Multikulturalizmin uğurlu
və örnək Azərbaycan modeli
Son illər Azərbaycan Respublikasının
Prezidenti, cənab İlham Əliyevin yürütdüyü istər
daxili, istərsə də xarici siyasəti, respublikada baş verən iqtisadi yüksəliş,
elmi-texniki tərəqqi,
tolerantlıq haqqında
nəinki ölkəmizdə,
hətta xaricdə də ağızdolusu danışılır. Hətta bəzi
ölkələr iqtisadiyyatın
və xidmətin Azərbaycan modelinə istinad edirlər.
Bu günlərdə dövlət
xidmətlərinin göstərilməsinin
mütərəqqi mexanizminin
yaradılmasına dair
əməkdaşlıq haqqında
Azərbaycan Respublikasının
Prezidenti yanında vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi ilə Monteneqronun Dövlət idarəçiliyi
arasında anlaşma memorandumunun ölkə prezidenti tərəfindən
təsdiq edilməsi haqqında verdiyi fərman deyilənlərə
bir daha sübutdur.
Yaxın
günlərdə ideya
müəllifi Azərbaycan
Respublikasının Prezidenti
Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin, məsləhətçi
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi - şöbə
müdiri, tarix elmləri üzrə doktoru, professor Əli Həsənovun, tərtib edənləri Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının millətlərarası
münasibətlər, multikulturalizm
və dini məsələlər şöbəsinin
müdiri Etibar Nəcəfovun, Bakı Beynəlxaq Multikulturalizm Mərkəzinin sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevin, Azərtacın
baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə
doktoru Cavid Bədəlovun, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin şöbə
müdiri Sərxanbəy
Xuduyevin ərsəyə
gətirdikləri "Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Multikulturalizmin Azərbaycan
modeli haqqında" seçilmiş fikirlər
adlı üç dildə: Azərbaycan, rus, ingilis dillərində
çapdan çıxmış
kitab təqdirəlayiq
olmaqla yanaşı, bu sahədə atılmış ən böyük addım və doğru təbliğatdır. Bu gün ölkəmiz haqqında anti-təbliğat
aparanlar bu kitabdan bəhrələnməklə
yanlış düşüncə
xülyasından ayıla
bilərlər. Kitabın
üç dildə - Azərbaycan,
rus, ingilis dillərində çap edilməsi onun xaricdə yayılması üçün ən böyük faktordur. Hər bir xaricə səfərə gedən vətəndaş həmin
kitabı özü ilə aparıb getdiyi ölkədə təbliğ etsə, onda Azərbaycanın nə qədər tolerant,
multikultural dəyərlərə
qiymət verən ölkə olduğunu bir daha sübut
etmiş olar.
Kitab geniş
oxucu kütləsi üçün nəzərdə
tutulmuş cənab prezidentin nitqlərindən,
çıxışlarından, müsahibələrindən ibarətdir. Burada cənab
prezident İlham Əliyevin 2003-cü ildən
bəri müsahibə
və çıxışlarında
multikulturalizmin Azərbaycan
modeli haqqında dəyərli fikirləri toplanmışdır.
Cənab prezidentin təşəbbüsü
və bilavasitə rəhbərliyilə ölkəmizdə
multikulturalizm, mədəniyyətlərarası
və dinlərarası
dialoqun inkişaf etdirilməsi sahəsində
həyata keçirdiyi
layihələrdən, bu
sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyytətlərdən bəhs
olunur. Bir daha sübut
olunur ki, Azərbaycan dünyanın
aparıcı multikulturalizm
mərkəzlərindən biridir.
Cənab prezident həmişə qeyd edib ki,
"Leksikonumuzda nisbətən
yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda
əsrlər boyu həmişə mövcud
olub. Sadəcə müxtəlif cür
adlanıb, lakin mahiyyəti dəyişməyib".
Azərbaycanın tarixini varaqlasaq
görərik ki, onun ərazisində müxtəlif xalqların,
etnik qrupların və dini sektanın
nümayəndələri birgə
əmin-amanlıq şəraitində
yaşamışlar.
Azərbaycanın multikulturalizm siyasətinin
əsasını ümummilli
lider Heydər Əliyev qoymuşdur. Müasir dövrdə
bu siyasət ulu öndərin layiqli davamçısı,
cənab prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Qeyd etmək lazımdır ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində və Azərbaycan Dillər Universitetində kitabın geniş miqyaslı təqdimatı keçirilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, dövlətimizin başçısının kitabda yer almış bu fikirlərinin məcmusu bütövlükdə Azərbaycan multikulturalizmi haqqında tam təsəvvür formalaşdırmaqla yanaşı, həm də praktik əhəmiyyət daşıyır. Belə ki, universitetimizin xüsusilə Filologiya və Jurnalistika fakultəsinin tələbələri kitabın əldə olunmağında və onunla bağlı müxtəlif layihələrin həyata keçirilməsində xüsusi can-fəşanlıq göstərdilər. Tələbələrin marağını nəzərə alaraq, universitetimizdə fəaliyyət göstərən, Filologiya və Jurnalistika fakultəsinin III kurs tələbəsinin rəhbərlik etdiyi "Yazarlar klubunun" aktiv üzvlərinin kitaba münasibəti haqqında yazılı fikirlərindən ibarət divar qəzetinin hazırlanmasını nəzərdə tuturuq. Bundan başqa, qeyd etdiyimiz kitab fakultə üzrə tədris olunan "Multikulturalizm" dərslərində, o cümələdən IV kurs tələbələrinin müvafiq buraxılış işləri mövzularında istinad obyekti olaraq seçilib. Dil dərslərində, xüsusilə də, Azərbaycan, ingilis, rus dili dərslərində təhlil mətnlərinin kitabda qeyd olunan nitqlərdən seçilməsi nəzərdə tutulur. Bu, həm gələcəyimizin təmsilçisi olan tələbələrimizdə vətənpərvərlik ruhunun aşılanmasında, möhkəmləndirilməsində, həm multikultural dəyərlərin, tolerantlığın öyrənilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrimizin qorunub saxlanılmasında mühüm rol oynayır. Bundan başqa, tələbələr bu kitabı təhlil etməklə tarixi idealogiyamızı, öz siyasətimizin dünya birliyinə inteqrasiyasını, iqtisadiyyatımızın inkişaf sferalarını, xalqımızın bəşəriyyətə verdiyi tövhələri, ümumbəşəri dəyərləri dərindən öyrənə bilərlər.
Doğurdan da, dünyada gedən müharibələri, tez-tez baş verən terror hadisələrini də nəzərə alsaq, görərik ki, hal-hazırda bizim ölkəmiz təhlükəsizlik, sabitlik və normal inkişafı təcəssüm etdirən bir ölkədir. Bu baxımdan da, bu kitabı ərsəyə gətirənlərə böyük təşəkkür edirik. Sağ olsunlar ki, ölkəmizin simasına maraqlı prizmadan yanaşaraq onun tolerant, milli dəyərlərə qiymət verən ölkə olduğunu bir daha sübut ediblər. Belə əsərlərin təbliği daim diqqət mərkəzində olmalıdır.
Azərbaycan Dillər
Universitetinin Filologiya
və Jurnalistika
fakultəsinin
dekanı, filologiya üzrə fəlsəfə
doktoru,dosent
Vüsalə Elxan qızı
Ağabəyli
Olaylar.- 2018.- 26 yanvar.- S.10.