Müdriklik izinə düşmüş bəşəriyyət

 

Çox maraqlı bir dövrdə yaşayırıq...Elmtexnika insanın üzünə nə vaxtsa arzu etdiyiindi artıq reallığa çevirdiyi yeni dünyaların qapılarını açır... Elmin bütün problem və təhlükələrini nəzərə alıb, gələcəyə baxarkən,içimdə yalnız bir ümid yaranır...yaxın vaxt ərzində bizlər dünyanın bəşəriyyətdən gizlətdiyi bütün sirləri aşkara çıxaracağıq.Təbii ki, elmin və təhsilin gücü ilə! Lakin bu heç də hər zaman belə olmayıb.Gələcəyə baxıb, necə inkişaf edəcəyimizi və bəşəriyyətin hansı yollardan keçib bu nöqtəyə gəldiyini bilmək üçün keçmişə baxmağımız kifayətdir. Bu günlərə necə və haradan gəldiyimizi bilməliyik,çünki insan yalnız o zaman bəzi şeyləri daha yaxşı dərk etməyə başlayır...

Bu yerdə ABŞ-ın görkəmli alimictimai xadimi olmuş Benjamin Franklinin yürütdüyü fikirlər yadıma düşür.O fikirlər ki, nəinki növbəti əsri, habelə, növbəti minilliyi belə əhatə edirdi. O,1780-ci ildə yazdığı bir yazısında dünyanın sərt qanunları qarşısında sağ qalmaq naminə,çarpışan insanların bir-birinə olan münasibətini dərin təəssüf hissilə,vəhşi bir heyvana bənzədirdi.

Franklin yazırdı:"Heç kim bilmir ki, min ildən sonra insanlığın gücü, materiya üzərindən hansı yüksəkliklərə çatacaq. Bəlkə də bizlər,nə zamansa az əmək sərf edərək, ikiqat məhsul əldə etməyə qadir olacağıq.Bəlkə də yükün daha asan daşına bilməsi üçün,insanlıq istənilən yükün ağırlığını azaldacaq,bəlkə də nə zamansa bütün xəstəliklərin o cümlədən qocalığın, qarşısını alınaraq,  müalicə olunaya hətta insan ömrü qiyamət gününə qədər uzana biləcək,kim bilir?"

Franklin bu fikirləri yazarkən kəndçilər aciz durumda yaşayır,qarınlarını ancaq doyuduzdura bilirdi...o zaman ki,yükdolu ağır-ağır yeriyən öküz arabaları bazara gəlib çıxanadək məhsul artıq zay olurdu...o zaman ki, aclıq və epidemiya adi hala çevrilmişdi və yalnız 40 yaşını haqlayan insanlar bəxtəvər insan sayıla bilərdi...(Təssəvvür edin ki, 1750-ci ildə Londonda uşaq əhalisinin heç 70 faizi 5 yaşına gəlib çata bilmirdi).

Xəstəlik və ölümdən söz açmışkən, o dövrün təbiblərindən biri olmuş avropalı Rafael Bornes yaşadığı illərdə hökm sürən mənzərini öz xatirələrində belə təsvir edirdi:"Vəziyyət çox acınacıqlı və heç də ürəkaçan deyildi. Cəhalətin içindən çıxıb, hansısa bir peşəyə yiyələnmək az qala mümkünsüz sayılırdı.Xəstəliklər isə hər yerə işıq sürətilə yayılırdı.Mənim kimi təbiblər çox çarəsiz bir vəziyyətdə qalırdı.Ölümə sürüklənən bir xəstəyə kömək belə edə bilməyəndə,öz peşəmə nifrət bəsləməyə başlayırdım. Qara tibbi çantamda yalnız iki təsiredici şey vardı:biri kəsici alət,digər isə morfi.Kəsici alətlə zədə görmüş orqanları amputasiya edirdim,morfini isə amputasiya vaxtı ağrını azaltmaq üçün istifadə edirdim.Qara çantamda olan digər şeylər isə ilan zəhəri və dələduzluqdan (və ya sehrbazlıq) başqa bir şey ola bilməzdi".

Bornesin yaşadığı dövrdə,bəşəriyyətin nə zamansa böyük mücadilə ilə, əsrlər boyu davam edən problemləri həll etməyə qadir olacağına inanmaq olduqca çətin idi.Tomas Hobbsun 1651-ci ildə öz kitabında təsvir etdiyi kimi: "Həyat olduqca iyrənc,aciz,qısa və qəddar idi".

Dahi Franklinin yürütdüyü fikirlərdən min il keçməsə də, artıq onun proqnozları qismən də olsa, yavaş-yavaş reallaşmağa doğru gedir.

Franklindən savayı de Kondorse də inanırdı ki, nə zamansa üstün zəka,elm və təhsilin gücü ilə, bəşəriyyət keçmişindən bu yana daşıdığı ağır yükdən xilas olaraq, öz qurtuluşuna qovuşacaq.De Konderse,Yeni Dünyanın koloniyaları tədricən Avropanın əsarətindən çıxıb avropalıların texnologiyasından istifadə edərək, sürətlə inkişaf edəcəyini iddia edirdi. Habelə o,bütün dünyada quldarlığın sonunun gələcəyini,kənd təsərrüfatı sahəsində məhsuldarlığın artımı və qida keyfiyyətinin yaxşılaşdırılması və ən əsası elmin sürətlə inkişafı bəşəriyyətə öz töhvələrini verəcəyindən dönə-dönə qeyd edirdi.1795-ci ildə bu proqnozlar insanlarda bir qədər gülüşmümkünsüzlük doğururdu.

Keçmişdəki bütün bu cür proqnozlara nəzər salsaq görə bilərik ki,bu 200-300 il ərzində elmin inkişafı necə bir möhtəşəm yol qət etdi və bəşəriyyət bu qaranlıq, bataqlıq və vəhşiliyin caynağından özünü qurtara bildi.Bəli, məhz elm və təhsil insanları bataqlıqdan çıxardıb, ulduzlara qalxacaq bir yola apardı...

Lakin elm bir yerdə durmağı sevmir. Alimlərin iddialarına görə, 2100-cü illərdə artıq insan heç vaxt sahib ola bilmədiyi gücə yiyələnəcək. Ələlxüsus da, biotexnoloji inqilab bizə canlı varlıqları yaratmağa imkan verərək,ömrü uzada biləcək.Nanotexnoloji inqilab isə bizə istədiyimiz obyektlərin formasını dəyişməklə yanaşı,"heç nədən" nəsə yaratmaq imkanı qazandıracaq.

Fikrimcə,elm təhsil ikitərəfli xəncərə bənzəyir. Bir tərəfi kasıblıq, nadanlıq, aclıqla mübarizə apararkən, digər tərəf insanlara qarşı yönələcək gücə sahibdir.Lakin vacib olan bu deyil, vacib olan xəncərin kimin əlində olmasıdır o əllər insana qarşımı yönələcək,yoxsa insanların yaratdığı problemlərəmi, demək bəzən çətin olur...Eynşteynin dediyi kimi, elm bir problemi həll edərkən,digər, daha ciddi qlobal problemlərə yol açır.

Eynşteyn çox haqlı idi.Birinci İkinci Dünya müharibəsi illəri ərzində insanlıq elmin onlara qarşı yönələn vəhşiliklərin önündə çarəsiz qalaraq, onun qurbanı oldu.Tarixdən ya gördüyümüz filmlərdən zəhərləyici öldürücü qazlar,pulemyotlar,şəhərlərin bombardman edilib viran qoyulması,Xirosima Naqasakinin atom bombası ilə yerlə-yeksan edilməsini yada salmağımız kifayətdir.XX əsrin ilk yarısı insanlığın ibtidai icma quruluşunun vəhşiliyinə bənzər sarsıdıcı qəddarlığına şahidlik etdi.

Lakin digər tərəfdən, elm insanlara viran olmuş şəhərləri yenidən qurmağı, sülhə tərəqqini artıq zəmanəyə uyğun olaraq öyrətməyi bacardı.Elm təhsilin əsl üzü,insanların imkanlarını genişləndirərək onlara güc verir,seçim etmək imkanı qazandırır.Bir tərəfdən elm, bəşəriyyətə yaradıcılığı,kreativliyi,səbri öyrədir,digər tərəfdən onun mənfi cəhətlərini ikiqat artırır.

Düşünürəm ki, insanı inkişafa yalnız iki şey aparır.Çarəsizlik insan xislətinə xas olan heç bir şeyə qane olmayan xüsusiyyət.Təsadüfi deyil ki, elmin inkişafının ən pik nöqtəsi məhz Birinci İkinci Dünya müharibəsində müşahidə edilib.

Zənnimcə, bu iki həledici tarixi hadisələr yaşanmasaydı,bu cür möhtəşəm inkişaf yolundan keçib bu günlərə,bu şəkildə gəlib çıxa bilməzdik.Həyatın oyununa bax-barmaq qədər az sayılacaq insanlar milyonlarla insanın taleyini dəyişir, milyonlarla qurban verərək, özü bilmədən bəşəriyyəti elmin gücü ilə xilas edir.Çox zaman bəşəriyyətin xilası insanların marağında deyil.Onları məyus edən milyonlarla insanın bu savaşda qurban olmasıdır.Lakin unutmayaq ki, böyük bir inkişaf,uğur,yenilik mütləq böyük qurban tələb edir.

Elə daha öncə qeyd etdiyim kimi, zamansa insan xəstəlikləri önündə aciz qalan tibb sahəsi məhz Birinci İkinci Dünya müharibələri illərində bir elm kimi öz inkişaf yolunu tapdı, öz relsinə düşə bildi.Ümumiyətlə,tibbin əsas inkişaf tumurcuqları XVIII əsrin ortalarından cücərməyə başlamışdı.

XIX əsrin tibb elminin tarixində vacib rolu olan Pasteur, xüsusilə xəstəliklər haqqındakı mikrob nəzəriyyəsi təkamül nəzəriyyəsinə qəti qarşı çıxmağı ilə məşhurdur. Apardığı tədqiqatlar onu bakteriyaları daha da dərindən araşdırmağa yönəltdi.Pasteur bu sahədəki tədqiqatları nəticəsində quduzluq, difteriya və digər xəstəliklərlə mübarizə üçün ən əhəmiyyətli yol olan peyvənd üsulunu təkmilləşdirdi, sterilizə etmə əməliyyatlarının üsulunu kəşf etdi.

Yəni, mikrob nəzəriyyəsi yaranandan sonra, insanlarda gigiyena haqqında bir anlayış formalaşdı və artıq bu nəzəriyyənin köməkliyi ilə insan ömrü təqribən 10-15 il uzandı.Məsələn, ABŞ-da 1900-cü ilin statistikasında ortalama insan ömrü gözlənildiyi kimi 49 ilə kimi qalxa bilmişdi.

Buradan Pasteur haqqında kiçik bir haşiyə çıxaraq,bəzi faktlara toxunmaq istəyirəm.

Çox güclü inanclı olan Pasteur, yaşadığı dövrdə Darvinin təkamül nəzəriyyəsinə qarşı çıxdığı üçün bir çox fikri hücuma məruz qaldı.Elm ilə din arasındakı uyğunluğu müdafiə edən Pasteurun bu mövzuda söylədikləri çox məşhurdur. Bu sözlərdən bəziləri belədir:

"Təbiəti nə qədər çox araşdırsam Yaradanın əsərləri qarşısında inancım bir o qədər çox artır. Elm insanı Allaha aparar. Bir mikrobun varlığı belə iman etmək üçün kifayətdir."

Daha sonra,Avropada,Birinci Dünya Müharibəsi illərində, döyüş meydanında minlərlə əsgərin həlak olması əsl tibb elminin yaranmasına,öz effektini göstərən eksperimentlərin aparılmasına və daha sonra bu eksperimentlərin dərgilərdə çap olunmasına zəruriyyət yaratdı.Artıq avropalı krallar dəhşət içində gündə bir ən ağıllı təbəəsinin ölümünü izləməkdən yorulub,həkimlərdən sehrbazlıq yox, real nəticə tələb edirdilər.Həkimlər də artıq öz sitayişkarlarının gözündə yaxşı görünüb,adlarına şöhrət qazandırmaq üçün,sanballı dərgilərə elmi məqalə hazırlamaq həvəsinə düşdülər.Bununla da antibiotik və vaksinlərin inkişafı üçün platforma hazırlanaraq, insan ömrü 70-dən yuxarı qaldırıldı.Daha sonra DNT strukturunun icad olunması və ya canlıların klonlaşdırılması (düzdür, insan klonlaşdırılması hələki olunmasa da artıq elm buna doğru gedir) tibb elminin tarixinə yazılmış ən müdhiş səhifələridir.

Müdriklik gələcəyin açarıdır

Beləliklə,elm xəncərini düzgün istiqamətə yönləndirmək üçün, insanların müdriklik qazanmağı çox vacibdir.İmmanuel Kantın dediyi kimi, elm düzgün öyrənilmiş bilikdi,müdriklik isə düzgün öyrənilmiş həyatdır.Zənnimcə elə, müdriklik yaşanılmış həyatın düzgün analiz edilməsi və bu analiz nəticəsində insanın özünə faydalı ola biləcək ən uyğun hədəf və prinsipləri seçə bilməsidir.İndiki dövrdə, insanlar, ələlxüsus da gənclər onlara lazım olacaq bilikləri tez qavrayır,lakin təəssüf ki, çox zaman müdrik ola bilmir.Biliklə və ya informasiya ilə müqayisədə,müdrikliyi sosial şəbəkələr üzərindən yaymaq olmur.Müdriklik olmadan, daima məqsədimiz olmadan hərəkət edib,içimizdəki boşluğu hər an hiss edəcəyik.

Müdrikliyimiz olmadan anlaya bilmərik ki, günümüzdə demokratiyanın təminatı internet deyil və nə zamansa bağlı qapı arxasında müzakirə olunan məsələlər indi sosial şəbəkələrdə müzakirə olunmamalıdır.Müdrikliyimiz olmadan biz hər an sosial şəbəkələrdə müəyyən qüvvələr tərəfindən qızışdırılıb,özümüz özümüzə demokratiya carçısı adını verib,bilmədən hər yeri terror alətinə öz əlimizlə çevirə bilərik.Çoxsəsli mübahisədən hər zaman həqiqət doğur.Lakin insanların bu həqiqəti düzgün görə bilməsini təmin edə bilməyin yeganə yolu-təhsildir.Çox zaman təhsilli insan, texnologiyanın həm özünə,həm də digər insanlara zərər vermədən,əksinə faydalarından istifadə etmək iqtidarındadır.

 

Unutmayaq ki,insan ta yaradılışdan bəri öz üzərində müəyyən edilmiş bir missiya daşıyır.Təbii ki,hər kəs alim ola bilməz,müdrik ola bilməz,amma hər kəsin insanlığa insanlıq naminə bir faydası olsa bu istər elmin, istərsə də bəşəriyyətin inkişafı deməkdir.Sadəcə zərrə qədər də olsa faydalı olmağımız yetər...Təəssüf ki,insanların çoxu lazımsız fikirlərlə beynini məşğul etdiyi üçün,gələcəkdə bizim qapımızı nə cür qlobal problemlərin döyəcəyinin fərqinə belə varmırıq.Artıq bizləri qlobal istiləşmə proseslərinin qarşısı necə alınmalı,köhnəlməyə doğru gedən və sıradan çıxan təhsil sistemini gələcək standartlara uyğun necə dəyişməli,gənc nəsli gələcəkdəki əmək bazarına necə hazırlanmalı və s.kimi suallar narahat edib, həlli yolu üçün hərəkətə gətirməlidir.Hərəkətə keçməsək ən pis halda bəşəriyyət üçüncü,dördüncü dünya müharibələrilə üz-üzə qalacaq.Sual yaranır...Bəşəriyyət elmin inkişafı naminə növbəti dəfə bu yükü qaldıra biləcəkmi? Ümid edirəm ki, XXI əsrin insanları bu dəfə gecikmədən elmin qılıncını böyük həssaslıq və müdrikliklə öz əlində tutub,düzgün yönə istifadə edə biləcək.

 

 

Aysel Oğuz

 "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 

Olaylar.- 2019.- 12-13 dekabr. S. 11.