Azərbaycan fikir, söz azadlığı, siyasi pluralizm kimi demokratik prinsipləri yüksək səviyyədə təmin edir

 

Azərbaycan bu gün demokratik cəmiyyətin bir üzvü kimi sürətlə inkişaf edir. Ölkəmizin nail olduğu bu inkişaf dünya dövlətləri tərəfindən də diqqətlə və maraqla izlənməkdədir.

Ölkəmizin nail olduğu inkişaf, əldə etdiyi tərəqqi bütün istiqamətlərdə özünü göstərir desək yanılmarıq. Həm iqtisadi, həm sosial, həm də siyasi sahədə. Günümüzdə Azərbaycan elə bir mərhələyə qədəm qoyub ki, ölkədə aktiv siyasi mübarizə mühiti, atmosferi mövcuddur. Ölkədə aktov siyasi mübarizə mühitinin olmasını isə bir neçə səbəb şərtləndirir.

Birincisi, məlum olduğu kimi Azərbaycan iki seçki prosesi ərəfəsindədir. Bunlardan biri hazırda təbliğat və təşviqat prosesi davam edən bələdiyyə seçkiləri, digəri isə fevralın 9-dan rəsmən start veriləcək parlament seçkiləridir. İstər bələdiyyə seçkilərində kifayət qədər namizədin mübarizəyə qoşulması, istərsə də parlament seçkilərində iştirak etmək arzusunda olan xeyli sayda vətəndaşımızın öz mövqeyini ortaya qoyması belə deməyə əsas verir. Onu da qeyd etmək yerinə düşər ki, seçki mübarizəsinə qoşulmaq istəyində olan vətəndaşlarımızın mütləq əksəriyyəti ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların təmislçiləridir. Bu isə öz növbəsində Azərbaycanda əsas demokratik prinsiplərdən biri olan siyasi plüralizmin yüksək səviyyədə təmin olunması, onun qorunması, bu prinsipə əməl edilməsi deməkdir.  Diqqət edək, Azərbaycanda siyasi plüralizm başqa hansı istiqamətlərdə özünü göstərir.

Qeyd etdiyimiz kimi, bələdiyyə seçkilərində çoxlu sayda namizədin bu mübarizəyə qoşulması və onların da mütləq əksəriyyətinin müxtəlif siyasi partiyaları təmsil etməsi siyasi plüralizmin göstəricisi sayılır. Bir məqamı da qeyd etmək yerinə düşər ki, həmin namizədlər sırasında təkcə hakim partiya Yeni Azərbaycan Partiyası deyil, eləcə də müxalifət partiyalarının nümayəndələri də var. Özü də müxalifət partiyaları sırasında hakimiyyətə, iqtidara qarşı radikal mövqedə dayanan partiyaların nümayəndələri də seçki mübarizəsinə qoşulub ki, onlara da istər namizədliklərinin irəli sürülməsi, istər qeydə alınması, istərsə də təbliğat-təşviqat kampaniyası aparmasında heç bir problem yaradılmayıb. Bunun özü də elə Azərbaycanda siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunduğundan xəbər verir.

Azərbaycanda siyasi plüralizmin təmin olunduğu təkcə buya digər müxaliət partiyasının ölkədə keçirilən hansısa seçkilərdə iştirakı ilə ölçülmür. Siyasi plüralizm eyni zamanda ölkədə fəaliyyət göstərən siyasi partiyaların sayında da özünü göstərir. Məlumdur ki, Azərbaycanda hazırda onlarla siyasi partiya fəaliyyət göstərir. Həmin partiyalar arasında hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, iqtidaryönlü partiyalar, həmçinin müxalifət partiyaları da var.  Onu da qeyd etmək yerinə düşər ki, müxalifət partiyaları arasında da konsktruktivradikal yöndə fəaliyyət göstərən partiyalar var. Baxmayaraq radikal siyasi düşərgənin, bu düşərgədə təmsil olunan partiyaların əsas fəaliyyəti sivil siyasi mübarizə deyil, ölkədə gərginlik yaratmaq, qarşıdurma və xaosa yol açmaqdır, buna rəğmən hakimiyyət həmin siyasi partiyaların da mövcudluğuna heç bir halda maneçilik törətmir. Düzdür, həmin siyasi partiyalar istənilən halda ölkədə siyasi plüralizmin olmadığı, siyasi partiyalarictimai təşkilatlara öz fikrini, mövqeyini ortaya qoymaq, onu cəmiyyətə çatdırmaq üçün şərait yaradılmadığını iddia etsələr də, ancaq mövcud vəziyyət və reallıq tamamilə başqa şeydən xəbər verir. Reallıq, mövcud olan durum, vəziyyət ondan ibarətdir ki, hər hansı irad və iddiaların səsləndirilməsindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaictimai təşkilatlar üçün bərabər şərait, eyni imkanlar yaradılır. Özübu imkan və şərait yalnız seçki dövründə yaradılmır, yəni kampaniya xarakteri daşımır. Ənənəvi haldır.

Məsələn, hazırda Azərbaycan Parlamenti buraxılsa da, lakin beşinci çağırış Milli Məclisdə təmsil olunan millət vəkilləri arasında hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri ilə yanaşı, müxalifət partiyalarının nümayəndələri də vardı. Əminliklə demək olar ki, gələn il, fevral ayının 9-də ölkədə baş tutacaq növbədənkənar parlament seçkilərinin nəticələri olaraq da, qanunverici orqanda təmsil olunacaq siyasi partiyaların sayı və onların nümayəndələri artacaq. Çünki Azərbaycan dövləti və onun Prezidenti Cənab İlham Əliyevqanunverici orqanın daha da təkmilləşdirilməsi, onun inkişaf etməsi, müasir çağırışlarla ayaqlaşmasının marağındadır.

Qeyd etdiyimiz kimi, təkcə seçki dövründə deyil, eləcə də digər zaman kəsiyində də ölkədə siyasi plüralizmin təmin olunması üçün bütün zəruri addımlar atılır, lazımı tədbirlər həyata keçirilir. Məsələn, müxalifət partiyaları normal fəaliyyət göstərmək üçün qərargahlarla təmin edilir, onların sərbəst toplaşmaq azadlığı təmin olunur. Elə son bir neçə ay ərzində paytaxtın müxtəlif yerlərində müxalifət partiyalarının təşkil etdikləri etiraz aksiyaları da bunun əyani sübutudur.  Baxmayaraq ki, paytaxtın bir çox əraziləri insanların gediş-gəlişinin çoxluq təşkil etdiyi, bəzi ərazilər isə strateji baxımdan əhəmiyyətli məkanlar sayılır və bu səbəblərdən dolayı həmin ərazilərdə hansısa etiraz aksiyası, mitinq və digər etiraz tədbirlərinin keçirilməsi məqsədəuyğun hesab edilmir,  lakin buna baxmayaraq radikal siyasi düşərgəyə bir neçə ay əvvəl Bakı Şəhər İcra Hakimiyyəti qarşısında icazəli etiraz aksiyası keçirməyə icazə verildi. Bu addım öz-özlüyündə radikal siyasi düşərgənin iddia etdiyi kimi ölkədə sərbəst toplaşmaq azadlığının pozulması demək deyildi. Əksinə siyasi partiyaların, insanların, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin edilmısi anlamını verirdi. Baxmayaraq ki, radikal siyasi düşərgə əslində sərbəst toplaşmaq azadlığının nədən ibarət olduğunu belə demək mümkünsə bilmirdi. Əks təqdirdə ən son Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında icazəli şəkildə keçirilməyə icazə verilən piketə qeyri-qanuni yolla yüzlərlə adamın cəlb edilməsinə cəhd göstərilməzdi. Eyni zamanda paytaxtda ictimai asayışı pozmağa  yönəlik hərəkətlərə yol verilməzdi. Yaxud Milli Şura adlanan qurumun 28  may metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa, ölkədə gərginlik yaratmağa hesablanmış aksiyası. Demokratiya, fikirsöz azadlığı, eləcə də sərbəst toplaşmaq azadlığı anlayışından sui-istifadə edərək ölkədə gərginlik yaratmaq istəyən qüvvələri qanunun aliliyinə hörmət etməyə çağıranda, əks təqdirdə onlara qarşı müvafiq addım atılanda isə dərhal ölkədə antidemokratik mühitin mövcud olduğu, fikirsöz, ifadə, məlumat azadlığının pozulduğunu iddia edirlər. Halbuki, sadaladığımız bütün prinsiplər elə radikal siyasi düşərgə tərəfindən pozulur. Yaxud bu prinsiplərdən sui-istifadə olunur.

Diqqət edək. Ölkədə radikal siyasi düşərgəyə xidmət edən kifayət qədər media qurumu, kütləvi informasiya vasitəsi mövcuddur. Hətta həmin media qurumları içərisində radio internet televiziyalar da var. Həmin media qurum quruluşları, kütləvi informasiya vasitələrində radikal siyasi düşərgə bu düşərgəni təmsil edən siyasi partiya təşkilat rəhbərləri Azərbaycan hakimiyyəti, ayrı-ayrı məmurların ünvanına olmazın ittihamlar səsləndirir, əllərində heç bir dəlil-sübut olmadan onları nələrdəsə mühakimə edirlər. Baxmayaraq ki, kütləvi informasiya vasitələri, onların təmsilçiləri müstəqil olmalı, peşə fəaliyyətlərində siyasi mənsubiyyətlərini bir kənara qoymalıdırlar, ancaq biz bunu həmin kütləvi informasiya vasitələrinin fəaliyyətində müşahidə etmirik. Ancaq buna rəğmən Azərbaycan hökuməti dözümlülük nümayiş etdirərək onlara qarşı hər hansı təqib təzyiqlərə yol vermir, fəaliyyətlərinə əngəl yaratmır. Bu da öz növbəsində bir tərəfdən ölkədə fikir, söz, məlumat ifadə azadlığının təmin olunduğu, digər tərəfdən isə siyasi plüralizmin qorunub saxlandığını ortaya qoyur, onu təsdiq edir.

Göründüyü kimi kimin deməsindən, hansı əsassız ittiham səsləndirməsindən asılı olmayaraq Azərbaycanda fikir, söz, məlumat ifadə azadlığı tam mənada təmin olunur,  demokratik prinsiplərin başlıca göstəricilərindən sayılan siyasi plüralizmə əməl edilir. Çünki bu prinsiplərin təmin olunması, onların inkişaf etdirilməsində Azərbaycan dövləti, xüsusilə dövlət başçısı Cənab İlham Əliyev olduqca maraqlıdır. Eyni zamanda bunun üçün ortada siyasi iradə var.  Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dəfələrlə keçirdiyi bu ya digər görüşlərdə, konfrans digər mühüm toplantılarda kütləvi informasiya vasitələri, medianın müstəqil, azad olmasının vacibliyi, fikir, söz məlumat azadlığının daha da inkişaf etdirilməsinin zəruriliyi barədə söylədiyi fikirlər belə deməyə əsas verir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 12-13 dekabr. S. 15.