Hay-daşnak uydurmalarının
dünya xəritələrində
təsviri
II məqalə
Dünya xəritəçiliyndə
ilk elmi məktəblər yaratmış Avropa və Şərq
ölkələrinin coğrafiyaşünaslarının və səyyahlarının nəzərə aldıqları əsas
məqam təbii-coğrafi ərazilərin, dövlətlərin,
şəhərlərin, yerli xalqların geoməkan və ünvan
baxımından düzgün təsvir edilməsi, onların
etnik-ictimai xüsusiyyətləri barədə səhih (ətraflı)
məlumatların verilməsi, eləcə də təsvir
etdikləri mənbələrdə dəqiqliyə əməl
etmələri olmuşdur.
Bu
baxımdan erkən və aralıq
orta əsrlərdə tərtib edilmiş xəritələrdə, plan və
sxemlərdə bu yanaşmalar xüsusilə nəzərə
alındığından onların elmi-nəzəri əhəmiyyəti
indiyədək qorununb saxlanılmış,eləcə də
bəşəriyyətin maddi-mənəvi irsinə
çevrilmişdir. Amma çox təəssüf ki,
hay-daşnak məkri, xisləti və riyakarlığı
dünya xəritəşünaslığına da sirayət
etməyi bacarmışdır, haylar artıq nəinki məskunlaşdıqları
ərazilərdə qonşu, qədim dövlətlərə
qarşı ərazi-torpaq iddialarının ustası kimi, həm
də dünyanın maddi-mədəni irsinin "özəlləşdirilməsinin"
də ustadı kimi iyrənc əmələ əl
atmış, bəşəriyyətə mənsub nadir elmi
irs nümunələrinə "əl gəzdirməklə"
onların da dəyərinə xələl gətirilməsinə
nail olmuşlar. Bu baxımdan hay-daşnak nümayəndələrinin
(Böyük Britaniyada yaşayan Ruben Qalçyanın
timsalında) utanmadan üzə çıxardıqları
"Ermənistan dünya kartoqrafiyasında" adlı nəşrdə
də bu cür uydurmalara səhifələr
ayrılmışdır. Həmin uydurma və cəfəng
iddiaların təhlilinə aid bu yazımızda VII-VIII əsrlərdən
XV-XVI yüzilliklərə aid dünya xəritələrində
təsvir edilən coğrafi məkan və toponimlərin
"erməiləşdirilməsinə" dair hay-daşnak iddialarının təhlilinə
yer ayrılmışdır. Bu dövrə məxsus xəritələrin
müəllifləri sırasında
Şərq və Qərb alimlərinin tərtib etdikləri dünya və ya regional xəritələrinə
istinad edilmişdir. Bu sırada
ispan monaxı Beat Liebanskinin (730-798) tərtibatı əsasında 1050-ci ildə nəşr edilən
və Fransa Milli kitabxanasında saxlanılan "Beat Sen-Sever" adlı tarixi-coğrafi
xəritələrində, alman xəritəşünası Konrad Müller (1844-1943) tərəfindən
işlənilmiş Seviliya kilsəsinin arxiyepiskopu və
yazıçısı İsidor Qispalskinin (560-636) təsəvvür
etdiyi dünyanın rekonstruksiya
edilmiş təsvirlərində, ingilis tarixçisi və
monaxı, "Şeylərin təbiəti" əsərinin
müəllifi Beda Dostopoçtennının (672-735) əlavə
etdiyi və Robert Kottonun 1050-ci ildə tərtib etdiyi "Kotton xəritəsi"ndə
(onun kolleksiyası Britaniya muzeyinin əsasını təşkil
edir), Henrix Mayntskinin 1180-cı ildə
hazırladığı "Dünyanın təsviri"ndə,
assuriyalı şair, tarixçi, həkim və alim Əbu-Fərəcin (1226 -1286)
"Minarənin işığı" əsərində, ərəb
mütəfəkkiri Əbu İsaq İbrahim bin Muhammad əl-Farsi
əl-İstaxrinin (850-937) "Ölkələrə səyahət
kitabı"nda... yer alan xəritələrdə olan təsvirlərə
əsasən hay-daşnak
"imzalarına" və uydurma iddialarına yer
verilmişdir, adı çəkilən nəşrdə.
Erkən
və aralıq orta əsrlər dövrünə aid olan xəritələrə
istinad edən müəllif daha çox mistik təsəvvürlərdən
qaynaqlanan dünyanın təsvir edilməsini əsas
götürmüş və sonrakı dövrlərdə həmin
mistik-miniatür təsvirləri uydurma ifadələrlə,
dini-mistik illüziyaların sxematik təsviri əsasında (əsasən
"Ermənistan", "Ermənistan yaylası",
"Ararat" terminləri ilə) xəritə üzərinə
köçürmüşlər, lazım gəldi-gəlmədi
bu sözləri kartoqrafik təsvirlərə pərçim
etmişlər. Bu baxımdan Şimali İspaniyada Liebana
vadisində Santo-Toribio şəhərinin
müqəddəs martin kilsəsinin abbatı, dini
yazarının mistik ruh dünyasının yozumuna həsr
etdiyi 12 kitabdan ibarət
"Apokalipsisin şərhi" toplusuna əlavə
etdiyi illistürasiya-miniatür rəsmlərdə guya "qədim
Ermənistan"ın təsəvvür edilməsini iddialamaq yalnız hay-daşnak məntiqinə
xüsus ola bilər. Axı, nəinki
dünyaya, heç regional tarixi-coğrafi ərazilərə
səyahət etmədən belə ideoloji-mistik
dünyagörüşünə əsasən bir monaxın
mozaik rəsminə əsasən fikir yürütmək nə
dərəcədə elmi-nəzəri əsasa malikdir? Bununla
da mənfur hay-daşnak xislətinin sərhədsizliyini onlar bir daha dünya miqyasında
(kartoqrafik terminlərdən yararlanmaqla) sübut edə biliblər.
Bu hala oxşar yenə də İspaniyada, yenə də orta əsr
monaxının əsəri və bir miniatür rəsmi əsasında hay-daşnak iddiasını nümunə gətirmək
olar. Belə ki, İspaniyanın Seviliya əyalətində
Qispalski şəhərində doğulmuş İsidor
(560-636) daha çox kilsə yazarı və mühazirəçisi kimi
orta əsrlərdə 20
kitabdan ibarət "Etimologiya" əsəri ilə Qərbi
Avropada şöhrət
qazanmışdır. Bu əsərin ayrı-ayrı hissələrinə
(kitablarına) həm də dünyanın təsəvvürünə
dair mistik-illistürasiyalı mozaik rəsmlər
(ayrı-ayrı rəsmlərlə dini ayinlərin rəmzi
ifadəsi) əlavə etmişdir. Həmin rəsmlər əsasında,
erkən orta əsrlərin dini-mistik təxəyyülü
istifadə edilməklə 1898-ci ildə alman kartoqrafı
Konrad Müller tərəfindən dünyanın xəritəsi
rekonstruksiya olunaraq tərtib edilmişdir. Təbii ki, bu dəfə
Mesopotamiya ovalığının şimal-qərb hissəsində "Armeniya" sözü
yazılmaqla. Əvvəlki məqalədə bu toponimin
etimoloji kökü barədə yazıldığından
fikrimizi təkrar etmədən bildirirəm ki, arxiepiskop
seviliyalı İsidor dini dünyagörüşü prinsiplərindən
uzaq olmayaraq yer kürəsini kainatın mərkəzi hesab
etmiş (Ptolomeyin geosentrik nəzəriyyəsinə
əsaslanaraq), yer səthini müstəvi halında
görmüş (baxmayaraq ki, e.ə. VI əsrdə Pifoqor yeri
kürə şəklində olduğunu bildirmişdir) və
əsasən o dövrdə məlum olan ərazilərin
timsalında Yerlə-Kosmos arasında mistik əlaqəyə
diqqətini yönəltmişdir. Onun rəsmində ölkələr,
xalqlar, şəhərlər (xüsusilə Ermənistana aid)
heç bir yazı olmamışdır. Fikrimizcə, Moskva
Beynəlxalq Münasibətlər İnstitutunun kafedra
müdiri, tarix elmləri doktoru, professor (antik dövrlər
üzrə dünyaca məşhur alim) Viktoriya İvanovna Ukolovanın (1944) seviliuyalı
İsidorun dini dünyagörüşü barədə dediklərini təkrarlamaq maraqlı olardı:
"Seviliyalı İsidor dünyanın xəritəsini tərtib
edərkən antik və xristian müəlliflərinin,dərliklərdəki
sxolostik məlumat-bloklarından istifadə etmişdir. Bu
illüstrasiyalar əlyazmalar halında əldən-ələ
keçərək müvafid sxümatik təsvirlərə
çevrilmişdir: bu dairələr
dövr edən ayı, ili, dünyanın fırlanan qatlarını, makro və
mikrokosmos elementlərini, külək gülünü ifadə
edir. O, ilk dəfə olaraq orta əsrlər incəsənətinin,
fəlsəfəsinin və ədəbiyyatının
çoxçaxəli süjet elementləri əsasında bu
şəkili ərsəyə gətirmişdir."
Göründüyü kimi, hay-daşnak ünsürlərinin
istinad etdikləri bu cür mənbələr əslində
kartoqrafik təsvir vasitələri üçün deyil,
sxolostik-dini fikirlərin
yaxşı halda fəlsəfi şəkillləri ola
bilər.
Yuxarıda
göstərilən bir neçə nümunə ilə demək
olar ki, hay-daşnak ünsürlərinin orta əsrlərin
dünya xəritəsində Ermənistan ərazilərinin təsvirinin
verilməsini "təsdiqləyici
iddiaları"nın elmi əsası olmayan uydurmalar şəklində
ingilis və rus dillərində
beynəlxalq dövriyyəyə buraxarkən iki prinsipi
(məqsədi) əsas götürürlər (təbii ki,
iddialarına qarşı irəli sürülən əks-dəlilləri
"dolaşdırmaq" üçün):
-dini-sxolostik,
antik-ekzogenik müddəalara əsaslanan kartoqrafik təsvir vasitələri
barədə oxuculara dini inanca uyğun fikirlərin
yaradılması (öz təkliflərini müdafiə etmək
üçün);
-orta əsrlərin
kilsə mədəniyyəti-məktəblərinin çap
etdirdiyi kitablarda verilən rəngli, illüstrasiyalı şəkillərlə
dünya təsvirlərini istədikləri faktlara uyğun
yozulması;
-orta əsrlərin
dini-kilsə təlimi əsasında formalaşmış
dünya haqqında bilgilərin (kartoqrafik təsvirlərin)
rekonstruksiyası ilə xəritə
məzmununu (xəritələr toplumunda) ümumi ad altında
istədikləri kimi qələmə verməyi;
Deyilənlərin
bir daha təsdiqləyicisi kimi "Ermənistan dünya kartoqrafiyasında"
kitabında (2004, 2015) verilən və orta əsrlər
dövrü xəritələrinə aid edilən iki xəritəni
göstərmək olar. Onlardan Böyük Britaniyanın
Nortumbriya krallığında (indiki Carrou şəhərində)
müqəddəs Pyotr və
Pavel kilsələrinin monaxı Beda Venerabirilisinin
(672/673-735) Avropa kilsə tarixinə aid
traktlarında və "Şeylərin təbiəti
haqqında" əsərində həm də dini təsəvvürlərinə
dair miniatür rəsmlərə yer vermişdir. Müəllif
qeyd etmişdir ki, onun anlamında Yerusəlim (Qüds şəhəri)
yer kürəsinin mərkəzində, doğma vətəni
İngiltərə isə dünyanın kənarındadır.O,
başqa ölkələr və ya yerlərlə bağlı
əlavə məlumat verməyib, çünki onun istinad
etdiyi mənbələr qədim roma və yunan kilsələrinin
dini əsərlərinə əsaslanmışdır. Həmin
düşüncəyə və biliklərə uyğun
çəkilən rəsmlər də dini-mistik məzmundadır...
Amma, bu rəsmi haylar, daşnaklar aşağıdakı kimi
dünyaya təlqin edirlər: "İngilis tarixçisi və
kilsə xadimi Beda Dostopoçtennıy "Şeylərin təbiəti
haqqında" əsərinə
dünya xəritəsi əlavə edilib. Bu xəritənin
əsasını ona qədər( müəllif nəzərdə
tutulur - Q.Y.) olan kartoqrafik məlumatlar və xəritələr
təşkil edir. Asiya ölkələri sırasında
"Ermənistan" sözü yazılıb, "Azərbaycan"
adı yoxdur..." Şərhə ehtiyac yoxdur.
Daha sonra,
həyasızcasına uydurulan iddialar sırasında 1050-ci ilə
aid edilən "Katton xəritəsi"ndə (bu xəritələr
toplusu bibliofil və antikvar Robert Byus Kottonun (1571-1631)
kolleksiyası əsasında yaradılmış Böyük Britaniya muzeyinin əlyazmalar
fondunda saxlanılır) guya
Aralıq dənizinin şərq sahillərində, Dəclə
və Fərat çaylarının
başladığı tavr dağlarının
aşağı hissəsində (cənubunda) "Ararat zirvəsi",
"Ermənistan dağları", "Ermənistan"
sözləri yazılıb. İftiraçılar "Kotton
xəritəsi"ndə bu uydurma toponimlərin
yazılmasını qədim roma filosofu Amvrosi Feodosi makrobinin
V əsrdə yazdığı "Sisipionanın yuxusunun təhlili"
kitabında verilən xəritə ilə əsaslandırırlar.
Bu çürük və cəvənf yalandır. Çünki adı
çəkilən əsərdə verilən xəritədə
yalnız yerin forma və ölçüləri, ekvatorial və
tropik enliklər, dünyanın iqlim qurşaqları barədə
ümumi məlumat verilib.
Heç bir dövlət və yer adı ilə
bağlı qeydlərə yer
verilməyib.
Ona
görə ki, antik roma-yunan mütəfəkkirlərinin əsərlərində
və kartoqrafik təsvirlərində,
eləcə də erkən və aralıq orta əsrlər
dövrünün yazılı, təsvirli dini-tarixi irsində
haylar, ya da ki,onlara aid ünsürlərin coğrafi-məkan
baxımından qeyd olunmasına ehtiyac olmayıb,
çünki, sivil dünyanın öz obyektləri və
subyektləri hələ ki, dəyişməz olaraq
qalmaqdadır.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2019.- 9-10 aprel.- S.10.