Şərurun Yengicə kəndinin tarixi

 

Əvvəli ötən saylarımızda

 

Uzaq keçmişdə Yengicədə Suaparan çayı üzərində iki su dəyirmanı olmuşdu.

Son zamanlarda onlardan biri ( Bəylər məhəlləsindəki) sıradan çıxmış, Püştəlik adlanan ərazidəki ikincisi isə XX  yüzilliyin 60-cı illərinə qədər işləmişdi. Elə bu illərdə də kənddə (atamın idarəçiliyi dönəmində) bir silindirli elektrik motoru ilə işləyən dəyirman quraşdırıldı. Bu dəyirmana ətraf kəndlərdən də buğda gətirib, üyüdərdilər. Bir silindirli motor o qədər də mükəmməl ixtira olunmamışdı, silindir hər bir takt arasında hərəkətini yavaşıdır, bu vaxt dəyirman daşının fırlanma sürəti azalır, motordan alınan elektrik enerjisilə dəyirmanda yanan tək bir lampa da yalandan közərərək öz işığını azaldardı. Bu minvalla həmin bir silindirli motor bir neçə il işlədi. Sivilizasiya Sovet dönəmində bizim kəndin bir silindirli motorunun sürəti kimi çox yavaş irəliləsə də inkişafa doğru gedirdi. Bir sözlə, Sovetlər Birliyindən Azərbaycana gətirilən elmi, mədəni və texniki nə yenilik olsaydı,  onlardan biri də Yengicə kəndinin payına düşərdi. Yuxarıda qeyd etdiyim kimi, elektriklə işləyən un dəyirmanı, XX yüzilliyin 40-cı illərinin modeli telefon kommutatoru, radio (simli), yay və qış kinoteatrının binası, sözün əsl mənasında, teatr binası fəaliyyət görsədirdi. Bina həm kinofilmlərin nümayişi üçün, həm də səhnəsi və qrim otağına malik olan teatr üçün nəzərdə tutumuşdu.Bu,biuşmiş kərpicdən tikilmiş o zaman üçün çox möhtəşəm görünən biur mədəniyyət sarayı idi.

Şərur-Dərələyəz mahalının kəndlərindən çıxan ziyalılar yaxın gələcəkdə Yengicəni şəhər kimi görür və öz kəndlərini tərk edərək, yaşamaq üçün ailələri ilə birlikdə  burada məskunlaşırdılar. Xüsusilə də XX əsrin 30-cu illərindən başlayaraq, Alşar, Muğanlkı kimi yaxın kəndlərdən və uzaq Dəmirçi, Şahtaxtı kəndlərindən hətda Naxçıvan şəhərindən, Dərələyəzin uzaq kəndlərindən daimi yaşamaq üçün Yengicəyə köçub gələnlər də var idi. Hətda 1940-cı illərdə buraya 5-6 müsəlman kürd (qırmanci) ailəsi və 2 yezidi kürd (qırmanci) ailəsi də köçüb gəlmişdirlər. Müsəlman kürdlər öz ana dillərini bu günə qədər qoruyub saxlamışdırlarsa, yezidi kürdlər şiyələr arasında yaşamağın təhlükəli olduğunu nəzərə alaraq islamı qəbul etmiş, onun yerli əhali kimi şiyəlik məzhəbinə iman gətirmiş və öz dillərini unudaraq yerli Azəri türklərilə misillənmişdirlər. Bu yezidi kürdlər  hal-hazırda 20 ailəyə qədər, müsəlman kürdlər isə 55-60 ailəyə qədər çoxalaraq, bu gün də Yengicədə yaşayırlar. 

Yenicə kəndində mənim yadıma gələn, 1950-ci illərdə bir neçə yerdə "dubək" ("ding") adlanan (çəltiyi döyərək, düyü alan) qurğu da fəaliyyət görsətmişdi.  

Erməni soyqırımı:1905, bu il uzunluğu təqribən 180 km-dən artıq olan Culfa-İrəvan dəmir yolu isdifadəyə verilmişdir. Dəmir yolunun çəkilməsində əsas məqsədlərdən biri Rusiya-İran muharibəsi baş verərsə, İrəvanda cəmləşdirilmiş rus ordusunun birliklərini  ən qısa bir zamanda İran sərhəddinə daşımaq idisə, ikinci bir vacib məqsəd də orada yaşayan erməni ailələrini İrəvana yerləşdirərək, Ermənistan adlı bir dövlət yaratmağa zəmin hazırlamaq idi. 1905 ci ildə İrəvanda sakitlik olub, çünki bu zaman orada erməni yaşamayıb, 1915,  İrəvana çoxlu ermənilər gətirilmişdilər-onları Çar Rusiyası İran və Türkiyədən buraya kütləvi surətdə köçürmüşdülər, 1918-20, ermənilər Rusiyanın himayəsi altında  Zaqafqaziyada hökmranlıq edirdilər. Bu illərdə hələ hökmdarı türk əsilli olan İran ruslarla arası kəsilməyən  müharibələr nəticəsində çox zəifləmiş bir dövlətə çevrilmişdi. Ermənilər bundan öz xeyirlərinə istifadə edərək, Rusiyadan alınan dəstəklə Urmiyə, Təbriz, Bakı, Gəncə, Naxçıvan, Kars, İydir, demək olar ki, hər yerdə türk və kürd  müsəlman xalqlarına qarşı soyqırım aparırdılar. Həmişə olduğu kimi bu dəfə də köməyimizə qəhrəman türk ordusu gəldi. Bu qanlı hadisələr Yengicədən də yan keçmədi. Nəhayət 1918-ci ilin noyabr-1919-cu ilin mart ayları öz varlığını təqribən beş ay sürdürən Araz-Türk Cümhuriyyəti yarandı. Türkiyə, ermənilərin Naxçıvan ərazisində apardıqları kütləvi soyqırımın qarşısını almaq üçün buraya öz əsgəri birliklərini göndərdi. Bu zaman Türk əsgəri birlikləri yerli silahlı müqavimətçi qruplarının da köməyilə erməni millətçilərini Naxçıvandan qovub, çıxartdılar. Belə qruplardan biri də   Şərur bölgəsinin Çomartıl kənd sakini Tahir İsmayılov tərəfindən yaradılmış yerli silahlı partizan dəstəsi olmuşdur.  Tahir İsmayılovun partizan dəstəsi erməni millətçi qatillərinə qarşı mübarizədə fəal iştirak etmiş, döyüşlərdə xüsusi igidliklər görsədərək, çox vacib əməliyyatlarda qələbələr qazanmışdı. Tağı İsmayölovun başçılıq edərək həyata keçirdiyi çoxsayılı belə əməliyatlardan biri haqqında da məlumatı Şərur rayonunun Maxta kənd sakini Azad Filankəs oğlu Filankəsov mənə belə danışmışdır:Şərur rayonunun Yengicə kəndində o zaman misgər-dəmirçi işləmiş ata babam Usta Salahın atama dediyinə görə, bir gün Yengicəli Məşdələsgər Bəy Həmzəyev İrəvanda imiş, ona  xəbər verirlər ki, ermənilər İrəvandan Şərurun Noraşen dəmir yol stansiyasına xeyli sursat və ərzaqla birlikdə 200-dən artıq təpədən-dırnağa silahlandırılmış əsgər göndərəcəklər. Məşdələsgər Bəy bu xəbərin doğru oub-olmadığını, həm də imkan daxilində bu gatarın hərəkət vaxtını dəqiqləşdirdikdən sonra tez Yengicəyə qayıdaraq, İrəvandan əldə etdiyi xəbəri, 75 nəfər süvarisi olan  özünü müdafiyə partizan dəstəsinin komandiri Tağı İsmayılova çatdırır. Komandir çox fikirləşmədən belə qərara gəlir ki, Erməni silahlılarını daşıyan gatarı Noraşen dənir yol stansiyasına 600-700 metr qalmış Balıqlı çuxyru üzərindəki körpünü keçərkən körpünü partlatsınlar və erməni silahlılarını elə oradaca məhv etsinlər.  Bu zaman Məşdələsgər Bəhin,Yengicə qəzasının sədri Əliyev Hüseynin və bu qəzanın qlavası (Marşal nəcəfin atası) birgə topladıqlar silahlıı könüllülər dəstəsini  Tağı İsmayılovun süvari yerli müdafiyə dəstəsini gücləndirirlər. Tağı İsmayılovun rəhbərlik etdiyi bu  əməliyyat planı müvəffəqiyyətlə yerinə yetilir: Körpü partladılır, qatarın ermənı silahlılarilə dolu üç vaqonu partlayış nəticəsində tamamilə darmadağın olur, onlardan sağ qalanlar, hələ nə baş verdirinı bilməsələr də qopxudan ətrafa dağılaraq qaçışanlar isə  elə partlayış yerindəcə güllənələrək məhv edilirlər. Əməliyyat zamanı iki  erməni silahlısı əsir götürülür. Mən də Azad Filankəsovdan eşitdiyim bu əhvalatı olduğu kimi yazaraq əbədiləşdirirəm ki, qəhrəmanlarımızı unutmayaq.

1927-ci ildə Yengicədə önəmli bir hadisə başverdi. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Arxivindəki sənədlərdən məlum olur ki, Şərur reqionunda ilk olaraq Yengicə kəndində Sovet Sosiyalist Respublikalrı İttifaqının "Köybirliyi" adlı bangın filialı açılır və bu banga rəhbərlik, yuxarıda adı keçən qəhrəmanımız Tağı İsmayılova tapşırılır.   Yerlərdə bir neçə kəndli ailəsinin birləşərək əkinçiliklə məşğul olmalarına dövlətin  maddi dəstəyi məqsədilə "Köybirliyi" bangından subsidiyalar ala bilərdilər. 1930-cu ildə bu bangın adı dəyişdirilərək "Mərkəzi kənd təsərrüfatı bangı"adı altında öz əvvəlki fəaliyyətini davam etdirir.    

Bu qədər etimadlı və müxtəlif yönlü dövlət idarəetmə orqanlarına aid obyektlərin Yeengicə kəndində təmərküzləşdirilməsi (yerləşdirilməsi-H.S.), bu kəndin o zaman Şərurda mərkəz rolu oynamasını görsədirdi. Bundan sonra Yengicə kəndində Şərurun ilk Yay və Qış kinoteatrı, kolxoz quruculuğundan sonra isə kolxoz idarəsi, klub və kitabxanası olan kompleks bir bina tikilir. Artıq 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərdə Tibbi yardım məntəqəsi binası, məişət xidməti binası da tikilmişdir. Azərbaycanda müstəqilliyin birinci dekadası  Yengicə kəndi üçün durğunluq dövrü kimi keçsə də 2000-ci ildən başlayaraq burada da yenidənqurma işləri canlanmağa başlayır. Kənddə yeni İnzibati bina, ayrı ayrılıqda Məktəb, Məişət, Klinik tibb binaları tikilmiş, qədim hamam və k əndimizin mərkəzindəki  Böyük məscidin binalari kapital təmir olunmuşdur.

Yengicə kəndində  daha iki qədim məscid binası istifadə üçün yararsız halda olduğuna görə kənd sakinlərindən filankəslər öz maddi vəsaitləri ilə həmin iki məscidin köhnə və dağılmış vəziyyətdə olan binaları sökdürülmüş və yerində iki yeni məscid tikdirilmişdir. İndi Yengicədə əvvəllər olduğu kimi üç mıscid fəaliyyət görsədir. Bu gün Yengicədə iki yeni qəbristanlıq da istismardadır: biri kəndin quzey-batısında, Şərur şəhərinə gedən yolun solunda, ikincisi isə kəndin doğusunda, Çomartıl kəndinə gedən yolun sol tərəfindədir. Bu gəbrstanlığın hər ikisinə gedən yollar da kənd sakinlərindən bugünkü xeyriyyəçilər filankəslər tərəfindən kənd mərkəzindəki Böyük məscidin minarəsi qədim zamanlar Bala məscid adlanmış, dağılmaq üzərə olan köhnə Cümə məscidi sökülərək onun yerində yenisi inşa edilmiş, qəbrstanlıqlara gedən yollar qismən də olsa çınqılladılmışdır.

 

Həsən Sədirli,

Türkoloq

 

Olaylar.- 2019.- 11-12  aprel.- S.12.