İslahatlar ölkəmizin daha dinamik inkişafına xidmət edir- Şərh

 

Artıq bir xeyli müddətdir ki, ölkədə bütün sahələrdə islahatlar həyata keçirilir. Həyatımızın bütün sahələrini əhatə edən bu islahatlar ilk növbədə əhalinin sosial rifah halının yaxşılaşdırılması, ictimai-siyasi sabitliyin davamlı xarakter almasına, onun daha da möhkəmlənməsinə xidmət edir.  Bu mənada hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü və müraciəti əsasında parlamentin buraxılması da məhz bu islahatlara dəstək xarakteri daşıyır. Millət vəkili Naqif Həmzəyev deyir ki, Milli Məclisdə çoxluğu təşkil edən hakim partiyanın Siyasi Şurasının və deputatlarının V çağırış parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü dövlət başçısı İlham Əliyevin genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı kimi qəbul edildi. Onun sözlərinə görə,  YAP-ın Siyasi Şurası da bu qərarın ölkədə islahatlar kursunakadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib: "Hər kəsə məlumdur ku, dünya siyasətində öz qətiyyəti, prinsipiallığı ilə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır. Təkcə Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, az bir zaman ərzində bu islahatlar özünü doğrultdu, ölkəmizin gələcək dinamik və davamlı inkişafına, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına xidmət etdi. Belə olan halda ölkəmizin sürətli inkişafının təmin olunması üçün aparılan islahatların qanunverici hakimiyyətdə-Milli Məclisdə də gündəmə gətirilməsi labüd oldu. Yarandığı gündən öz taleyüklü qərarları, gələcəyə baxışları ilə uğurlara, ilklərə imza atan hakim partiya bu dəfə də fərqləndi. Azərbaycanın parlament tarixində ilk dəfə olaraq, Milli Məclisin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Siyasi Şurası tərəfindən təşəbbüs irəli sürüldü. Bu da parlament tarixində daha bir maraqlı yenilik oldu. Dövlətçilik ideallarının, azərbaycançılıq düşüncəsinin təbliğatçısı, müstəqilliyimizin daimiliyinin, əbədiliyininin ayıq-sayıq keşikçisi olan Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcək dinamik və davamlı inkişafına xidmət edən islahatlar fonunda qanunverici orqanda da yeniləşmənin vacibliyini gündəmə gətirdi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin islahatlar konsepsiyasına dəstəyini nümayiş etdirdi". O, bildirib ki, hər zaman cəmiyyətin inkişafına töhfələr verən hakim partiyanın üzvləri Siyasi Şuranın noyabrın 28-də keçirilən iclasında məsələni ətraflı şəkildə müzakirə etdikdən sonra, Milli Məclisin xalqın, ölkəmizin mənafeyinə, parlaq gələcəyinə xidmət edən islahatlardan kənarda qalmaması üçün Azərbaycan parlamentində də günün tələblərindən irəli gələn yeniləşməsinin, müasirləşməsinin zəruri olduğu barədə yekdil qərara qəbul etdilər: "Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov partiyanın Siyası Şurasının iclasında müzakirə olunan məsələ ilə əlaqədar mətbuata açıqlamasında xüsusi ilə vurğuladı ki, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası islahatlar konsepsiyasını dəstəkləyir, bu islahatların uğurla həyata keçirilməsinə öz töhfəsini verirbundan sonra da verəcək. Azərbaycan Parlamentinin ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində xidmətlərini danmaq olmaz. 100 illik tarixi olan parlamentin ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında əvəzsiz xidmətləri sayəsində Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlətini qurub. Ölkənin siyasi sisteminin daha da inkişafı, iqtisadi qüdrətinin artması, demokratik proseslərin dərinləşməsi ilə bağlı verilən qanunvericilik aktları, mövcud qanunların daha da təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinin milli maraqlarımıza xidmət etdiyinin təsdiqidir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin tərəqqisinə, hesablanan islahatların hakimiyyətin qanunvericilik orqanında da aparılması Azərbaycanın gələcək dinamik və davamlı inkişafını zəruri edib. Bütün sahələrdə aparılan genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı kimi qiymətləndirilən yeni parlament seçkilərinin keçirilməsi sözsüz ki, siyasi islahatların dərinləşməsinə, ölkənin inkişafına yeni töhfələr verəcək, qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək. Daha mükəmməl, səmərəli qanunlar ölkəmizin gündən-günə çiçəklənməsinə xidmət edəcək". Radikal müxalifətin seçkini boykot etmək fikirlərinə gəlincə, millət vəkili deyib ki, demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün var qüvvələri ilə səfərbər olan dağıdıçı müxalifətin arzusu ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır: "Ölkədə belə bir mühüm qərarın alındığı vaxtda sözsüz ki, müxalifətin cəfakeşləri Milli Məclis ətrafında oyunbazlıqlar edəcək, məkirli məqsədlərinə nail olmaq üçün cilddən cildə girəcəklər. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Sözsüz ki, Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşının qanunla müəyyən edilmiş qaydada millət vəkili seçilmək hüququ var. Ancaq, əvvəlcə xalqın etimadını qazanmaq lazımdır, fəaliyyətinlə xalqın rifahına, milli maraqlara sadiqliyini təsdiq etməlisən. Çətin sınaqlardan çıxan müdrik, uzaqgörən xalqımız artıq kimin kim olduğunu yaxşı bilir, dünənə kimi xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəşdirdiyi müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə, çirkin kampaniyalarına inanmır. Müxalifət dairələrinin işi həmişə olduğu kimi müxtəlif yalan, şər, böhtan dolu iddialar səsləndirməkdir".

 

Füzuli

Olaylar.- 2019.- 7-9 dekabr.- S.6.