Ölkəmizdə islahatlar

davamlı xarakter daşıyır

 

Yeni yolların çəkilməsi regionların yenidən canlanmasına, bölgələrin inkişafının əsas səbəbidir

 

Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə qovuşduracaqdır. Cənab Prezidentin sosial yönümlü inqilabi islahatları bir daha göstərdi ki,ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması dövlətin əsas prioritetidir.

Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrlər ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə geniş islahatlar həyata keçirilir və vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Hərtərəfli inkişafa nail olan dövlətimizin artan iqtisadi gücü əhalinin sosial cəhətdən daha dolğun şəkildə müdafiəsinin təşkilinə şərait yaratmışdır. Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Azərbaycan sosialyönümlü dövlətdir və cənab Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanda aparılan siyasətin prioritetlərindən biri onun sosial xarakter daşımasıdır.

Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Təkcə son illərdə həyata keçirilən xeyli sayda sosial layihələr cənab Prezident İlham Əliyevin vətəndaşlara, xüsusilə cəmiyyətin həssas təbəqəsi olan aztəminatlı ailələrə diqqət və qayğısının ən parlaq təzahürüdür.

Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. 2019-cu ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Və bu islahatlar uğurlu nəticələr verməkdədir.Bu gün Azərbaycan vətəndaşının sosial təminatı əhəmiyyətli dərəcədə yüksəlmiş, insanların sosial-rifah halı müqayisəolunmaz dərəcədə dəyişmiş, bütün bunlarla paralel olaraq, Azərbaycanın siması da tanınmaz şəkildə yenilənmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu ilin yanvarın 29-da imzaladığı "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Regionların sosial iqtisadi inkişafı naminə qəbul olunan Dövlət Proqramının əsas məqsədlərindən biri də regionlarda  yol infrsatruktunun təkmilləşməsi, müasir tələblərə cavab verməsidir. Bu layihə, həm iqtisadi, həm də sosial sahədir. Yolların yenidən qurulması və müasir standarlara cavab verəcək tərzdə bütün infrastrukturu ilə qurulmasıda regionların inkişafına və eyni zamanda turizmin inkişafında rolu əvəzsizdir. Yeni yolların çəkilməsi regionların yenidən canlanması, bölgələrdə inkişafın, turist axınının artması və eyni zamanda kənd təsərrüfatı məhsullarında artıma səbəb olur. Bu layihə təsir əhatəsinə görə göründüyü kimi, sadəcə olaraq sosial layihə deyil.

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Dövlət Proqramı sayəsində ölkədə aparılan yenidənqurma işləri, infrastrukturun yenilənməsi ölkəmizin turizm imkanlarından istifadə etməyi də ön plana çəkir. Turizm inkişafı regional proqramların tətbiqi ilə paralel olaraq Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin də təsiri oldu. Bu da turizmin inkişafına kompleks baxışı əhatə etdi. Hamımız çox gözəl bilirik ki, ölkəmizin füsunkar təbiətinin, tarixi-mədəni abidələrinin və xüsusən də ölkədə sabitliyin olması bu sahəni inkişaf etdirlməsinə mühüm şərait yaradır. Azərbaycanın turizm imkanlarının genişlənməsində ölkədə olan sabitlik və tolerantlıq da mühüm rol sayıla bilər. Bunları nəzərə alaraq qeyd edim ki, Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım qeydə alınır.Onu da deyim ki, dövlət proqramlarında nəzərdə tutulan layihələr nəticəsində əldə olunan uğurlar onu deməyə əsas verir ki bölgələrimizdə də turuzim inkişafı göz oxşayır. İndi isə sizə onu deyim Tovuzun zəngin tarixinin yadigarı olan qədim abidələr onun gözəlliyinə və turizm potensialına əlavə rəng qatır. Amma əsasən gözəl təbiəti və iqlimi bu rayonun turizm bölgəsi kimi inkişafını şərtləndirir. Tovuz öz maraqlı iqlim xüsusiyyətlərinə görə də bir çox bölgələrimizdən fərqlənir. Rayonda mövcud olan 3 iqlim qurşağı - quru subtropik, mülayim isti quru iqlim və mülayim soyuq meşə iqlimi Tovuzun bir tərəfindən digər tərəfinə doğru havanın temperaturunun kəskin dəyişməsinə səbəb olur. Məsələn, əgər Ceyrançöldə və ya digər Kürətrafı bölgələrdə günorta çağı havanın temperaturu + 42 dərəcədirsə, Böyük Qışlaqda bu temperatur + 30 dərəcəyədək azalır. Təbii ki, bu da rayonun turizm bölgəsi kimi inkişafı üçün əlavə imkan deməkdir.

Eyni zamanda, Tovuz ərazisindən keçən çaylarla da kifayət qədər bol sulu rayonlarımızdan hesab olunur. Qafqaz regionunun ən böyük çayı olan Kür çayı öz orta axımında 38 km məsafədə Tovuz rayonu ərazisindən keçir. Tovuzçay, Axıncaçay, Zəyəmçay, Əsrikçay həm rayonun kənd təsərrüfatı ilə məşğul olan sakinlərinin işini asanlaşdırır, həm də çayətrafı bölgələrdə yaradılmış turizm obyektləri ilə qonaqlara maraqlı istirahət keçirmək imkanı verir. Həmçinin, bu çaylar balıqçılıqla məşğul olanlar üçün də yaxşı məkan sayıla bilər.

Amma Tovuzun əsas turizm mərkəzi onun dağlıq ərazisidir. Kiçik Qafqazın şimal yamacları məhz Tovuz rayonunun ərazisinə düşür. Əsrik, Qoşa, Fındıqlı, Çataq, Böyük Qışlaq, Kirən kəndləri ilboyu ən çox turist qarşılayan kəndlərdir. Dağların hətta ən hündür zirvələrinə belə yorğan tutan sıx meşələr, buz kimi bulaqlar (maral bulağı, atan bulaq, fındıqlı bulağı, turşsu, böyrək suyu bulağı və s.), bütün yamaclar boyu hətta ən sərt havalarda belə öz mövcudluğunu itirməyən yaşıllıqlar ağır iş qrafikindən yorulmuş və istirahət etmək üçün təbiətin qoynuna üz tutanların "göydə axtarıb yerdə tapdığı" əsil sərvətlərdir. Kəndlərin adları yazılan plakatları bir-bir arxada qoyduqca yüksək zövqlə tikilmiş restoranlar, istirahət mərkəzləri qonaqlarına xidmət edir. Restoran şəraitinə ehtiyac duymayıb, "özüm bişirib, özüm yeyəcəyəm" deyib yamaclarda məskən quraraq, samovar yandıran, manqal qalayan insanlar da az deyil. Mübaliğəyə yol vermədən demək olar ki, hətta istirahət günləri bu ərazilərdə dincəlmək üçün boş yer tapanlar özlərini bəxtəvər hesab edə bilərlər. Təbii ki, rayonda salınan yüksək keyfiyyətli yeni yollar istirahət üçün bu əraziləri seçənlərin işini daha da asanlaşdırır. Qısacası, Tovuzda turizmin inkişafı üçün hər şey - dağlar, çaylar, meşələr, təmiz hava, bulaqlar, rahat yollar var.İndi iş qalır, bu imkanlardan daha yaxşı yararlanmaq və turizim üçün mövcud olan infrastrukturu daha da inkişaf etdirməyə. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 11-12 aprel.- S.15.