Regionlarda ənənəvi sahələrin
inkişafı
ölkənin ixrac
potensialını artırıb
Ölkədə
qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət
başçısı tərəfindən prioritet
vəzifələrdən biri kimi müəyyən edilib.
Həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları çərçivəsində Azərbaycanda kənd
təsərrüfatının böyük
potensiala malik, ənənəvi
və əməktutumlu sahələrindən olan
pambıqçılıq, tütünçülük,
ipəkçilik və fındıqçılıq sahələrində
ciddi naliyyətlər əldə edilib.
Kənd
Təsərrüfatı Nazirliyindən verilən məlumata
görə, pambıqçılıq məhsullarına tələbatın
ödənilməsi, pambıq emalı müəssisələrinin
xammal təminatının
yaxşılaşdırılması, emal sənayesinin
inkişaf rtdirilməsi, pambıq məhsullarının
ixracının artırılması, kənd yerlərində əhalinin
məşğulluq səviyyəsinin yüksəldilməsi
üçün dövlət dəstəyinin gücləndirilməsi
və bu sahənin inkişafının sürətləndirilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 13 iyul tarixli 3082№-li Sərəncamı ilə "Azərbaycan
Respublikasında pambıqçılığın
inkişafına dair 2017-2022-ci illər üçün
Dövlət Proqramı" təsdiq edilib. Həyata
keçirilən tədbirlər nəticəsində ötən
il respublika üzrə 22 rayonda 135 min hektardan artıq
pambıq əkilib. Əkinlər əsasən "MKT
İK" MMC ,"CTS Aqro" MMC, Şamo" MMC "Goran
Pambıq" ASC və "Kənd Təsərrüfatı"
MMC-lər ilə birgə əməkdaşlıq barədə
müqavilə bağlamış istehsalçılar tərəfindən
aparılıb. İstehsalçıların yerli şəraitə
uyğun, tezyetişən və ortayetişən məhsuldar və
yüksək lif keyfiyyət göstəricilərinə malik
pambıq sortlarının toxumlarına olan tələbatlarının
ödənilməsi məqsədilə Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən Türkiyə Respublikasının
toxumçuluq üzrə qabaqcıl "ProGen" şirkətindən
420 ton, Almaniyanın "Bayer" şirkətindən isə
162 ton lifsiz pambıq toxumu alınıb. Respublikada
pambıqçılıq üzrə fəaliyyət göstərən
yeni yaradılmış "Kənd Təsərrüfatı"
MMC tərəfindən tədarük olunacaq xam
pambığın qəbulu və ilkin emalının təşkili
üçün Kürdəmir, Füzuli, Neftçala,
İmişli, Ağcabədi, Ağsu, Biləsuvar, Yevlax, Salyan
və Sabirabad rayonlarında qəbul məntəqələri
yaradılıb, Saatlı rayonunun Əhmədbəyli kəndundə
fəaliyyəti dayandırılmış pambıq emalı
zavodunda təmir bərpa işləri görülüb,
avadanlıqlarla təmin olunaraq yenidən pambıq qəbuluna
və emalına başlanıb. Bundan əlavə Ucar rayonunda
illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun
tikintisinə və avadanlıqlar gətirilməsinə
başlanılıb. Kənd təsərrüfatının
bütün sahələrinin, o cümlədən
pambıqçılığın elmi əsaslarla inkişaf
etdirilməsi ilə bağlı mütəmadi olaraq bölgələrdə
Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də
Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin
təşkilatçılığı ilə fermerlərin
iştirakı ilə seminarlar, tarla günləri və təlim
kursları keçirilib. Qeyd edək ki, artıq məhsul
yığımı yekunlaşmaq üzrədir. Yanvar
ayının əvvəlinə olan məlumata əsasən
207 min tona yaxın pambıq yığılıb ki, bu da
ötən illə müqayisədə 2.4 dəfə
çoxdur. Pambıqçılığın
inkişafının daha da sürətləndirilməsi məqsədilə
Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və
Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin
iştirakı ilə pambıq istehsalı və emalı ilə
məşğul olan "MKT İK" MMC və "CTS
AQRO" MMC-nin nümayəndələri ilə
görüş keçirilib. Görüşdə cari ildə
görülən işlər, pambıq
yığımının gedişi, tədarükü və
emalı vəziyyəti, eləcə də qarşıya
qoyulan hədəflərə nail olunması üçün
2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər
müzakirə edilib. Həmçinin, pambıq əkən
fermerlərin məhsul istehsalına həvəsləndirilməsi
və onların maddi rifahının daha da yüksəldilməsi
məqsədilə pambığın növlər üzrə
mövcud alış qiymətlərinin hər ton
üçün 1-ci, 3-cü, 4-cü növlər
üçün 100 manat, 2-ci növ üçün isə-110
manat artırılaraq, 2018-ci ildə müvafiq olaraq 600, 540,
500 və 580 manat müəyyənləşdirilməsi barədə
razılıq əldə edilib.
Regionların
soaial-iqtisadi inkişafı çərçivəsində ənənəvi
sahələrdən olan tütünçülüyə də
züsusi diqqət yetirilib. Məlum olduğu kimi tütün
və tütün məmulatlarına olan tələbatın
ödənilməsi, tütün emalı müəssisələrinin
fəaliyyətinin gücləndirilməsi və müasir
texnologiyalar əsasında yeni müəssisələrin
yaradılması, xammal təminatının
yaxşılaşdırılması,
tütünçülük məhsullarının
ixracının artırılması və kənd əhalisinin
məşğulluq səviyyəsinin yüksəldilməsi
üçün ölkədə
tütünçülüyün inkişafını
stimullaşdırmaq məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı
ilə "Azərbaycan Respublikasında
tütünçülüyün inkişafına dair
2017-2021-ci illər üçün Dövlət
Proqramı" təsdiq edilib. Dövlət proqramının
icrası məqsədilə
Ötən
ildə 15 rayonda 3210 hektarda tütün əkilib. Müxtəlif
həcmli 2000-dən çox şitillik hazırlanaraq toxum səpilib.
Əsasən İtiyarpaq, Zaqatala-67, Virciniya və Berley
tütün sortlarının toxumları tədarük edilib.
Tütün əkinlərinin texnoloji xəritəsinə
uyğun olaraq şum, mala, kultivasiya və digər aqrotexniki tədbirlərin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsində
fermerlərə müvafiq tövsiyələr verilmiş,
texniki xidmətlər göstərilib. DSK-nın 1 dekabr tarixinə
məlumatına əsasən 5070 ton məhsul
yığılıb ki, bu da ötən ilin eyni dövrü
ilə müqayisədə 41.1 faiz çoxdur.
Paralel
olaraq, ölkədə baramaçılığın da inkişafı
diqqət mərkəzində olub. Dövlət
başçısının ölkədə ipəkçiliyin
sürətli inkişafı ilə bağlı
tapşırıqlarına uyğun olaraq 2016-cı ildən
başlayaraq respublikada ipək istehsalının müasir
infrastrukturunun yaradılması, baramaçıiığln
yem bazasının möhkəmləndirilməsi, barama
toxumçuluğunun təşkili və digər istiqamətlər
üzrə tədbirlərin həyata keçirilməsinə
başlanııb. İpəkçiliyin gələcək
inkişafı üçün
baramaçılığın yem bazasının bərpa
olunmasının xüsusi əhəmiyyəti nəzərə
alınaraq 2016-cı ilin dekabr ayinda Çin Xalq
Respublikasından 1,5 milyon ədəd calaq edilmiş tut tingləri
tədarük edilib, tərtib edilmiş bölgü əsasında
əvəzi ödənilmədən 37 baramaçılıq
rayonlarına paylanılıb. Bu rayonların ərazilərində
respublikaya dəvət edilmiş Çin Xalq
Respublikasının mütəxəssislərinin nəzarəti
altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut
bağlarının salınması təmin edilib. Ölkədə
barama istehsalının əvvəlki il ilə müqayisədə
azı iki dəfədən çox artırılması ilə
bağlı ölkə Prezidentinin tapşırıqlarına
uyğun olaraq Çin Xalq Respublikasından 6000 qutu yüksək
keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük
edilib və Qax Damazlıq İpəkçilik Stansiyasında
inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından 99-100 faiz səviyyəsində
yüksək keyfiyyətli barama qurdları əldə edilib və
respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013
kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli
barama qurdları ilə təmin edilib. Həyata keçirilən
tədbirlər nəticəsində "Şəki İpək"
ASC-yə 245.2 ton yaş barama təhvil verilib ki, bu da ölkə
Prezidenti tərəfindən barama istehsalı ilə
bağlı cari il üçün müəyyən
edilmiş hədəflərdən təxminən 1.6-1.7 dəfə,
ötən ildəki istehsaldan isə 3.5 dəfə
çoxdur. Azərbaycan Respublikasında ipəkçiliyin
maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 19
may 2017-ci il Sərəncamı ilə Qax Damazlıq İpəkçilik
Stansiyasının bərpası, əlavə istehsal sahələrinin
yaradılması və müasir avadanlıqlarla təchiz
olunması üçün Azərbaycan Respublikasının
2017-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə 4,5 milyon (dörd milyon beş yüz min) manat
ayrılıb. Respublikamızda yüksək məhsuldar, calaq
olunmuş tinglərdən istifadə olunmaqla intenşiv tipli
tut (çəkil) bağlarının salınmasının təmin
edilməsi məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 6 oktyabr tarixli 3286 nömrəli "İpəkçiliyin
inkişafına dövlət dəstəyinin davam etdirilməsi
ilə bağlı tədbirlər haqqında" Sərəncamına
uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2
mart tarixli 1081 nömrəli "Kənd təsərrüfatının
inkişafına dövlət dəstəyinin gücləndirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında" Sərəncamı ilə Kənd Təsərrüfatı
Nazirliyinə ayrılmış fonddan 1,0 milyon ədəd tut
(çəkil) tinglərinin alınması və məhsul
istehsalçılarına əvəzsiz verilməsi
üçün 775,0 (yeddi yüz yetmiş beş) min manat vəsait
ayrılıb. Sərəncamın icrasını təmin etmək
məqsədi ilə 1,0 milyon ədəd tut (çəkil)
tinglərinin alınması ilə bağlı Çin Xalq
Respublikasının "Shandong Guangtong Silkworm Eggs Co" LTD
şirkəti ilə müqavilə bağlanılmış və
29 noyabr tarixində tut tingləri respublikaya gətirilərək
hazırlanmış bölgüyə uyğun olaraq
baramaçılıq rayonlarına paylanılması
üçün Tovuz, Şəki, Bərdə, Ucar, Sabirabad və
Lənkəran rayonlarına göndərilib.
Eyni zamanda, ölkə Prezidenti tərəfindən
ölkəyə valyuta daxilolmalarında xüsusi çəkiyə
malik fındıqçılıq sahəsinin
inkişafına ciddi dövlət dəstəyinin göstərilməsi,
fındıq istehsalı mümkün olan rayonların müəyyənləşdirilməsi
və bu rayonlarda fındıqçılığın
sürətlə inkişaf etdirilməsi ilə bağlı
verilən tapşırıqların icrası davam etdirilib.Bu
sahənin inkişaf etdirilməsi üçün əlverişli
torpaq-iqlim şəraitinə malik Zaqatala, Qax, Qəbələ,
Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran,
Quba, İsmayıllı və Yevlax rayonlarında mərhələli
şəkildə 40 min hektar sahədə yeni fındıq
bağlarının salınması nəzərdə
tutulmuş və bu məqsədlə bölgələrdəki
mövcud fındıq bağlarından tədarük ediləcək
ting ehtiyatlarının həcmi müəyyənləşdirilmiş,
yeni salınacaq bağlar üçün ərazilərin
seçilməsi, ting ehtiyatlarının tədarükü, əkin
işlərinin optimal müddətdə və keyfiyyətlə
yerinə yetirilməsi üçün zəruru tədbirlərin
təşkilinə köməklik göstərilməsi məqsədilə
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
bu rayonlarda xüsusi işçi qrup yaradılıb. Həyata
keçirilmiş tədbirlər nəticəsində ölkə
üzrə ötən il 18,2 min hektara yaxın sahədə
yeni fındıq bağları salınıb, fındıq
bağlarının ümumi sahəsi 55.1 min hektara
çatdırılıb. Hazırda bölgələrdə
10 min hektara yaxın sahədə yeni bağların
salınması üçün işlər davam etdirilir.Yeni
fındıq bağlarının salınması
üçün Balakən rayonu üzrə 500 min ədəd,
Qax rayonunda 240 min ədəd, Qəbələ rayonunda 540 min ədəd,
Şəki rayonunda 240 min ədəd, Şabran rayonunda 130 min ədəd
ting və pöhrələr hazırlanmış, yeni
salınacaq bağlar üçün müvafiq ərazilər
müəyyən edilib.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 13-15 yanvar.- S.15.