Regional proqramlar
ölkənin
dayanıqlı inkişafını təmin edir
Məşğulluq siyasəti təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan iqtisadi inkişaf siyasətinin ən mühüm tərkib hissələrindən
biri olmuşdur.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
ölkədə makroiqtisadi
sabitliyi və davamlı inkişafı təmin edir. Dövlət Proqramı çərçivəsində
iqtisadi və inzibati rayonlar üzrə həyata keçirilmiş tədbirlər
Azərbaycan iqtisadiyyatının
dinamik inkişafına
təkan verir.
Dövlət Proqramının əsas məqsədlərindən biridə
iqtisadi inkişafın
regional baxımdan tarazlığının
təmin edilməsidir. Bu baxımdan regional proqramlar,
yerli istehsal və emal müəssisələrinin
fəaliyyətinin bərpası
və genişləndirilməsi,
iqtisadi və sosial-mədəni infrstruktur
obyektlərinin yenidən
qurulmasında əhəmiyyətli
rol oynayır.
Bu inkişaf son 15 ildə qeyri-neft sektorunun sürətli inkişafı,
regionların iqtisadi potensialından səmərəli
istifadəsi, yerlərdə
sahibkarlığın inkişafının
daha da sürətlənməsi,
yerli istehsal və emal müəssisələrinin,
iqtisadi və sosial-mədəni infrastruktur
obyektlərinin
fəaliyyətinin bərpası
və inkişafında
özünü göstərir.Sahibkarlığın
inkişafına böyük
diqqətin göstərilməsi,
iş adamlarının
beynəlxalq bazarlara çıxması üçün
əlverişli imkanların
yaradılması aparılan
siyasətin məqsədyönlülüyünü
göstərir.
Regional proqramlar Azərbaycanın
sosial-iqtisadi inkişafında
vacib rol oynayır. Çünki yeni iş yerlərinin
açılması, əhalinin
məşğulluğunu təmin
edir. Məşğulluq siyasəti təməli
ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan
iqtisadi inkişaf siyasətinin ən mühüm tərkib hissələrindən biri
olmuşdur. Məşğulluğun təmin olunması ölkədə prioritet istiqamətlərdəndir. İnsanların rifah halının
yaxşılaşdırılması, əhali gəlirlərinin
artırılması iqtisadi
tərəqqinin əsas
şərtlərindən biridir.
İqtisadi islahatlar iqtisadiyyatda həyata keçirilmiş
struktur dəyişikliklərini,
iqtisadi mühitin yaradılıb inkişaf etdirilməsini bu isə öz növbəsində iqtisadi
fəal əhalinin məşğulluğuna əhəmiyyətli
dərəcədə təsir
edir. Əhalinin məşğulluğu cəmiyyətin ictimai və sosial-iqtisadi həyatında baş verən mühüm və çoxcəhətli
təzahürləri özündə
əks etdirir.
Bu isə nəticə
etibarilə əhalinin
həyat səviyyəsinin
yüksəldilməsinə xidmət edir. Əhalinin rifah
halı yaxşılaşdırılır
və yoxsulluq azalır.
Məşğulluğun təmin olunmasında regionlarda fəaliyyət göstərən
yaxud yenidən qurulan ictimai-iaşə, sənaye obyektləri, zavod və fabriklər xüsusi rol oynayır.
Bu minvalla Hacıqabul Sənaye Məhəlləsində(Hacıqabul Sənaye Məhəlləsində ilkin
mərhələdə yüksək
standartlara cavab verən və ümumi sahəsi 6100
m² olan 4 istehsal sahəsi, 937,8 m² sahəsi
olan ikimərtəbəli
inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə veriləcək.
Hazırda isə sənaye
məhəlləsinin müvafiq
infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq
subyektlərinin istehsal
prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə
bağlı tədbirlər
görülür. Hacıqabul
Sənaye Məhəlləsində
sahibkarlara mühasibatlıq,
hüquqi məsləhət,
bank və sığorta,
poçt və
internet, logistika və
s. xidmətlər təqdim
olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana,
tibb məntəqəsi
fəaliyyət göstərəcək.)
"Azərmaş" ASC-nin "Qartal" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı
zavodunun təməli qoyulmasını misal göstərə bilərik.
Zavodda birinci mərhələdə 500 ədəd müxtəlif
tutumlu avtobus, ikinci mərhələdə
1000 ədəd avtobus
və yük avtomobili istehsal ediləcək. Birinci mərhələdə
100, ikinci mərhələdə
isə 200 yeni iş yerinin yaradılması nəzərdə
tutulur. Layihənin ümumi dəyəri
10 milyon avrodur. Birinci mərhələdə 6 milyon
avro, ikinci mərhələ üzrə
isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodun tikintisi Hacıqabul Sənaye Məhəlləsində
5 ha ərazidə həyata
keçiriləcək. Müəssisədə Avropa İttifaqı
ölkələrinin istehsalı
olan avadanlıqlar quraşdırılacaq.Sənaye Məhəlləsində avtobus
və yük avtomobilləri istehsalı
zavodunun yaradılması
köməkçi sənaye
istehsalı və xidmət sahələrinin
inkişafı üçün
də əlverişli
imkan yaradacaq.
Hacıqabul Sənaye Məhəlləsində
dövlət tərəfindən
sahibkarlar üçün
bütün zəruri
infrastruktur yaradılıb. 20 hektar
ərazidə yaradılmış
Sənaye Məhəlləsi
10 min kvadrat metr olan 4 istehsal təyinatlı binadan, 937 kvadrat metr olan
inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin
inzibati binası toplantı və təlimlərin keçirilməsi
üçün iclas
otağı, məhəllənin
iştirakçılarına müxtəlif xidmətlər
göstərəcək müasir
ofis sahələri, sərgi-satış mərkəzi,
tibb məntəqəsi,
poçt, yeməkxana
və Sənaye Məhəlləsinin idarəedici
təşkilatının istifadəsi
üçün nəzərdə
tutulan sahələrdən
ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq,
hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində
ümumi dəyəri
60 mln. manatdan
çox olan layihələr üzrə
maşınqayırma, kompozit
materialları, avtomobil,
tikinti materiallarının
istehsalı üçün
avadanlıqlar, gübrə,
plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri
yaradılıb. Bu layihələr
çərçivəsində 900-dən
çox iş
yerinin yaradılması
nəzərdə tutulur.
Hazırda istehsal sahələrində
avadanlıqların yerləşdirilməsi
və istehsala hazırlıq işləri
aparılır.
Əhalinin iş yerləri
ilə təmin olunmasında şəhər
və rayondaxili müasir yol-nəqliyyat infrastrukturu, bölgələrimizdə
magistral yolların tikintisi və yenidən qurulması, əhəmiyyətli rol oynayır. Çünki burada yetərli
qədər işçi
qüvvəsinə ehtiyac
yaranır.
Bu yaxınlarda Balakən
rayonunda uzunluqları
29 km olan Balakən-Qazbinə-İtitala
kəndlərarası avtomobil
yolunun yenidən qurulması istiqamətində
atılan addımları
da bunu misal
göstərə bilərik. Avtomobil yolunun
əsaslı şəkildə
yenidən qurulması
10 yaşayış məntəqəsinin
18 min əhalisinin ürəyincə
olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış
mövsümündə vətəndaşların
bu yolla hərəkətində müəyyən
çətinliklər yaranırdı.
Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı
olmaqla 4-cü texniki dərəcəyə uyğun
olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.
Yol boyu deformasiyaya uğramış
hissələr bərpa
olunub, zəruri olan yerlərdə yeni yol yatağı
inşa edilib. Hazırda həmçinin
optimal-qırmadaş və
qum-çınqıl qarışığından
ibarət yeni yol əsasının inşası işləri
aparılır.
Yol əsası
hazır olan hissələrin isə asfaltlanır. Artıq yolun böyük
hissəsinə 2 qat olmaqla yeni asfalt-beton
örtüyü salınıb.
Ümumilikdə isə yolun
170 min m2-dən çox sahəsinə
yeni asfalt-beton örtüyünün döşənməsi
planlaşdırılır.
Layihə çərçivəsində yol boyu suların
ötürülməsi üçün
mövcud suötürücü
borular işlək vəziyyətə salınıb,
zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi
olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru
quraşdırılıb, həmçinin
5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metruzunluğunda körpünün
inşası işləri
yekunlaşdırılıb.
Tikinti işləri
tam olaraq yekunlaşdıqdan
sonra hərəkətin
normal təşkili üçün
yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq,
yolun üfiqi nişanlanma xətlərinin
çəkilişi işləri
aparılacaq.
Texnoloji
ardıcıllıqla və
yüksək keyfiyyətlə
aparılan işlərin
tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması
üçün əraziyə
lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Avtomobil
yolunun yenidən qurulmasında məqsəd
yol boyu yaşayan vətəndaşların
istər rayon mərkəzinə,
istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası
ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını
təmin etmək, yük və sərnişin daşımasını
asanlaşdırmaqla kənd
təsərrüfatının inkişafına təkan verməkdir.
Dövlət proqramları çərçivəsində
görülmüş genişmiqyaslı
işlər regionların
qarşıdakı illərdə
də inkişafı üçün möhkəm
zəmin yaratmışdır.
Sosial-iqtisadi cəhətdən bu regionların inkişafı üçün kompleks tədbirlərin görülməsi, yalnız bir regionda deyil, bütün regionlarda ictimai-iaşə, sənaye obyektləri, infrastrukturların yerləşməsi bölgə əhalisinin işlə təmin olunmaq üçün paytaxt Bakı və yaxud başqa bölgələrə üz tutmamasına səbəb olur. İşsizliklə bağlı əhali miqrasiya etmədən öz məşğulluğunu təmin edir. Bu isə təbii olaraq rayonlarda əmək resurslarının azalmasının, regionun potensialından səmərəli şəkildə istifadə olunmamasını təmin edir və ümumilikdə ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərir. Aparılan məqsədyönlü tədbirlərin təməlində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti dayanır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 23-24 aprel.- S.15.