Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı tam mənada təmin olunur

 

Sevda Zülfüqarlı: "Kütləvi informasiya vasitələrinin ölkədə sərbəst şəkildə, müstəqil olaraq fəaliyyət göstərməsi üçün istənilən şərait yaradılır"

 

Azərbaycan müstəqil ölkə olaraq bütün demokratik prinsiplərə ən yüksək səviyyədə əməl edir, onların təmin olunması, inkişaf etdirilməsi istiqamətində əlindən gələni əsirgəmir. Demokratik cəmiyyətlərin diqqət etdiyi əsas prinisplərdən biri fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsidir ki, Azərbaycanda bu sahədə də vəziyyət kifayət qədər normaldır deyə bilərik. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsinin fəaliyyət göstərməsi, insanıara azad fikir, mövqe ortaya qoymaq üçün heç bir əngəlin yaradılmaması onu deməyə əsas verir ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı ən yüksək səviyyədə təmin olunur. Burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan dövləti, xüsusilə də dövlət başçısı Cənab İlham Əliyev bu prosesdə maraqlıdır və ölkə prezidenti hər zaman media, kütləvi informasiya vasitələrinin inkişaf etməsi, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi istiqamətində zəruri addımlar atır. Elə ictimai faəl, www.turksevdasi.org saytının bas redaktoru Sevda Zülfüqarlı da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Sevda Zülfüqarlı Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının vəziyyəti və bu istiqamətdə atılan müsbət addımlardan danışıb.

 

-Sevda xanım, bu gün Azəbaycanda medianın, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?. Azərbaycan mediası günümüzdə nə dərəcədə müstəqildir və ölkədə fikir, söz, məlumat və ifadə azadlığı təmin edilirmi?

 

-Bu suala cavab vermək üçün ilk növbədə fikir, söz, məlumat və ifadə azadlığının hansı meyarlarla ölçüldüyünə diqqət çəkmək lazımdır. Yəni, bu və ya digər ölkədə, götürək elə Azərbaycanda kütləvi informasiya vasitələrinin, mətbuatın durumu hansı vəziyyətdə olmalıdır ki, fikir, söz, məlumat və ifadə azadlığının təmin olunduğu qənaətinə gələk, belə bir fikir irəli sürək.

 

Hər hansı ölkədə fikir, s[z, ifadə və məlumat azadlığının təmin edildiyini söyləmək, belə bir qənaətə gəlmək üçün həmin ölkədə mətbuatın normal fəaliyyətinə yaradılan şəraitə diqqət yetirmək lazımdır. Əgər hər hansı ölkədə kütləvi informasiya vasitəsi təsis etmək, onun print və ya elektron formada işıq üzü görməsinə nail olmaq, təsis etdiyin kütləvi informasiya vasitəsində müstəqil şəkildə öz fikrini ifadə etmək, buna görə hansısa təzyiq, təqiblə üzləşməmək atmosferi mövcuddursa, o halda həmin ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edildiyi qənaətinə gəlmək olar. Yaxud bu və ya digər ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri sırasında həm iqtidar, həm müxalifət, eyni zamanda həm də müstəqil media qurumu mövcuddursa, deməli o, ölkədə yuxarıda qeyd etdiyimiz prinsip, fikir, söz, məlumat və ifadə azadlığı qorunur. Onu da qeyd etmək lazımdır ki, günümüzdə əksər demokratik cəmiyyətlərdə bu prinsiplərə xüsusi diqqət yetirilir və qeyd edilən prinsiplərin qorunmadığı ölkələr demokratik ölkə hesab edilmir.

 

İndi Azərbaycanda bu sahədə mövcud olan vəziyyətə diqqət yetirək. Görək, ölkəmizdə fikir, söz, məlumat və ifadə azadlığı nə dərəcədə qorunur? Yaxud ölkədə kütləvi informasiya vasitələrinin azad, müstəqil, heç bir basqı olmadan fəaliyyət göstərməsi üçün istənilən şərait yaradılırmı?. Birmənalı olaraq deyə bilərik ki, bəli, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı tam mənada təmin olunur və kütləvi informasiya vasitələrinin ölkədə sərbəst şəkildə, müstəqil olaraq fəaliyyət göstərməsi üçün istənilən şərait yaradılır. Bunu isbat etmək üçün bir neçə məqama diqqət edək. Bu gün Azərbaycanda dövlət qeydiyyatından keçmiş yüzlərlə kütləvi informasiya vasitəsi fəaliyyət göstərir.  Dövlət qeydiyyatından keçərək fəaliyyət göstərən kütləvi informasiya vasitələri sırasında iqtidar mediası ilə yanaşı müxalifət, müstəqil mətbu orqanları da fəaliyyət göstərir. Hər bir media qurumu öz fikrini, mövqeyini azad, müstəqil şəkildə ifadə etmək, onu cəmiyyətə çatdırmaq imkanlarına malikdir. Bu fəaliyyətə görə heç bir media qurumuna qarşı basqı, təzyiq edilmir. Yəni, günümüzdə Azərbaycanda media, kütləvi informasiya vasitələri sahəsində ortada olan mənzərə bundan ibarətdir.

 

-Bəs, belə olan halda hansı səbəbdən bir sıra beynəlxalq təşkilat və qurumlar, yaxud beynəlxalq qeyri-hökumət təşkilatları müntəzəm olaraq hazırladıqları hesabatlarında Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının pozulduğunu iddia edir, buna görə ölkəmizi öz hesabatlarında, reytinqlərində sonuncu yerlərdə göstərirlər?

 

-Əvvəla onu qeyd edim ki, həmin beynəlxalq təşkilat və qurumların hansı məqsədlərə, kimlərin maraqlarına, hansı qüvvələrin, hansı dairələrin sifarişləri əsasında fəaliyyət göstərdikləri, hesabat hazırladıqları hər kəsə bəllidir. Erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərib, radikal siyasi düşərgənin donosları, yalan, cəfəng məlumatları ilə hesabat hazırlayıb onu bir reallıq kimi cəmiyyətə, dünya ölkələrinə təqdim edən təşkilat və ya beynəlxalq qurumdan obyektivlik, dürüstlük gözləmək sadəlövhlük olardı. Freedom House, Human Rights Watch kimi təşkilatların "obyektiv", "qərəzsiz" fəaliyyətləri hər kəsə bəllidir. Ona görə də bu kimi təşkilatların hər hansı bir ölkədə, xüsusilə də Azərbaycandakı fikir, söz, məlumat və ifadə azadlığına qiymət verməsi, onu dəyərləndirməsi bir qədər absurd görünür. Əgər bir təşkilat öz fəaliyyətini erməni lobbisi maliyyəsi, hansısa dairələrin siyasi sifarişləri əsasında qurursa, həmin təşkilatın obyektiv mövqe ortaya qoyacağına, hazırladıqları hesabat və rəylərdə qərəzli olmayacağına nə dərəcədə inanmaq olar?. Təbii ki, inanmaq mümkün deyil. Adıçəkilən təşkilat və qurumların qeyd etdiyi kimi Azərbaycanda fikir, söz, məlumat vəı ifadə azadlığı necə pozulur, təmin edilmir ki, ölkəmizdə dövlət qeydiyyatından keçmiş yüzlərlə media qurumu, qəzet və jurnallar fəaliyyət göstərir. Yaxud Azərbaycanda azad söz, fikir ifadə etmək necə mümkün deyil ki, hər kəs təsis etdiyi qəzetdə, kütləvi informasiya vasitəsində istədiyi fikir yaza bilir, onu ictimailəşdirir. Və ya Azərbaycanda azad fikir, düşüncə necə pozulur, ona basqılar var ki, ölkəmizdə kütləvi informasiya vasitəsi təsis etmək deyərdim ki, əksər demokratik ölkələrdən fərqli olaraq kifayət qədər sadə və problemsizdir. Bu gün istənilən bir vətəndaş yalnız yazılı şəkildə xəbərdarlıq məktubu yazmaqla qəzet təsis edə bilir. Yaxud istənilən vətəndaş müəyyən məbləğdə ödəmə etməklə domen alıb informasiya saytı, elektron portal yarada bilir. Əgər adlarını qeyd etdiyiniz təşkilatların iddia etdiyi kimi Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı pozulsaydı, o halda bütün bu qeyd etdiklərimi həyata keçirmək mümkün olardı? Təbii ki, yox. Ona görə də istər Freedom House, istər Human Rights Watch, istərsə də digər beynəlxalq təşkilat və qurumların Azərbaycanı fikir, söz, ifadə və məlumat azadlığının pozulmaasında ittiham etməsi absurddur, obyektivlikdən çox-çox uzaqdır.

 

-Sevda xanım, sadaladığınız müsbət tendensiyaların mövcud olması, ölkədə çoxsaylı kütləvi informasiya vasitəsinin təsis edilməsini dövlətin, eyni zamanda dövlət başçısının bu sahəyə olan diqqət və qayğısı kimi dəyərləndirmək olarmı?

 

-Təbii ki, bu birmənalı olaraq belədir. Əgər dövlət, dövlət başçısı bu prosesdə, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsində maraqlı olmasa, o halda hazırda media sahəsində vəziyyət Azərbaycanda tamamilə başqa cür olardı. Ancaq bizim gördüyümüz mənzərə, reallıq ondan ibarətdir ki, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev özü şəxsən maraqlıdır və bu istiqamətdə zaman-zaman zəruri adımlar atır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan media siyasəti günümüzdə Cənab İlham Əliyev tərəfindən yeni mərhələyə, inkişaf dövrünə qədəm qoyur. Əgər ulu öndər Azərbaycan mediasını müstəqilliyimizin ilk illərində məhv olmaq, maddi sıxıntılardan fəaliyyətini dayandırmaq təhlükəsindən uzaqlaşdırdısa, Cənab Prezident İlham Əliyev isə ümummilli liderin siyasi xəttinə sadiq qalaraq kütləvi informasiya vasitələrini daha da inkişaf etdirdi, onlara normal şəraitdə fəaliyyət göstərmək üçün kifayət qədər imkanlar yaratdı.  Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illərdə qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını ləğv etməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondunun yaradılması, qəzetlərə birdəfəlik yardımların edilməsi, jurnalistlər üçün fəxri adların verilməsi, eləcə də ən mühüm addım kimi media işçilərinin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ilə jurnalistlər üçün yaşayış binalarının tikilməsi və heç bir qarşılıq olmadan həmin binaların mənzilə ehtiyacı olan jurnalistlərə verilməsi Azərbaycan Prezidentinin mətbuata diqqət və qayğısının aydın təzahürüdür. Sevindirici hal ondan ibarətdir ki, dövlət başçısı tərəfindən bu istiqamətdə atılan uğurlu və ölkə mediasının daha da inkişafına yönəlik  addımlar davam etdirilir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 3-4 dekabr. S. 15.