Müstəqillik
həsrətində olan xalqın
bu istəyə qovuşduğu
tarix-18 oktyabr
Azərbaycan daha bir əlamətdar tarixi gün ərəfəsindədir.
Söhbət 27 il əvvəl,
oktyabrın 18-də Azərbaycanın tarixində ikinci dəfə öz
müstəqilliyinə qovuşmasından gedir.
Hər il olduğu
kimi bu il
də Müstəqillik Günü ərəfəsində
ölkə daxilində olmaqla bərabər,
eyni zamanda xaricdə
müxtəlif tədbirlər keçirilir,
ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələrində ölkəmizlə,
onun keçdiyi şərəfəli
yol, müstəqil dövlət kimi bu günkü
inkişaf dövrü
barədə məqalələr, silsilə yazılar dərc edilir.
Müstəqillik Günü ərəfəsində Birləşmiş Ərəb Əmirlikləri mediasında da Azərbaycanla bağlı geniş məqalə işıq üzü görüb. Belə ki. sözügedən ölkədə böyük oxucu auditoriyasına mailik olan ərəb, ingilis, rus və çin dilli "Aviamost" qəzetində Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun "Azərbaycanın Müstəqillik Günü" sərlövhəli məqaləsi dərc olunub.
Səfir məqalədə 18 oktyabr tarixində Azərbaycanın Müstəqillik Gününü qeyd etdiyini bildirib, 27 il bundan öncə uzun illər müstəqillik həsrətində olan Azərbaycan xalqı qarşısında duran bütün çağırışlara tab gətirərək, 18 oktyabr 1991-ci il tarixində müstəqillik haqqında konstitusiya aktını qəbul etdiyini vurğulayıb.
Yazıda müstəqilliyin qorunub-saxlanmasının onun əldə edilməsindən daha çətin vəzifə olduğunun tarix tərəfindən sübuta yetirildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycan XX əsrdə iki dəfə müstəqillik qazanmaq imkanı əldə edib. İslam dünyası və Şərqdə 1918-ci ilin 28 may tarixində qurulmuş ilk dünyəvi demokratik dövlət cəmi 23 ay yaşayıb, xarici qüvvələrin müdaxiləsi səbəbindən süquta yetirilib. Azərbaycan Demokratik Respublikası dünyanın 20-dən çox ölkəsi ilə əlaqələr qurub, dövlətin rəsmi simvolları və Azərbaycan vətəndaşlığı haqqında əsasnamə qəbul edilib, kişi və qadınların bərabər hüquqlara malik olmaları tanınıb. İcra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin tam müstəqilliyi təmin olunub, Azərbaycan Silahlı Qüvvələri, Xəzər donanması yaradılıb, Bakı Universiteti təsis edilib, yüzlərlə gəncə Avropanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər ayrılıb.
Müəllif vurğulayıb ki, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan müstəqilliyini bərpa etmək üçün yenidən imkan əldə edib. 1991-ci il Azərbaycan üçün mürəkkəb, lakin şərəfli il olub. Həmin dövrdə xalqın ağrısı, qəzəbi, gözləntiləri ən yüksək nöqtəyə çatıb. Bu həmin insanlar idi ki, ardı kəsilməyən nümayişlərdə iştirak edib,1990-cı ilin yanvar qırğını ilə üz-üzə gəlib. Lakin sovet tankları müstəqilliyə aparan yolun qarşısını ala bilməyib. Yüzlərlə oğul-qızını qurban verən Azərbaycanyeni həyata, yeni reallıqlara qədəm qoyub. Nəhayət Azərbaycan Parlamenti 18 oktyabr 1991-ci il tarixində dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya aktını qəbul edib. Sənədə əsasən Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş ADR-in varisi elan edilib. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına bərabər hüquqlar zəmanəti verilib.
Məqalədə 29 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında konstitusiya aktının dəstəyi barəsində ümummilli referendumda xalqın 95 faizinin iştirak edərək yekdilliklə ölkənin müstəqilliyini dəstəklədiyi bildirilib, müstəqilliyini elan etmiş Azərbaycanın dünya ölkələri, o cümlədən BƏƏ tərəfindən tanındığı, 2 may 1992-ci ildə Azərbaycanın BMT-nin üzvlüyünə qəbul edildiyi bidirilib.
Daşqın Şikarov məqaləsində ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yüksək templərlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan enerji resurslarını Avropaya ixrac edir və bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Əlverişli coğrafi yerləşməsindən məharətlə istifadə edən ölkə rəhbərliyi Azərbaycanı Cənub və Şimalı, Şərq və Qərbi birləşdirən nəqliyyat qovşaqına çevirə bilib. 10 milyon əhalisi olan Azərbaycan Cənubi Qafqaz regionunda nüfuz sahibi, regionda əsas sərmayəçi ölkədir. Bütün bunlar iqtisadi, sənaye, infrastruktur, kənd təsərrüfatı, idman və turizmin inkişafı ilə müşahidə olunur.
BƏƏ mətbuatında nəşr olunmuş məqalədə Azərbaycanın öz xarici siyasətini ölkə maraqları üzərində qurduğu, Avropa və Asiyanın siyasi sərhədində yerləşərək, hər iki qitənin siyasi strukturlarına inteqrasiya olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycan Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təşkilatların üzvüdür və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olub.
Səfir Daşqın Şikarovun yazısında yaxın dostluq və səmimi münasibətdə olan Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin ikitərəfli və çoxtərəfli formatda geniş əməkdaşlıq etdiyi bildirib. İki ölkə arasında hüquq-müqavilə bazasını təşkil edən siyasət, diplomatiya, iqtisadiyyat, ticarət, maliyyə, mədəniyyət, ədliyyə və digər sahələrdə bir sıra sənədlərin imzalandığı qeyd olunub.
Müəllif bildirib ki, Azərbaycan və BƏƏ liderləri, həmçinin yüksək səviyyəli dövlət rəsmiləri arasında səfər mübadiləsi ikitərəfli münasibətləri gücləndirir, siyasi dialoqu təmin edir və ikitərəfli əməkdaşlığın təşviqinə xidmət edir. İki ölkə arasında ticarət mübadiləsiildən ilə artır, Azərbaycan Hava Yolları,BƏƏ-nin Ettihad, Flydubay və Air Arabia hava yolları tərəfindən iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, fiziki və hüquqi şəxslərin müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakı xalqlar arasında münasibətlərin, turizm və ticarət əlaqələrinin güclənməsinə xidmət edir.
Füzuli
Olaylar.- 2018.- 18 oktyabr.-
S.8.