Regionların sosial-iqtisadi inkişafı bölgələrdə

infrastrukturun yenilənməsinə zəmin yaradır

 

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlətin prioritet sahəlrindən hesab edilir. Məhz bu məqsədlə həyata keçirilən proqramlar ümumilikdə ölkənin inkişafına hədəflənib. Təsadüfi deyil ki, qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkəmizə müasir görkəm verməklə yanaşı, əhalinin də sosial-məişət problemlərinin həllində ənəmiyyətli rol oynayıb.

Hazırda da bu proses davam etdirir və onun uğurli nəticələr verəcəyi heç kimdə şübhə yaratmır. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu Dövlət Proqramının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaq. Yeri gəlmişkən onu da qeyd edək ki, ölkədə regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin digər hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çatdırmaqdan ibarətdir. Artıq qətiyyətlə demək olar ki, Azərbayacan inkişaf etməkdə olan ölkələr arasında liderlik səviyyəsinə yüksəlib. Bunu Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" son hesabatı da təsdiq edir. Qətiyyətlə demək olar ki, Azərbaycanın iqtisadi inkişaf modeli bir sıra dünya ölkələri üçün münumunə hesab edilə bilər. Ölkəmizin dinamik iqtisadi ikişafı artıq beynəlxalq təşkilatlar tərəfindən də təsdiqini tapır. Belə ki, ölkəmiz Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.Ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi" insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Etiraf edilməlidir ki, Azərbaycanın belə yüksək naliyyətlər əldə etməsində regionların sosial-iqtisadi inkişaf proqramları xüsusi rol oynayıb. Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008-ci illər) məntiqi davamı olaraq hazırlanmış sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin 2009-2013-cü illərdə davam etdirilməsi nəzərdə tutulub. Eyni zamanda, yeni Dövlət Proqramı əvvəlkindən fərqli olaraq mühüm prioritet kimi Bakı şəhəri onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri özündə əks etdiririb. Bu baxımdan Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri regionlar üzrə indiyədək həll olunmamış bütün məsələlərin, o cümlədən bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulub. Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə paytaxtda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət digər infrastruktur obyektlərinin, yeni istehsal emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət idman obyektlərinin inşası, yenidən qurulması, əlil şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulub."Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin yeni yerlərinin yaranmasında, infrastruktur kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynayıb. Ölkədə, o cümlədən regionlarda yeni yerlərinin yaradılması, sahibkarlığın inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması əhalinin kommunal xidmətlərə olan tələbatının ödənilməsi, sosial problemlərinin həlli istiqamətində tədbirlər uğurla icra olunub.

Sözügedən Dövlət Proqramı çərçivəsində refionların illərlə yığılıb qalmış infrastruktur problemlərini aradan qaldırmaq mümkün olub. Belə ki, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan nəqliyyat sektorunda həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində regionlarda avtomobil yollarının çəkilməsi yenidən qurulması, körpülərin tikintisi, yol şəbəkələrinin bərpası işləri daha da sürətləndirilərək son beş ildə davam etdirilib, proqramın icra müddətində regionlarda 5231,3 km respublika yerli əhəmiyyətli avtomobil yolları, 270 körpü tunel tikilmiş əsaslı təmir olunub. Bu dövr ərzində nəqliyyat infrastrukturunun yenidən qurulması çərçivəsində bir sıra mühüm layihələr, o cümlədən Qəbələ Yevlax hava limanları, Heydər Əliyev Beynəlxalq Aeroportunda Anqar Kompleksi Beynəlxalq Logistika Mərkəzi, Bakıda yeni yol qovşağı kompleksləri, yeraltı avtomobil dayanacaqları, Bakı dairəvi avtomobil yolu, Bakıda Beynəlxalq Avtovağzal kompleksi, Qəbələdə, Bərdədə, Yevlaxda, Qaxda Qubada avtovağzal kompleksi, Biləsuvar Şabran dairəvi, Bakı-Quba-Rusiya dövlət sərhədi, Ələt-Astara-İran sərhədi, Qazax-Gürcüstan dövlət sərhədi, Naxçıvan-Sədərək, Ucar-Yevlax, Bakı-Şamaxı, Yevlax-Bərdə, Naxçıvan-Culfa, Cəlilabad-Hamarqışlaq-Sadatlı, Kürdəmir-Ucar, Mingəçevir-Xaldan yolu, Tovuz-Böyük Qışlaq-Qaralar, Astara-Bala Şahağac, Ağcabədi-Qaradolaq-Kəbirli, Ağdaş-Ləki, Qusarda Samur-Həzrə, Hacıqabulda Rəncbər-Qubalı Baloğlan-"Pir Hüseyn" Xanəgahı, Qəbələ-Oğuz, Şəkidə Aşağı Küngüt-Aydınbulaq, Şəki-Qax, Hacıqabul-Sabirabad, Saatlıda Qarayevkənd-Sımadakənd, Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük, Qobustan-Xilmilli, İsmayıllıda İvanovkaHacıhətəmli-Mollaisaqlı, Tovuz-Qovlar-Ağbaşlar, Qazax-Quşçu Ayrım, Şabran-Pirəbədil-Zeyvə, Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı, Yardımlı-Deman-Arvana, Astarada Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə, Lənkəran-Vilvan-Osaküçə-Türkəncil, Quba-Qəçrəş-Qımılqazma, İmişli-Qaravəlli-Mirili,Qusar-Ləzə, Beyləqan-Kəbirli-Baharabad, Astarada Kijəbə-Ojakəran Kijəbə-Qəcimardə, Salyanda Kürsəngi-Yolüstü, Qazaxda Qazaxbəyli-Aşağı Salahlı, Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolları, Zaqatala rayonunda Talaçay üzərində respublikamızda ilk asma avtomobil körpü istifadəyə verilib.

Eləcə də elektrik enerjisi, istilikqaz təchizatı sahəsində görülən işlər, xüsusən sənaye müəssisələrinin və əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ölkənin iqtisadi yüksəlişində mühüm rol oynayıb. Məhz bu səbəbdən də uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan enerji siyasəti regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında öz aktuallığını saxlayıb. Ölkənin regionlarında yeni elektrik stansiyalarının tikintisi əhalinin elektrik enerjisinə olan tələbatını təmin etməklə, energetika sisteminin dayanıqlığında mühüm rol oynayıb. Təkcə regional inkişaf üzrə II Dövlət Proqramının icrası nəticəsində regionlarda 10 elektrik stansiyası tikilib, 23713,7 km elektrik verilişi xətləri çəkilib və əsaslı təmir olunub, 3118 transformator və 57 yarımstansiya quraşdırılmış və ya əsaslı təmir edilib. Dövlət Proqramının icrası çərçivəsində elektrik enerjisi istehsalında müasir texnologiyaların tətbiqinin, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdirilib. Ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla, alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da, ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaq mühüm məqamlardan biri kimi diqqət mərkəzində olub. Ölkədə alternativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə tədbirləri ardıcıl və səmərəli həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli Fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Dövlət Proqramının icrası müddətində Qobustan rayonunun ərazisində alternativ enerji mənbələrindən istifadə sahəsində Azərbaycanda və dünyada ilk dəfə olaraq 5,5 MVt gücündə hibrid tipli (günəş, bioqaz, külək, geotermal) Eksperimental Poliqonu və Tədris Mərkəzi istifadəyə verilib. Mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib ki, bu da ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.

Dövlət Proqramının icrası ilə bağlı ölkədə qazlaşmanın yeni mərhələsi başlanılıb. Respublikanın hər yerində yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri aparılıb, "mavi yanacaq"la təchiz olunmayan yaşayış massivləri qazlaşdırılıb. Qaz təsərrüfatının, paylayıcı sistemin dünya standartlarına uyğunlaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən təxirəsalınmaz tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, 2009-2013-cü illərdə 27 min km-dən çox qaz xətti çəkilib və ya təmir edilib, 53 rayon və şəhər üzrə 662 yaşayış məntəqəsi və 12 yaşayış massivi qazlaşdırılıb. Dövlət Proqramına uyğun olaraq 2009-2013-cü illərdə istilik təchizatının yaxşılaşdırılması məqsədilə regionlarda nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilib, 50 km-dən çox istilik şəbəkəsi çəkilib və ya təmir işləri aparılıb, 200-dən çox sosial təyinatlı və yaşayış binalarında daxili istilik sistemləri və aşağı paylayıcıları təmir olunub, 70 ədəddən çox qazanxana tikilib və əsaslı təmir edilib. Hesabat dövründə Bakının bütün rayonlarında, habelə Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Ağcabədi, Ağdaş, Bərdə Ucar, Salyan, Qusar və digər rayonlarda istilik təchizatının təmin olunması ilə bağlı xətlərin çəkilişi və bərpası, yeni qazanxanaların tikilməsi və modernləşdirilməsi, yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik sistemlərinin əsaslı təmiri istiqamətində bir sıra işlər həyata keçirilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 25 yanvar.- S.15.