Mehdi Hüseynin yaradıcılığına nəzər salarkən

 

XX əsr Azərbaycan ədəbiyyatının yüksəlməsində böyük rol oynamış görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçilərindən biri olan M.Hüseyn son nəfəsinə qədər ədəbi irsin inkişaf etməsində mühüm rol oynamışdır.

 

Ədib bəşəri fikirlər carçısı idi, xalqının amalını yüksəklərə ucaltmaq üçün çalışırdı. Ədəbiyyatımızı zənginləşdirən dünya xalqlarının dilinə tərcümə edilən "Abşeron" romanı, onun davamı olan "Qara daşlar", inqilabi keçmişimizi əks etdirən "Səhər", insan iradəsinin sarsılmazlığına və qüdrətinin təntənəsinə həsr edilmiş "Yeraltı çaylar dənizə axır" kimi romanları, yaxud uzaq keçmişimizi gözlərimiz qarşısında canlandıran vətənpərvərlik ruhunda qələmə aldığı "Nizami", "Cavanşir" kimi pyesləri, Dağıstanın qəhrəmanlıq tarixindən bəhs edən "Şeyx Şamil" və sairə əsərləri ədəbi ictimaiyyətin marağına səbəb olmuşdur.

"Xalq şairi Səməd Vurğun M.Hüseynin yaradıcılığından söhbət açarkən demişdir:- "Milyonlarla oxucu onun ədəbi irsindən faydalanır. Son illərdə yazıçının "Abşeron" romanı diqqəti cəlb edir. Yüksək yazıçılıq mədəniyyətinə malik olan M.Hüseyn bu əsərində usta Ramazan, yeni sovet ailəsini təmsil edən Lalə və Qüdrət İsmayılzadələr kimi müsbət insan surətləri yaratmağa müvəffəq olmuşdur. Romanın yaxşı cəhətlərindən biriodur ki, əsərdə vətənpərvərlik əyani bir şəkildə insanların işində və fəaliyyətində verilir".

Mehdi Hüseynin səmərəli ədəbi-ictimai fəaliyyəti partiyaxalq tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1958-1965-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqının katiblərindən biri olmuşdur. Bakı Sovetiniə, Azərbaycan və SSRİ Ali Sovetinə deputat seçilmiş, ordenmedallarla təltif edilmiş, 1958-1965-ci illərdə Azərbaycan KP MK-in üzvü olmuşdur. 1964-cü ildə Azərbaycan SSR Xalq Yazıçısı fəxri adına layiq görülmüşdür. Mehdi Hüseyn 1965-ci il martın 10-da vəfat etmişdir.

1930-1933-cü illər arasındakı dövr ərzində M.Hüseyn yaradıcılığında qəti bir dönüş əmələ gəlmişdir. Ədib xırda hekayə - novella formasından epik janra, povestromana keçməyə, öz yaradıcılıq istedadını yeni sahədə təcrübədən keçirməyə nail olmuşdur. Vətəndaş müharibəsi mövzusunda yazılmış "Daşqın" romanı buna misal ola bilər. Romanın birinci hissəsi 1933-cü ildə çapdan çıxmışdır. Burada müəllif vətəndaş müharibəsinin bir sıra mühüm səhnələrini inandırıcı şəkildə oxucunun gözü qarşısında canlandırmışdır. Roman dərc edildiyi gündən ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir. İnandırıcı faktlar əsasında yazılmış bu roman Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizə cəbhəsində göstərdiyi qəhrəmanlıqlara, insan şüurunun dəyişməsinə xüsusi diqqət yetirmişdir. Əsərdə partizan hərəkatının inkişaf mərhələləri, vətəndaş müharibəsində iştirak edən qüvvələrin sinfi xarakteristikası verilmişdir. Mehdi Hüseyn bu əsərində, düşmən qüvvələrin təsvirində satirayumordan da bacarıqla istifadə etmişdir.

Azərbaycan yazıçılarından İlyas Əfəndiyev, Rəsul Rza, Mirzə İbrahimov və başqaları Mehdi Hüseynin qələmə aldığı əsərlər haqqında müsbət fikirlər söyləmişdilər. Buna misal olaraq İlyas Əfəndiyevin M.Hüseyn haqqında dediklərinə nəzər yetirək:- "Ədib öz əsərlərində insanların daxili aləmini açıb göstərmək, həm də doğru göstərmək , psixoloji anları ifadə etmək istedadını çox yüksək qiymətləndirmişdir". O, Mehdi Hüseynin "Fəryad" povestində yaratdığı qəhrəmanlardan Vəlinin, Levinin, Şamilin əsl əmək adamları, vətənpərvər və hümanist insanlar olduğunu düzgün müəyyən etmişdir. İ.Əfəndiyev öz fikirlərini belə ifadə edir: - Şübhə yoxdur ki, Mehdidə qüvvətli və həssas müşahidə bacarığı ilə bərabər duyğularını ifadə etmək qabiliyyəti də vardır. Məsələn:- "Şamil düşmən pulemiyotunu susdurmağı Vəliyə əmr etdikdə;-cümləsində ədib qəhrəmanlarının daxilinə diqqət edirorada baş qaldıran duyğuları görür"...

Müharibə illərində xalqımızın qəhrəmanlıq tarixini əks etdirmək xüsusilə vacib idi. Gənclərimizin vətənpərvərlik duyğularını faşist işğalçılarına qarşı mübarizə duyğularını alovlandıran dram əsərlərinə də böyük ehtiyac duyulurdu. Bu baxımdan Mehdi Hüseynin IX əsrdə xarici işğalçılara qarşı üsyanlara başçılıq etmiş Alban hökmdarı igid sərkərdə Cvanşir haqqında yazdığı dram əsəri xüsusi əhəmiyyət kəsb edir. "Nizami" pyesini ədib müharibənin ilk illərində, "Cavanşir" pyesini isə bir qədər sonra qələmə almışdır. Hər iki əsər həm tamaşaçıların həm də ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. "Cavanşir" pyesində dramaturq xalq və vətən məhəbbətini, ölkəni yadelli işğalçıların basqınlarından müdafiə etmək məsələsini böyük bir ilhamla qələmə almışdır. Əsərdə Muğan bütün Azərbaycanın rəmzi kimi qələmə alınmış və onun uğrunda gedən mübarizə də Cavanşirin böyük sərkərdəlik məharəti göstərilmişdir. Mehdi Hüseynin təsvirində Cavanşir bütün varlığı ilə Vətənə bağlı olan, xalqı üçün heç nəyi əsirgəməyən bir qəhrəmandır. O, vətən övladlarını harda olur-olsun, öz torpaqlarını, elini-obasını unutmamağa çağırır. Vətənin istiqlaliyyəti və azadlığı Cavanşir üçün hər şeydən qiymətlidir. Azərbaycan müstəqil bir dövlət kimi azadfiravan yaşasın... Vətənpərvər qəhrəmanlarının dilindən deyilən bu sözlər yazıçının öz arzusuöz sözləri idi.

Mehdi Hüseynin tarixi keçmişimizdən bəhs edən əsərləri içərisində "Səhər" romanı xüsusi yer tutur. İki hissəli "Səhər" romanı ədibin inqilabi mövzunun uzun illər ərzindəki axtarışlarının yekunu hesab etmək olar. Bu əsərdə qəhrəmanların təbiəti, xasiyyəti, psixologiyası daha dərindən açılmışdır, psixoloji təsvirlərdə kamil, realist qələmin gücü hiss olunur.Yazıçı əsərin baş qəhrəmanı Əzizbəyovun və başqa tarixi şəxsiyyətlərin bədii surətini yaradır. Müəllif təbii olaraq əsərdə Xanlar Səfərəliyevə və Yuri Svetayevə xeyirxah münasibət bəsləyir. "Səhər" geniş bədii lövhələr yaradan bir roman olduğundan onun əsas qəhrəmanları yalnız tarixi şəxsiyyətlər deyil, eyni zamanda yazıçı xəyalının məhsulu olan bədii surətlərdir. Mehdi Hüseyn tarixi mövzuda yazdığı əsərləri də müasirlik ruhunda qələmə almışdır. " Müasirlik bizim idealımızdır, ədəbiyyatımızın şah damarıdır"... deyən yazıçı müasirliyinə sadiq qalaraq yazdığı əsərlərinin hamısını müasir mövzuda canlandırmışdır. "Alov" pyesi və "Yeraltı çaylar dənizə axır" romanını bunun daha parlaq nümunəsi hesab etmək olar. Mehdi Hüseyn yaradıcılığının son anına qədər müsbət amalidea uğrunda vuruşan, ən ağır vəziyyətlərdə belə sarsılmayan mətanət və mərdlik rəmzi olan iradəli insanları əsərlərinə qəhrəman seçmişdir. Onun bu qəhrəmanları insanların səadəti və xoşbəxtliyi üçün özlərini məşəl kimi yandırır, şəxsi səadətlərini onların xoşbəxtliyində görürlər. Buna misal olaraq:- "Alov" pyesinin qəhrəmanı həqiqəti, ədaləti özü üçün ideal seçən Fərhad Kamalovun, və "Yeraltı çaylar dənizə axır" əsərinin qəhrəmanı, bütün çətinliklərə sinə gərərək bir an belə sarsılmayan polad iradəli, həyatın müxtəlif keçmakeçlərindən keçən Samirə Aydının simasında görürük. Onun haqqı tapdalanır, böhtanlara, təqiblərə məruz qalır. O, qəlbini parçalayan ilk sevgisini itirir, övladlarından ayrı düşür, insani hüquqları əlindən alınır. Lakin Samirə Aydın sarsılmır insanlara inamını xalqına etimad və məhəbbətini itirmir. Yüksək amal və məslək sahibləri heç vaxt sarsılmır və inamını itirmir.

Xalq yazıçısı Mehdi Hüseyn görkəmli dövlət xadimi, qüdrətli yazıçı olduğu kimi həm də tənqidçi idi. Ədib məqalələrində qaldırdığı dövlət əhəmiyyətli problemlərə, publisist yazılarına da müasirlik mövqeyindən yanaşırdı. Heç təsadüfi deyildi ki, Türkiyə təəssuratlarını ifadə edən "Bir ay, bir gün" kitabı ədəbi ictimaiyyət və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Bütövlükdə götürdükdə onun bədii yaradıcılığı kimi ədəbi - tənqidi məqalələri də estetik fikrimizin həyata, milyonların yaradıcı əməyinə yaxınlaşmasında böyük rol oynamışdır.

Mehdi Hüseyn çətin yol ilə irəliləmiş, dövrün ədəbiyyat qarşısında irəli sürdüyü mühüm vəzifələrin yerinə yetirilməsində bədii səviyyə uğrunda mübarizənin vacibliyini nəzərə çaptırmış, bunu eyni zamanda müasir mövzuların işlənməsi, qabaqcıl müasirlərimizin bədii surətlərinin yaradılması vəzifəsi ilə əlaqələndirmişdir. M.Hüseyn yazıçının həyata bağlılığına ciddi əhəmiyyət verərkən bəzi yazıçıların cəmiyyətin tələblərinə cavab verə bilmədiklərinin başlıca səbəbini bu əlaqənin zəifliyi ilə, eyni zamanda işçi sinfinin inqilabi təcrübəsində bilavasitə iştirak etməyin lazım olduğunu anlaya bilməməklə izah edirdi. Həmin illərdə qabaqcıl sovet yazıçıları ilə bir sırada yeni ədəbiyyatın yaradıcılıq metodu məsələləri ətrafında müntəzəm düşünən Mehdi Hüseynin bəzi səhvlərinə baxmayaraq, təsdiq etdiyi əsas müddəalar düzgün ədəbi mövqeyə əsaslanır və qiymətləndirilirdi.

Yaşadığı dövrdə sovet ədəbiyyatının tarixinin öyrənilməsi baxımından əsərləri indi də əhəmiyyətini itirməmişdir. Yazıçı düşünürdü ki, "Fadiyev çox haqlı olaraq yazır: bəzilərinin düşündüyü kimi proletar ədəbiyyatı yaradıcılıq metodu, bir dərslik, yaxud tədris ilə əmələ gətirilməz. Bu işi milyonların təcrübəsinə istinadən görmək olar" demişdir.

Mehdi Hüseyn ömrü boyu sənətdə yenilik uğrunda mübarizə aparmış, qələm yoldaşlarının əsərləri fonunda sosializm təcrübəsini ümumiləşdirməyə cəhd göstərmiş, əhəmiyyətli fikirlər söyləmişdir. Ədib ədəbi tənqiddə həmişə ədəbiyyat və sənətin real inkişafını diqqətlə izləyən tədqiqatçı olduğundan, gözəl əsərlər yarananda özünün müsbət rəyini etiraf etmişdir. Qabaqcıl sovet yazıçılarının yolu ilə gedən müəllif Sovet hakimiyyəti uğrunda mübarizə illərində xalqlar dostluğunu siniflərin həmrəyliyi kimi ümumiləşdirərək işıqlandırmışdır. Bu baxımdan "Daşqın" povestində Yolçu və Şəhriyar bəy kimiləri addımbaşı millət adından danışsalar da üsyan etmiş yoxsullara qarşı vuruşanda Gürcü menşeviklərinin köməyinə bel bağlayırlar. Azərbaycanlı bəy və hampalar da gürcü menşevikləri və varlıları milliyətindən aslı olmayaraq, bolşevikləri məhv etmək üçün canfəşanlıq göstərir, qüvvələrini birləşdirirlər. Hakim siniflərin müxtəlif planları zəhmətkeşlərin dostluğunu sarsıda bilmir. Əmrahın ÇinamidzeSulava ilə dostluğuna həsr olunmuş səhifələr bu baxımdan canlı və təbii lövhələrdir.

1930-cu illərdə Mehdi Hüseyn "Nuruoğlu" /1933/, "Toy" /1935/ , "Kin" /1935/, "Çarpayı" /1936/, "Quzu" /1938/, "Konsert" /1938/, "Şair" /1939/ kimi hekayə, povestkino dramlar çap etdirsə də bədii zəhmətlə dolu olan əsas nəsr əsərləri "Komissar" povesti və "Tərlan" romanı sayılır. Dövlət Kinomatoqrafiya İnstitutu yanında akademiya tipli ssenaristlər fakültəsində təhsil aldığı illərdə (1937-1938) yaxından tanış olduğu Moskva mühiti, görkəmli sənətkarlarla şəxsi tanışlığı ədibin bir sənətkar kimi formalaşmasına təsir göstərən əsas amillərdən olmuşdur.

Mehdi Hüseyn "Komissar" əsərini yazanda tarixi dərindən və hərtərəfli öyrənmək yolu ilə getdiyindən povestin əsas süjet xətti təsdiqlənən faktlar üzərində qurulmuşdur. Azərbaycan ədəbiyyatında ilk tarixi povest müəllifi olan M.Hüseyn qəhrəmanlarının zəngin tərcümeyi-halını ətraflı öyrənmiş, faktları sənətkar təxəyyülü ilə bədii həqiqət səviyyəsinə qaldırmağa nail olmuşdur. Əzizbəyovun simasında ümumiləşdirilmiş mətin inqilabçı surətini yaratmış, onun dünya baxışının formalaşma prosesini inandırıcı şəkildə göstərməyə müvəffəq olmuşdur. Əsərdə Əzizbəyov jandarm və xəfiyyələri çaşdıran bacarıqlı komissar kimi verilmişdir.

 

Ardı var

 

Ədalət Rəsulova

AMEA Nizami adına Ədəbiyyat İnsititunun əməkdaşı

 

Olaylar.- 2018.- 11 yanvar.- S.12.