Azərbaycan dünya turizm

mərkəzinə çevrilməkdədir

 

Regionda böyük nüfuz sahibinə çevrilən Müstəqil Azərbaycan Respublikasının qısa zamanda əldə etdiyi böyük uğurlar, nailiyyətlər, sosial-iqtisadi inkişaf strategiyasının nə qədər düzgün şəkildə inkişaf etdiyinin göstəricisidir. Son 15 ildə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı yönündə atılmış kompleks tədbirlər bu gün öz nəticəsini vermişdir və verməyə də davam edir. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ölkəmizin iqtisadi qüdrəti artaraq ümumilikdə bölgələrimizin inkişafına böyük təsir göstərmişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatlar bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Son 15 il ərzində Azərbaycanın iqtisadi-siyasi həyatında regionlarımızın sürətli və balans şəklində inkişaf etdirilməsi prioritet məsələlərdən birinə çevrilib. Regionların sosial-iqtiasdi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi dinamik iqtisadi inkişafa səbəb olmuş  bu proqrama uyğun olaraq respublikamızda həyata keçirilən həm iqtisadi, həm beynəlxalq layihələr öz bəhrəsini verməyə davam edir. Bu proqramın uğurla icra edilməsi nəticəsində Azərbaycanın bütün bölgələrində dinamik tərəqqi hiss olunur. Bu dinamik tərəqqini bölgələrdə dünya standartlarına cavab verən müasir müəssisələrin açılmasında, regionlarda yol infrastrukturunun yenidən qurulmasında ən əsası isə kommunal xidmətlərin yüksək keyfiyyətininin daha da yüksəldilməsində görə bilərik.

Əgər illər əvvəl neft sektoruna gələn gəlir hesabına iqtisadiyyatımız inkişaf edirdisə son vaxtlar, eləcə də bu gün qeyri neft sektorunun inkişafına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı hesabına neft sektoruqeyri-neft sektoru paralel olaraq inkişaf etməyə başlamışdır. Sözsüz ki, bu inkişafda regional proqramlarını uğurla icrasını əsaslı səbəb olaraq qəbul etməliyik.

Hökumətin regionların inkişafına xüsusi diqqətlə yanaşmasının əsaslı səbəblərindən biri əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Həmçinin Azərbaycan bu gün büdcə xərclərinə görə dünya miqyasında yüksək yer tutan ölkədir. Bu cür yüksək pillələrin tutulmasında isə regionların sosial-iqtisadi inkişaf proqramlarının əhəmiyyəti böyükdür.

Bu Dövlət Proqramının icrasında kənd təsərrüfatının, özəlliklə də sahibkarlığın inkişafına xüsusi əhəmiyyət verilir. Kənd təsərrüfatının inkişaf etdirilməsi regionlarda yaşayan insanların məşğulluq həyatında mühüm rol oynayır. Bu gün Azərbaycanda iqtisadiyyatın yalnız bir qisim sektorlarına deyil, kənd təsərrüfatına da üz tutulması bu sektorun nə dərəcə də inkişaf etdiyini göstərir. Kənd təsərrüfatı  daha çox insana imkanı verməsi ilə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Bu sahə əhalinin yerləri ilə təmin olunmasında mühüm rol oynadığı üçün yoxsulluğun aradan qaldırılmasına birbaşa təkan verir. Bu isə ölkənin ümümi inkişafında, əhalinin həyat tərzinin yaxşılaşmasında kənd təsərrüfatının inkişafının nə dərəcədə əhəmiyyətli olmasını sübut edir. Bu inkişaf hesabına ölkəmiz ərzağa olan təlabatını özü ödəyə biləcək gücdədir. Dövlətimiz bu istiqamətdə mühüm islahatlar reallaşdırıb. Bununla da proqramların uğurlu icrası nəticəsində Azərbaycan regionda idxalçı ölkəyə çerilmişdir. Bu idxal onu göstərir ki, ölkəmizdə yetişdirilən kənd təsərrüfatı məhsulları dünya standartlarına uyğun olaraq yetişdirilir, bu isə dövlətimizi həm idxalçı, həm də ixaraccı ölkəyə çevirir.

Bu gün kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi nəticəsində  torpaqların erroziyaya uğramasının qarşısı alınır, həm də suya qənaət edilir. Çünki yüksək inkişaf nəticəsində suvarma sistemlərində damcı və çiləmə metodlarından istifadə olunur.

Qeyd etməliyik ki, aqrar sektora dövlət tərəfindən davamlı olaraq qoyulan investisyalar bu gün öz nəticəsini verməkdədir. Beləki sahibkarlara Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər verilir. Bu kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bu isə öz növbəsində yeni emal müəssisələrinin yaradılması tələbatını doğurur. Bütün bunlar kənd təsərrüfatının inkişafını balanslı şəkildə artırdığı üçün ümumi ölkə iqtisadiyyatının inkişafına yüksək şəkildə təsir göstərir.

Azərbaycan prezidentinin həyata keçirdiyi tədbirlərin nəticədir ki, bu gün iqtisadiyyatımız şaxələndirilmiş istiqəmətdə  kompleks şəklində inkişaf etməkdədir. Ölkəmizdə neft strategiyası yetərincə uğurlu aparılsa da qeyri-neft sektorunun inkişafı da xüsusi olaraq diqqət mərkəzindədir. Regional proqramların uğurla icrası qeyri-neft sektorunun inkişafına təkan verməkdədir. Bu gün bir çox ölkələr, özəlliklə də neftdən asılı ölkələr iqtisadi böhranla üz-üzə qaldıqları zaman böyük çətinliklər çəkirlər. Lakin ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən qayğı nəticəsində Azərbaycan bu cür iqtisadi böhranlardan digər ölkələrə, özəlliklə də gəlir olaraq daha çox neftdən asılı olan ölkələrə nisbətən daha az zərərlə ayrılmışdır. Çünki respublikamızda qeyri-neft sektorunun inkişafı elə bir mərhələdədir ki, aparılan siyasət nəticəsində Azərbaycanda neftdən asılılıq maksimum dərəcədə aradan qaldırılma yönündə irəliləməkdədir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icrası nəticəsində qeyri-neft sektoru inkişaf edir dediyimiz zaman ağla ilk olaraq ölkədə turzimin inkişafı gəlir. Sevindirici haldır ki, bu gün dünya ölkələri içərisində Azərbaycan deyildiyi zaman artıq turistik ölkə olaraq da xatırlanır. Bu gün ölkəmiz dünya turzim mərkəzinə çevrilməkdədir.  Azərbaycan qeyri-neft sektorunda turizmin inkişafı son illərə nisbətən daha da artıb. Bu gün dünyanın dörd bir yanından ölkəmizə gələn turistlər yüksək inkişaf hesabına yalnız paytaxta deyil, regionlarımıza da üz tuturlar. Əgər əvvəlki illərdə turistlər yalnız paytaxtda dincəlməyə üstünlük verirdilərsə bu gün Azərbaycanın istənilən bölgəsində fəsillərdən asılı olmayaraq müxtəlif ölkələrdən gələn turistlərə rast gəlirik. Bu isə turizmin kompleks şəklində inkişafının göstəricisidir. İstər müasir standartlara cavab verən otellər, rabitə sisteminin keyfiyyətli olması, ekoloji şərait, istərsə də təhlükəsizlik tədbirlərinin güclü olması və bu kimi amillər Azərbaycana turist axınını gücləndirir. Turizmin inkişafında xüsusi önəm daşıyan hadisə isə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər olmuşdur. Bu tədbirlərə 2012-ci ildə "Avroviziya Mahnı Müsaqibəsi"ni, 2015-ci ildə birinci Avropa Oyunlarını, ötən ilin iyun ayında IV İslam Həmrəyliyi Oyunlarını göstərə bilərik. Həmçinin dünyanın dörd bir yanından həvəslə izlənən Formula yarışlarını da əlavə edə bilərik. Bütün bu tədbirlərdən sonra ölkəmiz daha da tanınmış və bu  tanınma turistləri "Alovlar ölkəsi"nə səyahət etməyə vadar etmişdir. Sosial iqtisadi inkişafımızın güclü olması bu tədbirləri yüksək səviyyədə keçirməyimizə səbəb olmuşdur.

Sosial - iqtisadi inkişafımızın əsasında isə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşbu gün onun siyasətini layiqincə yerinə yetirən prezident İlham Əliyevin apardığı düzgün daxilixarici siyasət dayanır.

2003-ci ildə "Azərbaycan Respublikasında sosial-iqti­sadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi in­kişafı Dövlət Proqramı" haqqında prezidentin fərmanları ölkə iqtisadiyyatının, habelə qeyri neft sektorunun özəlliklə də turizm sektorunun inkişafı yolun­da mühüm əhəmiyyətli oldu.

Bütün bunlarla yanaşı ölkə prezidentinin dəfələrlə regionlara səfərini müşahidə edirik. Bu səfərlər isə regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramının uğurlayerinə yetirilməsinə təkan verir.

Sosial iqtisadi inkişaf ümumilikdə ölkə iqtisadiyyatımızı inkişaf etdirir. Aydındır ki, güclü iqtisadi inkişaf öz bərabərində hərbi qüdrət gətirir. Bu gün dövlətimiz  inkişaf etməkdə olan iqtisadiyyatmız hesabına hər an döyüşə hazır olan ordumuzu ən son müasir silahlarla təmin etməkdədir. Bunu 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad zamanı da bunu bütün dünyaya, özəlliklə də bədnam düşmənlərimizə göstərmiş olduq.

Azərbaycanın sosial-iqtisadi inkişaf çərçivəsində əldə etdiyi yüksək nəticələr, qazandığı uğurlar təkcə ölkədaxili deyil, xarici əlaqələrimizi də yüksələn xətt üzrə inkişaf etdirir. Bu gün Azərbaycan dünya ölkələri içərisində etibarlı strateji tərəfdaşa çevrilib. Müstəqilliyini yeni qazanmış ölkəmizin qısa müddət içərisində  əldə etdiyi bu uğurlar, dövlətimizin nə qədər düzgün, məntiqli və ardıcıl siyasət aparmasının göstəricisidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 25 sentyabr.- S.15.