Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir

 

Əldə olunan bütün uğurların bünövrəsi Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır

 

Müstəqil Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, hüquqi dövlətçilik, vətəndaş cəmiyyəti quruculuğu və digər istiqamətlərdə qazandığı böyük nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycan dövlətçiliyi və milli inkişaf amallarının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub. Bütün varlığı ilə müstəqil Azərbaycan dövlətçiliyinə bağlı olan Ümummilli Lider Heydər Əliyevin  taleyinə ölkəyə rəhbərlik etdiyi hər iki hakimiyyət dövründə Azərbaycan xalqı və milli dövlətçiliyimiz üçün yerinə yetirdiyi böyük tarixi missiyalar düşüb. Sözün həqiqi mənasında bu missiyanın öhdəsindən məhaərlə gələn Ülu öndər müstəqil Azərbaycan dövlətinin qurucusu kimi tarixə düşüb. Birmənalı şəkildə qeyd etmək olar ki, dinamik inkişaf edən və ildən-ilə siyasi, iqtisadi, beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev amili və Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünya miqyaslı dövlət xadimidahi siyasət korifeyi Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması nəticəsində ölkəmiz tərəqqi yoluna qədəm qoydu, suverenliyimiz əbədi və sarsılmaz xarakter aldı, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı, xalqın milli-mənəvi ruhu yüksəldi, Azərbaycanda ümumbəşəri dəyərlərə əsaslanan demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideya əsasları və strateji inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin liderlik keyfiyyətləri, fədakar və yorulmaz fəaliyyəti sayəsində ölkəmiz müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirdi. Müstəqil Azərbaycanın qurucusu kimi gördüyü misilsiz işlər Heydər Əliyevə çağdaş tariximizdə xalqımızın xilaskarı və müasir dövlətçiliyimizin banisi kimi əbədiyaşarlıq qazandırdı. Dövlət suverenliyinin əldə edilməsini Azərbaycan üçün müstəsna dərəcədə önəmli hesab edən və xalqın yüksəlişi, dünyəvi, demokratik dəyərlərə yiyələnməsi yolunda əsas amil sayan ümummilli lider bu tarixi nailiyyəti yüksək qiymətləndirirdi: "Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir".

Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik və idarəçilik təcrübəsinə malik şəxsiyyət idi. Məhz bu keyfiyyətlər onu nəhəng Sovet dövlətinin ən yüksək rəhbər vəzifələrinə qədər yüksəldə bilmişdi. Belə bir yüksək rütbəyə yüksələn ilk müsəlman-türk, azərbaycanlı olan Heydər Əliyev 1969-cu ildə müttəfiq respublikalar arasında ən geridə qalmış aqrar-xammal ölkələrindən biri olan Azərbaycana rəhbər təyin olunmasından sonra cəmi 13 il ərzində Azərbaycan SSR-i Sovet respublikaları sırasında ən sürətlə inkişaf edən və özünü tam təmin edən arqar-sənaye respublikasına çevirdi. SSRİ kimi fövqəldövlətdə yüksək məsuliyyət tələb edən elm, təhsil, mədəniyyət, nəqliyyat, maşınqayırma, dəmir yolları və digər mühüm strateji sahələrə məhz Heydər Əliyevin rəhbərlik etməsi isə bu sahələrin inkişafında əhəmiyyətli nəticələrin əldə edilməsinə səbəb oldu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin xalqın istəyi və dəstəyi ilə 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə gəlməsini onun tarixi qurtuluş missiyasının başlanğıcı oldu.

Yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər ölkədə daxili çaxnaşmanın, vətəndaş müharibəsinin, xaos və hərcmərcliyin qarşısını aldı, atəşkəsə nail oldu, xalqımızın itirilmiş inamını özünə qaytardı, ölkənin davamlı inkişafının əsasını qoydu, müstəqilliyimizi möhkəmləndirdi. Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətinin əsas qayəsini təşkil edən milli istiqlal, milli birlik, müstəqil dövlətçilik məfkurəsinə sadiq qalmaqla "Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir" prinsipinin özünün həyat və siyasi fəaliyyət kredosu olduğunu bir daha sübut etdi. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ictimai-siyasi, sosial-iqtisadi, humanitar sferada, beynəlxalq münasibətlərdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da institusional islahatlar həyata keçirildi, azad bazar iqtisadiyyatının formalaşması məqsədilə hüquqi baza yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi. Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı islahatlar nəticəsində iqtisadi hədəflər və onlara nail olunması yolları müəyyənləşdirildi, maliyyə vəziyyəti sabitləşdi, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına, investisiyaların cəlb olunmasına başlandı, xalqın həyat səviyyəsi yüksəldi.

Beləliklə, 1993-2003-cü illər müasir və müstəqil Azərbaycanın XXI - tərəqqi əsrinin "qızıl onilliyi"dövrü hesab olunur. Belə ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ümummilli lider Heydər Əliyev XXI əsrdə sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına qədəm qoyan müstəqil Azərbaycanın fonemenal iqtisadi inkişaf doktrinasını hazırladı. Onun müəyyən etdiyi mükəmməl "Yol xəritəsi" Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Ümummilli liderin bu inamı ötən müddətə tam özünü doğrultmuşdur. Heydər Əliyevin bu sözləri gerçək siyasi praktikamızda öz real əksini tapıb. Azərbaycan cəmiyyəti Ulu öndərin layiqli davamçısına səs verməklə davamlı sabitliyə, gələcək uğurlara təminat yaratdığını təsdiqlədi.

Ulu öndərin uzaqgörən dünyəvi dövlət quruculuğumilli inkişaf konsepsiyasının 2003-cü ildən yeni dövrün lideri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə hazırda Azərbaycan beynəlxalq arenada suverenmilli maraqlara əsaslanan siyasət yürüdən güclü dövlətdir, beynəlxalq və regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın mühüm enerji təminatçılarından biridir. Milli dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinin, müstəqilliyimizin əbədiliyinin, ölkəmizin hərtərəfli yüksəlişinin ən etibarlı təminatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanan hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir, yeni uğurlara imza atır. Bu il aprelin 11-də keçirilmiş prezident seçkilərində qədirbilən xalqımız bir daha özünün işıqlı gələcəyinə, yüksək sosial rifaha, sabitliyə, sülhə səs verərək, bu yoldan dönməzliyini sübut etdi. Prezident seçkilərində yenidən özünün ümummilli və əbədiyaşar liderinin siyasi kursunun ən layiqli davamçısına səs verən xalqımız milli-mənəvi və ümumbəşəri dəyərlərə sadiqliyini, milli birliyini, ən başlıcası isə öz liderinə dərin inam və etibarını bütün dünyaya nümayiş etdirdi. Cənab İlham Əliyevin prezident seçkilərində inamlı və möhtəşəm qələbəsi ulu öndərin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" müdrikliyinin, xalq-iqtidar birliyinin daha bir təntənəsinə çevrildi.

Ümummilli liderin Azərbaycanın hərtərəfli inkişafı strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələb və çağırışlarına adekvat cavab verməklə yeni çalarlarla davam etdirilməsi ölkəmizin bütün sahələrdə davamlı inkişafını təmin etməkdədir. Yeni islahatlar, innovativ yanaşmalar qazanılan nailiyyətləri günü-gündən artırır. Dövlət başçısının dediyi kimi: "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Onun səyləri, fəaliyyəti nəticəsində 1993-cü ildə Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. 2003-cü ildən isə bu siyasət davam etdirilirbugünkü Azərbaycan əslində bu siyasətin gözəl nümunəsidir".

 

Alim

Olaylar.- 2019.- 12-13 dekabr. S. 5.