Regionların sosial-iqtisadi
inkişafı dağ
rayonlarının simasını tamamilə
dəyişdirib
Yardımlı yayonunda sosial
proqramların reallaşdırılmasına xüsusi
diqqət yetirilir
Azərbaycanın
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrası nəticəsində təkcə
mərkəzi rayonlar deyil, eləcə də dağ
rayonlarının siması tamamilə dəyişib. Hətta
bir sıra rayonlar statusunu dəyişərək şəhərə
çevrilib. Artıq şəhər statusu almış
Yardımlı rayonunun da sosial-iqtisadi nkişafı uğurlu
olub. Belə ki, regionların sosial-iqtisadi inkişafı
dövlət proqramı çərçivəsində həyata
keçirilən tədbirlər nəticəsində
Yardımlı rayonu da bir sıra uğurlara imza atıb. Təkcə
ötən ildə əldə edilən nəticələr
ucqar dağ rayonunun görkəmini xeyli dəyişdirib.
Etiraf
edilməlidir ki, sözügedən uğurlar Yardımlı
rayonunun sosial-iqtisadi inkişafı sahəsində
görülmüş işlərin nəticəsidir. Hazırda
da rayonda sosial və digər infrastruktur layihələrin
icrası davam etməkdədir. Yola saldığımız ildə
də rayonda sahibkarlıq və kənd təsərrüfatının
inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli
avtomobil yollarının təmiri, əhalinin içməli su
ilə təmini, tibb müəssisələrinin tikintisi,
kommunal yaşayış binalarının təmiri və həyətyanı
sahələrinin abadlaşdırılması və digər
infrastruktur layihələrinin icrası həyata keçirilib.
Rayonda abadlıq-quruculuq işlərinə
diqqət artırılmış, qəzalı vəziyyətdə,
eləcə də istismar müddəti başa
çatmış istinad divarları sökülərək
müasir zövqə uyğun olaraq yenidən inşa olunub.
Heydər Əliyev, 20 yanvar küçələrində yolun
üst hissəsində istinad divarları
hörülmüş və ağ üzlüklərlə
üzlənilib. 9 ədəd mənzil kommunal
yaşayış evlərinin blokları təmir edilib,
binaların fasad hissələri rənglənib. 4
yaşayış binasının dam örtüyü tamamilə
yenisi ilə əvəz olunub. Bu işlərin görülməsinə
83 nəfər işçi cəlb edilib. Möhtərəm
Prezidentin qayğısı sayəsində rayonda işsizliyin
aradan qaldırılması məqsidilə Qaz istismar, Elektrik
şəbəkəsi, Sukanal idarəsində, Yol İstismar
idarəsində, Kommunal təsərrüffat sahəsində və
təmir-tikintdə ümumilkdə 245 nəfər rayon sakini
müvəqqəti olaraq işlə təmin olunub.
Məlumat
üçün qeyd edək ki, tikinti-quruculuq işlər təkcə
rayon mərkəzində deyil, kənd yaşayış məntələrində
də aparılıb. Daha dəqiq, kənd yaşayış məntəqələrində
də inzibatı binaların tikintisi işləri davam
etdirilib. Rayonda müasir standartlara cavab verən təhsil və
tibb müəssisələrinin inşaası
reallaşdırılıb. Hazırda Rayonun Avur kəndində
modul tipli məktəb binasının tikintisində tamamlama
işləri aparılır və müstəqillik
günü ərəfəsində istifadəyə veriləcəyi
planlaşdırılır. Onu da qeyd edək ki, həyata
keçirilən infrastruktur layihələrə müxtəlif
mənbələrdən investisiyalar cəlb edilir. Belə ki,
investisiya layihəsi çərçivəsində, əhaliyə
tibb xidmətinin yaxşılaşdırılması məqsədilə
rayonun Honuba-Şıxlar və Avaş kəndlərində həkim
məntəqəsi inşa olunaraq əhalinin istifadəsibə
verilib.
Yardımlı rayonunda sosial proqramların reallaşdırılmasına da xüsusi diqqət yetirilir. Sözssüz ki, belə layihələr əhalinin, xüsusən aztəminatlı ailələrin, şəhid ailələri və Qarabaq müharibəsi veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənib. Buna nail olmaqdan ötrü şəhid ailələri üçün, eləcə də fövqəladə vəziyyətdən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərin tikintisi işləri nəzartdə saxlanıb. Hazırda, Horavar və Şəfəqli kəndlərində iki şəhid ailəsi üçün sahəsi 110 m2 və otaqların sayı 4 olan birmərtəbəli müasir evlər inşa olunur. Təbii-texnogen hadisələrin təsirindən qəzalı vəziyyətə düşmüş Yardımlı şəhərində 3, Köryədi kəndində 1 və Zevin kəndində 1 fərdi yaşayış evinin tikintisi davam etdirilmişdir, yaxın ay ərzində bu fərdi yaşayış evləri istifdəyə verilməsi nəzərdə tutulub.
İnfrastruktur layihələrinin də həyata keçuirilməsi rayonda prioritet vəzifələrdən hesab olunur. Rayonda kənd yollarının çəkilişi, əsaslı təmiri istiqamətində də bir sıra işlər görülüb. Uzunluğu 2,5 km olan Zəngələ kənd yolu genişləndirilmiş və çınqıl örtüklə təmir olunub. Əlavə olaraq kənd bələdiyyəsinin və sakinlərin köməkliyi ilə kənddaxili yollar da çınqıllanıb. Sırıq-Astanlı yolunda cari təmir işləri aparılıb, Mirimli-Zevin kəndləri arasında yolun yararsız olan 2 km hissəsi çınqıllanıb və əhalinin rahat gəliş-gedişi təmin olunub. Şıxlar və Gölyeri kənd sakinkərinin təşəbbüsü ilə uzunluğu 7 km olan torpaq örtüklü Şovut-Gölyeri yolunun 2,3 km-lik hissəsi çınqıl örtüklə təmir olunub. Allar kənd bələdiyyəsi tərəfindən də uzun illər Allar və Şıxhüseyinli kənd sakinlərini narahat edən Xənəgə-Şıxhüseyinli kəndləri arasında, uzunluğu 3,5 km-lik yol tam çınqıllanıb. Masallı-Yardımlı Respublika əhəmiyyətli avtomobil yolunun sıradan çıxmış asfalt örtüyü təmir olunmuş və avtomobillərin normal hərəkəti təmin olunub. Məhz yol infrstrukturunun yaxşılaşdırılmasının nəticəsidir ki, hazırda rayonun bütün yaşayış məntəqələrinə ilin istənilən fəsilində gediş-gəliş mümkündür.
Rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində işlər diqqət mərkəzindədir. "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə" çərçivəsində Yardımlı şəhərinə ümumi uzunluğu 75 km su və 45 km kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. İndiyə kimi 74 km su xətti , 40 km kanalizasiya xətti çəkilib. Nəzərdə tutulmuş 10 ədəd su anbarından 10-da tikinti işləri aparılır və çirkab su təmizləyici qurğusunda inşaat işləri davam etdirilir. 9 ədəd su nasos stansiyalarında tikinti işləri davam etdirilir, 13 ədəd kanalizasiya stansiyalarından 3-də tikinti işləri aparılır. Bütün su anbarlarına və nasosxanalara elektrik xətləri çəkilib, transformatorlar quraşdırılıb. Kəndlərdə də əhalinin içməli suya olan tələbatının ödənilməsi mühüm məsələ kimi daim diqqətdə saxlanılıb. "Sineyir" su xəttindən Horavar və Əngövül kəndlərinə içməli su xətti çəkilib və əhalisinin sayı 1000 nəfər olan bu yaşayış məntəqələri içməli su ilə təmin olunub. Hazırda, bu su xəttindən 8 yaşayış məntəqəsində 6 min nəfər istifadə edir. Separadi kəndinə də "Sineyir" xəttindən su xəttinin çəkilişii, habelə Ökü kəndinə Xanbulaq kəndindən su çəkilməsi üçün aidiyyəti üzrə "Azərsu" ASC rəhbərliyinə müraciət olunub. Ölkə Prezidentinin sərərəncamı ilə, əhalisinin sayı 1000 nəfər olan Aşağı Astanlı və Deman kəndlərinin hər birində bir artezyan quyu qazılıb. Deman kəndində qazılmış quyu istifadəyə verilmiş, yaxın günlərdə digər artezyan quyu da istifadəyə veriləcək. Başqa kəndlərdə də artezyan quyuların qazılması üçün aidiyyatı üzrə müraciət olunub.
Sosial infrastruktur layihələr çərçivəsində əhalinin təbii qazla təminatına da xüsusi önəm verilir. Hazırda abonentlər təbii qazla tam təmin olunub, qaz abonentlərinin sayı 2 min 635-ə çatdırılıb. 2018-ci ildə isə rayonda abonentlərinin sayı 1444, əhalisinin sayı 21 min 400 nəfər olan 11 yaşayış məntəqəsinin - Osnağaran, Anzov, Hamarkənd, Abbasabad, Gavran, Ostayir, Dəlləkli, Çayüzü, Şəfəqli, Nİsəqala və Horavar kənd yaşayış məntəqələrinin qazlaşdırılması həyata keçiriləcək. Hazırda, rayon üzrə 12 yaşayış məntəqəsi qazlaşdırılıb ki, bu da yaşayış məntəqələri üzrə 13%, abonentlər üzrə 32% təşkil edir. Adları qeyd olunan məntəqələr də qazlaşandan sonra, qazlaşma yaşayış məntəqələri üzrə 26%, abonentlər üzrə 50% təşkil edəcək.
Əhalinin 24 saat elektrik enerji ilə təmin olunması sahəsində də işlər operativ olaraq həyata keçirilməkdədir. Təkcə ötən il ərzində şəbəkəyə daxil olmuş 600-ə yaxın dəmir dayaq, 5 km məftil, 6 km kabel və digər mal-materiallar Yeni Yardımlı və Ərus yarımstansiyasından qidalanan 10 və 0\4 kilovoltluq xətlərdə istifadə olunub. Xətlərdə qəzaların aradan qaldırılması və avadanlığın yaşayış məntəqələrinə daşınması kənd sakinlərinin yaxından köməkliyi ilə həyata keçirilib. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində Yardımlı şəhərində SİP kabelləşmə işlərinə başlanılıb. Hazıra kimi şəhər xətlərində 4500 metr kabel çəkilib və 100 ədəd dayaq istifadə olunub.
Əsaən kənd təsərrüfatı rayonu kimi tanınan
Yardımlıda bu sahənin
inkişafı daim nəzarətdə
saxlanılır. Rayon rəhbərliyinin kənd təsərrüfatı
sahsinə göstərdiyi xüsusi diqqət
və qayğının nəticəsində ötən ilin doqquz ayı ərzində
rayon üzrə 53 milyon
180 min manatlıq ümumi
məhsul istehsal olunub
ki, bu da
əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 8
% çoxdur. Bu müddətdə 653 min 500 manatlıq sənaye- ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çox, 22 milyon 603 min manatlıq kənd təsərrüfatı
məhsulları istehsal olunub.
Əhaliyə 15 milyon 807 min
manatlıq ticarət, 1 milyon 710
manatlıq nəqliyyat, 319 min manatlıq
rabitə xidməti göstərilib. Ümumilikdə 12 milyon 792 min manatlıq tikinti işləri həyata keçirilib.
Adambaşına düşən məhsul istehsalı 808 manat təşkil edib. Bir daha vurğulayaq
ki, Yardımlı rayonunda
iqtisadiyyatın əsasını kənd təsərrüfatı
təşkil edir, əhalinin əksəriyyəti
heyvandarlıq və əkinçiliklə məşğul olurlar bu da
rayon əhalisinin gəlir mənbəyi hesab olunur. Məhz bu amil nəzərə
alınaraq 2016-cı ilin payızında 3
min 549 hektar sahədə
payızlıq taxıl bitkiləri əkilib. Bunub
3 min 455 hektarı payızlıq buğda, 78 hektarı payızlıq arpa,16
hektarı isə vələmir sahəsidir. Sahələrdən 83 min 24 sentner
taxıl məhsulu, 82
min 482 sentner kartof, 21
min 943 sentner və 6
min 137 sentner meyvə toplanıb. Yanacaq və sürtkü
materialına görə
2 min 12 məhsul istehsalçısına
2 min 534 ha sahə üçün
218 min 910 manat subsidiya
ödənilib. 2017-ci ilin yazında 1541,5 hektar sahədə
yazlıq bitkiləri əkilib. Yeri gəlmişkən qeyd edək ki, son illərdə rayonda tütünçülüyün
inkişafına da diqqət xeyli artırılıb. 33 nəfər
vətəndaş 43 ha sahədə
tütün əkib və tütün sahələrindən 125 ton yaş
tütün, qurutma sexinə təhvil verib, müəssisə tərəfindən istehlakçılara
20 min manat vəsait ödənilib. Dövlət başçısının müvafiq sərəncamının
icrası məqsədilə
rayonda fındıqçılığın
inkişaf etdirilməsi
ilə bağlı da müvafiq işlər görülüb.
Zaqatala rayonundan yüksək məhsuldarlığı ilə
seçilən 54 min findıq
tingləri gətirilərək
108 ha findıq bağları
salınıb. Məhz görülən
işlərin, həyata
keçirilən tədbirlərin
nəticəsidir ki, rayonda kənd təsərrüfatının bütün
sahələrində ciddi
irəliləyişə nail olunub.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2018.- 11 yanvar.- S.15.