Yol infrastrukturunun yaradılması həm də
yeni turizm
marşrutlarının yaranmasına hədəflənib
Ölkənin
sosial infrastrukturunun yaradılması həyata keçirilən
regionların sosial-iqtisadi inkişafı ilə bağlı
dövlət proqramlarında prioritet məsələlərdən
hesab olunur. Xüsusən, ucqar kənd rayonlarına yeni
yolların çəkilişi sözügedən
proqramların əhəmiyyətini bir daha artırmış
olur. Sirr deyil ki, beynəlxalq standartlara cavab verən
bugünkü magistral yollarımız ölkəmizin
simasını başdan-başa dəyişdirmişdir. Respublika
iqtisadiyyatının qüdrətini artıran bu yollar indi
Avropa ölkələrinin yollarından heç də geri
qalmır.
Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Prezident İlham Əliyev bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Təsadüfi deyil ki, ölkə Prezidenti BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərkən ölkəmizdə aparılan uğurlu islahatlardan danışmış, son illərdə respublikada 11 min kilometr uzunluğunda müasir avtomobil yollarının çəkilməsini diqqətə çatdırmışdır. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, məhsulun itkisiz daşınmasına şərait yaradır və regionların sosial-iqtisadi inkişafına kömək edir.
Prezident İlham Əliyevin tapşırıq və
göstərişlərinə əsasən ölkə əhəmiyyətli
yollarla yanaşı, yeni kənd yollarının
inşası, mövcudlarının isə müasir səviyyəyə
çatdırılması sahəsində mühüm layihələrin
icrası uğurla davam etdirilir və bir-çoxunda işlər
artıq yekunlaşmaq üzrədir. Onlardan biri də Lerik rayonunun Piran -
Hamarat - Vjaker avtomobil yoludur. Piran - Hamarat - Vjaker avtomobil yolu 26
km uzunluğa malik,torpaq və çınqıl
örtüklü idi. Əsaslı şəkildə yenidən
qurulmayan yolda qabaramalar və
çökmələr əmələ gəlmiş və yol avtomobillərin istismarı üçün yarasız vəziyyətə
düşmüşdür. Qeyd edək ki,yolun hərəkət
hissəsinin eni ərazilərdən asılı olaraq 2.5-5 metr arası dəyişirdi.
Sadalanan problemlər hərəkətdə,xüsusən
payız-qış mövsümündə ciddi maneələrə
səbəb olurdu. Artıq bu problemlər geridə qalıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
yolun 20 km-lik hissəsi 4-cü
texniki dərəcəyə
uyğun olaraq asfalt-beton
örtüklü, qalan 6 km-lik hissəsi isə 5-ci texniki dərəcəyə
uyğun çınqıl örtüklə yenidən
qurularaq yekunlaşdırılır. Bunun üçün
yolun mövcud torpaq yatağının yararsız qruntu
qazılaraq çıxarılırb yatağın genişləndirilməsi
üçün dağ yamacları xüsusi mexanizmlə kəsilib.
Ardınca qazılmış və genişləndirilmiş
hissələrə yararlı qrunt tökülərək kipləşdirilib.
Bu işlərin həcmi 350 min kub.m-dən artıqdır.
Bundan başqa suötürücü borular və küvetlər
olmadığı üçün yol yatağı və yol əsası
sel suları nəticəsində yuyulduğundan yol boyu layihəyə
uyğun olaraq avtoqreyderlə 22.5 min p.metr küvetlərin
açılması və müxtəlif diametrdə 460 p.metr
uzunluğunda suötürücü metal və dəmir-beton
suötürücü boruların quraşdırılması
və izolasiyası, boru başlıqlarının dəmir
betonla tikintisi işləri də aparılıb. Yolu profilə
salmaq məqsədi ilə 65 min kub.m həcmdə karxana
çınqılından hamarlayıcı qatın tikintisi
işləri də görülüb.Texnoloji
ardıcıllığa uyğun olaraq bunun ardınca yol əsasının
tikintisi işləri aparılıb. Yol əsasının alt
layının tikintisi 20 sm hündürlükdə
qum-çınqıl, üst layının tikintisi isə 16 sm hündürlükdə
optimal qum-çınqıl qarışığı ilə
aparılıb. Yol əsasının tikintisi 178 min kv.m sahəni
əhatə edib. Tikinti norma və qaydalarına uyğun olaraq
hazırda yolun asfaltlanması işlərinə start verilib.
Əlaqələndirici bitum səpilməklə 120 min kv.metr
sahəyə 12 sm qalınlıqda 2 laydan ibarət iri və
xırda dənəli olmaqla asfalt- beton örtüyü
döşənir. Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 62 ədəd yol
nişanı və məlumatverici lövhə, 52 ədəd
km göstəricisi, 360 ədəd siqnal dirəyi
quraşdırılacaq. 20 km uzunluğunda üfiqi
nişanlanma xətlərinin çəkilişi işləri
aparılmaqla müasir yol infrastrukturu yaradılaraq yaxın
aylarda vətəndaşların istifadəsinə veriləcək.Yerli
əhəmiyyətli Piran - Hamarat - Vjaker avtomobil yolu respublika əhəmiyyətli
Lənkəran-Lerik avtomobil yolundan ayrılır və 9 min nəfər
əhalinin yaşadığı 28 məntəqəni birləşdirir.
Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin
rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin
yaxşılaşdırılmasında mühüm rol
oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə
turizmin və kənd təsərrüfatının
inkişafında mühüm rol oynayacaq. Bu yolun yenidən
qurulması ilə bağlı həyata keçirilən layihə
sübut edir ki, ölkəmizdə avtomobil yollarının
tikintisi və yenidən qurulması davamlı xarakter alıb.
Bu tədbirlər vətəndaşların həyat şəraitinin
yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan
iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.
Sənayenin,
turizmin və kənd təsərrüfatının
inkişafına təkan verən və bölgələrimizin müxtəlif
istiqamətlər üzrə potensialını nümayiş
etdirən avtomobil yollarının yenidən qurulması
işləri geniş vüsət alıb. Lənkəran
rayonu da genişmiqyaslı işlərdən kənarda
qalmayıb. Belə ki, bu il rayonda uzunluğu 22 km olan avtomobil
yolunun əsaslı şəkildə yenidən qurulması
bitmək üzrədir. Bu başlanğıcını M3
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət
sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli
Hirkan-Daştatük-Biləsər avtomobil yoludur. Lənkəran
rayonu Hirkan-Daştatük-Biləsər avtomobil yolunun ilk 10 km-lik
hissəsi qara örtüklü, qalan 12 km-lik hissəsi isə
torpaq örtüklü idi. Lakin uzun müddət əsaslı
təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası,
həmçinin torpaq yatağı sel sularının təsirindən
yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində
qabarmalar, çalalar əmələ gəlmişdi.
Aparılan yenidənqurma işləri ilə sadalanan problemlər
aradan qaldırılıb. Hirkan-Daştatük-Biləsər
avtomobil yolunun 10 km-lik hissəsində mövcud qara
örtük 6 min kub.mhəcmdə sökülərək, kənara
daşınıb, yolun deformasiyaya uğramış hissələri
qazılaraq çıxarılıb, əvəzinə 12 min
kub.m həcmdə yol yatağının karxana
çınqılı ilə tikintisi işləri
aparılıb. Sözügedən hissədə yol IV texniki dərəcəyə
uyğun olaraq yenidən qurulur. Bunun üçün yolun eni
6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun
normativ eninin alınması üçün qruntun mexanizmlə
kəsilməsi və daşınması, həmçinin
torpaq yatağının layihə hündürlüyünə
çatdırılması işləri görülüb,
çiyin hissələr bərkidilib. Daha sonra
qum-çınqıl və optimal-qırmadaş
qarışıqlarından yol əsasının 24 sm
hündürlükdə alt və 16 sm hündürlükdə
üst qatının tikintisi işləri aparılıb. Bu
işlər 100 min kv.m-dən çox sahəni əhatə
edib. Texnoloji ardıcıllığa riayət olunmaqla
hazırda əlaqələndirici bitum səpilərək yol
asfaltlanır. Yola 7 və 5 sm hündürlükdə
olmaqla 58 min kv.m sahədə 2 laydan ibarət iri və
xırda dənəli asfalt-beton qarışığı
döşənir. Hirkan-Daştatük-Biləsər avtomobil
yolunun qalan 12 km-lik torpaq örtüklü hissəsinin
çınqıl örtüklü olmaqla tikintisi nəzərdə
tutulub. Bu çərçivədə yolun deformasiyaya
uğramış hissələri qazılaraq
çıxarılıb, əvəzinə 27.5 min kub.m həcmdə yol
yatağının karxana çınqılı ilə
tikintisi, torpaq yatağının layihə
hündürlüyünə qaldırlması
üçün 130 min kub.m qruntun mexanizmlə kəsilərək,
daşınması, yatağın normativ eninin alınması
üçün 13 min kub.m III qrup qruntun daşınaraq
avtoqreyderlə yayılması və vərdənə ilə
kipləşdirilməsi işləri aparılıb.
Hazırda 80 min kv.m sahədə yol əsasının 24 sm
qalınlıqda qum-çınqıl qarışığı ilə
alt, 16 sm qalınlıqda isə optimal-qırmadaş
qarışığı ilə üst layının tikintisi
işləri aparılır.Hirkan-Daştatük-Biləsər
avtomobil yolunun bir-neçə nöqtəsində
sürüşmə əraziləri mövcud olduğu
üçün burda yol yatağının əlavə bərkidilməsi
işləri görülüb. Belə ki, 90 min kub.m həcmdə
xüsusi qrup qruntun əraziyə gətirilərək
yayılması və kipləşdirilməsi, avtoqreyderlə
16.5 km uzunluğunda küvetlərin açılması, 530
kub.m dəmir-beton küvetlərin inşası
aparılıb.Bundan başqa yolun müxtəlif nöqtələrində
800 m-ə yaxın istinad divarının dəmir-betonla tikilməsi
və izolyasiyası, mövcud suötürücü borular
istismara yaramadığı üçün yenisi ilə əvəz
edilməsi və zəruri yerlərdə yenilərinin
quraşdırılması, başlıqlarının dəmir-betonla
təmiri və izolyasıyasi da görülüb. Bu çərçivədə
yol boyu 780 paqon-metr uzunluğunda 750, 1000, 1250 və 1500 mm
diametrli suötürücü dəmir-beton boru
quraşdırılıb.Tikinti işlərini sonuncu mərhələsində
hərəkətin normal təşkili üçün yollar
boyu 56 ədəd yol nişanı, 20 ədəd km göstəricisi
quraşdırılacaq, mövcud avtomobil körpülərinin
məhəccərləri yeniləri ilə əvəz
olunacaq, 30 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər
çəkiləcək. Yenidənqurma işləri mövcud
tikinti norma və standartlarına uyğun, texnoloji
ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin
birbaşa nəzarəti altında aparılır. Tərtib
olunmuş qrafikə uyğun işlərin yaxı aylarda
başa çatdırılması üçün ərazidə
lazımi sayda canlı qüvvə və texnika
çalışır. Qeyd edək ki, Hirkan-Daştatük-Biləsər
avtomobil yolunun yenidən qurulması ilə 7.5 min nəfər əhalinin
yaşadığı 7 yaşayış məntəqəsinin
nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar
rayon mərkəzinə və M3 Ələt-Astara-İran
İslam Respublikası ilə dövlət sərhədi
avtomobil yoluna rahat çıxış əldə etməklə,
yük və sərnişin daşıması asanlaşacaq.
Bundan başqa yolun keçdiyi ərazilər boyu vətəndaşların
sosial rifah halına müsbət təsir göstərən
turizmin inişafı və yeni turizm marşrutlarının
yaranması da hədəflənib.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 1-3 sentyabr.- S.15.