Sarabskinin xatirələrində ömür yolu

 

Allahın bizə bəxş etdiyi ömrü elə yaşamaq lazımdır ki, özümüzdən sonra xatırlananda  nə yaxşı ki, onu tanıdım desinlər. Elə insanlar var ki, təkcə tarixi şəxsiyyətə çevrilmir, yaddaşlara hək olur, örnək insana çevrilərəkr ürəklərdə yaşayır. Bu qəbildən olan insanların həyatını araşdırdıqda nə qədər ağır, iztirablı, gərgin, təziqlərlə dolu  bir ömür yaşadıqlarının şahidi oluruq. Ən çoxda mədəni irsimizin ərsəyə gəlməsində əməyi olan Mühacir həyatı yaşamış maarifçilərimizdən tutmuş faciəvi həyat yaşayan sənətkarların həyat və fəaliyyətlərinə nəzər salanda bu yükün nə qədər ağır olduğunu duymamaq mümkün deyildir. İstər mətbuatımızın, istərsə də təhsilimizin inkişafında  uğurlu və uğursuz cəhtlər edən milli ruhlu maarifçilərin adlarını saymaqla bitməz. Bəzən hər birimiz həyatımızda nələrinsə doğru olduğunu sübut etməyə çalışarkən haqsızlıqlarla qarşılaşdığımız anlar olub. Bir də düşünək ki, cəmiyyət üçün  doğru olan nəyinsə ilk təməlini atırıq.  Öncə düşüncə tərzləri dəyişir dah sonra hərə bir fikir, mühakimə yürüdür. Və bu zaman mühakimələrin qarşısında möhkəm dayanan güclü bir iradə lazım olur.

 

Bu gün qələmə aldığım şəxs, aktyor ruhunu tamamını yaşayan Hüseynqulu Sarabski - tam adı ilə desək  Rzayev Hüseynqulu Məlik oğludur. O, şəxs ki, böyük iradəyə sahib, mədəniyyət tarixində öz sözünü demiş, teatr irsinin möhrünü vurmuşdur.

"Bir aktyorun xatirələri" kitabında  Sarbski, özünün ağır həyatını və teatrla cəmiyyət arasındakı ziddiyətin ağır səhifələrini həkk etdirmişdir. Bu kitabı oxuduqda hər bir oxucu əminliklə deyə bilər ki, "təhsil əngəl tanımır" şüarı tam da yerini tapır. Əslində yalnız  iradəsi güclü olan insanlar həmişə öz amalları uğrunda hər şeyə qatlanırlar.

Xatirələrinin ilk səhifəsi aktyorun xöşbəxt anlarının da ilk vərəqidi: "Qışın üzün gecələrində nənəm kürsüyə od töküb, kürsü qızandan sonra bizi başına cəm edib  bizə incil qurusu, mövuc, qourqa və bu kibi şəb-çərəz payladıqdan sonra bizlərə Qaravəlli və nağıl danışıb hərdən bir mənim tərcümeyi-halımdan mənə söhbət elərdi. Mən Bağda 1879-cu ildə İçərişəhərdə "Yeddilər" məhləsində, Gilək məscidinin üstündə ana-babamın mülkündə məşədi-Rəhim Hüseyn oğlunun 123 nömrəli evində dünyaya gəlmişəm.  Anam, qara buğdayı, uca boylu, qara gözlü, uzun saçlı, əsəbi, xəsis bir qadın idi. Atam kapitan hacı Rza oğlu Məlik idi. İçərişəhərdə "Doqquzlar" məhəlləsində "Məmmədyar" məscidinin üstündən idi. Anam nə qədər əsəbi və xəsis idisə, atam biləkis, o qədər əliaçıq, üzü gülər, rəhimdil və zarafatçıl bir adam idi. O zaman kapitanlara Bakı müsəlmanları püşgalı deyərlərdi. Ona görə atama da püşgah Rıza oğlu püşgah Məlik deyərlərdi ".

Sənətkarın özünün qeyd etdiyi kimi bu onun ən xoş günləri idi. Ta faciə qapını döyənə kimi.

"Mənim təvəllüdündən iki il sonra xöşbəxt gün keçiriblər. Məndən bir il sonra Dürsədəf adlı bir bacım olmuşdur.1881-ci ildə Türküstanda dəmir yolu çəkildikdə yollar üçün Bakıdan paraxodla şpal göndərirlərdi. Mənim atamın da gəmisinə şpal yükü vurulub Krasnovodskiyə gedəndə... bir fırtına düşüb gəmi qərq olmuşdur. Atamda orda qərq olub, anam iki yetimlə başsız qalaraq, bir neçə vaxtdan sonra bir kişiyə ərə getmişdür. O ilədə mən bir gülər üz görmədim. Həmişə ögey atamın qışqırmasını və anamın ağlamasını görərdim. Atalığım evdən getdikdə mən anamın yanına gedərək:

  Ana, bu kişi kimdür? Bizim evə nə üçün gəlir? Bir də sənin üstünə qışqırdıqda, onu evdən qov getsin, qorxma!....... ─ kimi sözlərlə ona təsəlli verərdim.

          Anam məni qucaqlayıb öpərək deyərdi: ─ Sən bir az böyü, gündə bircə abbası pul qazan , onda bu kişini evə qoymaram."

O, uşaqlığını oyunlarla, əyləncələrlə, qayğısız keçirmək əvəzinə çox acınacaqlı və ağır həyat keçirir. Atasını itirdikdən sonra uzun müddət həyat yolunu tikanlı və daşlıqlı yollardan salmalı olur. Kiçik yaşlarında  papaqçı şəyirdi, tikintilərdə palçıqdaşıyan, daşyonan işləməyə məcbur olur. Məktəbə gedən uşaqlara həsrətlə baxaraq bu imkandan məhrum olduğu üçün  heyfsilənərdi. Oxumaq arzusunu dilə gətirəndə isə nənəsi onu quranı düzgün bilməyən məhəllə qadınlarının yanına göndərir. Məhəllə Mollabacılarından quranı öyrənmək əvəzinə ancaq ev işləri görür, kötək yeyirdi. Özünün əsl təhsil həyatının başlanğıcını belə qələmə alıb: "Bir gün  Məhəllə uşaqlarından biri mənə dediki: "Hacı Zeynalabdin Tağıyev gecə kursu açıbdır. Get özünü ora yazdır". Tanımadığına görə Məhəmmədbağır məni aparıb Balaxaniski küçədə olan sənət məktəbi yanında gecə kursuna yazdırdı. 10 yaşından 25 yaşına qədər qəbul edirdilər. Müəllimlər bunlar idi: mirzə Məhəmmədhəsən Əfəndiyev, Bədəlbəy Bədəlbəyov və Şükürbəy Əfəndiyev.

      İlin axırında bizi imtyahan edirdilər və imtahan komissiyası bu adamlardan ibarət idi: Nəriman Nərimanov, Sultan Məcid Qəniyev, Həsənbəy Məlikov, məktəb müdiri hacı Zeynalabdin Tağıyev".

O, 1-ci sinifi uğurla başa vurub 18-ci ildə 2-ci sinifə keçir. Həbibbəyin məktəbində təhsilini davam etdirir. Lakin Tağıyevin gecə kursuna ödədiyi məbləğ dayandırıldığından Sarabski təhsilini yarımçıq qoymalı olur. Üstəlik tək dirəyi anasını da itirir. Çox əziyyətlərdən sonra Ağşəhərdə elektrik stansyasında işə düzəldikdən sonra həyatı bir az da olsa yüngülləşir. İşləyərək pul qazanıb təsil haqqını odəyə bilr. Hətta teatrlara da getməyə başlayır.

Sarabski ilkdəfə teatrla tanışılığını belə qeyd edib. Bibisi gilə qonaq getdiyi gün orda Nəcəfbəy Vəliyevlə tanış olur teatrın nə olduğunu bilmədiyi üçün Nəcəfbəy ona bilet hədiyyə edir. Bibisi oğlu Rüstəmlə teatra gedir:  " Birinci dəfə getdiyimdən, heyrətlə hər yerə baxırdım. Divarda  bir böyük kağız gördüm.Yanaşıb oxudum, yazılmışdı: "Xan Sərabı". Sual elədim: Rüstəm, "Xan Sərabı nədir? Teatra Sərabdan xan gəlib? O, gülüb dedi: "Buna afişa deyirlər tamaşadan 3 gün qabaq bunu yazıb divarlara yapışdırıblar ki, camaat oxuyub bilsin. "Xan Sərabı" bu gecə oynanılan tamaşanın adıdır". Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü - Sarabski  elə bu tamaşanın təəssüratından yarnır.

Bundan sonra o tez -tez tamaşalara gedir və həvəslə izləyirdi. Səlimbəyov Məhəmmədli bəy bir neçə yoxsul tələbələrin nəfinə bir tamaşa hazırlayır. Nərimanovun rejissorluğu ilə onun əsəri olan "Dilin bəlası" yaxud "Şamdan bəy" oynamağı qərara alırlar. Qadın geyimlərini o zaman tapmaq çox çətin idi. Heç kim paltar satmaq istəmirdi aktyorlara. Bu dindən çıxmışlıq sayılırdı. Belə bir çətin işi Sarabskiyə tapşırılır. Hüseynqulu çıxış yolunu nənəsinin və xalasıın paltarını evdən gizlin gətirib aktyorlara verməkdə görür. Nəhayyət 1902-ci ilin iyul ayının birində "Dilin bəlası" komedyasında birinci dəfə Sarabski Rəsul rolunda səhnəyə çıxır. Teatr uğurla keçir. Lakin evə qayıdanda evdən gizlin paltar götürdüyü üçün ciddi problemlə, təhnizlər və təhqirlərlə üzləşir. Ailəsinin təziqi və ağır ittihamları ilə üz-üzə gəldikdən sonra günlərlə özünə gələ  bilmir.

Bundan sonra o 1903-cü ildən həvəskar artistlərin təşkil etdiyi dram cəmiyyətlərində çalışır. 1906-cı ildə 3 piyes yazır. Öz xatirəsində bu hadisəni belə qeyd edir: "1906-cı ildə 3 piyes yazdım: 1)  "Axtaran tapar 2) "Cəhalət", 3) "Nə doğrasan aşına, o çıxar qarşına".

Mənim kimi təcrübəsiz gənc bir həvəskar necə oldu ki, 3 piyes yazdı? Əvvələn repertuar yoxluğu və mənim səhnəyə həvəsimin çoxluğu. Bir pərdəlik bir vodevil belə yazılsaydı təzə olduğundan çox şadlıqla oynayardıq".

1908-ci ilədək  o, dram tamaşalarında bir sıra rollarda çıxış edir. Sarabskini səhnədə hicaz oxuyarkən Ü.Hacıbəyov görür, səsi çox xoşuna gəlir. Hüseynqulu Sarabski o günü belə xatırlayır. "Bir gün Quberniski küçədə "Nicat"a getdiyim yerdə mənə rast gəldi və dedi: "Nə gözəl hicaz oxuyurdun. Çox xoşuma gəldi. Mən bir "Leyli və Məcnun " operası  başlamışam". Dedim: "Oynaram". O vaxtlar Uzeyr sabik "İslamiyyə"otelində yaşardı, adresini mənə verib dedi: "2 gündən sonra yanıma gələrsən". İki gün sonra getdim, yazdığı əsərin havaların mənə oxutdurdu. Mən də çox asanlıqla oxudum Uzeyr daha da həvəsləndi".

Beləliklə gözəl səsi olan H.Sarabski 1908-ci ildə Azərbaycanın milli operası-Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasında əsas rol olan Məcnun rolunu ifa edir. "İrşad" qəzeti 1908-ci il 10 yanvar tarixli sayında aşağıdakı elanı dərc edir: "Müsəlman dilində əvvəlinci dəfə opera şənbə günü yanvar ayının 12-də Hacı Zeynalabdin Tağıyevin teatrosunda "Nicat" cəmiyyətinin dram heyəti tərəfindən mövqe tamaşaya qoyulacaq: "Leyli və Məcnun". Opera 5 məclisdə və 5 təsvirdə". Sarabski səhnədə olduğu 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib.   

O, Üzeyir Hacıbəylinin opera və operettalarında - Kərəm ("Əsli və Kərəm"), Şeyx Sənan ("Şeyx Sənan"), Şah Abbas ("Şah Abbas və Xurşidbanu"), Söhrab ("Rüstəm və Söhrab"), Sərvər ("O olmasın, bu olsun), Mərcan bəy ("Ər və arvad"), Əsgər ("Arşın malalan"), Müslüm Maqomayevin "Şah İsmayıl"ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib"ində Aşıq Qərib rollarının ilk ifaçısı olub. Azərbaycan opera səhnəsində 40 ildən artıq bir müddətdə  onun məlahətli səsi eşidilir. Sonralar H.Sarabski Azərbaycan  Dövlət Opera və Balet Teatrında fəaliyyətini davam etdirir. Ü.Hacıbəyov  adına  Azərbaycan Dövlət Konservatoriyasında muğam sənətindən dərs deyir. 

Həqiqət yolunda nə qədər çətin əzablı bir yol keçmiş olursansa  bir o qədər də xalqın gözündə zamanla laiqli  qiymətini almış olursan. Əbəs yerə demiyiblər ki, xalqın gözü tərəzidir.

Hamıya məlumdur ki, 1906-1908-ci illər Azərbaycan atristləri üçün gərgin sınaq illəri idi. Burjua təsirinin altında olanlar teatrın ictimai həyatdakı  rolunu anlamırdılar. Tam əksinə H.Sarabski, C.Zeynalov, H.Ərəblinski, Ə.Vəli kimi sənətkarların arasında narazıçılıq yaratmağa başlamışdılar.

Xatirələrində qeyd olunur ki, "Nicat " cəmiyyəti gördü ki, bizim işlərimiz intizamlı və mütəşəkkil surətdə gedir, bizim yoldaşlar arasında narazılıq salmağa başladı. Belə ki, epizodik rollarda oynayan aktyorlar məşqlərə gəlməməyə başladılar. Birinə bir söz deyirdin, o saat  başlayırdı cavab qaytarmağa: "Nə vaxtacan biz xırda rollar oynayacağıq? Elə oynayırıq, arada bir qəpik, bir xeyir yoxdur, "Nicat" cəmiyyəti bizə məvacib təyin edir... Oraya getmək bundan min dəfə yaxşıdır" kimi sözlər işlənirdi. Azərbaycan  aktyorları belə bir ağır mühitdə  "Ağa Məhəmməd şah Qacar" faciəsini tamaşaya hazırlamağa başlayır. Tamaşanın ağırlığı üç sənətkarın üzərinə düşür. Tamaşanın rejissorluq işini H.Ərəblinski ilə Əbdürəhimbəy Haqverdiyevin üzərinə düşür. H.Sarabski və Əbülfət Vəli isə aktyorları geyindirirmişlər.  Turuppa heyəti  ilk tamaşadan əldə edilən qazancı tikilən paltarlara və teatr binasının kirayəsinə sərf etmişdir. Min bir  əziyyətdən sonra  nəhayət ki, 1907- ci ilin dekabırın 3 də tamaşanı ilk dəfə göstərilir.

1912-ci ildə Bakıda "Artisticeski klub"da göstərilən "Dağılan tifaq"tamaşsıda müvəffəqiyyətlə keçmişdir. Həmin tamaşada da Nəcəf bəy rolunu H.Sarabski ifa etmişdir. O bu məsuliyyətli rolun öhdəsində peşəkarlıqla gəlmiş xüsusə də axrıncı pərdədə divanə obrazında tamaşaçıların dərin təsirinə səbəb olmuşdur.

1916-cı ildə Hüseyn Minasazov, Mirzağa Əliyev, Hüseynqulu Sarabski və Hacağa Abbasovu "Dəmirçi Gavə" əsərini tamaşaya qoymaq üçün Tiflisə dəvət edir. Aktyorlarla birlikdə Ə.Haqverdiyevdə onlarla gedir. Tamaşadan sonra o, artistlərə üzünü tutaraq  deyir:                          

2 "Tutduğunuz yoldan dönməyin. Siz gələcəkdə böyük səhnə xadimləri olacaqsınız. Siz xalqımız üçün lazımlı adamlarsınız. Gələr bir zaman , incəsənətə və teatra geniş xalq kütləsi böyük hörmət qoyub , lazimi yardımı edər".

Klassik Azərbaycan ədəbiyyatının korifeyi Əbdürəhimbəy Haqverdiyev  Azərbaycan opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi Hüseynqulu Sarabskinin  xatirəsini "Daşçı" musiqili  səhnəciyində əbədiləşdirmişdir. Əsər belə başlıyır: "İstəkli qardaşım Hüseynqulu Sarabskiyə otuz sənəlik səhnə fəaliyyəti və yubileyi münasibətilə itthaf edirəm".

Sənətkarın özünün də qeyd etdiyi kimi incə sənət tarixi Azərbaycanda 1920- ci ildən başlayır. "İncə sənət yüksəlişi ilə ümumi yüksəliş bir-birilə ayrılmaz surətdə bğlıdır. Kütlə mədəniləşdikdə, sənayeyi-nəfisə də yüksələr".

Yuxarıda qeyd etdiyim çətinliklərə baxmayaraq kiçik Hüseynqulu  həyatda öz yerini tapır və yenə də öz əzminin sayəsində teatr tarixdə iz qoyanlardan olur. Daşyonanlıqdan görün hara yüksəlir.

Ömrünün son illərini  "Respublika Xalq Yaradıcılıq Evi" nə rəhbərlik etmişdir. 1934-cü ildə Azərbaycan Mərkəzi icraiyyə Komutəsinin  üzvü, 1938-ci ildə isə  SSR Ali Sovetinin deputatı seçilir. O həmdə SSR Ali Sovetinin əfv komissiyasının  üzvü idi.1922-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1932-ci ildə Azərbaycan SSR Xalq artisti fəxri adı, 1932-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni,  Böyük Vətən müharibəsi illərində isə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunur. Onun ömür səhifələrini vərəqləyəndə bir insan dayağı arxası olmadanda nələrə nail ola biləcəyinin şahidi oluruq. Bugünkü  gəncliyimizdə hər şeyin asan əldə oluna bilinəcəyi düşüncəsinə primitiv üsul kimi baxıram.

Bugünki mədəni yüksəlişimizi C.Məmmədquluzadə, Ü.Hacıbəyov, N.Nərimanov, S.M.Qənizadə, H.Mahmudbəyov, C.Zeynalov, Əbülfət Vəliyev, Ə. Haqverdiyev, H.Sarabski, H.Ərəblinskinin simasında olan sənətkarlara borcluyuq. Bu il martın 20-də mərhum sənətkarın140 illiyidir. Onsuz keçən 74-il ərzində çox sevindirici halldır ki, onun çəkdiyi əziyyətlər hədər getmədi. Tam əksinə səhnəmiz çox gözəl sənətkarlara meydan oldu. Sarabski örnək məktəbindən sonra da teatr sənətkarlar yetişdirdi. Bugün Hüseynqulu Sarabski və Hüseyn Ərəblinskinin mənəvi əzilərək ərsəyə gətirdiyi, teatr anlayışı artıq bizlərə mənəvi qida aldığımız məkana çevrilmişdir.

 

Şəlalə Baxşəliyeva

 

2 "Ədəbiyyat və İncəsənət" qəzeti 17 dekabr 1960-cı il.

 

Hüseynqulu Sarabski: "Bir aktyorun xatirələri"

 

Olaylar.-2019.- 2-3 aprel.- S.12.