Regional proqramlar Şəki-Zaqatala

iqtisadi rayonunda uğurla icra edilib

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın hər bir bölgəsində olduğu kimi Şəki-Zaqatala iqtisadi rayonunda da uğurla icra edilir.

 

İqtisadi zonaya daxil olan Zaqatala rayonunda Dövlət Proqramları çərçivəsində bir çox tədbirlər həyata keçirilib. Belə ki, ayrı-ayrı sahələr üzrə 300-dən artıq layihə həyata keçirilib, bir sıra müəssisələrin fəaliyyəti bərpa edilib yeni müəssisələr açılıb. Hazırda  rayonda dövlət mülkiyyətində olan bir sıra müəssisələr vardır ki, bu sıraya  17 saylı Yol İstismar İdarəsi: Müəssisənin 2 ədəd saatlıq istehsal gücü 75 ton olan asfalt  zavodu da daxildir. Müəssisənin orta illik məhsul istehsalı 1,5 milyon manatdır. Müəssisədə 145 nəfər işçi çalışır. Bundan başqa istehsal gücü sutkada 600 kub metr olan Dəmir-beton məmulatları zavodu:

Beton emalı çınqıl istehsalı ilə məşğul olur. Müəssisədə 32 nəfər işçi çalışır. Respublikada yeganə Gül yağı emalı ilə məşğul olan "Cəliar" firmasının efir yağları emalı müəssisəsi:

Müəssisə ildə 35 ton gül ləçəyi-4,5 kq gül yağı emal edir. Bundan əlavə müəssisədə gül mürəbbəsi, gül likörü, gülab, gül çayı, ətirli salfetlər, gül şərbəti, saç kremi, lasyon, sabun kimi məhsullar da istehsal edilir. Müəssisədə 25 nəfər işçi çalışır.

"Acalov" MMC: Pivə digər alkoqolsuz içkilər istehsalı ilə məşğul olur. Müəssisədə 45 nəfər işçi çalışır."Çay" MMC: Müəssisədə xüsusi ətri dadı ilə seçilən 4 növdə- Buket, Ekstra, Əla növ, 1-ci növ çaylar istehsal olunur. İldə 20 tona qədər quru çay istehsal olunur. Müəssisədə 25 nəfər işçi çalışır.

"Azərsun" MMC: Fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir. Rayonda fındıqçılıq sahəsi kifayət qədər inkişaf etmişdir. Fındıq emalı sənaye məhsulunun 45-50 faizini təşkil edir.

Müəssisənin gündəlik istehsal gücü 20 tondur. Ləpə fındıq ununun istehsalı ilə məşğul olur. Müəssisədə 250 nəfər işçi çalışır.

"AQRO-VEST" MMM: Gündəlik istehsal gücü 5 tondur. Ləpə istehsalı ilə məşğul olur. Fındıq unu digər yarımfabrikantların istehsalı üçün İtaliyadan avadanlıqlar gətirilmiş quraşdırılmasına başlanılmışdır. Müəssisədə 90 nəfər işçi çalışır.

"AZƏRSTAR" MMC: Gündəlik istehsal gücü 5 tondur. Ləpə istehsalı ilə məşğul olur. Müəssisədə 90 nəfər işçi çalışır.

"Ocaq" MMC: Çörək, çörək məmulatları qənnadı məmulatları istehsalı ilə məşğul olur. Müəssisədə 23 nəfər işçi çalışır.

"Osmanoğlu" MMC: Müəssisə un istehsal edir. Sutkalıq istehsal gücü 75 tondur. Müəssisədə 10 nəfər işçi çalışır.

"Drujba" MMC:  Alkoqollu içkilər istehsalı ilə məşğul olur. Müəssisədə zoğal, tut, xurma, gavalı digər meyvələrdən araq istehsal olunur. Müəssisədə 20 nəfər işçi çalışır.

"İNTER-TOBACCO" MMC: Müəssisədə 60 tütün qurutmaxanası 4 ədəd şitilxana quraşdırılmışdır. Müəssisə Virciniya , Berley botaniki növlü ətirli tütünlərin becərilməsi qurudulması ilə məşğul olur. Müəssisədə mövsüm dövründə 200-dən çox işçi çalışır. Tütünçülüyün inkişafı üçün rayonda "İNTER-TOBACCO" MMC tərəfindən illik istehsal gücü bir növbəli rejimində 3000 ton olacaq tütün emalı zavodu tikilir yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yeni istehsal sahəsində 100-ə yaxın işçi çalışacaqdır.

"Gilan" MMC tərəfindən gündəlik istehsal gücü 20 ton olan süd emalı zavodunun tikintisi davam edir. Yeni istifadəyə veriləcək bu müəssisədə 100-dən çox işçi çalışacaqdır.

Xüsusilə onu qeyd etmək lazımdır ki, yuxarıda adları qeyd edilən müəssisə zavodların böyük əksəriyyəti məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində fəaliyyətə başlayıb. Yaxud Dövlət Proqramından əvvəl mövcud olmuş, lakin müəyyən səbəblərdən fəaliyyəti dayandırılmış müəssisə zavodlar adıçəkilən proqramların uğurlu icrası nəticəsində bərpa olunub.

Bundan başqa Dövlət Proqramlarının uğurlu icrası Zaqatala rayonunda turizmin inkişafına təkan verib. Belə ki, proqramın icrası müddətində rayonda 3 ulduzlu, 80 nəfəri qəbul edə bilən "İs otel" mehmanxanası, 4 mərtəbəli, 100 nəfərlik restoranı, Avropa tipli mətbəxi olan "Zaqatala" mehmanxanası fəaliyyətə başlayıb. Həmçinin  futbol meydançası, idman qurğuları saunası olan 5 otaqlı "Karvan" istirahət güşəsi, 10 otaqlı "SMU-2"moteli, 10 otaqlı "Turqut" moteli, "Ləzzət" istirahət zonası, atçılıq, faytonla gəzinti, ekoturizim, balıq ovu təşkil olunan "Farel" istirahət zonası yeni tikilmiş "Qafqaz hotel"i əhaliyə mədəni xidmət göstərir.

Şəki-Zaqatala iqtisadi zonasına daxil olan Balakən rayonunda da Dövlət Poqramları uğurla icra edilib.

İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda 2018-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi müvafiq  tədbirlərin həyata keçirilməsi insanların kənd təsərrufatına marağını  artırıb, eyni zamanda bu sahənin daha da inkişaf etdirilməsinə geniş şərait yaradıb. Görülən işlərin nəticəsində rayonda 13651,2 ha sahədə  payızlıq yazlıq əkinlərin aparılması təmin edilib ki, bu da əvvəlki ilin səviyyəsindən 15,3  % çoxdur. 1308 ha sahədən 3748 ton  taxıl istehsal edilib orta məhsuldarlıq göstəricisi 28.6 sentner olub. Taxıl biçini ilə yanaşı təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalı əkinlərə aqrotexniki xidmət göstərilməsi davam etdirilir. Yarımillikdə 13077 ton tərəvəz, 2961 ton kartof, 402,3 ton lobya, 403 ton bostan digər  kənd təsərrüfatı  məhsulları istehsal olunub.

Cari ildə barama istehsalının artırılması sahəsində məqsədyönlü işlər görülüb, 572 qutu  ipəkqurdu toxumu rayona  gətirilərək inkubatorda dirildilərək  221 istehsalçıya paylanılıb.  30 tona yaxın barama istehsal olunaraq Azəripək ASC- təhvil verilib, proqnoza 130,3 % əməl olunub   bu da əvvəlki ilə nisbətən 2,7 dəfə çoxdur.

Tütün istehsalı sahəsində təsərrüfatlarda 535 ha sahədə  tütünün  Virciniya, Berley İtiyarpaq növünün əkilməsi becərilməsi təmin edilib. Artıq təsərrüfatlarda 450 ton virciniya  növ tütün tədarük edilərək emal müəssisəsinə təhvil verilib, eyni zamanda, 11 ton quru tütün istehsal olunub.

Dövlət Proqramları çərçivəsində rayonda geniş miqyaslı təmir-tikinti işləri həyata keçirilib. Belə ki, təkcə cari ilin birinci yarımilində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisinə vəsait ayrılıb 25 km uzunluğunda yolun tikintisinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq  60 kameralı tütün qurutma məntəqəsinin tikintisi üçün Hənifə kəndində 2 hektar torpaq sahəsi ayrılıb, hazırda kameraların inzibati binanın inşası icra olunur. Qurutma kameralarının tikilməsi tütün istehsalına çəkilən xərclərin azalmasına, yeni yerləri açılmaqla əhalinin məşğulluğunun təmin edilməsinə bu sahədən  daha çox gəlir əldə etməsinə şərait yaradacaqdır.

Rayon əhalisinin  elektrik enerjisi, təbii qaz, suvarma içməli su ilə təminatın yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə şikayətlərinə baxılması, kənd təsərrüfatı, ideoloji gənclər sahəsində bir sıra işlər görülüb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Balakən rayonunda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2012-ci ildə 5,7 dəfə artaraq 147,29 mln. manata, sənaye məhsulunun həcmi 2,8 dəfə artaraq 5,9 mln. manata, kənd təsərrüfatı məhsullarının həcmi 2,7 dəfə artaraq 53,6 mln manata çatmışdır. Əsas kapitala yönəldilən investisiyalar 41,5 dəfə artaraq 46,2 mln. manat, tikinti-quraşdırma işlərinin həcmi 44,7 dəfə artaraq 45,2 mln manat təşkil edib;

2004-cü ildən hazıradək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 112 sahibkara  1,5 mln. manat güzəştli kredit ayrılıb. 2007-2012-ci illər ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 1,6 mln. manat subsidiyalar verilib. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün Dövlət Neft Şirkətindən 2006-2011-ci illər ərzində 6,0 (altı) mln manat vəsait ayrılıb. On altı min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) mln. manat ayrılıb.

Dövlət Proqramının icra edildiyi müddət ərzində 187 çarpayılıq yeni xəstəxana, Olimpiya idman kompleksi, "Qubek" oteli, əlil və şəhid ailələri üçün 36 və 8 mənzilli yaşayış binaları, saatda 216 nəfərə xidmət edən 6 kabinəli kanat yolu,  illik istehsal gücü 80 min ton olan yem istehsalı zavodu, 4 fındıq emalı və  3 süfrə suları istehsalı müəssisələri, mərkəzi kitabxana, avtovağzal, ticarət kompleksi, Mazımçay-sərhəd keçid məntəqəsi, rayonun idarə və təşkilatları üçün 6 inzibati bina, "Gənclər evi" tikilərək istifadəyə verilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 28 sentyabr.- S.15.