Uğurlu xarici siyasət kursudünya

dövlətləri ilə qurulan səmərəli əməkdaşlıq

 

XX əsrin 90-cı illərində 70 illik bir imperiyanın dağılması təkcə keçmiş SSRİ məkanında deyil, eləcə də ittifaqın yaxın qonşuları, habelə dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Sovetlərin dağılması nəticəsində keçmiş SSRİ məkanında müstəqil dövlətlərin yaranması prosesi Azərbaycandan da yan keçmədi. Azadlıq, müstəqilik mübarizəsinin fəal iştirakçılarından birinə çevrilən Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyini elan etdidünyaya müstəqil dövlət olaraq tanınmağa başladı. Lakin həmin illərdə Azərbaycanın müstəqilliyi demək olar ki, kağız üzərində idi. Azərbaycanın nə iqtisadiyyatı, nə xarici siyasəti, nə də digər istiqamətlərində bu müstəqillik hiss edilmirdi. Mütəllibov hakimiyyətinin daha çox Rusiyameyilli olması, hakimiyyətin "bəlkə də qaytardılar" ideyası ilə yaşayaraq keçmiş SSRİ-nin yenidən bərpa ediləcəyinə ümid bəsləməsi, bu üzdən heç bir sahədə müstəqil siyasətin həyata keçirilməməsi, ondan sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün Türkiyə xaric olmaqla demək olar ki, bütün dünya ölkələrinə düşmən gözündə baxması, reallaşması mümkün olmayan hədəflər müəyyən edib, absurd ideyalarla yaşaması, müstəqil dövlətin əsas prinsiplərini bir kənara qoyub xəyallar, utopiyalara üstünlük verməsi nəinki Azərbaycanın müstəqilliyinin kağız üzərində qalması, ümumiyyətlə onun bir müstəqil kimi varlığına son qoyulması kimi təhlükəli tendensiyaların meydana çıxmasına səbəb olmuşdu. Və belə bir təhlükəli tendensiya  1993-cü ilin iyun ayına qədər davam etdi. Bir qədər də dəqiqləşdirsək ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasına qədər.

 

                  Xarici siyasətdə qarşıda duran başlıca məqsəd

 

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider  Heydər Əliyev qısa müddətdə Azərbaycanı düşdüyü dərin böhran vəziyyətindən xilas etdi və ölkədə siyasi sabitlik bərqərar oldu. Qarşıda isə digər hədəflər dayanırdı ki, bu hədəflər içərisində uğurlu xarici siyasət kursu həyata keçirmək və iqtisadi inkişafa nail olmaq başlıca prioritet təşkil edirdi. Çox keçmədən ümummilli lider daxili siyasətdə olduğu kimi, beynəlxalq münasibətlərin formalaşması və xarici siyasətin müəyyənləşdirilməsində də incə, düşünülmüş və uzaqgörən tədbirlər həyata keçirməyə başladı. Artıq Çinə bayraq sancmaq, İrana müharibə etmək, Rusiya ilə düşmən olmaq kimi cəfəng fikir və ideyaları xarici siyasətdə düşünülmüş taktiki gedişlər, balanslaşdırılmış xarici siyasət kursu əvəz edirdi. Xarici siyasət sahəsində qarşıda duran başlıca məqsəd, hədəf bu idi. Demokratik inkişaf yolu seçmiş Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını həyata keçirmək, Qərb ölkələri, demokratik dünyanın formalaşdırdığı beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmaq.

Beləliklə, ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində bölgədə və dünyada Azərbaycana olan münasibəti müsbətə doğru dəyişmək mümkün oldu. Ümummilli liderin qarşıya qoyduğu və dəqiq diplomatik gedişlərlə reallaşdırdığı məqsədlərdən biri dünyanın nəhəng dövlətlərini və nüfuzlu beynəlxalq təşkilatlarını, xristian təssübkeşliyindən qaynaqlanan ermənipərəst mövqedən uzaqlaşdırmaq, iqtisadi maraqlar müstəvisində həmin təşkilat və birlikləri qarşılıqlı faydalı əməkdaşlıq  mövqeyinə dəvət etməkdən ibarət idi.

 

                   Çoxşaxəli xarici siyasət kursuonun dividentləri

 

1993-cü il, sentyabrın 24-də Azərbaycan Respublikası keçmiş SSRİ-nin varisi sayılan Müstəqil Dövlətlər Birliyinə daxil oldu. Heç şübhəsiz ki, həmin dövrdə Azərbaycanın MDB-yə daxil olması məsələsinə ölkə daxilində münasibət birmənalı deyildi. Bunun da başlıca səbəbi MDB-yə üzv ölkələrin bərabərhüquqlu əməkdaşlığının təmin edilməməsi, subyektlər arasında münaqişələrin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməməsi idi. Lakin Heydər Əliyev atılan bu  addımın regional və beynəlxalq təhlükəsizlik baxımından düzgünlüyünə, ölkəyə ciddi siyasiiqtisadi dividendlər gətirəcəyinə əmin idi.

Heydər Əliyev xarici siyasətdə yalnız MDB çərçivəsində əməkdaşlığa üstünlük vermirdi. Ümummilli lider Azərbaycanın xarici siyasətini çoxşaxəli şəkildə quraraq Rusiyakeçmiş müttəfiq respublikaları ilə yanaşı, Avropa ilə də yaxından əməkdaşlığa üstünlük verirdi. Bu sırada dünyanın və Avropanın  nüfuzlu təşkilatları ilə yaxından əməkdaşlıq etmək, ölkəmizin haqq səsini həmin təşkilatlara çatdırmaq, eləcə də Azərbaycanın bu təşkilatlarda üzvlüyünə nail olmaq qarşıda duran mühüm vəzifələrdən biri idi. Məhz həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində 1996-cı il, aprelin 22-də Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiyaqeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Saziş"i imzalandı. Sözügedən müqavilənin imzalanması Azərbaycanın xarici siyasət kursunun ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilirdi. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrin genişlənməsi, xüsusilə Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində hüquqi baza rolunu oynayırdı. 1999-cu il, iyunun 22-də qüvvəyə minən Avropa İttifaqının hazırladığı və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyirdi. İmzalanan "Tərəfdaşlıq və Əməkdaşlıq Saziş"i müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi, Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid məqsədilə bəzi struktur islahatların aparılması, ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyə, elmi-texniki və mədəni əməkdaşlıq məsələlərini nəzərdə tuturdu. Bu məsələlərin təmin edilməsi üçün Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində geniş prinsipləri müəyyənləşdirilmişdi. Hazırda Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində öz xarici siyasət prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Sözügedən qurumun regional layihələrində iştirak etməklə yanaşı Cənubi Qafqazdakı ümumi iqtisadi inkişafdakı payına görə regionda lider dövlət olan Azərbaycan təşkilatın xarici əlaqələrində mühüm yer tutur.

Azərbaycanın xarici siyasət kursunda, eləcə də Avropaya inteqrasiyada diqqət yetirdiyi məsələlərdən biriAvropa Şurası ilə əməkdaşlığa nail olmaq idi. Ümummilli lider, mərhum prezident Heydər Əliyev qısa zaman ərzində adı çəkilən qurumla ölkəmiz arasında əməkdaşlığın qurulmasına nail oldu. Məhz həyata keçirilən uğurılu xarici siyasət və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan 2001-ci il, yanvarın 17-də Avropa Şurasının tam hüquqlu üzvü oldu. Avropa Şurası ilə  əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirən Azərbaycan qurumun tamhüquqlu üzvü kimi təşkilat qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməklə yanaşı ölkəmizin haqq səsinin belə bir mötəbər kürsüdən Avropaya, dünyaya çatdırılması istiqamətində mühüm işlər gördü. Həmin dövrdə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olan İlham Əliyevin gərgin əməyi sayəsində qurum Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul etdi, Avropa Şurasının mühüm sənədlərində Azərbaycanın ərazi bütövlüyünün tanındığı öz əksini tapdı. Paralel olaraq Azərbaycan dünyanın digər nüfuzlu təşkilatları, İslam Konfransı Təşkilatı, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə də əlaqələri inkişaf etdirərək xarici siyasət sahəsində bir sıra nailiyyətlərə müvəffəq oldu.

Heydər Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı müstəvisində həyata keçirdiyi siyasətin stratejitaktiki tərəflərini dəqiq şəkildə müəyyən edərək bu təşkilatla münasibətləri həmişə diqqqət mərkəzində saxlayırdı. Məhz yürüdülən bu xəttin nəticəsində Ermənistanın və erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq Birləşmiş Millətlər Təşkilatında açılan müzakirələrdə Dağlıq Qarabağın Azərbaycana mənsubluğu "BMT və ATƏT arasında əməkdaşlıq" qətnaməsində öz əksini tapdı.

 

                 Beynəlxalq təşkilatlarla qurulan səmərəli əməkdaşlıq

 

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi diplomatiya sahəsində ölkəmizin aktivinə yeni-yeni uğurlar, nailiyyətlər yazır. Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursu ilə paralel olaraq Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə münasibətlərinin inkişaf etdirilməsi də əsas prioritet hesab edilir. Təşkilatla rəsmi Bakı arasında mövcud olan uğurlu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan 2011-ci ildə BMT Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürdü. Azərbaycan seçkilərdə əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə etdi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə oldu. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması, Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi demək idi. Beləliklə, 2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik etdi.

Paralel olaraq Azərbaycan digər beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrlə, xüsusilə də Avropa İttifaqı, qitə dövlətləri ilə də əməkdaşlığı inkişaf etdirərək xarici siyasət, diplomatiya sahəsində uğurlara imza atır. Son illərdə rəsmi Bakının bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrilməsi, həmin təşkilatlarla qurulan səmərəli əməkdaşlıq ölkəmizə xarici siyasət sahəsində müsbət dividentlər gətirməklə yanaşı, həm də haqq səsimizin həmin təşkilat və qurumlar vasitəsilə bir daha  dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan təkcə son bir neçə ay ərzində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşlərinin keçirilməsi, həmin toplantıların yekunu olaraq qəbul edilən bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyinin vurğulanması ölkəmizin xarici siyasətdə, beynəlxalq münasibətlər sistemində əldə etdiyi nailiyyətlərdən hesab edilə bilər. 

 

Süleyman İsmayılbəyli

 

Olyalar.- 2019.- 5-6 dekabr.- S.11.