Nizami Xudiyev -70
Aperlin 10-da Azərbaycan Dövlət
Pedaqoji Universitetində
görkəmli dilçi-alim,
tanınmış ictimai-siyasi
xadim, Filologiya fakültəsinin Azərbaycan
dilçiliyi kafedrasının
müdiri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar
elm xadimi, Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdçüsü
Nizami Xudiyevin 70 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə
həsr olunmuş tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbirdə
ADPU nun rəhbərliyi, millət
vəkilləri, universitet
rektorları, YAP və
AMEA-nın məsul şəxsləri, media strukturlarının
rəhbərləri, ziyalılar,
incəsənət xadimləri
iştirak ediblər. Tədbirdən öncə
yubiley iştirakçıları
professor Nizami Xudiyevin əsərləri ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan ADPU nun rektoru, professor Cəfər
Cəfərov
professor Nizami Xudiyevi
İlham Əliyevin 4 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi
həyatında fəal
iştirakına görə
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünə layiq
görülməsi münasibətilə
təbrik edib, ona elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində uğurlar
arzulayıb.
Rektor qeyd edib ki,
bu, həm də universitetimizin kollektivinə verilən yüksək qiymətdir:
"Professor Nizami Xudiyev
Azərbaycan cəmiyyətində
geniş tanınır,
yüksək nüfuza
malikdir". Böyük alimin həyat
və fəaliyyəti
barədə ətraflı
məlumat verən rektor Cəfər Cəfərov Nizami Xudiyevin həyat və fəaliyyəti barədə məlumat verib.
Daha sonra çıxış
edən Filologiya fakültəsinin Müasir
Azərbaycan dili kafedrasının müdiri,
professor Buludxan Xəlilov
"Professor Nizami Xudiyevin
elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti"
mövzusunda məruzə
ilə çıxış
edib: "Nizami Xudiyev dövlət strukturunda məsul vəzifə tutduğu dövrdə də
professor Nizami Xudiyev elmi fəaliyyətini davam etdirib, ədəbi dil sahəsində sanballı
tətqiqatları ilə
Azərbaycan dilçilik
elminin inkişafına
böyük tövhələr
verib. Professor N.Xudiyev orta məktəblərin
3,4,5,10,11-ci sinifləri üçün
"Azərbaycan dili",
2-ci siniflər üçün
"Oxu", ixtisaslaşdırılmış
məktəblər üçün"
"Azərbaycan dili"
və "Ànà dili" dərsliklərinin
müəlliflərindəndir. Elmi-kütləvi nəşrlərdə, kütləvi informasiya vasitələrində, müxtəlif
jurnallarda 400-dən artıq
elmi məqaləsi dərc edilib. Gərgin elmi araşdırmaların məhsulu
olan "Azərbaycan ədəbi dilinin təşəkkülü", "Òәrñümə ədəbiyyatı
və ədəbi dilimiz", "Azərbaycan
ədəbi dili tarixi", "Azərbaycan
ədəbi dilinin sovet dövrü",
"Heydər Əliyev
və Azərbaycan dili", "Xalq və dövlət naminə", "Yazıçı
dili və üslubu", "Radio, televiziya
və ədəbi dil", "Xalqın tarixi haqqı: dilimiz, varlığımız",
"Zamanın axarı
ilə" (I-II), "Şəxsiyyət
və zaman", "Uğurlu yolun layiqli davamçısı",
"ҮÀÐ dünənin, bu günün, sabahın partiyasıdır", "Cənubi
Azərbaycanda ədəbi
dilimizin dünəni və bu günü",
"Qədim türk yazılı abidələrinin
dili" və digər fundamental əsərləri
N.Xudiyevin Azərbaycan
elminə sanballı və əvəzolunmaz töhfəsidir.
Professor N.Xudiyev onun həyatında mühüm
rol oynamış görkəmli dilçi-alim
Əbdüləzəl Dəmirçizadənin
110 illiyinə həsr
olunmuş "Professor Ə.Dəmirçizadə
dünyası" adlı
monoqrafiya hazırlayıb.
Monoqrafiyada Ə.Dəmirçizadənin həyatı, yaradıcılığı
və elmi-pedaqoji fəaliyyəti haqqında
xatirə, düşüncə
və mülahizələr
öz əksini tapıb.
Görkəmli alimin bir sıra kitab və məqalələri
xarici ölkələrdə-
İran, Türkiyə,
Rusiya, Almaniya, İraq, İsveçrə,
Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Qırğızıstan
və digər ölkələrdə nəşr
edilib. Əməkdar
elm xadimi, professor N.Xudiyev
türkoloq-alim kimi respublikamızda və dünyanın bir çox ölkələrində,
həmçinin Moskva,
Nalçik, Bişkek,
Ufa, Aşqabad, Daşkənd,
Gülüstan, Alma-Ata, Ankara, İstanbul, Əskişəhər,
İzmir, Adana, Konya və
başqa şəhərlərdə
keçirilən nüfuzlu
türkoloji tədbirlərin-qurultay,
beynəlxalq simpozium və elmi konfransların
nümayəndəsi olub
və bu mötəbər toplantılarda
elmi məruzələrlə
çıxış edib.
91 vətənpərvər ziyalıdan biri olan professor N.Xudiyev böyük bir məktəb - Heydər Əliyev məktəbi keçib və bu məktəbə sadiq qaldığını
dəfələrlə əməli
işdə təsdiq edib. Ölkəmizin ən
nüfuzlu partiyası
olan YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
Azərbaycan Respublikasının
ictimai-siyasi və mədəni həyatında
fəal iştirakına
görə 2009-cu ildə
"Şöhrət" ordeni,
2012-ci ildə "Azərbaycan
Respublikası Qabaqcıl
təhsil işçisi"
döş nişanı,
2013-cü ildə "Ən
yaxşı vətənpərvər
tədqiqatçı-alim" Qızıl medalı ilə təltif edilib. Bir çox beynəlxalq
mükafatlara layiq görülüb, beynəlxalq
elmi ictimaiyyət arasında yüksək nüfuza malikdir.
Tədbirdə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin
(ATİAHİ) sədr müavini
Mirzə Cəfərzadə
professor N.Xudiyevə Komitənin
yubiley medalını təqdim edib, ona uğurlar arzulayıb.
Yubiley tədbirində iştirak
edən baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov qeyd etdi ki, Nizami
Xudiyev Azərbaycanın
dəyərli ziyallılarından
biridir: "Zəngin həyat bioqrafiuasına malik olan professor Nizami Xudiyev mənalı həyat yaşayıb. Nizami Xudiyev ictimai-siyasi fəaliyyəti
ilə bərabər, elm sahəsində də yetərincə
uğurlara malikdir. Nizami Xudiyev 70 illik ömür yolunda
çoxşaxəli fəaliyyət göstərib".
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli
çıxışı zamanı qeyd etdi ki, bu gün 70 illik yubileyini Azərbaycanın
dəyərli ziyalıları ilə birgə qeyd eydiyimiz
Nizami Xudiyev dəyrli dilçi alim, ictimai-siyasi xadimdir:
"AZTV-nin rəhbəri, Milli Məclisin deputatı olduğu
zamanda da Nizami Xudiyev Heydər Əliyevin dövlətçilik
ideyalarının cəmiyyətə
çatdırılmasında fəal iştirak edib. Nizami
Xudiyev Azərbaycan ədəbi dil tarixi məktəbinin əsasını
qoyub".
Sonda
çıxış edən Nizami Xudiyev
iştirakçılara təşəkkür etdi.
Nigar Adil
Olaylar.- 2019.- 11-12 aprel.- S.10.