Hazırda Azərbaycan üstün

sosial siyasəti ilə dünyaya nümunə

ola biləcək ölkələrdən hesab edilir

 

"Azərbaycanın hər bölgəsi inkişafın, islahatların həyata keçirilməsində önəmli yer tutur"

 

Regionların inkişafı sahəsində qəbul edilmişuğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub.  Azərbaycanda sosial səhədə atılan addımlar hər bir kəsin yaşam tərzinə öz müsbət təsirini göstərir. Bu gün Azər­baycan sosial-iqtisadi sahədə uğurla inkişaf edir. Əha­­linin sosial inkişafı üçün la­zım olan hər bir şərait yara­dılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən biri əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi və qanuni mənafelərinin qorunması, həmçinin işçilərin sosial müdafiəsinin gücləndirilməsidir.

Cənab Prezidentimizin tapşırığı ilə Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşmasına istiqamətlənib. Xalqimizin umummilli lideri Heyder Eliyevin layiqli davamcisi olan Ilham Eliyev uzaqgoren siyaseti,dusunulmus islahatlari ve mudrik qərarlari ile Azerbaycani dinamik inkisaf yoluna cixarib,olkemizin beynelxalq miqyasda movqelerini daha da mohkemlendirib. Bugün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr arasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olan ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı kimi çıxış edir. Azərbaycanın gələcək inkişaf strategiyasını hədəfləyən, Azərbaycan insanına daha yaxşı, daha firavan həyat bəxş edəcək olan yeni proqramlar hazırlanacaq, Azərbaycan iqtisadiyyatını, sənayesini daha böyük sürətlə inkişaf etdirməyə xidmət edən layihələr həyata keçiriləcək. Azərbaycan inkişafın dinamikasına görə dünyada lider ölkələrdən sayılır, regionun güc mərkəzi və əsas söz sahibidir, Avropanın yeni enerji təhlükəsuizliyi siyasətinin başlıca təminatçılarındandır. Bu gün Azərbaycan öz rəhbərinə və dövlətinə güvənən xalqın vətənidir. Hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və insanlara layiqli həyat şəraitinin yaradılması Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetidir.

Ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli formalaşmışdır. Dövlət başçısının son illərdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi" kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır. Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkəmizin bütün regionlarında sənayeni daha da inkişaf etdirməkdir. Ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir.

Azərbaycanın hər bölgəsi inkişafın, islahatların həyata keçirilməsində önəmli yer tutur. Bütün bölgələrdə aparılan islahatlar insanların rifahımın dahada yaxşılaşıdırılmasına xidmət edir.İndi hər bir Azrbaycanlı bu davamlı islahatların bilavasitə iştrakçılarına çeviriliblər.Biz dövlətimizə bütün lahiyılırdı dıstık veririkbundan sonrada verəcəyik. Ötən illərdə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin sosial-rifah halının daha da yaxşılaşdırılmasını təmin edən son fərman və sərəncamları bir daha göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının davamlı olaraq yüksəldilməsi dayanır və bu siyasət bundan sonra da uğurla davam etdiriləcək. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmişmühüm uğurlar əldə olunmuşdur.Hazırda Azərbaycan üstün sosial siyasəti ilə dünyaya nümunə ola biləcək ölkələrdən hesab edilir. Davamlı olaraq həyata keçirilən sosial siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyətli dərəcədə aşağı düşüb. Son illər yüz minlərlə yeni yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Sözlə əməlin vəhdətinə əsaslanan, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasət ölkəmizi irəli aparır. Xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycan son bir ildə sosial-iqtisadi inkişafını davam etdirib, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlərin görülür. Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, həmçinin qısa müddətdə digər ödənişlərin verilməsi kimi mühüm addımlar atıldı və dövlət başçısı bütün bunları həyata keçiriləcək böyük sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi. Məhz əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir ki, bu günlərdə xalqımız on milyonuncu sakinin dünyaya gəlişini bayram etdi. Dövlətimizin başçısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirir, xalqın Prezidentinə olan inamını daha da artırır. Əlbəttə bu, Azərbaycan Prezidentinin, dövlətinin öz vətəndaşına göstərdiyi diqqətin bariz nümunəsidir. Regionlarin sosial iqtisadi inkisafina dair qebul edilmis bir nece dövlet proqramları nəticəsində hətta ölkəmizin ən ucqar dağ kəndlərinin əhatə edən infrastrukturlar yaradılıb, yeni-yeni yerləri açılıb əhalinin sosial rifah halı yaxşılaşıbdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 30 aprel.- 1 may.- S.15.