ 1996-cı il iyunun 24-də "Respublikada aqrar islahatların gedişi vəziyyətinə və torpaq islahatı haqqında qanun layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə"də Ulu Öndər demişdi: "Torpaq islahatından sonra bir proses - təmərküzləşmə prosesi gedəcəkdir. Bəli, bu proses, şübhəsiz, gedəcəkdir. O şəxslər, o mülkiyyətçilər, yaxud torpağa bağlı olacaq, torpaqdan səmərəli istifadə edə biləcək ailələr bu işlə məşğul olacaqlar və onların ətrafında o xırda torpaq sahibləri də bəlkə birləşəcəklər. Amma bu, prosesin ikinci mərhələsidir. Bu, artıq təbii, obyektiv proses olacaqdır"".
Ulu Öndərin uzaqgörənliklə söylədiyi bu fikirlər zamanla öz təsdiqini tapdığını, ölkənin sosial-iqtisadi inkişafının müasir mərhələsində obyektiv reallığa çevrildiyini bildirən birlik sədri qeyd edir ki, torpaq üzərində özəl mülkiyyət hüququ bərqərar olduqdan sonra ölkədə kənd təsərrüfatı məhsulları istehsalını bütünlüklə təmin edən fermerlər, ailə-kəndli təsərrüfatları, bir sözlə, aqrar sahədə fəaliyyət göstərən özəl sahibkarlar tərəfindən artıq kooperasiyaya əsaslanan biznes modelinə keçid səmərəli fəaliyyət üçün zəruri şərt kimi qəbul olunmağa başlanılıb. "Dövlətimizin başçısının 2017-ci il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş bu Dövlət Proqramı hökumətin kənd təsərrüfatında kooperasiyanın inkişafı ilə bağlı həyata keçirəcəyi tədbirləri, ümumiyyətlə, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini və prinsiplərini əhatəli şəkildə özündə əks etdirir. Belə ki, Dövlət Proqramının məqsədi bir tərəfdən kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq və kooperativlərin dayanıqlı fəaliyyətini təmin etməklə yanaşı, digər tərəfdən, ümumilikdə, aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir. Pambıqçılığın inkişafı rekord templərlə gedir. 2015-ci il ilə 2017-ci ili müqayisə etsək görərik ki, 2015-ci ildə 35 min ton, 2017-ci ildə isə 207 min ton pambıq tədarük edilib. Pambıqçılıqla məşğul olan zəhmətkeşlərin sayı 200 minə çatıbdır. Bu, məşğulluq deməkdir. Hər gün bu insanlar halal zəhmətlə pul qazanıb evlərinə aparırlar. Ona görə mən bir daha demək istəyirəm ki, pambıqçılığın inkişafının çox böyük sosial tutumu var. Əlbəttə, bu, ixrac üçün də çox gəlirli bir sahədir".
Ülvi Qəhrəmanzadə ölkənin davamlı inkişafının bir hissəsi olan turizm sahəsinə, dövlət tərəfindən ayrılan diqqət və qayğının nəticəsi olaraq, bu sahənin inkişafına əlverişli şərait yaradıldığını xüsusi olaraq vurğulayır: "Azərbaycan Prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamlar qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sektorunun inkişafına ciddi təkan verib. Ötən 15 il ərzində Azərbaycanda turizm sənayesinin inkişafı üçün görülən işlər davamlı olaraq həayat keçirilir. Regionlarda daxili turizm inkişafı, infrastrukturun yaxşılaşdırılması, yay və qış turizminin inkişafı ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə artımına gətrib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən Azərbaycan əlverişli yeni beynəlxalq uçuşlara cəlb olunub, turizm üzrə ilk peşə-ixtisas təhsilli müəssisələri, yeni turizm və rekreasiya zonaları yaradılıb, sərhəd-buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi və sair həllini tapıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı isə ölkəmizə turist axınının sürətləndirilməsi məqsədi daşıyır".
Ülvi Qəhrəmanzadə bildirir ki, son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. "Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Ölkəmizdə köklü iqtisadi islahatlar icra edilmişdir. Bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi. Ancaq, eyni zamanda, gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır. Mən demək istəyirəm ki, Cənab İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir".
"Dünyanın qabaqcıl dövlətləri Azərbaycanın maraqlarına hörmətlə yanaşır ki, bu da ölkəmizin iqtisadi qüdrətindən irəli gələn məsələdir. İqtisadiyyatın bütün sahələri üzrə illərlə qəbul edilib və icra olunan Dövlət proqramları iqtisadi gücümüzün artmasına səbəb olmuşdur. Artıq Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilmişdir. Ölkəmiz dünyanın qabaqcıl ölkələrində bır sıra iri layihələrin icrasında yaxından iştirak edir. Həmçinin SOCAR-in dünya dövlətlərindəki yatırımları və iri layihələrin təşəbbüskarlarından biri olması deyilənlərin ən gözəl nümunəsidir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2018.- 17 oktyabr.- S.15.