Regionların sosial-iqtisadi
inkişafı turizm
sektorunun bölgələrdə
inkişafına təkan verir
"Azərbaycanın
qısa zamanda əldə etdiyi
böyük nailiyyətlər, ilk növbədə hər bir
vətəndaşın mənafeyinə xidmət edən sosial-iqtisadi inkişaf
strategiyasına əsaslanır. Əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam
etdirən Azərbaycan Prezidenti İlham Əliyev son on beş ildə
regionların sosial-iqtisadi
inkişafını xüsusi diqqət mərkəzində
saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir"
Bu sözləri YAP (Yeni Azərbaycan Partiyası) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.
Adam başına
düşən büdcə xərclərinə görə
Azərbaycan
dünya miqyasında
çox yüksək
yet tutur
O bildirib ki, dövlətin iqtisadi siyasətində Azərbaycanın hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək əsas istiqamətlərdən biridir: "Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramları bu baxımdan xüsusi qeyd edilməlidir. Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları iqtisadi potensialın əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına, ümumən qeyri-neft sektorunun inkişafının sürətlənməsinə səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan ölkəyə çevirmişdir. Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan nəinki MDB məkanında, bütövlükdə dünya miqyasında çox yüksək yer tutur. Etiraf edilməlidir ki, belə bir naliyyətin əldə edilməsində ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları əhəmiyyətli rol oynayır".
Azərbaycan dövləti bütün
bölgələrin
inkişafı
üçün əməli tədbirlər görür
Sədr qeyd edib ki, hökumətin
regionların inkişafına xüsusi
diqqətlə yanaşması, ilk növbədə,
Azərbaycanda sahibkarlığın inkişafı yolu ilə uzun illər özünü ciddi sosial problem kimi göstərmiş işsizliyin
tədricən aradan
qaldırılması, əhalinin faydalı məşğulluğunun
təmin edilməsi məqsədindən irəli gəlir:
"Bölgələrin təbii
resurslarından, əmək ehtiyatlarından səmərəli
istifadə, yeni iş
yerlərinin açılması, sosial
problemlərin həlli, sahibkarlığın inkişafı, mövcud infrastrukturun yenidən
qurulması, enerji, istilik
təminatı kimi problemlərin həlli
yerlərdə istehsal potensialını
gücləndirməklə yanaşı, əyalət sakinlərinin
Bakıya, həmçinin digər regional
mərkəzlərə doğru axınını
da səngitmişdir. Etiraf olunmalıdır ki, bir çox
halda dövlətləri
genişmiqyaslı sosialyönümlü
tədbirlər sistemi həyata keçirməyə
sövq edən başlıca amillərdən
biri də məhz bir ictimai-iqtisadi formasiyadan digərinə
keçidlə bağlı yaranan işsizlik problemi, yaxud da əməyin
ucuzlaşması olur. Qürurverici haldır ki,
Azərbaycan dövləti bütün
bölgələrin inkişafı üçün
əməli tədbirlər görür,
ölkə regionlarının sosial-iqtisadi
inkişafı proqramı uğurla həyata keçirilir.
Bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrası çox uğurla gedir".
Kənd təsərrüfatının
inkişafı regionların sosial-iqtisadi
inkişafı
ilə bağlı qəbul edilmiş Dövlət
Proqramlarının
uğurla icrası ilə bağlıdır
Hikmət Şikarov vurğulayıb ki, ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır: "Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional və davamlı sosial-iqtisadi inkişaf, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarının uğurla icrası ilə bağlıdır. Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur".
Sosial iqtisadi-inkişaf
Azərbaycan hökümətinin
qarşıya qoyduğu
mühüm prioritetlərdən
biridir
Sədrin sözlərinə görə ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir: "Bəlli olduğu kimi, bu ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur. Burada neft sektorundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Qeyd edək ki, yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır".
Turizm ölkə
iqtisadiyyatının ən
sahələrindən birinə çevrilməkdədir
Son illər ərzində yüksək inkişafı göz önündə olan turizm sahəsindən danışan sədr qeyd edib ki, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayan sektorlardan biri də turizmdir: "İqtisadiyyatın sürətlə inkişafı və respublikamızın dünya miqyasında nüfuzunun yüksəlməsi ölkəyə gələn əcnəbilərin sayının ildən-ilə artmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaradır. Beləliklə, ölkədə getdikcə iqtisadiyyatın əsas sahələrindən birinə çevrilən turizm bir çox xidmət sahələrini özünə cəlb edərək, bütövlükdə cəmiyyətin, demək olar ki, bütün təbəqələri üçün gəlir mənbəyi rolunu oynayır. Ötən müddətdə Bakı və regionlarda turizm komplekslərinin, hotellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaradıb. Son illərdə turizmə göstərilən diqqət və qayğı, bu sahədə həyata keçirilən islahatlar ölkəmizdə turizm sektorunun inkişafına ciddi təkan verib. Bununla da regionların sosial-iqtisadi inkişafı turizm sektorunun bölgələrdə inkişafına təkan verir".
Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etməkdədir
Regionların sosial-iqtisadi inkişafının ölkə iqtisadiyyatına təsirindən danışan H.Şikarov vurğulayıb ki, regional proqramın uğurla həyata keçirilməsi nəticəsində ciddi regional iqtisadi potensial formalaşmış və artıq Azərbaycanda əksər sahələrin, bir çox bölgələrin konkret inkişaf proqramları işlənib hazırlanmış, eləcə də müvəffəqiyyətlə icra olunmaqdadır: "Bu proqramların üstün cəhətləri ondan ibarətdir ki, burada bütün qarşıya qoyulmuş vəzifələr, onların icra dövrü, maliyyələşmə mənbələri və s. daha konkret xarakter daşıyır. Bütün bunlar isə əminliklə deməyə əsas verir ki, artıq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən vahid bir sistem kimi formalaşaraq, beynəlxalq iqtisadi arenada baş verən yenilikləri sürətlə mənimsəməkdədir. Bu mənimsəmə istər yeni texnika və texnologiyanın tətbiq edilməsi, istərsə də idarəetmə qərarlarının qəbulu, struktur yeniləşdirmələri və s. formada özünü büruzə verməkdədir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 6 sentyabr.- S.15.