Erməni xalqının mənşəyi
nədir?
Onlar nə vaxt,
haradan və hansı yollarla Qarabağa gəliblər?
Mənfur
düşmənin bir xalq olaraq necə mənfi xüsusiyyətlərə
malik olması tarixən bəlli olub. Yalan, riyakarlıq,
qaniçənlik, xəyanətkarlıq kimi insanlığa
sığmayan xüsusiyyətlər ermənilər
üçün xarakteriktir. Tarixi faktlar da bütün bu
xüsusiyyətlərin ermənilərin qanında
olmasını, irsən keçici olmasını sübut etməkdədir.
Təəssüf ki, insanlığa sığmayan bu
xüsusiyyətlər zaman keçdikcə aradan qalxmaq əvəzinə,
əksinə, daha da kobud şəkildə
formalaşdırılır, gənc kütlənin də
beyninə müxtəlif adlar, ideyalar formasında yeridilir. Nəticədə,
bu siyasət yürüdüldükcə terrorizmə, təxribatlara
və xəyanətlərə daha da yol açır.
Vəkil Rövşən Qasımov qeyd edib ki, başqasının kölgəsində durmağı, özgəyə xidmət etməyi, yaltaqlığı, dilənçiliyi özlərinə milli dəyər hesab edən ermənilər fürsət düşdüyü anda çörəyini yedikləri yerə təpik atmağı, havadarlarına xəyanət etməyi özlərinə şərəf hesab edirlər. Görünən odur ki, ermənilərin milli əxlaqsızlığı, mənəviyyatsızlığı tək azərbaycanlılara deyil, digər millətlərə də tarixən aydın olub. "Böyük Ermənistan", "ulu erməni xalqı" kimi xülyalara, fantaziyalara malik erməni siyasətçilər hələ də anlamırlar ki, bu cür ideyalar erməni millətinin milli-mənəvi ruhunun yüksəldilməsinə deyil, milli bədbəxtliyin və fiaskonun yaranmasına xidmət edir. Lakin bu gün tarixdən anlayışı olan hər bir erməni çox gözəl bilir ki, "Böyük Ermənistan" heç bir zaman mövcud olmayıb və mövcud olmayan bir ideyanın həyasızcasına təbliği ermənilərin necə aciz bir millət olmasının bütün dünyaya bariz sübutudur. Adlarını tarixə qızıl hərflərlə yazmış görkəmli şəxsiyyətlərin ermənilər haqqında fikirləri bu fikirləri bir daha təsdiqləmiş olur. Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır.
B.İşxanyan. "Qafqaz xalqları", Petroqrad. 1916-cı il, səh 18. 1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsrgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı... Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə 200 mindən çox erməni köçmüşdür.
Zori Balayan. "Ocaq", səh 120, 192,273. Ermənilərin keçmişi ilə maraqlanan tarixçi Qaraqaşyan yazırdı ki, "ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla biləcək məlumatlar yoxdur".
Karakaşyan.
"İstoriya vostoçnoqo voprosa". London, 1905. Erməni
yazıçısı və alimi Nalbəndyan da təsdiq edərək
yazırdı ki, "erməni xalqı Dəclə və Fərat
çaylarının yuxarı axarları boylarına söykənən
ərazilərdə bərqərar olmuşdu. Bu ərazilərin
aborigenləri isə (hetlər, hurrilər, urartulular) yüksək
inkişaf etmiş xalqlar idi.
Nalbandyan
V.S. "Armyanskaya literatura". M., 1976. s. 7. Erməni alimi
Manuk Abeqyan bu fikri daha da inkişaf etdirərək ermənilərin
dumanlı keçmişi haqqında belə bir nəticəyə
gəlmişdir: "Erməni xalqının mənşəyi
nədir, onlar necə və nə vaxt, haradan və hansı
yollarla bu yerlərə gəlmişlər, erməni
olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar
olmuşlar, onların dilinə və etnik tərkibinə kim
necə təsir göstərib? Bizim əlimizdə bu məsələləri
təsdiq edən mötəbər və dəqiq dəlillər
yoxdur".
Manuk
Abeqyan. "İstoriya armyanskoy literaturı". Yerevan. 1975.
s. 11. XIX əsrin əvvəlində baş vermiş Rusiya
işğallarına qədər İrəvan
xanlığı əhalisinin mütləq əksəriyyəti
Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki,
erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan
(Çuxursəd) bölgəsinə köçürülməsinə
qədər burada ermənilərə məxsus heç bir kənd
və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni
katolikosluğunun yerləşdiyi Üçkilsə
(Valarşabad ) kəndi belə 1443-cü ildən başlayaraq
ermənilər tərəfindən müxtəlif vasitələrlə
hissə-hissə Azərbaycan türklərindən
alınmışdı".
Azərbaycan
dövləti olan İrəvan xanlığını Azərbaycanın
dövlət idarəçiliyi tarixində mühüm rol
oynamış məşhur Qacarlar adlanan türk sülaləsindən
olan xanlar idarə etmişlər. Xanlığın
bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni
və təsərrüfat həyatı, burada yaşayan əhalinin
məişət mədəniyyəti Azərbaycanın minillər
boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin
ayrılmaz tərkib hissəsi idi. İrəvan
xanlığı öz inkişaf xüsusiyyətlərinə
görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan
xanlıqlarından heç nə ilə fərqlənmirdi.
İrəvan xanlığının ərazisində, tarix
boyu, Azərbaycan xalqına məxsus çoxsaylı
yaşayış məskənləri -kəndlər, şəhərlər
salınmış, minlərlə tarixi abidələr qalalar,
məscidlər, minarələr ucaldılmış,
karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki
bütün yer adları-toponimlər Azərbaycan xalqına məxsus
idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri
də təsdiq edir.
Xanlığın
ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları
və bu qəbiristanlarda Azərbaycan xalqına məxsus
külli miqdarda qoç heykəlləri, qəbirüstü
abidələr vardı. Bütün bunlar Azərbaycan
xalqının maddi mədəniyyət möhürləri
idi. Lakin XIX əsrin əvvəllərində Cənııbi
Qafqazın tarixində qanlı faciələr dövrü
başlandı. Regionu ələ keçirməyə
çalışan Rusiya imperiyası Azərbaycan
xanlıqlarına qarşı müharibələrə
başladı. Çox çəkmədən Cənubi Qafqaz
Rusiya imperiyasının Qacarlar İranı və Osmanlı
dövlətinə qarşı apardığı qanlı
müharibələr meydanına çevrildi. Osmanlı
dövləti və Qacarlar İranı ilə sərhəddə
yerləşən İrəvan xanlığının ələ
keçirilməsi Rusiya imperiyasının
işğalçılıq planlarının mühüm tərkib
hissəsi idi. 1804-1813-cü illərdə Azərbaycan
torpaqlarının işğalı uğrunda gedən Birinci
Rusiya - İran müharibəsi zamanı İrəvan
xanlığı iki dəfə (2 iyul-3 sentyabr 1804-cü il; 3
oktyabr-30 noyabr 1808-ci il) Rusiya qoşunlarının
güclü hücumlarına məruz qaldı. Lakin İrəvan
xanlığı Rusiyaya təslim olmadı və öz
müstəqilliyini qoruyub saxlaya bildi. Xanlığın əhalisi
müdrik və cəsur dövlət xadimləri olan Məhəmməd
Hüseyn xan Qacarın (1784-1805) və Hüseynqulu xan
Qacarın (1806-1827) başçılığı ilə
doğma vətəninin müdafiəsinə qalxaraq çar
qoşunlarına qəhrəmanlıqla müqavimət
göstərdi. Böyük itkilər verən Rusiya
imperiyasının hakim dairələri İrəvan
xanlığını ələ keçirmək
üçün şirnikləndirici vasitələrə əl
atdı. Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinin
baş komandanı general Qudoviç İrəvan sərdarının
(Hüseynqulu xan Qacar - red.) qardaşı Həsən xan Qacara
qalanı könüllü təslim edəcəyi halda onu sərbəst
buraxaraq, İrəvan qalası və şəhəri istisna
olmaqla, bütün xanlığın hakimi təyin
olunacağına Rusiya imperatoru adından vəd verdi. Həsən
xan Qacar Rusiya imperatoru adından verilən bu təklifi rədd
etdi. Çar Rusiyası Azərbaycan torpaqlarının
işğalında ermənilərin köməyindən, erməni
xəyanətindən dövlət səviyyəsində
istifadə edirdi. Məsələn, çarın həmin
dövrdə verilmiş bir fərmanına bununla bağlı
ayrıca bənd daxil edilmişdi: "...Hər cür nəvazişlə
erməniləri öz tərəfinizə çəkməyi
xüsusi olaraq sizin ixtiyarınıza buraxıram".
Bütün
bunlara baxmayaraq, Birinci Rusiya-İran müharibəsi zamanı
Rusiya imperiyası İrəvan və Naxçıvan
xanlıqlarını işğal edə bilmədi. Hər iki
xanlığın yerli əhalisi olan Azərbaycan vətənpərvərləri
doğma yurdun azadlığı uğrunda
işğalçılara və onlara kömək edən ermənilərə
qarşı qəhrəmanlıq mübarizəsi aparıb və
qələbə çaldılar. İrəvan
xanlığını işğal etmək niyyətindən əl
çəkməyən I Nikolay İrəvan və Sərdarabad
qalalarını ələ keçirməyin hərbi - strateji
əhəmiyyətini nəzərə alır, bunu tez-tez
general Yermolova xatırladırdı. Rusiya imperatoru 1826-cı
il oktyabrın 21-də Yermolova yazırdı: "Əgər
İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını
pulla ələ almaq yolu ilə, ya da onunla gizli münasibətlər
qurmaqla ələ keçirmək mümkündürsə, bu
imkanı əldən verməyin". İkinci Rusiya-İran
müharibəsi (1826-1828) zamanı İrəvan
xanlığının işğalına xüsusi önəm
verən çar I Nikolay (1825-1855) Yermolova göndərdiyi
1826-cı il 1 avqust tarixli fərmanında
işğalçı generala xüsusi olaraq
tapşırırdı: Təcili olaraq İrəvan Sərdarı
üzərinə yürüş edin. Tezliklə sizdən belə
cavab gözləyirəm: "Allahın köməkliyi ilə
Sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə
tululub". Siz və 15 min nəfərlik rus ordusu qələbə
qazanmaq üçün kifayətdir.
Azərbaycan vətənpərvərlərinə başçılıq edən İrəvan sərdarı Hüseynqulu xan Qacar, qardaşı "Aslanlar başı" titulunu daşıyan Həsən xan və onun nəvəsi Fətəli xan Qacar 1827-ci ildə Rusiya işğalçılarına qarşı İrəvanı (27 aprel 23 iyun; 24 sentyabr 1 oktyabr) və Sərdarabad qalasını (16-17 aprel; 14-20 sentyabr) dörd dəfə qəhrəmancasına müdafiə etdi. Çar generalı Benkendorfun Sərdarabad qalasını təslim etmək təbbini rədd edən Həsən xanın nəvəsi Fətəli xan Qacar işğalçılara sərt və birmənalı cavab verdi: "Qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdır". 1 İrəvan qalasının qəhrəman müdafiəçisi Həsən xan Qacar isə son anda qalanı düşmənə təslim etməkdənsə partlatmaq məqsədilə barıt qülləsinə yanan fitil qoymuşdu. Lakin poruçik Lemyakin bunu vaxtında görmüş və əli ilə yanan fitili götürmüşdü. Lakin xəyanət öz işini gördü. Ermənilər İrəvan qalasını mühasirədə saxlayan Paskeviçlə əlaqəyə girdilər və azərbaycanlıların qalanın hansı hissəsində yerləşdikləri top atəşlərini hara istiqamətləndirmək lazım olduğu barədə işğalçılara məlumat verdilər. Erməni xəyanətindən istifadə edərək İrəvan qalasını ələ keçirən və xanlığı işğal edən rus qoşunlarının baş komandanı Paskeviç bu "qələbəyə görə" qraf titulu, 3 2-ci dərəcəli Georgi ordeni, 1 milyon rubl məbləğində pul mükafatı və İrəvan qalasının ələ keçirilməsinə görə "Erivanski" titulu aldı. 4 İrəvan qalasının alınması Sankt-Peterburqda bayram edildi və bu münasibətlə xüsusi rəsmi keçid düzənləndi. Bundan əlavə, İrəvan qalasının alınması münasibətilə xüsusi medallar təsis olundu.
Nurlan
Olaylar.- 2018.- 6 sentyabr.- S.13.