Ərəb
coğrafiyaşünaslarının xəritələrində
uydurma erməni
toponimləri
(IV məqalə)
İngilis, rus və erməni dillərində 2005-2015-ci illərdə
R.Qalçyanın müəllifliyi və hay kilsəsinin himayəsi
ilə çap edilmiş "Ermənistan dünya
kartoqrafiyasında" kitabında "Ermənistan",
"Ermənistan dağlıq yayalası", "Ararat zirvəsi",
"erməni" toponimlərinin yer aldığı
uydurma xəritələr
sırasında orta əsrlərin
məşhur ərəb coğrafiyaşünaslarının
da adı çəkilmiş, onların əsərlərindən
(xəritələrindən) nümunələr
verilmişdir.. Guya, Əbu İsaq
İbrahim bin Muhammad əl-Farsi
əl-İstaxri (850-937), Əbülqasim
Muhammad ibn Haykal, Əbu Abdullah Muhammad ibn Əhməd ibn Əbu-Bəkir əl-Müqəddəsi,
ibn Abdulla Muhammad bin Abdulla bin İdris əl-Şərif
əl-İdrisi (1099-1165), Əbu
Fərəc (1226-1286)... və
başqaları yazdıqları
tarixi-coğrafi əsərlərində
və tərtib etdikləri xəritələrdə
yuxarıda göstərilən
saxta və uydurma toponimlərə geniş yer verilmişdir. Əslində isə bu fikirlər cəfəngiyyatla dolu yalan mülahizələrdir və
həmin müəlliflərin
qiymətli əsərlərinin
təhrif edilməsidir.
Orta əsrlərdə yaşamış
nə xristian dünyasının səyyahları
və xəritrəşünasları,
nə də müsəlman aləminin mütəfəkkirləri öz
əsərlərində və
xəritə nəşrlərində
(əsərlərinin əslində)
o dövrlərdə mövcud
olmayan Ermənistan dövlətinin coğrafi
məkanı
və ermənilərə
məxsus toponimləri
xatırlayıb, qeyd ediblər.
Fikrimizi aşağıdakı
kimi əsaslandıra bilərik.
Rusiya Elmlər Akademiyası Slavyanşünaslıq
institutunun, Ukrayna Milli Elmlər Akademiyası A.E.Krımski
adına Şərqşünaslıq
institutu və Beynəlxalq Solomonov Universitetinin birgə nəşri olan və yəhidi mənşəli amerikalı
paleoqraf Norman Qlobun 90 illiyinə həsr edilmiş "Xəzər"
almanaxının (baş
redaktoru tarix elmləri doktoru,
professor O.B.Bubenok,
redaksiya heyəti üzvlərindən professor P.B.Qolden
(ABŞ, Vermont ştatı, Vest Vindzor şəhəri, Ratqer Universiteti) və başqaları) Moskva şəhərində
2017-ci ildə çap
edilmiş 15-ci cildində
baş redaktorun imzası ilə verilmiş "Bolqarlar və onların etibarı barədə "Hudud əl-Əlam" əsərində"
başlıqlı məqalədə
(əsər 982-983-cü ildə
qələmə alınmışdır,
müəllifi məlum
deyil, amma Şimali Əfqanıstanın
Quzqana vilayətinin əmiri Əbul-Harisi
Muhammad bin Əhməd əl
Fariquna həsr edilib) Xəzər və Qara dəniz
hövzələrinin coğrafi
mövqeyi, bu ərazilərdə yerləşən
dövlətlər və
xalqların istimai-iqtisadi həyatı
barədə orta əsrlər müəllifinin
fikirləri təhli edilmişdir.
Haşiyə. Ayrı-ayrı
illərdə və cildlərdə işıq
üzü görən
"Xəzər" almanaxında
əsasən Bizans və müsəlman alimlərinin Xəzər.
Qara və Aralıq dənizi hövzələri dövlətlərinin,
onların qonşuları
barədə qədim
xəritə və
atlas materiallarının, kitab-nəşr
nümunələrinin təhlilinə
əsaslanan məqalələr
çap edilir. Müəlliflərin ixtisasları əsasən
tarixçilər və
filoloqlardır. İstifadə
mənbələri Avropa
ölkələrinin, Yaxın
və Orta Şərq dünyasının
kitabxanalarında, ali məktəb himayəsində olan, eləcə də şəxsi kolleksiyalarda saxlanılan qiymətli kitab və xəritə
nüsxələri təşkil
edir. Bu istiqamətdə
Xarkov Beynəlxalq Slavyan Universitetinin Xəzərşünaslıq
mərkəzi də fəaliyyət göstərir.
Çox
maraqlıdır ki, O.B.Bubenok yazısında orta əsrlər ərəb müəlliflərinin,
hansı ki, "Ermənistan dünya kartoqrafiyasında" kitabında
adları çəkilən
Əbu İsaq İbrahim bin Muhammad əl-Farsi
əl-İstaxrinin, Əbülqasim
Muhammad ibn Haykalın,
Muhammad bin Əhməd Şəmsəddin
əl-Mukaddasinin, ibn
Abdulla Muhammad bin Abdulla bin İdris əl-Şərif əl-İdrisinin,
Əbu Fərəcin mülahizələrinə istinad
edərək göstərmişdir
ki, Xəzər xaqanlığının Bizans
imperiyası ilə sərhəddinə kimi (indiki Anadolu yayalası da daxil olmaqla) bütün ərazilər
müsəlman-türk dünyasının
əhatəsində olmuşdur.
Ermənilərin iddia
etdiyi kim,
həmin ərazilərdə
heç bir erməni toponiminə rast gəlinməmiş və əsərlərdə-xəritələrdə
bu haqda heç bir məlumat-qeyd verilməmişdir. Orta əsrlərin xəritələrində
ərəb kartoqrafları
daha çox Xəzər,
Quzz, Arran, Şirvan, Farsi, Dəclə,
Fərat, İtil,Ərəbistan...
toponimlərindən istifadə
etmişlər.
"Xəzər" almanaxında
tarix elmləri doktoru, professor T.M.Kalininanın
"Möcüzələr kitabı"nda Kaspi, Xəzərlilər və
Kuyaba (kumanlar?) düzbucaqlı xəritədə"
adlı məqaləsində
göstərilir ki, həmin kitabda 17 xəritə izahlı şəkildə ("Yerin
təsviri") verilmişdir.
Həmin xəritələrin
izahında "Möcüzələr
kitabı"nda
Mühammad ibn
Musa əl-Xarəzminin (783-850) "Yerin şəkilləri kitabı"nda
digər kartoqrafların
("Hikmət evi"
alimlərinin xəlifə
əl-Məmun üçün
işlədikləri əsərlərdəki)
məlumatlarından da
istifadə edilmişdir.
Məqalə müəllifi qeyd etmişdir ki, Xəzər dənizi hövzəsində,Qara dəniz
sahillərində, Van gölü
ətrafında, Dəclə
və Fərat çayları hövzəsində
olan dövlətlər
və xalqlar barədə ərəb dünyası alimlərinin
xəritələrində zəngin
bilgilər verilmiş,
hətta yaşayış
məntəqələrinin adları, dağ-yayla toponimlərinə geniş
yer verilmişdir. Nümunə
kimi göstərilən
bir çox xəritələrdə "çox
təəssüf ki"
uydurma Ermənistan və hay qəbilə-tayfa
sürüsünün ünvanına
yer verilməmişdir.
Amma, erməni müəllifləri
həyasızcasına özləri
kimi qondarma erməni toponimlərinin orta əsrlərin hətta ərəb alimlərinin əsərlərinə
də köçürməkdən
usanmamışlar (utanmamışlar).
"Xəzər" almanaxının 2016-cı ildə
nəşr edilən
14-cü cilddə T.M.Kalininanın
"Xəzər xaqanının
II Yustiniana məktubu"
məqaləsində bu
xaqanlığın (650-969) sərhədləri hüdudunda
ictimai-siyasi vəziyyət,
qonşuluq münasibətlərinin
yaradılması və
inkişafı ilə
bağlı səmimi
mühasibətlərin yaradılması
zəruriliyi arzulanmışdır.
Yenə də, qonşuların adları sırasında Ermənistan və ermənilər barədə
xatırlanmaya rast gəlinməyib. Xəzər xaqanlığının
xəritəsində də
bu yer adları
olmamışdır. Bir cəhəti
də vurğulamaq lazımdır ki, orta əsrlər dövrünün ərəb
və türk dünyası alimləri coğrafiya, tarix əsərlərini yazarkən,
xəritə materiallarını
işləyərkən etibarlı
mənbə kimi həm də yunan-Bizans mütəfəkkirlərinin
əsərlərinə istinad
etmişlər.
Erməni
müəlliflərinin müsəlman-İslam
dünyasının coğrafiyaşünaslarına
istinad etdikləri mənbələrin əksəriyyəti
ərəb dünyasının
alimlərinin əsərləri
(onların həvəslə
işlətdikləri "İslam atlası"
termini altında)
olmuşdur.
Onların içərisində əl-İdrisinin
kitabı və xəritəsi xüsusilə
vurğulanır. Bu müəllif Siciliya adasında doğulmuş,
İspaniya-ərəb Kordovasında
təhsil almış
və Fransa, İngiltərə, Mərakeş,
İtaliya ölkələrinin
və Kiçik Asiya (Anadolu) ərazilərinə səyahət
etmiş, Siciliya hökmdarə II Rocerin
(1093-1154) təklifi ilə
onun saray kitabxanasını dəyərli
kitabları ("Ölkələri
gəzməkdən yorulmuşun əyləncəsi ") və
70-ə qədər xəritələri
ilə zənginləşdirmişdir.
Bu xəritələr hazırda Böyük Britaniyada, London şəhər
kitabxanasında saxlanılır.
Həmin xəritələrin
tərtibində qədim
yunan alimi K.Ptolomeyin
(90-175) xəritəsindən mənbə kimi istifadə olunmuşdur, hansı ki, eramızın əvvəllərində də "Ermənistan", "Ermənistan
dağlıq yaylası"
toponimi olmadığı
kimi, əl-İdrisinin
xəritəsində də
əsasən Aralıq
dənizi hövzəsi
ölkələri və
Ərəbistan yarımadası
haqqında qeydlər edilmişdir. Siciliyalı müsəlman alimi-səyyahı
əsaən Yerin kürə formasında olması ideyasını əsaslandırmış, iqlim
qurşaqlarının təsvirini
vermiş, dənizsahili
ölkələrin təbiəti,
coğrafi mövqeyi və əhalisi haqqında eşitdiyi və gördüyü bilgiləri vermişdir.
Hay-daşnak sürüsünün
iddia etdiyi kimi Əl-İdrisi
"Böyük Ermənistan",
"Kiçik Ermənistan",
"Ermənistanın qalan
hissəsi" terminlərindən
xəritəsində istifadə
etməyib, çünki
o, inzibati-ərazi baxımından
xəritədə heç
bir qeyd aparmayıb, yalnız Aralıq dənizi, Pireney, Kiçik Asiya, Ərəbistan yarımadaları
və Afrikanın şimal hissəsi (Liviya) ərazilərini xəritəsində
göstərmişdir.
Daşnak hayların istinad etdikləri müsəlman-türk mənbələrindən biri də əl-İstaxrinin "Səyahətlər və ölkələr" kitabıdır. O, coğrafi istinad kimi görkəmli alim Əbu Zeyd əl-Bəlxinin 919-cu ildə yazılmış əsərlərini (əsasən "Vilayətlərin təsviri" kitabını) götürmüş, özünün İran. Ərəbistan, Suriya, Misir ölkələrinə səyahəti zamanı əldə etdiyi məlumatlarla zənginləşdirmişdir. Qeydərində əsasən keçdiyi ərazilərdə yerləşən şəhərlər, onların təbiəti və əhalisi, təsərrüfatı və iqlimi barədə söyləmələri üstünlük təşkil edir. "İslam atlası" toplusuna daxil edilən Əl-İstaxrinin kartoqrafik təsvirlərində yalnız müsəlman-türk dünyasının ölkələri göstərilmişdir. Digər səyyah və alimin - ibn-Xaykalın əsəri isə Orta Asiyada yaşayan tayfaların (əsaən quzzların) məskunlaşdıqları əraziləri təsvirinə əsaslanmış, "böyük" və "kiçik" Ermənistan barədə heç bir məlumata yol verilməyib.
Göründüyü kimi, başda hay kilsəsi olmaqla mənfur ermənilər bütün iftira və yalanlara əl ataraq uydurma coğrafi məkanlarına dövlət adı verməyə cəhd göstərmələri yolunda bütün alçaq vasitələrə əl atmaqdan utanmır və usanmırlar.
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2019.- 30 aprel- 1 may.-
S.12.