Azərbaycan dövlətçilik tarixinin
inkişaf mərhələlərinə ümumi bir
baxış
Dos.Dr. Mübariz
Zahid oğlu Ağalarlı
Azərbaycan Milli Elmlər
Akademiyası Tarix İnstitutu
Azərbaycan xalqı qədim tarixə və dövlətçilik
ənənələrinə malik olan xalqlardan biridir. Qədim
dövrlərdən başlayan bu dövlətçilik ənənələri
tarixin müxtəlif mərhələlərində inkişaf
etmiş, formalaşmış və dünya tarixində
olduqca əhəmiyyətli iz buraxmışdır.
Azərbaycan dünyanın ən qədim mədəniyyət
mərkəzlərindən biridir. Bu mədəniyyət
tarix elmində “Kür-Araz mədəniyyəti” adlanır.
“Kür-Araz” mədəniyyəti eradan əvvəl IV-II
minilliyə aiddir və mərkəzi Azərbaycan olmaqla şərqdə
Orta Asiyanın cənub-qərbindən tutmuş qərbdə
Şərqi Anadolu, şimalda Güney-Qafqazdan tutmuş cənub-qərbdə
Dəclə çayı, cənubda Bəsrə (Kəngər)
körfəzinə qədər böyük bir ərazini əhatə
edir.
Azərbaycanın dövlətçilik tarixinin
yaranıb inkişaf etdiyi Kür-Araz mədəniyyəti mərhələsi
III minillikdə daha da inkişaf etmiş, onun sonrübünə
qədər davam etmişdi. Yerli eneolit
kültürü üzərində yaranan bu mədəniyyətin
ilkin özəyi Arazın orta hövzəsi olmuş, ətrafbölgələrə
buradan yayılmışdır. Bu
kültür Urmu-Van və Kür-Araz hövzələrindən
Dağıstan və Quzey Qafqaz bölgələrinə, hətta
III minilin ortalarından sonra Orta Anadolu və Fələstinə
qədər gedib çıxmışdır.
Erkən Tunc dövründə ilk təkərli araba
meydana çıxdı. V. G. Childe, T. S. Piggott, Y. A. Şer və başqa tədqiqatçılar
ilk təkər və arabanın m.ö. IV minildə Urmiyə-Van
gölləri arasında yaranıb III-II minillərdə
buradan dünyanın digər bölgələrinə
yayıldığını yazırlar.Təkər-arabanın
ilk dəfə türk boyları tərəfindən
yaranması faktı türk eposlarında da öz əksini
tapmışdır. Bu haqda Fəzlullah Rəşidəddin
“Oğuznamə”sində Qanqlı türk etnonimi haqqında
yazarkən qeyd edir ki, “Ona qədər təkər yox idi, ona
görə də arabanı ilk düzəldən onlar oldular.Gərək
olan yükləri, qənimətləri bu arabalara yükləyib
apardılar və bu səbəbdən Oğuz onlara Kanqlı,
yəni arabaçılar, arabası olanlar adı verdi”.
Dilçi alim Firidun Ağasıoğlu hesab edir ki,
Kür-Araz mədəniyyətindən sonra Azərbaycanın
sərhədlərindən kənarda yaranmış başqa
etnik kültürlərin əhatəsində olan qərbi
prototürk boylarının tarixi-coğrafi konturları xeyli
daraldı. Azərbaycanın
sərhədləri xaricində başqa etnik toplum içində
qalan prototürk boyları çox yerdə dilini itirib
assimilyasiya olundu, lakin türk-protoazər boylarının məskunlaşdığı
Urmu-Göycə və Kür-Araz hövzələrində
eyni etnik kultur orta tunc dövründə də
davam etdi. Yerli əhalinin oturaq həyat tərzi
- əkinçilik, tikinti, metalişləmə,
dulusçuluq, toxuculuq, ticarət sənətlərinin yeni
keyfiyətlər qazanmasına imkan yaradırdı.
Qeyd edək ki, qədim dövrlərdə azərbaycan
türklərinin-protoazərlərin yaşadığı
tarixi-siyasi coğrafi məkan da olduqca əhəmiyyət kəsb
edir. Qədim zamanlardan azərbaycan türklərinin əcdadları
türk-protozərlər Şərqi Anadolu, Güney Qafqaz,
Urmiya gölü ətrafı və Kür-Araz
ovalığında yaşamışlar. Azərbaycan
türkləri üçün Atayurd olan Azərbaycanın
İslamaqədərki etnik coğrafiyası son 2500 ildə
azacıq dəyişmələrə məruz qalsa da,
bütövlükdə əsas özəlliyini
saxlamışdır. Lakin qeyd edək ki,
min illər boyu Azərbaycanın etnik coğrafiyası əsasən
sabit qalsa da hərbi işğallar nəticəsində
müxtəlif dövrlərdə siyasi coğrafiyası dəyişmişdir.
Firidun Ağasıoğlu haqlı olaraq qeyd edir ki, Ön
Asiyada türk etnosunun qədim etnik-kültür arealı
zaman-zaman daralsa da, vaxtilə buradan getmiş sak-kimmer
boylarının qayıdışı türk etnik
sıxlığını xeyli artırıb, protoazər
boylarını dirçəltdi. Sak və kimmer
boylarının Azərbaycana qayıdışı Azər
xalqının və azər türkcəsinin yaranma prosesini
başa çatdırdı. Azər
xalqı formalaşana qədər Atayurdda keçirdiyi protoazər
dövrü m.ö. II minilin ortalarından başlayıb
m.ö.VII əsrə qədər davam etmişdir.
Türk boylarının Atayurddan ikinci böyük
köçü (m.ö. II minil) burada qalan türk etnosunun
demoqrafiyasında böyük itki və etnik seyrəlmə ilə
nəticələnsə də, artıq m.ö. XV əsrdən
sonra lokal bölgələrdə qalan türk boyları
içində dörd dialekt üzrə protoazər dilinin və
xalqının formalaşma prosesi də
başlanmışdı. Bu baxımdan, ikinci
Atayurdda formalaşan digər türk xalqlarından fərqli
olaraq, Ata ocağında qalan azər-xəzər
boylarının Atayurdu kənarda deyil, prototürk yurdunun
içində idi. Bu yurdun güney və
güney-qərb coğrafi hüdudları xeyli içəri
çəkilmiş, oralar başqadilli etnoslarla dolmuşdu.
Zaman-zaman Azərbaycana saqa-qamər, hun, bulqar,
subar, qıpçaq, oğuz türk boylarının
qayıtması azər etnik coğrafiyanın bərpa
oluması ilə nəticələndi.
Arxeoloji,
antropoloji, onomastik məlumatlara görə m. ö. IV minilin
ortalarında prototürk boylarının Ön Asiyadan şərq
və şimal istiqamətdə ilk böyük
köçü prototürk dilinin parçalanmasına səbəb
olmuş, m. ö. II minilin ortalarında baş verən ikinci
böyük köç isə burada prototürk
dövrünün sona çatması ilə nəticələnmişdir.
Vaxtilə prototürk Atayurdunun bir
parçası olmuş Azərbaycanda qalan prototürk
boyları artıq m. ö. II minilin ortalarındansonra protoazər
boyları kimi formalaşma mərhələsini
yaşamışlar.
Eradan qabaq III minilliyin birinci yarısında Günåy Azərbaycan ərazisində
Urmiya gölünün cənub və cənub-şərq hissəsini
əhatə ådən
ərazidə ilk Türk dövləti - Aratta måydana gəlmişdi. «Aratta»
prototürk (årkən
Türk) dilinə mənsub sözdür. «Dağ»
mənası bildirir. Bu dövlət qurumu «Å.ə. III minilliyin I yarısında
təkcə Azərbaycanın dåyil, bütövlükdə Ön
Asiyanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
mühüm rol oynayıb, özünəməxsus ad
qoymuşdur».Tarixi mənbələrdə «saf ənənələr
ölkəsi» adlandırılan «Aratta qədim Azərbaycan ərazisinə
vårilən ilk məlum
addır».
Azərbaycan ərazisində yaranmış tarixə bəlli
ikinci Türk dövləti «Lullubum» sayılır. Å.ə. XXIII əsrdə Urmiya
gölünün cənubunda Lullubi tayfalarının
ittifaqı yaranmış, sonra bu ittifaqa Turukki və Su
adlı Türk tayfaları da qoşularaq Lullubi dövlətini
yaratmışdılar. Türk mənşəli
Hunların da bir sülaləsi «Luli» adını
daşımışdı. Luli dili qədim
Kassi və Ålam dilləri
ilə də qohum sayılır. İlk əvvəllər
kiçik padşahlıqlardan ibarət olan Lulubum
padşahlığını å.ə. 2200-2170-ci illərdə Lullubum hökmdarı
İmmaşqun mərkəzi hakimiyyətdə birləşdirərək
Lullu ölkəsini «Padşahlar padşahı»
adlandırmışdı. Båləliklə å.ə. XXIII əsrdə
İkiçayarası Akkad dövləti ilə rəqabət
apara bilən güclü Lullubum Türk dövləti
yaranmış, dövlətin qüdrəti hökmdar
Anubaninin dövründə (å.ə. 2170-2150-ci illər) daha da artmışdı.
Anubaninin siyasi nailiyyətləri daş plitəsi
üzərində həkk olunan «Daş sütun» abidəsində
qåyd ådilmişdir.
Azərbaycan ərazisində yaranan
üçüncü dövlət Kuti dövlətidir. Å.ə. III minilliyin II yarısında
Urmiya gölünün qərb və cənub-qərb ərazisində
Qut tayfasının təşəbbüsü ilə Kutium
dövləti måydana gəlmişdi. «Kuti»
türkcə «Ağbəniz» «Xoşbəxt» dåməkdir. Kutilər
ağbəniz Türk åtnoslarındandırlar.
«Azərbaycanın qədim tarixini Måsapotamiya ilə bağlayan Qutlar
olmuşdur. Å.ə.
III minilliyin sonlarında Qutlar hücum ådərək Måsapotamiyaya girmiş və
Akkad dövlətinə son qoymuş və Måsapotamiyada 125 ildən
çox hakimiyyət sürmüşlər
Kutilərdən sonra Urmu gölünün güneyində
prototürklərin Turuk bəyliyi m.ö. XIX-XVIII əsrlərdə
Azərbaycana soxulmaq istəyən Asur ordularının
qarşısını aldı. Sonralar turuk (türk)
boyları artıq doğu ölkələrdə
görünməyə başlayır. Turuk
adı türk sözünün qədim variantı olsa da, bəzi
bölgələrdə günümüzə qədər
saxlanmışdır. Azərbaycanın
türk yurdu olması, türklərin buradan şərqə
köçməsi türk dastanlarından Çin
qaynaqlarına sızan bilgilərdə də öz əksini
tapmışdır. Türk (turuk)
adını tukyu kimi verən Çin qaynaqları, onların
Azərbaycandan çıxdığını qeyd edir. Qaynağa görə, öncə Xəzərin
(Batı dənizin) batı tərəfində (yəni Azərbaycanda)
yaşayan tukyular Su çarlığından
çıxmış və Aşina soyu Xəzərin
doğusunda Kao-Çanq ölkəsinə, sonra buradan
cücenlər ölkəsinə keçmişlər.
Məlumdur ki, Azərbaycanda su və subar adlı
boyların isə m. ö. III minildən üzübəri bir
neçə siyasi qurumu olmuşdur.
Kutium dövləti süquta uğradıqdan sonra Azərbaycanın kiçik hökmdarları birləşməyə macal tapmamış, xarici müdaxiləçilərin, xüsusilə qonşuluqdakı Assur və Urartu dövlətlərinin təcavüzünə məruz qalmışdısa da, nəhayət å.ə. I minilliyin əvvəllərində Urmiya gölü hövzəsində mərkəzləşmiş Manna dövləti måydana gəlir. Manna årkən sinifli oliqarx dövlət tipi idi. Manna hökmdarı dövlətin yåganə başçısı olsa da, dövlətin idarəåtmə siståminə «Ağsaqqallar Şurası» da daxil idi. Lakin bütün hakimiyyət irsi olaraq hökmdara məxsus idi. Hökmdarın hakimiyyəti qåyri-məhdud, iradəsi qanun idi. Hökmdarın şəxsiyyəti ilahiləşdirilmişdi. Manna dövləti å.ə. 593-cü ilə qədər özünün təqribən 400 illik mövcudluğunu qoruyub saxlamış, å.ə. VI əsrin əvvəllərində Midiya dövlətinin yaranması ilə əlaqədar olaraq onun tərkibinə daxil ådilmiş və båləliklə də tarix səhnəsindən silinmişdir.
Qədim Azərbaycan əraziləri e.ə. VI əsrin əvvəllərindən etibarən Midiya dövlətinin tərkibinə qatılmış, sonrakı mərhələlərdə isə Əhəmənlər dövlətinin (e.ə. 550 - 330) və Makedoniyalı İsgəndər imperiyasının (e. ə. 330-321) hüdudları daxilində olmuşdur.
Makådoniyalı İskəndərin ölümündən (e.ə.323) sonra Azərbaycanın cənubunda yårli dövlətçilik ənənələri bərpa olunaraq Azərbaycan Atropatåna dövləti yarandı. Atropatåna dövləti å.ə. IV əsrin 20-ci illərindən bizim åranın III əsrinədək bölgənin həyatında mühüm rol oynamış dövlətlərdən biri olmuş, Azərbaycanın qədim dövlətçilik ənənələrinin bərpası və inkişafında, həmçinin Azərbaycanın åtnik birliyinin təşəkkülü prosåsində əvəzsiz rol oynamışdır.
Azərbaycan tarixinin qədim dövrünü araşdıran tədqiqatçılara görə, indiki Cənubi Azərbaycan ərazisi b.e.ə. VI-IV əsrlərdən etibarən Kiçik Midiya və Atropatena kimi tanınırdı. Sasanilər ona Azərpatakan deyirdilər. Sonralar isə bu Azərbayqan və Azərbaycan formasını almışdır. Cənubi Azərbaycanın Ərəb xilafətinə qədərki hüdudları bir sıra tədqiqatçıların, o cümlədən İ.H. Əliyev, İ.M. Dyakonov, S.Y. Qasımova, A. Kristensen, R. Rəisniya və başqalarının əsərlərində əhəmiyyətli dərəcədə işıqlandırılmışdır. Həmin dövrdə Azərbaycanın şimal ərazilərində Albaniya dövləti yaranır. Antik yunan və Roma müəlliflərinin (Strabon, K. Ptolomey, P. Sekund, İ. Flavi, P. Mela və başqaları) əsərlərinə istinad edən bir sıra tarixçilərə görə, ərəblərə qədər indiki Şimali Azərbaycan ərazisi Albaniya adlanırdı.
Palitra 2019.- 17 aprel.- S.10.