Regional proqramlar
ölkədə
aqrar sahənin inkişafına stimul verdi
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının
uğurlu icrası respublikamızda bütün
sahələrin inkişafını
sürətləndirib, hər
bir sahənin inkişafı üçün
zəmin yaradıb. Dövlət Proqramları
çərçivəsində görülən işlər,
həyata keçirilən
tədbirlər ölkədə
kənd təsərrüfatı,
ümumilikdə aqrar sektorun da inkişafına
təkan verib.
Qeyd etmək lazımdır ki, 2004-cü ildən mərhələli şəkildə
icra edilən və artıq dördüncüsü icra
olunan hər bir Dövlət Proqramında kənd təsərrüfatı, aqrar
sektorun inkişaf etdirilmıəsi üçün
tədbirlər planı
nəzərdə tutulub
və həmin tədbirlər planı da uğurla icra edilib. Elə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında da qeyd etdiyimiz məqamlar əksini tapmışdı. Məhz üçüncü Dövlət Proqramının
icrası nəticəsində
ölkədə iri fermer təsərrüfatlarının
yaradılmasına dəstək
nümayiş olundu.
Eyni zamanda kənd təsərrüfatı məhsullarının
rəqabət qabiliyyətliliyinin
artırılması məqsədilə
emal müəssisələrində
mütərəqqi texnologiyalar
tətbiq edildi. Aqrotexservis xidmətləri şəbəkəsinin
genişləndirilməsinin dəstəklənməsi, kənd
təsərrüfatının texnikaya, mineral gübrələrə
və pestisidlərə
olan tələbatının
təmin edilməsinin
yaxşılaşdırılması istiqamətində mühüm
addımlar atıldı.
Paralel olaraq Dövlət Proqramında Cins heyvandarlıq təsərrüfatlarının
yaradılmasının dəstəklənməsi
də nəzərdə
tutulurdu ki, bu istiqamətdə də proqramın icra edildiyi müddətdə
kifayət qədər
işlər görüldü.
Kənd təsərrüfatı məhsulları
istehsalçılarına məxsus,
eroziyaya uğramış
və şoranlaşmış
torpaqların texniki və bioloji rekultivasiya tədbirlərini
həyata keçirməklə
yenidən torpaq dövriyyəsinə qaytarılması
üçün müvafiq
tədbirlərin həyata
keçirilməsi istiqamətdə
işlər davam etdirildi. Hansı ki, bu istiqamətdə işlərə
hələ birinci Dövlət Proqramı qəbul edilən zamandan start verilmişdi.
Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının icrası
müddətində baytar-sanitar,
texniki nəzarət,
sort-sınaq, fitosanitar,
toxumçuluq, tingçilik
və damazlıq işlərinin dövlət
tərəfindən dəstəklənməsi
həyata keçirildi.
Fermerlərin idarəetmə vərdişlərinin
və biliklərinin artırılması məqsədi
ilə təlimlərin,
təcrübə mübadiləsinin
və elmi tədqiqatların həyata
keçirilməsi reallaşdırıldı.
Dövlət Proqramında ayrı-ayrı
rayonlar üzrə aqrar, kənd təsərrüfatı sahəsində
tədbirlərin həyata
keçirilməsi də
əksini tapırdı. Məsələn, Xızı rayonu üzrə kənd təsərrüfatı (o cümlədən,
cins heyvandarlıq, quşçuluq və arıçılıq) məhsullarının
istehsalı və emalının dəstəklənməsi
nəzərdə tutulurdu
ki, ötən müddət ərzində
bu istiqamətdə lazımı adddımlar atıldı.
Eyni zamanda kənd
təsərrüfatı istehsalının
inkişafına xidmət
edən infrastrukturun maddi-texniki bazasının
möhkəmləndirilməsi işləri həyata keçirildi.
Regional proqramda Aran
iqtisadi rayonu üzrə də sistemli tədbirlərin həyata keçirilməsi
əksini tapırdı. Bu sıraya
Şirvan şəhərində
kənd təsərrüfatı
istehsalının inkişafına
xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, Yevlax rayonu üzrə cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, taxılçılıq,
pambıqçılıq, toxumçuluq, tərəvəzçilik
və meyvəçilik
sahələrinin inkişafının
dəstəklənməsi, kənd təsərrüfatı istehsalının
inkişafına xidmət
edən infrastrukturun maddi-texniki bazasının
möhkəmləndirilməsi aid idi. Yaxud Ağcabədi
rayonu üzrə cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, pambıqçılıq,
tərəvəzçilik, toxumçuluq, bağçılıq
(nar, xırnik və s.) və digər bitkiçilik sahələrinin inkişafının
dəstəklənməsi, iri taxılçılıq
təsərrüfatının yaradılmasına dəstək
verilməsi,
kənd təsərrüfatı
istehsalının inkişafına
xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
kimi spesifik tədbirlər daxil idi ki, proqramın
icrası müddətində
qeyd edilən hər bir istiqamət
üzrə təqdirəlayiq
addımlar atıldı.
Ağdaş rayonunda isə cins heyvandarlıq, quşçuluq, taxılçılıq
(xüsusilə ərzaq
buğ-dası), pambıqçılıq,
çəltikçilik, bağçılıq,
toxumçuluq və istixana şəraitində
tərəvəzçilik sahələrinin inkişaf
etdirilməsi dəstəkləndi,
kənd təsərrüfatı
istehsalının inkişafına
xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində tədbirlər
həyata keçirildi.
Əsasən heyvandarlıq rayonu kimi tanınan Beyləqan rayonunda isə Dövlət Proqramı çərçivəsində
müasir ət kəsimi müəssisəsinin
yaradılmasına dəstək
verildi. Bununla yanaşı cins
heyvandarlıq, quşçuluq,
taxılçılıq (xüsusilə
ərzaq buğdası),
meyvəçilik, tərəvəzçilik,
üzümçülük və pambıqçılığın
inkişafının dəstəklənməsi
prioritet vəzifələrdən
sayıldı. Həmçinin
iri taxılçılıq
və toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının
inkişafına xidmət
edən infrastrukturun maddi-texniki bazasının
möhkəmləndirilməsi, o cümlədən Beyləqan
rayon Dövlət Toxum
Müfəttişliyi və
Aqrokimya laboratoriyasının
tikintisi və Beyləqan rayon Baytarlıq
rayon İdarəsinin və
zona baytarlıq laboratoriyasının mövcud
inzibati binasının
əsaslı təmiri
kimi vəzifələr
Dövlət Proqramında
öz əksini tapırdı ki, proqramın icrası müddətində qeyd edilən istiqamətlərdə
nəzərdə tutulan
tədbirlər həyata
keçirildi. Regionların
2014-2018-ci i8llərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında
nəzərdə tutuılan
tədirlər sırasında
Bərdə rayonunda yeni emal müəssisələrinin
(o cümlədən, meyvə-tərəvəz)
yaradılmasının dəstəklənməsi,
cins heyvandarlıq, toxumçuluq, bağçılıq
(nar, xırnik, gavalı və s.) və tərəvəzçilik
sahələrinin inkişaf
etdirilməsi, kənd
təsərrüfatı istehsalının
inkişafına xidmət
edən infrastrukturun maddi-texniki bazasının
möhkəmləndirilməsi, o cümlədən Bərdə
rayon Dövlət Toxum
Müfəttişliyi və
Aqro-kimya laboratoriyasının
tikintisi əksini tapırdı. Əminliklə deyə bilərik
ki, qeyd etdiyimiz rayon üzrə də Dövlət Proqramında nəzərdə
tutulan tədbirlər
uğurla icra edildi.
Biləsuvar rayonunda isə Dövlət Proqramında
müasir istehsal sahələrinin yaradılmasının
dəstəklənməsi nəzərdə
tutulurdu. Həmçinin cins heyvandarlıq, quşçuluq,
taxılçılıq, bağçılıq,
tərəvəzçilik, toxumçuluq və pambıqçılıq sahələrinin
inkişafının dəstəklənməsi,
kənd təsərrüfatı
istehsalının inkişafına
xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi,
o cümlədən Biləsuvar
rayon Dövlət Toxum
Müfəttişliyi və
Aqrokimya laboratoriyasının
tikintisi kimi vəzifələr qarşıya
qoyulmuşdu. Qeyd etmək
lazımdır ki.
adıçəkilən
rayon üzrə də
Dövlət Proqramında
qarşıya qoyulan vəzifələr uğurla
icra edildi.
Əgər Dövlət Proqramında
Göyçay rayonu üzrə emal sənayesinin inkişafının
dəstəklənməsi, heyvandarlıq, bağçılıq (nar,
üzüm) və tərəvəzçilik sahələrinin
inkişaf etdirilməsi,
kənd təsərrüfatı
istehsalının inkişafına
xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
nəzərdə tutulurdusa,
qonşu Hacıqabul rayonunda isə kiçik və ya orta
həcmli müasir çörək istehsalı
müəssisələrinin və istixana təsərrüfatlarının yaradılmasının dəstəklənməsi,
cins heyvandarlıq, bağçılıq (nar,
xırnik və s.) və bitkiçilik sahələrinin inkişaf
etdirilıməsi, iri
taxılçılıq təsərrüfatının
yaradılmasının dəstəklənməsi,
kənd təsərrüfatı
istehsalının inkişafına
xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
prioritet sayılırdı.
İmişli rayonu üzrə
isə spesifik olan heyvandarlıq, toxumçuluq, meyvəçilik
(bağçılıq), tərəvəzçilik
və digər bitkiçilik sahələrinin
inkişaf etdirilməsi, iri taxılçılıq təsərrüfatının
yaradılmasının dəstəklənməsi,
kənd təsərrüfatı
istehsalının inkişafına
xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
Regionların 2014-2018-ci illər
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramında qarşıda
duran vəzifələr
sırasında yer alırdı. Və Proqramın icra edildiyi 4 il
ərzində qeyd edilən rayonlarda prirotet sayılan istiqamətlər üzrə
çoxsaylı tədbirlər
həyata keçirildi.
Kürdəmir rayonunda Dövlət Proqramı çərçivəsində görüləcək işlər sırasında cins heyvandarlıq, ətlik istiqa-mətli quşçuluq, toxumçuluq, bağçılıq, iri taxılçılıq, tərəvəzçilik, üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi əks olunurdu. Neftçala rayonunda da Dövlət Proqramında cins heyvandarlıq, balıqçılıq, meyvəçilik, tərəvəzçilik, toxumçuluq və digər kənd təsərrüfatı sahələrinin inkişafının dəstəklənməsi. iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulurdu. Eyni zamanda bu rayon üzrə də spesifik olan kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi qarşıda duran vəzifələr sırasında idi. Saatlı rayonu cins heyvandarlıq, quşçuluq, taxılçılıq, pambıqçılıq, toxum-çuluq, bağçılıq və tərəvəzçilik məhsullarının istehsalı və emalının inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi ön planda dururdu.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 27-29 aprel.- S.15.