Qürur mənbəyimizə çevrilən
Azərbaycan Ordusu
Qürurverici haldır ki, Ermənistanın
ümumiyyətlə yer almadığı reytinq
siyahısına görə, Azərbaycan ordusu 106 ölkə
arasında 50-ci yeri tutub. Ancaq, etiraf edilməlidir ki, ordunun
inkişaf etmiş ölkələrin ordularının
sıralarına yüksəldilməsi elə də asan
başa gəlməyib. Silahlı Qüvvələrimizin
keçdiyi mərhələlər, onun müasirləşdirilməsi
üçün görülən işlər nəhayət
ki, bəhrəsini verib. Sirr deyil ki, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində son illər mühüm addımlar
atılıb.
Bu
gün Azərbaycanın bölgədə ən yüksək
mövqelərə malik ölkə olmasını şərtləndirən
əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və
güclü ordudur. Azərbaycan ordusu həm peşəkarlıq,
həm də maddi-texniki bazasının
üstünlüyü baxımından bölgədə ən
güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri
bir daha təsdiqləyir ki, Ermənistanla müharibə
başlayacağı təqdirdə, ölkəmizin qələbəsini
şərtləndirən kifayət qədər mühüm
amillər var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda
2015-ci il üçün nəzərdə tutulmuş hərbi
xərclər Ermənistanın ümumilikdə dövlət
büdcəsindən 2 dəfə çoxdur. Bu, həm də
onu göstərir ki, Azərbaycan son illər ərzində hərbi
məqsədlər üçün çox böyük vəsait
xərcləyib və xərcləməkdə davam edir.
Ümumiyyətlə, ordu quruculuğu Azərbaycan dövləti
üçün prioritet məsələdir. Azərbaycan
Ordusunun qüdrətini göstərən məqamlardan biri də
vaxtaşırı olaraq keçirilən hərbi
paadlardır. Dünyanın ən güclü orduları
sırasında özünə yer alan Azərbaycan Silahlı
Qüvvələrinin paradı qürur mənbəyi olmaqla
yanaşı, hər bir vətəndaş
üçün sevinc
doğuracaq hadisədir. Etiraf edilməlidir ki, bu kimi tədbirlərin
həyata keçirilməsi gənclər arasında vətənpərvərlik
hissinin yüksəlməsində əhəmiyyətli dərəcədə
rol oynayır. Bu gün qloballaşan dünyada hər bir
ölkənin milli-mənəvi dəyərlərinin qorunaraq
gələcək nəsillərə
çatdırılması, nəticə etibarilə gənclərin
vətənpərvərlik hissinin artırılması olduqca əhəmiyyət kəsb
edir.
Xatırladaq
ki, Sovet dövründə çar dövründən fərqli
olaraq azərbaycanlı gənclər hərbi xidmətə
çağırılırdılar. Lakin onlar
döyüş üçün nəzərdə tutulmuş
hərbi hissələrdə yox, əsasən tikinti
batalyonlarında xidmət edirdilər. Məqsəd aydın
idi - azərbaycanlılar arasında hərb elminə dərindən
yiyələnən, müasir silahlarla rəftar etməyi
bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək.
Bu siyasətin mahiyyətini yaxşı başa düşən
Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə
gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.
Naxçıvanski adına ixtisaslaşdırılmış
hərbi məktəb təşkil etdi. Dövlət
başçımız azərbaycanlı gənclərin
Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi
Dənizçilik məktəblərinə, eləcə də
SSRİ-nin digər hərbi məktəblərinə güzəştli
şərtlərlə qəbul olunmasına nail olmuşdu. C.
Naxçıvanski adına Hərbi Liseyin milli zabit
kadrlarımızın yetişdirilməsində və o
dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin
silahlı qüvvələrin formalaşmasında müstəsna
rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan
hərbçiləri Birinci Qarabağ müharibəsində
misilsiz igidliklər göstərmişlər. Azərbaycan
öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə
çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də
Müdafiə Nazirliyinin yaradılması barədə qərarın
və həmin ilin oktyabrın 9-da Azərbaycan
Respublikasının Ali Soveti tərəfindən silahlı
qüvvələrin yaradılması haqqında qanunun qəbul
edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi
bu qərarların həyata keçirilməsi
üçün heç bir səy göstərmirdi. Ermənistanın
gündən-günə genişlənməkdə olan hərbi
təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi
tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi
hissələr müxtəlif siyasi qüvvələrin əlində
alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız
1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən
etibarən ölkədəki silahlı qüvvələr
dövlətin tam nəzarətinə keçdi.
Görülmüş tədbirlər nəticəsində
qısa zaman kəsiyində Füzuli və Ağdam
rayonlarının bir sıra yaşayış məntəqələri
işğaldan azad edildi, cəbhədə təşəbbüs
Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların
müvəqqəti olduğunu güman edən düşmən
öz havadarlarının köməyindən və silah
sursatından istifadə edərək 1994-cü ilin ilk
aylarında bütün cəbhə boyu irimiqyaslı hücum
əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu
hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər
istiqamətlərindəki müqaviməti ilə rastlaşan
və Azərbaycan əsgərinin qəhrəmanlıq
nümunələrinin şahidi olan düşmən cəbhədə
atəşkəsə razılıq verməli oldu. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil
sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə
1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın
yaradılması haqqında fərman imzalayıb. Prezidentin 20
avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr
üçün kadr hazırlığının təkmilləşdirilməsi
məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət
göstərən məktəblər Azərbaycan Ali Hərbi
Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi
və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi
adlandırılıb. Hazırda Azərbaycan Silahlı
Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və
ordumuz inkişaf, təkmilləşmə dövrünü
yaşayır. Şübhəsiz ki, bu ordu işğal
olunmuş əraziləri düşməndən azad etməli,
ölkənin ərazi bütövlüyünü
qorumalıdır.
Tarixi
varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı
ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan
Silahlı Qüvvələri Günü kimi bayram edilir. Yeri gəlmişkən
xatırladaq ki, iyunun 26-da Azərbaycan
Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olundu. Bununla əlaqədar
Bakıda hərbi parad keçirildi. Hər dəfə
keçirilən parad deməyə əsas verir ki, Azərbaycan
Ordusu ildən-ilə təkmilləşir, müasirləşir.
Elə Bakının işğaldan azad olunmasının 100
illiyi ilə bağlı keçirilən hərbi parad da
dediklərimizi bir daha sübut etmiş oldu. Çünki bu
paradda ordumuzun gücü bütün parametriləri üzrə
çox yüksək səviyyədə təqdim edildi. Bəlli
oldu ki, Azərbaycan ildən-ilə hərbi sahədə
qüvvətlənir, Ordumuzun döyüş qabiliyyəti
artmaqla bərabər, həm də onun texniki təchizatında
uğurlara imza atılır. Azərbaycanın istehsal etmiş
olduğu müdafiə xarakterli silahlar, beynəlxalq səviyyədə
tanınmış şirkətlərdən
almış olduğumuz hərbi texnikalar ölkəmizin
güclü bir dövlət olduğuna diqqət çəkir.
Təsadüfi deyil ki, hərbi ekspertlər Azərbaycan
Ordusunu dünyanın ən güclü 50 ordusu içərisində qiymətləndirirlər.
Bakının
işğaldan azad olunması münasibətilə
keçirilən hərbi parad heç şübhəsiz ki,
işğalçı Ermənistana çox ciddi siqnal oldu.
Əminliklə qeyd etmək olar ki,
Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi
altında işğal olunmuş torpaqlarımızı
qısa zaman kəsiyində azad edəcək. Bununla da Azərtbaycanın
dövlətçilik tarixinə şanlı səhifə
yazılacaq. Nəzərə almaq lazımdır ki, hərbi
paradlar bir qayda olaraq dövlətin gücünün
nümayişi kimi izah olunur. Bu paradın həm də ən
böyük əhəmiyyəti işğal olunmuş torpaqlarımızla
əlaqədar həm dünyaya, həm də
işğalçı dövlətə Azərbaycan Ordusunun
gücünün bir daha nümayiş etdirilməsidir. Bu
baxımdan bizim üçün bu paradın ikiqat
böyük əhəmiyyəti var. Çünki bu paradla biz
işğalçı ölkəyə və onun arxasında
duran qüvvələrə öz gücümüzü
nümayiş etdiririk və ciddi mesaj veririk ki, əgər
işğal olunmuş torpaqlarımız sülh yolu ilə
azad olunmazsa, Ordumuzun gücündən istifadə etmək
bizim müstəsna hüququmuzdur. Bir daha xatırladaq ki, bu
paradla Azərbaycan Ordusu özünün malik olduğu
gücü nümayiş etdirdi. Təbii ki, bizim hərbi
gücümüzü görüb ağlı yerində olan,
ayıq başla fikirləşməyi bacaran düşmənlər
və onların havadarları bundan nəticə
çıxartmalıdırlar.
Alim
Olaylar.-2018.- 19 sentyabr.- S.4.