Oğuzlar və Türk
kimliyi
əvvəli ötən sayımızda
"Sak", "saqdaq" və
"saqay" sözləri bir etnonim kimi türk sözləridir
və onlar daha çox
Altay-Yenisey aralığında
yaşayan türklərin dillərinin qrammatik şərtlərinə
uyğun gəlir.
Bu
sözləri saka (yakut), xakas türklərinin
etnonimi kimi də qəbul etmək lazımdır.
"Saka"
sözünün əsas dominant fəlsəfi anlamı maral
kültürü ilə bağlıdır. Türk dillərinin
strukturundakı affiksə, eləcə də dilin alliterasiyasına
görə, bəzən "sakadar" deyimi də
mövcuddur. "Sakadar", əslində
"sakalar" deməkdir. Balkar türkləri
"lar" və "lər"
şəkilçilərini çox zaman "dar" və ya
"dər" şəklində ifadə edirlər. Bu
deyiliş formasını saka,
altay,
şor və telengit türklərində də müşahidə
etmək heç də çətin deyil.
Balkar
türklərinin ünlü etnoqraf və folklorçu alimi
İsmayıl Miziyevin yazdığı
"Qaraçay-Balkar
türklərinin mənşəyi haqqında bir neçə
söz" elmi məqaləsində belə
qeyd
olunur:
Qədim
yunan tarixçiləri tərəfindən skif-sarmat türklərinə
məxsus olan epos ədəbiyyatı
zorla
yunanlaşdırılsa da, obrazların adları dəyişdirilsə
də, baş verən hadisələr, haqqında
bəhs
edilən mövzular özünün məzmununa görə,
nə avropalıların, nə də yunanların digər
ədəbi əsərlərində öz strukturuna görə təkrar
olunmur. Heredotun 1972-ci ildə dərc olunan
əsərlərinin IV cildinin 8, 9 və 10-cu
bölümlərində Heraklla bağlı bəhs edilən
rəvayətlərə
aydınlıq gətirilmişdir. "Herakl" türk dilində
"Jirakl-Yirakl", yəni "yerin ağlı"
anlamını
verir. Bu bütün türk qəhrəmanlıq
eposlarında "bahadır" mənasını verir.
Onun oğlunun
adı
yunanca tərcümə edilərək Aqafirs və ya Aqadiros
adlandırılsa da, sözün hərfi mənası
"Həyat Ağacı" deməkdir. Belə bir inanc kultu isə
qədim çağlardan bu günə kimi ancaq,
türk
toplumlarında mövcuddur. Buradan belə çıxır ki,
Herakl əslində skif-sarmat
toplumlarının eposunun qəhrəmanı olub.
Məşhur
çuvaş türkoloq alimi L. Elnitskiy 1977-ci ildə dərc
etdirdiyi Asguz-İskuz-İşquz
kitabının 25-ci səhifəsində qeyd edir ki:
Skiflərin
adının belə yazılmasının əsas mənası
bu adın əski yunanca transkripsiyası kimi
başa
düşülməsidir. As-aş və
ğuz-oğuz adı isə skiflərin türk kökənli
olması ilə əlaqəlidir.
Çünki
əski yunanlar başqa dillərdən alınma sözləri
öz dillərinin transkripsiyasına
uyğunlaşdırmağı üstün hesab edərdilər.
"Skif" sözünü oğuz kimi ifadə etdikdə,
bunun
mənası "hər şeyə qadir insan" deməkdir. Yunan,
eləcə də Hind-Avropa dillərinin heç
birində bu sözün nə qədim, nə də
çağdaş mənada anlamı yoxdur. "Skif"
sözünün gerçək
üzü isə rəngarəngdir, skıtı-skıt-skit
formalarının çoxçalarlı anlamları var.
V.
Latışevin 1896-cı ildə dərc olunmuş
seçilmiş əsərlərinin I
buraxılışının II cildinin 185-
ci səhifəsində
Qafqaz sözünün etimoloji anlamı belə qeyd olunub:
Qafqaz sözü əski türklərdə Kukas kimi ifadə
edilib. Burada sözün ilk hecası "kau"dur.
Türk dillərində isə bunun mənası boz-sarı-ağ
rənglərinin birgə çaları kimi başa
düşülür.
Kıuçak-kıfçak-kıpçak-kıu-kiji
kimi anlamların etimoloji mənalarını ifadə etmək
mümkündür, burada sözün əsas dominantlığını təşkil
edən "kıu" kəlməsidir, mənası isə
qaz deməkdir.
Qədim
yunan qaynaqlarında isə qeyd olunur ki, "Qafqaz"
sözü skiflərdə "Kroukas" kimi
ifadə
edilib, yəni "qayalıqlarla dolu olan dağlar". Altay
türkcəsində işlədilən "kaskak" ,
yəni
"kad-kaz" ifadəsi də "qayalıq məkan"
deməkdir. Skif mifologiyasında Tabiti - evin
ocaq kimi
qəbul edilməsi, onun özünə məxsus
Tanrısının olması düşüncəsi hər
zaman
hakim
olmuşdur. Onun ətrafında isə, Babay (Ulu Baba), Api (Torpaq, dağ), Uran (Göy,
səma),
və Pont (Dəniz, su) anlamları bütünləşib.
Məşhur
türkoloq alim M. Zəkiev 1986-cı ildə dərc edilmiş
Ulu Ana əsərinin 27-ci
səhifəsində yazır ki, "Ebi" sözü əski
skiflərdə həm də mifoloji anlam kimi
dərəyləndirilirdi. Bu sözün mifoloji anlamı
türk dillərində 6-8 min öncə işlədilib və
bunu əski
kurqan maddi-mədəniyyəti abidələrində görmək
mümkündür. Bizim eranın
IV-VII
yüzilliklərinə aid olan abidələrdə və
yazılarda da həmin mifoloji izlər
yetərincədir. Daha sonra isə Hun İmperiyasının əsas
simvollarından biri kimi ona rast
gəlinir. 1854-cü ildə rus etnoqrafı R. Latama "Skiflərin
türk kökənli olmasını sübut
etməyə ehtiyac yoxdur" əsərinin 45-ci səhifəsində
yazırdı:
Kimmer, skif və sarmatlar əslində sakalardır. Onlar tarixin sonrakı dönəmlərində
FinUqor və Oğuz
boyları kimi formalaşıblar. Doğu Avropa, Sibir və
Türküstan torpaqlarında
mövcud
olan qədim mədəniyyət və tarix bu iki türk boyuna
məxsusdur. Skiflərə məxsus
olan
etnoloji, mifoloji və linqvistik izlər bu günün
özündə belə qorunub saxlanılır. Bunu
Fin-Uqor və Oğuzlara aid olan toplumların mədəniyyətində
görmək mümkündür.
Məşhur
balkar və qaraçay alimlərindən İ. Miziyev və K.
Laypanovun 1993-cü ildə birgə
yazdıqları Alanlar: Onlar kimdirlər kitabının 97-113-cü səhifələrində
qeyd edilir ki, Alan
İmperiyasının etnik kimliyini araşdırmaq
üçün hər hansı hipotezə ehtiyac yoxdur. Hun
İmperiyasının
çöküşündən sonra qısa bir zamanda
onların yerini Alan İmperiyası
tutdu. IV
yüzillikdən başlayaraq, Hun, onun ardınca isə Alan
imperiyalarının bir ucu
Ural, Volqaboyu və Doğu Avropanın əraziləri
olub.
Alanların dili isə kuman (oğuz)-
kıpçak dil ailəsinin qovuşuğu kimi mövcud idi.
Çağdaş qaqauz, balkar, kumuk,
qaraçay, balkar və Krım türklərinin dil strukturu da məhz
həmin prinsipə əsasən
formalaşıb.
Saka (yakut) Türklərinin inancına görə,
onların əcdadları skiflər olub. Skiflərdə olan
mistik
inanc kultu eynilə bugünkü sakaların mədəniyyətində
qorunub saxlanılır. Saka
türklərində də "saka-skit"
sözünün mənası
"döyüşçü" deməkdir. Saka (yakut) dilinin
marfologiyası" üzrə 1955-ci ildə elmi iş yazaraq elmlər
doktoru adını almış V.V.
Filippov həmin
əsərində belə qeyd edir:
"Saka
(yakut) dili özünün qrammatik quruluşuna görə,
türk dillərinin daha çox oğuz dil
ailəsinə yaxındır. Sibir boyunda dil baxımından digər
türk toplumlarından fərqli olaraq
təkcə saka türkləri oğuzlarla dil və qrammatik
baxımdan çox yaxındırlar.
Bu məşhur
dilçi-türkoloq alim saka ata sözlərindən biri kimi
bunu da qeyd etməyi
unutmamışdır:
"Oqus
bu olan aan doyduqa ayaataabıt uraanxay-saxalar bu bihiqi bu
baarbıt" (Həmin
Uranxay-Saxa, hansı ki, öküzlə bütün
dünyaya hökm edirdilər, bax onlar bizik, oğuzlarıq).
Məşhur
türkoloq Karjaubay Aydarov 1971-ci ildə yazdığı XII
yüzillikdə Moğolustandakı
Altay əsərinin
158-ci səhifəsində qeyd edir ki, Sibir, Altay və
Moğolustan ərazisində
yaşayan teleslərin tərkibində olan sun-uz, kıbır,
tuba, kurıkan, telenget, buqu, bayırku,
tonqra,
kun, sıqır, xasar, ayqır, ediz, baysi el birliklərinin mənşəyi
də zatən oğuzlara
daha
yaxındır. Bu tarixi izləri əski çağlardan izləməklə
daha aydın şəkildə isbatlamaq
mümkündür. Tele el birliyinin kökündə dayanan toquz-oğuz və
ya sekiz-oğuz inanclar
bu
gün də həmin el birlikləri arasında fərqli xalq
inanc hekayələri çərçivəsində
mümkündür.
Altaydan
olan dilçi alim Y. Zuev qeyd edir ki, oğuzlar bir zamanlar
Batıya doğru
böyük həcmdə köç etsələr də,
onların bir qismi hələ də öz tarixi torpaqlarında
yaşamaqda davam edirlər. Türküstanda yaşayan
oğuzları Altaylı hesab etmək daha
doğrudur. Teleut, telengit türklərinin etnonimləri
isə zatən oğuzlarla eynilik təşkil edir.
Altayda və Moğolustanda tele-oğuz deyimi həm də
tuvalılara şamil edilir. Özəlliklə
tuvalılar arasında syeyanto boyuna oğuz timsalında
baxılır. Bu gün Türküstanda
yaşayan türkmənlərin yemek, yomut və kimak
boylarının istifadə etdikləri damğa
kültürü Altay və Tuva türklərində eynilə, olduğu
kimi yaşamaqdadır.
Etnoqraf
alim İ. Stralenberq Altaydan Orta Asiyaya kimi əsərində
yazır ki,
qədim
sakların indiki varislərinə daha çox türk
toplumlarının oğuz boylarında rast gəlmək
mümkündür. Tarixi qaynaqlarda qeyd olunan "sakav",
"sakavı", "sakar", "saxqar",
"saka", "şaqla" adları əslində
indiki türkmənlər arasında daha çox
tanınmışdır. Hətta
bu
sözlərlə bağlı deyimlər, bir sıra inanclar
saka (yakut) torpaqlarına qədər uzanır.
Oğuz boylarından biri kimi çox məşhur olan
bayatlarla bağlı saka etnoqraf alimi A.
Savvin qeyd
edir ki, saka türklərinin olonxo xalq mahnılarından biri
"Saxa bayattar"
adlanır. "Bayat" sözünün saka türkcəsində
anlamı "kişinin bədənində yuxarıya
doğru
yüksələn ilahi enerji" deməkdir. Bu gün Sakanın (Yakutiya)
ünlü etnoqraf alimlərindən
biri olan
Q. Rumyantsev "Sakalar və etnoloji baxışların
kökləri" əsərində oğuzlarla
bağlı bu fikirləri qeyd edir: "Oğuzlarda "bəydili"
adlanan boy bizlərdə "bekdili"
şəklində işlədilir. XIII yüzillikdən bu yana
saka türklərinin dilini monqol və çin
ünsürləri ilə doldurmaq təşəbbüsləri ona görə
baş tutmamışdır ki, bizim dil daha çox
oğuz
dil ailəsinin ünsürlərini qoruya bilib. Saka türkləri
də Oğuzlar kimi Qartal inanc
kultuna
eyni dərəcədə dəyər verir. Sakadakı
naymanları bizlər tarixdə olduğu kimi, bu
gün
də "seqiz-oğuz" adlandırırıq. Biz buna əcdad kultu kimi dəyər veririk. Bu
gün hər
iki dil
arasında müəyyən problemlərin olmasının səbəbini
isə tunqus-mancur təsir
dairəsinin izlərində aramalıyıq".
Cahandar Bayoğlu
Olaylar.- 2019.- 20-21 avqust.- S.5.