Xalq Cümhuriyyətinə
olan ehtiramın təzahürü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin
"Xalq Cümhuriyyəti İli"
elan olunması barədə
imzalamış olduğu sərəncam
istər ölkdə daxilində, istərsə də ondan kənarda yaşayan
soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir,
təqdir olunur. Xüsusilə gənc nəsil dövlət
başçısının məlum sərəncamını
yüksək qiymətləndirərək il
ərzində Azərbaycan Xalq Cümhuriyyəti
ilə bağlı keçiriləcək tədbirlərin gənclərin
Şərqin ilk demokratik
respublikası barədə daha ətraflı
məlumat əldə etməsinə vəsilə
olacağını düşünürlər. Elə Şüa Gənclər Hərəkatının
rəhbəri Samir Zeynalov
da bu qənaətdədir.
O, dövlət başçısının
imzaladığı məlum sərəncama münasibət
bildirərkən qeyd edib
ki, istiqlaliyyət sevdalı millət vətən
fədailərimizin azad görmək istədiyi
məmləkətimiz müstəqil dövlət siyasətimizin
parlaq təzahürü ilə
cümhuriyyət ilinə şərəflə qədəm
qoyub.
Bildirib
ki, ölkə başçımız cənab prezident
İlham Əliyevin Cümhuriyyətin yaranmasının 100
illiyi ilə əlaqədar olaraq mövcud ili Cümhuriyyət
ili kimi elan etməsi faktı müstəqil Azərbaycan
Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi
varisi olaraq müasir dövlətçilik dəyərlərimizin
təməlinə dövlət səviyyəsində olan
ehtiramın təzahürüdür: "Şübhəsiz
ki, bu ehtiramın başlıca meyarı üçrəngli
azadlıq bayrağının vüqarlı dalğalanması
altında bir araya gələn Azərbaycan xalqının hərməyliyi,
müstəqil dövlətə sahib olması, müstəqil
dövlət siyasəti ilə dövlət müstəqiliyinin
müdafiəsi və möhkəmləndirilməsidir. Şərqdə
ilk demokratik cümhuriyyətin məhz Azərbaycan
torpağında ərsəyə gəlməsi fədakar
xalqımızın o dövrdə və o illər ərəfəsində
milli müstəqillik, azadlıq duyğuları ilə
yaşaması ilə bağlıdır. Milli mənliyinə
mühafizəkarcasına yanaşmış
xalqımızın qabaqcıl milli aydınları,
ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik
duyğularını gücləndirmiş, milli dirçəliş,
milli oyanış əhval-ruhiyyəsi yaymış və
bunların vəhdəti haqlı olaraq 100 il bundan öncə
müasir dövlətçilik dəyərlərimizin təməlini
formalaşdırmağı bacarmış Azərbaycan Xalq
Cümhiriyyətinin yaranmasına töhvə vermişdi.
Xalqımızın milli dövlətçiliyə nail olmaq məqsədinin
gerçək ifadəsi olan və cəmi 23 ay
yaşamış Azərbaycan Xalq Cümhuriyyəti qəlblərdə
elə bir azadlıq məşəli alovlandırdı ki, 70
il ərzində məmləkətimizi əsarət altına
almış totalitar kommunist rejimin repressiv cəza siyasəti
belə bu məşəlin sönməsinə nail ola bilmədi.
Rəsulzadə ideyaları sovet hərb ideyalogiyası
altında parçalanmağa, öz tarixindən ayrı
salınmağa məhkum edilmiş fədakar
xalqımızın düşüncələrində hər
zaman yaşayaraq "Bir kərə yüksələn bayraq,
bir daha enməz" tezisini milli-azadlıq hərəkatının
coşqusu ilə yenidən dillərə gətirdi. Keçən
əsrin sonlarına doğru diktatura basqılarına tab gətirməkdən
son dərəcə bezmiş xalqımızın istiqlaliyyət
duyğuları məhz Rəsulzadə ideyalarından
ilhamlanaraq milli oyanışla müstəqil dövlətə
sahib olmaq, bir millət kimi azad olmaq hərəkatında yenidən,
lakin əbədi olaraq parlaq məqama yetişdi. Əsarət
altında milli dirçəlişə sahiblənməyi
bacaran xalqımız cümhuriyyət ideallarının
müqəddəs ruhundan təsirlənərək dünyada
ilin xalqı olmağı bacararaq müstəqil Azərbaycanın
yenidən təşəkkülü, gələcək nəsillərin
müstəqil ölkədə dünyaya gəlməsi,
böyüməsi və milli düşüncəli şəxsiyyətə
çevrilməsi, yeni dünya nizamında cəfakeş millət
fədailərinin təməlini qoyduğu dövlətimizin
layiq yer tutması naminə qanını, canını fəda
etməkdən çəkinmədi. Bir millət olaraq yenidən
müstəqilliyə gedən yolun təntənəsi 1990-ci
ilin 20 yanvarında yaşandı. İmperiyanın qəsbkarlığına,
insan haqlarına qanlı qəsdinə,
zülmkarlığına baxmayaraq xalqımız qan və can
bahasına olsa da belə ikinci dəfə istiqlaliyyətimizin
bəyan edilməsi fürsətinə biganə
yanaşmadı". Samir Zeynalov qeyd edib ki, bu qürurun
minvalı ilə özünü AXC-in varisi elan edən Azərbaycan
Respublikası 1991-ci ildə yenidən öz dövlət
müstəqilliyinə qovuşdu: "Bəzən deyirlər
ki, müstəqilliyi qorumaq onu əldə etməkdən
qat-qat çətindir. Amma müstəqilliyimizi əldə
etmək bu yolda tarix formalaşdırmış ümumxalq həyatınmızın
səhifələrinə görə danılmaz
reallıqdır ki, qorumaq qədər asan olmayıb. Münbit
tarix şəraitin və taleyin xalqımıza bəxş
etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz
Azərbaycan tarixinin yeni dünya nizamında keyfiyyətcə
yeni bir mərhələsinin başlanğıcını
qoymaqla, yeni cəmiyyət quruculuğu ilə bağlı yekcins
olmayan siyasi, iqtisadi, sosial və mədəni-mənəvi həyat
məsələrinin həllinə, xalqımızı bir
bayraq altında birləşdirməyə qadir tarixə təşəbbüs
ortaya qoydu. Ümumbəşəri dəyərlərə
sadiq qalaraq, bütün dünya xalqları ilə dostluq,
sülh və əmin-amanlıq şəraitində yaşamaq
və bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərmək kimi ifadə olunmuş vəzifələrin
həyata keçməsi üçün zəruri şərait
yarandı.Təbii olaraq müstəqilliyimizi qorumaq niyyəti
bizi ağır sınaqlar qarşında səfərbər
olmağa belə məhkum etdi. Lakin tarixin siyasi səhnəsinə
xalqımızın təkidli arzusu ilə yenidən
qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin
xarici təsirlər, erməni qəsbkarlarının ölkəmizə
təcavüzü, daxildə tüğyan edən siyasi
iqtidarlıq uğurunda mübarizə və
separatçılıq meyilləri nəticəsində əldən
verilməsinə imkan vermədi. Uzaqgörən siyasət nəticəsində
müstəqil dövlətimizin siyasi varisi olan Azərbaycan
Xalq Cümhuriyyətinin dövlətçilik dəyərləri
mühafizə edildi, ağır sınaqlardan qalibiyyətlə
çıxıldı. Müstəqllik dövründə Azərbaycan
Xalq Cümhuriyyəti ilə bağlı Sovet dövründə
ciddi ənənəyə çevrilmiş qadağalar aradan
qalxdı. Dövlət rəmzləri bərpa edildi". Natiq
deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Vətən
tarixində yenidən bərpasına məxsusi qiymət verən
Ümummili lider Heydər Əliyev qeyd edirdi: "Biz ilk
Demokratik Cümhuriyyətin yaranması gününü əziz
tutaraq, onu Azərbaycan dövlət müstəqilliyi
günü- Respublika Günü elan etmişik və bu bizim
milli bayramımızdır". Həmçinin müasir
müstəqilliyimizin bərpasının 10-cu
ildönümündə Ulu Öndər deyirdi: "Onlar
öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda
ilk müstəqil dövlətin qurulması üçün
güclü addım atdılar. Xalqımıza müstəqillik
ənənələri qoyub getdilər". Budur tarixə
xarizmatik, ədalətli, milli hisslərlə yanaşma.
Tariximizin ağır anlarında Kainatın Ulu Memarı
xalqımıza öz xilaskarını bəxş etdi. Elə
bir xilaskar ki, onun xarizması, zamanın siyasi axarını
düzgün qiymətləndirməsi, düşmənlərimizi
zərərsizləşdirilməsi nəticəsində
müstəqil dövlətimizin siyasi varisi olan Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi dönəminə elə
müstəqil şəraitdə, müstəqil dövlət
siyasəti ilə daxil olmağı bacara bilirik. Ulu öndər
Heydər Əliyev Cümhuriyyət fədailərinə
yüksək tarixi qiymət verərək billur kimi saf əməlləri
ilə öz milli mənsubiyyətinə bənzərsiz əməli
keyfiyyətlərə sadiq olmağı bacardı. Yüksək
düşüncə bacarığına malik olmaqla azərbaycançılıq
ideyalogiyasının inkişaf və təsir dairəsinə
təssübkeşliklə yanaşmağı bacararaq bu
ideyalogiyanın xalqımızın vahid milli məqsəd ətrafında
birləşməsinə nail oldu". Samir Zeynalov deyib ki, bu
gün AXC-in siyasi varisliyini müstəqil şəkildə
uğurla davam etdirən Azərbaycan Respublikası azərbaycançılıq
ideyalogiyasının təbliği və müdafiəsinə
güclü dövlət, qətiyyətli lider, prinsipial
müstəqil siyasətlə qayğı göstərir:
"Çünki azərbaycançılıq
ideyalogiyası milli dəyərlərin, duyğuların,
baxışların məcmusu- Azərbaycan xalqını vahid
məqsəd ətrafında birləşdirən əvəzsiz
dəyərdir. Dövlətimizin başçısı cənab
prezident İlham Əliyevin 2018-ci ili azərbaycançılıq
ideyalogiyasına bəslənilən qayğının təzahürü
olaraq Cümhuriyyət ili elan etməsi bu ideyaya şərəflə
sadiq qalan biz gənclər tərəfindən böyük rəğbətlə
qarşılanmaqdadır. Şüa Gənclər Hərəkatı
olaraq Cümhuriyyət fədailərinin əbədiyaşar
xatirələri qarşısında səmimi qəlbdən
hörmət və məhəbbətimizi ifadə edir,
xalqımızı dərin hörmətlə təbrik edirik.
Süleyman
Olaylar.- 2018.- 13-15 yanvar.- S.9.