Oğuzlar və Türk kimliyi

 

əvvəli ötən sayımızda

 

Oğuzlar haqqında əski yunan tarixçisi Ptolomey (b.e.-nın 160-170-ci illəri) qeyd edir ki,

oğuz-oqur adı ilə məşhur olan türklər Beş Oğuz, Altı Oğuz, Doqquz Oğuz, On Oğuz və

Otuz Oğuz adı ilə tanınırdılar. Oğuzlar və Oqurlar arasında "z" və "r" hərflərinin

yerdəyişməsi sadəcə dialektlə bağlıdır. Bu heç də onların fərqli etnos olduqları demək

deyildir.

 Ptolomeyin də etiraf etdiyi kimi, indiki Qara dəniz, Balkan, Karpat dağlarının

ətəkləri, Dunay çayı vadiləri, Don və Volqa çayları ətrafında yaşayan Oğuzlar ilkin

ortaçağ dönəmində həmin bölgələrdə siyasi, hərbi-inzibati və dövlətçilik baxımından

dominant gücə sahib olmuşlar. Tarixi qaynaqlarda da qeyd olunduğu kimi, Doğu və

Güney Sibir boyunda çox zaman əsas güc sahibi kimak türkləri idi. Onların əsas güc

mərkəzi isə İrtış çayının orta hövzəsi sayılırdı. Ərəb coğrafiyaçısı Məhəmməd əl

Müqəddəsi qeyd edir ki:

X yüzillikdə Sabran, Şaqlcan mərkəzlərindən başlamış Sırdərya çayının hövzəsinə qədər

olan ərazidə hakim olan oğuzlar Ak İdil çayının sınırlarında kimaklarla strateji müttəfiq

idilər. Kimaklar "Kırkızxan" adı ilə də tanınırlar. Onlar Kanqlı boyu və oğuzlarla birlikdə

hərbi-siyasi güc ortaqlığına malikdirlər. Kimaklar kıpçak, bolqar və imek dialektlərində

danışan türk boyu olaraq oğuzlarla hər zaman qarşılıqlı anlaşma sürəcində yaşamağa

üstünlük verirlər. Bunun da əsas səbəblərindən biri kimakların yaşadıqları bölgələrdə qış

mövsümünün olduqca sərt keçməsiydi, onlar heyvan sürülərini oğuzlara aid qışlaq

ərazisində saxlamağa məcbur idilər. Kimakların qoyun sürüləri və at ilxılarının qış

mövsümündə əsasən Ak Taq (ok taq, yəni ağ dağ) bölgəsində bəslənmələri iki eyni

kökdən olan boylar arasında dostluq əlaqələrini gücləndirirdi.

Oğuzların Sibir və Altayda yaşayan türk toplumlarının əcdadı olduğunu bu gün isbat

etmək o qədər də çətin deyil. Orok, Udegey, Oroç, Ulçi, Tofalar, Dolqan, Saka (Yakut),

Tuva, Çulım, Şor, Xakas, Altay, Telengit, Kumandi, Çelkan, Tubalar, Teleut, Barabin

türklərinə məxsus olan kurqan abidələri, etnoqrafik sənədlər, xalq inancları, təbiətlə

bağlı kultlar ən böyük faktlardan biridir. Altaydakı Çulışman çayının sahilindəki

Başkavuz, Aktura, Toto, Volqa çayının sahillərindəki İlmo, İvol bölgəsində, Baykal

gölü və əski Selenqa şəhəri arasındakı hövzədəki kurqanlarda tapılan abidələrin

hamısında təsvir olunan mövzular oğuz boylarına məxsus olan inanc kultu, mifoloji

baxışlarla eynilik tam təşkil edir.

Tarixi qaynaqlarda indiki Qazaxıstanın İrgiz bölgəsindən başlamış Ural dağlarının

ətəkləri, Embe (indiki Omba), Yil bölgələri daxil olmaqla Türküstanın Aral dənizi və

Xəzər dənizi, eləcə də Çuy vadisi, Karpat dağlarının ətəkləri boyunca bizim eranın

başlanğıcında IX yüzilin sonları və X yüzilin başlanğıcında mərkəzi Yanqikent olmaqla

Oğuz Xaqanlığı dövləti mövcud olmuşdur. Bu dövlətin təməlində oğuz, kimak və

kıpçak boyları dayanmışlar. Bu günün özündə belə, Qazaxıstanın batı bölgələrinə

Oğuz Çölü deyə müraciət edilir. İlkin Ortaçağ ərəb qaynaqlarında "Məfəzət əl-quzz",

yəni Oğuz Çölü dedikdə məhz bu ərazilər nəzərdə tutulur. Oğuz Xaqanlığı dövləti

karvan yollarının üzərində yarandığı üçün, Batıda Xəzər Xaqanlığı, Volqaboyundakı

Bulqar, doğuda Karaxanlılar kimi Türk dövlətləri ilə uzlaşma siyasətini aparıb. 985-ci

ildən başlayaraq, mərkəzi Xarəzm olmaqla, bütün Türküstan, daha sonra, Xorasan

bölgəsini əhatə edib. Beləliklə, Oğuz Xaqanlığının coğrafi idarəetmə arealı da

genişlənmişdi. Oğuz Xaqanlığı Şamxal idarəetmə sistemini tətbiq etmişdi. Hər bir

bölgənin ayrıca Şamxalı var idi. Belə idarəetmə tətbiq olunan dövlət quruluşu həm də

Türk demokratizmi ilə müşayiət olunurdu. Oğuz Xaqanlığının dövlət demokratizmi

Doğu Avropa, özəlliklə də Dəşti-Kıpçak boyunca yerləşən ərazilərə də təsir dairəsini

artırmışdır. Buna Cabqu idarəetmə sistemi də deyilirdi.

1219-cu ildə Güney Sibir bölgəsinin İrtış çayının vadiləri boyunca yaranan Kimak

(İmak) adlandırılan türk dövləti Oğuz Xaqanlığı, Saman və Karluk dövlətləri ilə strateji

müttəfiqlik əsasında fəaliyyət göstərisdi. Mərkəzi Asiya və Mərkəzi Avropa boyunca

çox böyük coğrafi məkanda türklərə məxsus dövlətlər faktiki olaraq, IX-XII

yüzilliklərdə renesans çağını yaşayırdılar. Bu dönəmdə Mərkəzi Avropa daha çox Dəşti

Kıpçak adı ilə tanınırdı. Bu dövlətin mərkəzi Sıqnak şəhəri olmaqla, Altay-Sibir,

Uralboyu və indiki Qazaxıstan ərazisində yaşayan bütün türk boyları arasında böyük

bir uzlaşma siyasəti bərqərar olmuşdu. Beləliklə, Dunay çayının çevrəsindəki vadilər

daxil olmaqla Balkanlara kimi türklər bu ərazilərin hakimi idi. Təbii ki, yerli

idarəetmə strukturlarında başlıca dominant rolu oğuzlar və kıpçaklar oynayırdılar. Bu

günün özündə belə, həmin ərazilərdə yaşayan türk toplumlarının mənşəyi həmin tarixi

gerçəklikləri təsdiq edir. Qaqouz, Krım, Qaraçay, Balkar, Volqaboyu Tatar və Qazaxlar,

Noqay, Başkort, Karakalpak, Özbək, Qırğız, Macar türklərinin mənşəyi bu tarixi

komponentlərin varisi kimi mövcuddurlar.

Tatarıstanın başkəndi Kazanda ünlü tatar tarixçisi və etnoqraf alimi Mirfateh Zakievin

1995-ci ildə işıq üzü görən Tatarların etnik mənşəyi kitabının 12-37-ci səhifələrindəki ilk

paraqrafda belə qeyd olunur:

Tarixdə skif və ya sarmat adlanan toplumların dili, mənşəyi türk kökənli olmuşdur.

HindAvropa siyasəti nəzəriyyəsinin və ideologiyasının daşıyıcıları olanlar çox təəssüf ki,

skifləri və sarmatları uzun müddət "Hind-Avropa mənşəli" hesab ediblər. Skif-sarmat

kültürü Ural-İdel boyunca yaşayan Türk toplumlarının həm əski, həm də çağdaş

kültürləri ilə eyni ortaq dəyərləri paylaşır. Təbii ki, burada əsasən Ural-Altay,

KıpçakOğuz və Fin-Uqor kültürü - üç yöndə skif-sarmat kültürünün aparıcı ünsürü kimi

mövcuddur. Bizim eranın IV-VIII yüzilliklərinə bağlı olan Mərkəzi Volqa və Ural, eləcə də

Quzey Qafqaz və Qara Dəniz kıyıları boyunca mövcud olan skif-sarmat kültürü bu günün

özündə belə, həmin ərazilərdə yaşayan türk topluluqlarının aparıcı kültürü olmaqda

davam edir.

Tarixdə macar, macqarax, mojar, mişar və moçar adı ilə tanınan türk toplumlarının

haqqında Avropa qaynaqları, onların əski skif-sartmat boyundan olduqlarını qeyd

edirlər. Həmin mənbələr bunu da bildirir ki, həmin toplumlar türkcə danışırlar. Demək

olar ki, IX-X yüzilliklərdə Avropa səyyahlarının bütün əsərlərində bu fakt xüsusilə

qeyd edilib. Bu gün macar adı ilə tanınan toplumun haqqında yazılan qaynaqlarda o

da qeyd olunur ki, VI-VIII yüzilliklərdə madyar adı altında onlar oğuzların bir qolu

kimi fəaliyyət göstəriblər. Məşhur macar alimi İmre Erdey 1961-ci ildə yazdığı Böyük

Macarıstan kitabında belə qeyd edir:

Ural dağlarının ətəkləri və Volqa çayının kıyıları boyunca yaşayan macarlar, həm də

madyar adı ilə tanınırdılar. Əski kitablarda madyar, başkort və mişar türklərinin dili ortaq

idi. Özəlliklə, Aşağı Kama və Ak Kama çayları aralığında bu üç toplum hər zaman ortaq

siyasət aparırdılar (səh. 307-320).

Məşhur tatar arxeoloqu və etnoqraf alimi Eldar Xalikovun 1976-cı ildə nəşr etdirdiyi

Böyük Tiqan və 1987-ci ildə çap olunan Macarlar ekspedisiya əsərlərində yazır:

Kama çayının sahilləri boyunca yerləşən Böyük Tiqan və Kuşnar abidələrində üzə çıxan

maddi-mədəniyyət abidələri bir-birini tamamlayan ən böyük dəlildir. Bu iki mədəni abidə

əski skif-sarmat kültüründən madyar-macar, madyar-başkort, madyar-tatar kültür

birliyinə qədər bütün dəlilləri ortaya qoyur. VIII-IX yüzilliklərə aid olan bu abidələr

ortaçağ tarixi və kültürünü araşdırmaq üçün çox mühüm göstəricilərdir. Həmin mədəni

qatlar bu gün də həmin xalqların milli kültüründə yaşamaqda davam edir.

1701-ci ildə Almaniya, Fransa, Hollandiya, İngiltərə, Avstriya, Polşa, İsveç və digər

Avropa dövlətlərinin hərbi, siyasi, mədəni, iqtisadi və digər yardımları ilə I Pyotr ilk

dəfə olaraq türklərə məxsus olan tarixi ərazilərin amansızcasına və qəddarcasına

işğalına başladı. Bundan öncə 1552-ci ildə Çar İvan Qroznı da Avropanın dəstəyi ilə bu

siyasəti gündəmə gətirmişdi. Öz çağına görə ən müasir və modern silahlarla təchiz

edilmiş rus ordusu Dunay çayının sahillərindən başlamış Sakit Okeanın sahillərinə

kimi çox geniş bir ərazinin işğalına başladı. Bu proses 1920-ci ilə kimi davam etdi.

Avropanın əsas məqsədi Ural, Sibir, Qafqaz, Türküstan və Dunay boyunca təbii

sərvətləri vəhşicəsinə yağmalamaq idi. Bütün bunlarla yanaşı Rusiya özünün işğalçılıq

siyasətinə hüquqi don geyindirmək üçün həmin bölgələrin "Hind-Avropa" kültürü

nəzəriyyəsini irəli sürdü. Özəlliklə skif-sarmat siyasəti üzərində formalaşdırılan bu

elmi konseptə görə, guya bu toplumlar "İran-Hind mənşəli" olublar. Keçmiş Sovetlər

Birliyi dönəmində də İosif Stalin tərəfindən bu siyasət uzun müddət davam etdirildi.

Faktiki olaraq bütün elmi araşdırmalar bu siyasətə tabe etdirilmişdi. Hətta qədim tarixi

salnamələr belə inkar edilirdi və ya onların tərcüməsində xüsusi "düzəliş"lər

olunurdu. Bəzi "vicdanlı" alimlər, xüsusilə alman mənşəli Ziqfrid Bayer, fərqli

konteksdə çıxış etməyə qərar verdi: guya skif-sarmat toplumlarının Orta Asiyadan

gəlmə və yerli toplumların isə slavyan olduqlarını irəli sürməyə başladılar. V. Tatişev,

M. Lomonosov, A. Heydarxt, N. Karamzin, B. Nibur, K. Tseyss, E. Eyxvlad, K.

Noymann, P. Şafarik, K. Mülllenxoff, A. Dovatur, L. Elnitskiy, V. Abaev, V. Miller, F.

Simokatt və elm aləmində at oynadan digər "akademiklər" bütün əsərlərində

sarmatskif mənşəyinin türklərə söykəmli olduğunu qətiyyətlə inkar edirdilər. İlk dəfə olaraq

Azov dənizinin sahilləri boyunca yerləşən Kolak və Tarğıtay kurqanları bu elmi

müddəanı tamamilə darmadağın etmiş oldu. Hər iki kurqandan üzə çıxan skif-sarmat

kültürünün Avar Xaqanlığı çağına və türk kültürünə bağlı olması 1552-ci ildən

başlayan və 1957-ci ilə kimi davam edən Avropa-Rusiya elmi ehtimallarının nə qədər

ziyanlı olduğunu isbat etdi. VII yüzillikdə yaşamış əski yunan tarixçisi Feofilakt

Simokattın Avar Xaqanlığı ilə bağlı yazdığı tarixi salnamə isə bu siyasətin üstündən

birdəfəlik xətt çəkdi.

568-ci ildə yaşamış Bizans tarixçisi Menandr Polien tərəfindən yazılmış tarixi

salnamədə belə yazılır:

Avar Xaqanlığının başında duran Tarğıtay öz öncəgörmə üzrə müşaviri Bayanı Qara

dəniz sahilləri boyunca yaşayan skiflərlə görüşə göndərdi. Bu iki toplum Ural və İtil

boyunca yaşayan toplumların dillərində danışırdılar. Beləliklə, Azov dənizi və Qara dəniz

arasındakı Apaksay, Aksoy, Paksoy Kolaksay, Lipoksay və Köksoy bölgələrində Tarğıtay

əmin-amanlıq yarada bildi.

1972-ci ildə Moskvada Heredotun əsərlərinin IV-cü cildinin 5-ci səhifəsində qeyd

olunur ki, saklar indiki Dunay çayı, Azov və Qara dənizləri boyunca ərazilərdə yaşayış

məskənilərinə ad verdiklərində sözün sonuna sak sözünü də əlavə edərdilər.

İlk dəfə mənşəcə çuvaş türkü olan V.Latışev skif-sarmat toplumlarının türk kökənli

olduğunu elmi müddəa şəklində irəli sürdü. Onun 1893-cü ildə dərc olunan "Sak,

saqay və sarmatlar" adlı kitabı uzun illər Rusiya və sonra isə Sovetlər Birliyi tərəfindən

yasaq edildi. V.Latışev adı çəkilən əsərinin I Buraxılışının 265-ci səhifəsində belə yazır:

 

ardı var

 

Cahandar Bayoğlu

 

Olaylar.- 2019.- 17-19 avqust.- S.6.