Azərbaycan xalqının

alternativsiz prezidenti

 

İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarını ən yüksək səviyyədə qoruyur

 

Düz bir il bundan əvvəl 2018-ci il aprelin 11-də keçirilmiş növbəti prezident seçkilərində İlham Əliyev 86,03 faiz səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, müdrik seçim etdi. Çünki Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır.

Etiraf edilməlidir ki, İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə  yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Azərbaycanın siyasi, iqtisadi, hərbi sahədə əldə etdiyi uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına zəmin yaradıb. Artıq Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi uğurlar Avropanın enerji təhlükəsizliyi məsələsində ciddi rol oynayır. Belə ki, ölkəmiz Trans-AnadoluTrans-Adriatik qaz kəmərlərinin çəkilməsinə nail olmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir. Nəticə etibarilə demək olar ki, Azərbaycanın əldə etdiyi uğurlar bir gerçəkliyi qeyd etməyi zəruri edir ki, zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.

Sözün həqiqi mənasında son 15 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaosanarxiyaya yuvarlansın. Qonşu regionlardadünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir.

O da bir həqiqətdir ki, Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın minimuma endirilməsi, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq müəyyən edilib. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün seçilməsi nəticəsində Azərbaycan hətta dünya maliyyə-iqtisadi böhranı illərində belə analoqu olmayan iqtisadi inkişaf tempinə malik olub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq dördüncü Dövlət Proqramı qəbul olunub və hazırda onun uğurlu icrası təmin edilməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyev sosial yönümlü dövlətin formalaşması və inkişafı kursunu həyata keçirir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Həmin siyasətin sayəsində ölkəmizdə 1,9 milyondan çox yeni yeri yaradılıb ki, onun da 1,4 milyonu daimi yerləridir. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faizə enib. Təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsində də sosial xərclər bütün xərclərin 1/3-ni təşkil etməklə 7,7 milyard manata bərabərdir. Son bir ilin iqtisadi göstəricilərinə rəğmən demək olar ki, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti xeyli artıb. Aztəminatlı təbəqə dövlət tərəfindən sosial müdafiəyə cəlb olunub. Nəticədə ölkəmizin inkişafyönümlü iqtisadi siyasəti sosial sahənin də yüksəlməsinə, vətəndaşların rifah halının yaxşılaşmasına gətirib çıxarıb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə göstərilən bir inkişaf modeli formalaşıb. Məhz bu müsbət tendensiyaların mövcudluğu səbəbindən iqtisadisiyasi sabitliyimiz davamlıdır. Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev  bildirir ki, dünyanı bürüyən böhranlardan asılı olmayaraq Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir.

Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmişmühüm uğurlar əldə olunmuşdur. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmuşicra edilmişdir. Çox önəmli faktdır ki, hər il ölkəmizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür.

Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti Şəhid ailələri, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəldib. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilib, qəsəbələr salınıb, yeni yerləri yaradılıb və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunub. Prezident İlham Əliyev dövlətin bu kateqoriyadan olan insanlara daim qayğı göstərdiyini vurğulayaraq dedi: "Dövlətimiz sosial siyasəti uğurla aparır. Görülmüş işlər bunun bariz nümunəsidir. Dediyim rəqəmlər onu göstərir ki, dövlət həmişə sizin yanınızdadır. Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir... Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində  mənzillə, evlə, maşınla təmin ediləcək".

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı iqtisadi uğurlar beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir. Dünya Bankı tərəfindən dərc edilən "Doing Business 2018" hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 57-ci mövqeyə yüksəlib. Avropa və Mərkəzi Asiyada daha çox islahat aparan 3 ölkədən biri hesab olunub. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətinə görə 137 ölkə arasında 35-ci mövqeyə layıq görülüb. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır.

Etiraf edilməlidir ki, İlham Əliyevin prezidentlik fəaliyəti dövründə  Azərbaycanda bütün sahələr üzrə inkişafa nail olunub, ölkəmizin bölgədə və dünyada mövqeləri daha da möhkəmlənib. Azərbaycanın dövlət və milli maraqları ən yüksək səviyyədə qorunub, ölkədə sözün həqiqi mənasında vətəndaş həmrəyliyi bərqərar olub. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini tutaraq təşəbbüslər müəllifi olan ölkəyə çevrilib. Nəticədə milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmayıb. Elə bu səbədən dünyanın güc mərkəzləri Azərbaycanla hesablaşmaq məcburiyyətində qalıblar, ölkəmizlə bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər. 

 

Alim

 

Olaylar.- 2019.- 11-12 aprel.- S.9.