Dövlətin
və xalqın maraqlarına xidmət edən islahatlar
Və vətəndaş məmnunluğu
Artıq bir neçə ildir ki. Azərbaycan uğurlu
islahatlar dövrünə qədəm qoyub. Həyatımızın
müxtəlif sahələrini əhatə edən bu islahatlar
hər şeydən əvvəl ölkəmizin hərtərəfli
inkişafına nail olmağa, eləcə də əhalinin
sosial rifah halının
yaxşılaşdırılmasına hesablanıb. Həyata keçirilən
islahatların böyük bir hissəsinin iqtisadi və sosial
sferaya aid olması da bunu təsdiqləyir.
İstənilən cəmiyyətdə atılan bu və
ya digər addım, həyata keçirilən tədbirlər,
görülən işlər birmənalı
qarşılanmadığı kimi, ötən illərdə
Azərbaycanda bir çox sahələri əhatə edən
islahatlara mnasibət də yekdil olmadı. Daha dəqiq desək ənənəvi
olaraq ölkənin, onun vətəndaşlarının
rifahı üçün atılan addımlara qara yaxmağa,
əldə edilən uğurlara öz pozuculuq əməlləri
ilə kölgə salmağa çalışan radikal siyasi
düşərgə dövlətin, dövlət
başçısının həyata keçirdiyi islahatlar
paketinə də siyasi don geydirməyə, onun məzmun və
mahiyyətini dəyişməyə
çalışdılar. Gah bu islahatların radikal siyasi düşərgənin
300-500 nəfərlik mitinqinin qorxusu, gah Qərbin təzyiqləri,
gah da hakimiyyət daxilində mövcud olan qarşıdurma ilə
əlaqələndirməyə çalışan radikal
siyasi düşərgədən fərqli olaraq isə Azərbaycan
xalqı, Azərbaycan vətəndaşı ona birmənalı
olaraq dəstək verdi. Çünki həyata
keçirilən islahatlar radikal siyasi düşərgənin
iddia etdiyi kimi hansısa situasiyadan irəli gəlmirdi. Bu yeni müasir dövrün
çağırışlarına uyğun idi. Eyni zamanda ölkənin iqtisadi qüdrətinin
yüksəlməsi və nəticədə artan gəlirlərimizdən
irəli gəlirdi.
İslahatların təməl daşı
Əslində 2016-cı ilin referendumu günümüzdə
həyata keçirilən islahatların anonsunu verirdi və
sözügedən ümumxalq səsverməsi gələcək
islahatların bazasını, təməl daşını təşkil
edirdi. Referendum nəticəsində ölkə
Konstitutsiyasına edilən dəyişikliklərlə Azərbaycanın
sosial dövlət olduğu dünyaya bəyan edilirdi. Bu
isə ilk növbədə sosial sahədə islahatların həyata
keçirilməsi zəruriliyini yaradırdı ki, elə Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyev də
həmin zərurədən çıxış edərək
sosial sahədə ciddi islahatlara start verdi.
2018-ci ildə keçirilən prezident seçkilərində
inamlı qələbəsindən sonra Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial
sahədə imzaladığı ilk və mhüm fərman
şəhid ailələrinə birdəfəlik ödəmənin
(11 min manat) verilməsi ilə bağlı oldu. 28 yanvar 2019-cu il tarixli fərman həmin ailələrin sosial
müdafiəsinin gücləndirilməsinə xidmət edən
mühüm addım idi. Fərmanda əlavə
olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid
polisin vərəsələrinə də birdəfəlik
ödəmə verilməsi nəzərədə tutulurdu.
Bununla da birdəfəlik ödəmələr
artıq 12268 şəhidin vərəsələrini əhatə
edirdi və ödəniləcək vəsaitin həcmi 135
milyon manata çatırdı.
Şəhid ailələrinə və müharibə əlillərinə,
Milli Qəhrəmanlara verilən təqaüdlərin,
müavinətlərin artırılması da ölkədə
həyata keçirilən uğurlu social islahatlar paketinə
aid idi. Bu qəbildən
olan insanlar üçün Azərbaycan Prezidentinin aylıq təqaüdünün
məbləği ötən dövrdə mütəmadi
olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün
1500 manata, şəhid ailələri üçün 242
manata, müharibə əlilləri üçün- I qrup
əlillər üçün 182 manata, II qrup əlillər
üçün 158 manata, III qrup əlillər
üçün 121 manata çatdırıldı.
Sosial islahatların tərkib
hissəsi
Dövlət başçısının ötən
müddət ərzində sosial sahədə həyata
keçirdiyi ən mühüm və radikal islahat problemli
kreditlərlə bağlı oldu və bununla bağlı
imzalanan fərman 800 min nəfəri əhatə etdi. Problemli kreditlərin həlli
bir daha təsdiq etdi ki,
həyata keçirilən tədbirlər Prezident
İlham Əliyevin apardığı sosial xarakterli
islahatların tərkib hissəsidir.
Bundan
başqa ölkədə minimum əmək haqqı, maaş və pensiyalar, digər təqaüdlərin
artırılması məqsədilə dövlət
başçısı tərəfindən imzalanan fərman və
sərəncamlar da Cənab İlham Əliyevin sosial sahədə
həyata keçirdiyi islahatların bir hissəsi idi. Azərbaycanda minimum pensiyanın 200 manat, minimum əmək
haqqının isə 250 manata çatdırılması əhalinin
sosial rifah halının
yaxşılaşdırılmasına xidmət edən
islahatlardan idi. Ümumiyyətlə, 2019-cu ilin əvvəlində
həyata keçirilən islahatlar belə demək
mümkünsə sosial paketlərin birinci mərhələsi
idi. Bu mərhələ
ümumilikdə 3 milyondan çox vətəndaşın həyatına
birbaşa təsir etdi.
Prezidentin sosial islahatlarla pararlel olaraq iqtisadi sahədə
həyata keçirdiyi islahatlar da mühüm əhəmiyyət
kəsb edirdi.
Dövlət başçısının sosial
sahə ilə pararlel olaraq iqtisadi sahədə həyata
keçirdiyi islahatlar da bu sahənin daha da inkişaf etdirilməsi
ilə yanaşı, indiyə qədər mövcud olan neqativ
halların aradan qaldırılmasına xidmət edirdi. İqtisadi islahatlarda biznes islahatlarına geniş yer
verilməsi də diqqətdən yayınmır. Bu
sırada vergi və gömrük islahatları, biznesə
başlama, tikinti icazələri, elektrikə qoşulma və
s. istiqamətlərdəki islahatları qeyd etmək yerinə
düşər. Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı Kompleksinin fəaliyyətə başlaması, Cənub
Qaz Dəhlizinin rəsmi açılışı, TANAP qaz kəmərinin
istismara verilməsi, regionun ən böyük külək
elektrik parkı "Yeni Yaşma" KEP-nin, Türkiyə tarixinin
ən böyük xarici sərmayəsi "Star" NEZ-in
açılışı və "Yaşıl Dəhliz"in
tətbiqi, eləcə də "SOCAR karbamid"in və
"Socar Polymer"in fəaliyyətə başlaması
iqtisadi sahədə həyata keçirilən islahatların
uğurlu nəticələri idi.
Aparılan
dərin islahatlar Azərbaycanın "Doing Business 2019"
hesabatında dünyanın ən çox islahat aparan ölkəsi
seçilməsi ilə nəticələndi ki, bununla da
ölkəmiz 190 dövlət arasında 25-ci yerdə qərarlaşdı.
İdarəetmədə təkmilləşdirməyə
yol açan struktur və kadr islahatları
Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham Əliyevin həyata keçirdiyi islahatların
növbəti mərhələsi isə kadr və struktur
islahatlarıdır. Əslində bu islahatlara da 2016-cı il
referendumundan sonra start verilmişdi. Birinci
vitse-prezidentlik postunun yaradılması, idarəetmə sisteminə
gənc və bacarıqlı, perspekrivli kadrların cəlb
edilməsi, bir-birini təkrarlayan, əlavə vəsaitərin
xərclənməsinə yol açan qurumların birləşdirilərək
daha optimal şəkildə fəaliyyət göstərməsi
kadr və struktur islahatları sahəsində atılan ən
mühüm addımlardan idi.
Gümümüzdə də
sözügedən islahatlar davam edir və öz müsbət
nəticələrini göstərməkdədir. Xüsusilə, dövlət
başçısının nisbətən yaşlı məmurları
gənc, perspekivli kadrlarla əvəzləməsi cəmiyyət
tərəfindən müsbət qarşılanır və
dövlət başçısınınn bu addımına
ictimai dəstək verilir. Ən son Sosial Tədqiqatlar
Mərkəzinin ölkə üzrə keçirdiyi rəy
sorğularının nəticələri də onu deməyə
əsas verir ki, Azərbaycan cəmiyyəti Prezident İlham
Əliyevin həyata keçirdiyi islahatlardan razıdır.
İslahatlara ictimai sektordan dəstək
Artıq elə bir mərhələyə qədəm
qoymuşuq ki, hər bir dövlət qurumu, hər bir vətəndaş
öz fəaliyyəti ilə Prezidentin həyata keçirdiyi
islahatlara dəstək verməli, həmin islahatları öz
fəaliyyətində tətbiq etməlidir. Bu mənada Azərbaycan
Parlamentinin dövlət başçısının həyata
keçirdiyi islahatlara dəstək məqsədilə
buraxılması və ölkədə həyata keçirilən
islahatlara cavab verə biləcək yeni qanunverici orqanın
formalaşması istiqamətində atılan addım təqdir
edilməlidir.
Nəzərə alsaq ki, ölkədə həyata
keçirilən bu və ya digər islahatlara ictimai sektor da
xüsusi nəzarət edir və islahatlar bu sektorun da
maraqlarına xidmət edir, o zaman qeyd etdiyimiz sektorda da
günün tələblərinə uyğun islahatların həyata
keçirilməsi qaçılmazdır. Qeyd etdiyimiz
kimi hər bir dövlət və özəl qurum, eləcə
də sıravi Azərbaycan vətəndaşı bu
islahatların daha səmərli olması üçün əlindən
gələni əsirgəməməlidir. Bu
mənada Azəbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövət Dəstəyi Şurasının
SƏLİS-Sürətli Əlaqələndirmə və
Layihə İdaretmə Sistemini tətbiq etməsini elə
islahatlara dəstək xarakterli hesab etmək olar. Əslində bu da Şuranın QHT sektorunda həyata
keçirmiş olduğu və ümumi maraqlara xidmət edən
bir islahatıdır. Təsadüfi deyil
ki, elə vətəndaş cəmiyyətinin nümayəndələri
də bu qənaətdədirlər.
SƏLİS-yeni
Azərbaycan brendi
Milli
Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf
Zeyni hesab edir ki, Cənab Prezidentin ölkədə həyata
keçirdiyi və həyatımızın bütün sahələrini
əhatə edən islahatlar paketinə hər bir qurum, hər
bir vətəndaş öz dəstəyini verməli, fəaliyyətində
bunu təsdiqləməlidir. Rauf Zeyni bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının tətbiq etdiyi
SƏLİS-Sürətli Əlaqələndirmə və
Layihə İdaretmə Sistemini də elə dövlət
başçısının islahatlar paketinə dəstək
xarakterli addım kimi qiymətləndirmək olar: "Prezident
yanında QHT Şurası dövlət
başçısının elektron hökumətin
inkişafı, dövlət qurumları tərəfindən
göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi
ilə əlaqədar imzaladığı fərman və sərəncamları
rəhbər tutaraq həyata keçirdiyi elektron xidmətlərin
keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini
şaxələndirmək, onları istifadəçilər
üçün daha rahat və əlçatan etmək
üçün elektron xidmətlər tətbiq etməyi hədəfləyib.
Bunlar arasında sürətli əlaqələndirməni
həyata keçirmək və bütün elektron xidmətləri
vahid bazada cəmləşdirmək üçün
yaradılan SƏLİS - Sürətli Əlaqələndirmə
və Layihə İdaretmə Sistemi xüsusilə əhəmiyyət
kəsb edir. Bu xidmətin xüsusi əhəmiyyətliliyi
ondadır ki, SƏLİS vasitəsilə Şura fəaliyyətində
şəffaflıq və aşkarlığı maksimum dərəcədə
təmin etmiş olur ki, bu da Cənab Prezident tərəfindən
hər bir dövlət qurumu, hər bir məmur və vətəndaş
qarşısında qoyulan əsas vəzifədir,
tapşırıqdır".
"Hilal"
Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov
isə hesab edir ki, "Azərbaycan
təcrübəsində Prezident yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının yaratdığı
SƏLIS-Sürətli Əlaqələndirmə və Layihələrin
İdaretmə Sistemi-təkcə Azərbaycan cəmiyyəti
deyil, eləcə də xarici aləm üçün bir
yenilikdir: "Düşünürəm ki, "ASAN Xidmət"
kimi SƏLİS-də bir Azərbaycan brendi olacaq və bu təcrübədən
yaxın və uzaq ölkələr yararlanmağa
çalışacaqlar. Bu tətbiqlə həm
QHT-lər bütün prosedurlardan elektron formada keçəcək,
həm də fəaliyyətlərində şəffaflıq
prinsipi ən yüksək səviyyədə təmin ediləcək.
SƏLİS həm də QHT-lərin həyata
keçirdiyi sənədləşmə işlərində
onlarla üçüncü şəxs arasında olan əlaqəni
də aradan qaldırmış olur. Düşünürəm
ki, bu da elektron xidmətlərdən istifadənin genişləndirilməsi,
onun daha da əlçatan olmasına hesablanıb". Təşkilat sədri onu da bildirib ki, QHT
Şurasının tətbiq etdiyi yeni sistem QHT-ləri daha məhsuldar
olmağa, onların elektron xidmətlərdən istifadə
etmək bacarıqlarının artırılmasına imkan
yaradacaq.
Göründüyü
kimi, 2016-cı il referendumundan sonra ölkədə
müxtəlif istiqamətlərdə həyata keçirilən
islahatlar həyatımızın bütün sahələrinə
təsir edir və öz müsbət nəticələrini
göstərir. Bu islahatların daha effektli və
daha çox nəticəli olması üçünsə hər
bir dövlət qurumu, hər bir vətəndaş ona dəstək
verməli, öz fəaliyyətində bunu tətbiq etməlidir.
Süleyman İsmayılbəyli
Yazı
"SƏLİS Jurnalist" müsabiqəsində iştirak
üçün nəzərdə tutulub
Olaylar.- 2019.- 3-4
dekabr. S. 12.