SEVAN
KİLSƏSİNİ QIPCAQLAR TİKİB
Ermənilərin
iddialarına görə Sevan gölünün adı erməni
dilindəki sev, yəni qara sözündən törəmişdir.
Guya tünd göy rəngdə olduğu üçün
onlar gölə Sevan deyiblər.
Əslində isə
Sevan və Suvan qədim Qıpçaq nəsilləridir. Onlar
qonşularımızın iddia etdikləri kimi Cənubi
Qafqaza XI əsrdə gəlməyiblər. Sevan və Suvan
çox qədim türk etnosları olub, Ön Asiyada və
Misirdə arxaik mədəniyyət yaratmış, sonra
Albaniya ilə İberiyanın arasına çəkilmişlər.
Sevanlar qədim yazılı mətnlərdə sevan, sepan, sevaçi adlandırılır (Армения и Рим 1843.s.315). Yəhudi tarixçisi İosif Flavi (I əsr) yazır ki, sebaçilər Kam mənşəli Kuş övladlarıdır (İосиф Флавий. İудейские древности. Ш№-52390.s.26, 27).
Kam mənşəli Kuş övladları e.ö. 33-cü – e.ö. 28-ci əsrlərdə Misirin ən qədim mədəniyyətini yaradanlardır. Köhnə nəsil yevrey alimlərinin gəldiyi nəticəyə görə onların dili Fin və Türk dillərinə qohum olmuşdur (Трачевский 1889.s.44; Хаханов 1897.s.2,4).
Sevanlar və
suvanlar Misirdən qovulandan sonra iki qola ayrıldılar.
Onların bir hissəsi Makedoniyada Sebaçi şəhərini
saldı (Историягереческийлитатуры 1824.s.203), bir hissəsi Albaniya ilə Sunik arasında məskun
oldu.
Ön
Asiyadan Qafqaza gələn sevanlar gölün ortasındakı
adada o zaman üçün alınmaz olan Sevan qalasını
inşa etdilər. Sonralar xristianlıq dövründə
qaladakı məbədin bünövrəsi üzərində
Sevan kilsəsi tikildi.
Musa
Xorenli (VII əsr) yazır ki, Sevan gölün içində
qaladır (Хоренский
1893.s.293). Qalanın əhalisi İslamiyyətin ilk illərinə
qədər xristian idi.
Ərəblər
Bizans torpaqlarına daxil olanda onlar yunan keşişlərini
ölkədən qovdular. Cübbələrini əyinlərindən
çıxartdılar. Sinələrindəki xaçları
gölə atdılar. Yenidən əski türk adəti ilə
samur dərisindən kürk geyindilər, başlarına qurd
dərisindən papaq qoydular (Albaniya tarixi 1993.s.190).
Sevanlar və
suvanlar ərəblərə də tabe olmaq istəmirdilər.
Kerop Patkanov o zamankı kilsə salnamələrinə istinadən
yazır:
- Məhəmməd
ibn-Mərvan 720-ci ildə yunanların və ermənillərin
üzərinə gedərkən dörd tərəfdən su
ilə əhatə olunmuş Sevan qalasını tutdu,
qalanın əhalisini qılıncdan keçirdi (Albaniya tarixi
1993.s.190; Шопен
1852.s.296).
Sevan
mahalının ölümdən xilas olan ailələri
İberiyanın meşələrinə, dağlarına
çəkildilər. Bir hissəsi xristian olaraq qaldı. Bir
hissəsi isə İslam dinini qəbul etdi. Sevanların
müsəlman qanadı nisbətən düzənlik ərazilərə
köçdü. Onların saldıqları kəndlər
orta əsr mənbələrində Sevənli adlanır.
Sevan nəslinin
xristian qanadından Sevanlı I Sarqis (992-1019) və Sevanlı
III Stepannos (969-971) adlı yepiskoplar
çıxmışdır (Орманян 1913.s.49, 50, 127).
I
Dünya müharibəsi ərəfəsində İstanbul
arxiyepiskopu olan Malaxiya Ormanyan yazır ki, onlar öz nəsillərinin
patriarxları idilər və erməni kilsəsinə tabe
deyildilər.
Öncə
yazdığımız kimi Sevan və Suvan qıpçaq boylarıdır.
V.V.Radlov XIX əsrin sonlarında Sibirə gedərkən
onların İli çayı boyundakı qırğızlar
arasında yaşadıqlarını görmüşdü (Радлов 1989.s.514).
Çokan
Valixanov yazır ki, sevanlar və suvanlar qazaxlar arasında da
yaşayırdılar (ЧоканВалиханов 1984.s.274; Коков, Шахмурзаев 1970.s.26).
Suvanların
bir qolu Xəzər dənizinin cənub-qərbində yurd
salmışdır. İndi onları Zuvand adlandırırlar.
Onların dili İran dillərinin təsirinə uğrasa da,
indiyədək öz etnik cizgiləri ilə seçilirdilər.
Akademik
Marr yazır ki, köçəri Zuvan camaatı Muğanda
yaşayır. Onlar öz adət-ənənələri ilə
oturaq əhalidən fərqlənilər. Meşələrdə
yaşayan oturaq əhali İran dilli, Muğanda yaşayan
köçəri əhali Turan dillidir. Oturaq əhali
düyü xörəklərini çox sevir, köçəri
camaat qoyun əti yeyir. Onlar pələngə türkcə bars
deyirlər (Марр
1922.s.22).
Son 70 ildə
yazılan ensiklopediyalara inansaq, Sevan erməni, Göyçə
türk sözüdür. Sevan gölünün türk mənşəyini
sübuta yetirmək üçün istinad olunan mənbələr
bəs edir. Göyçə hölünün qədim
adı isə Göyçay olmuşdur.
Göyçə
mahalı erməni salnamələrində Gökçayk,
Kür mahalı Korçayk adlandırılır (ФавстосБузанд 1953.s.122; Шопен 1866.s.501). Gökçayk
göyçaylı, göylərdən gələn müqəddəs
sulara tapınan etnos deməkdir, -k son qrabar və aşxarabar
dillərində çoxluq, etnik mənsubluq anlamı yaradan
şəkilçidir (Хоренский 1893.s.270, Kerop Patkanovun izahı; РозалияШор 1931.s.232).
Maraqlıdır
ki, ermənilərin Gökçayk, Karaçayk
adlandırdıqları mahalları yerli əhali Göksu,
Karasu adlandırdı. Övliya Çələbi
Naxçıvandan ötərək Təbrizə gedərkən
bölgənin əhalisinin gölü və sahilindəki kəndi
Göksu adlandırdığını eşitmişdi (ЭвлияЧелеби 1983.s.161).
M.X.Abeğyan
yazır ki, XII əsrdə Əlincə qalası
yaxınlığında Çayk adlı qəsəbə
var idi (Абегян
1975.s.458). Çayk şəhər və kənd
adlarının kökündəki çay sözünü
kor olan gözlər ilə də görmək
mümkündür.
Çünki
ermənilər tarixi saxtalaşdırmaqda yunanlarla çinlilər
kimi dərin dərrakə sahibi deyillər. Onlar ya sözlərin
sonuna -k, -atsi, -vatsi şəkilçilərini artırır,
ya da adların ilk hecasındakı saiti yeyirlər. Nəticədə
Karaçay nəslinin adı Xraçey, Dirili Qurbaninin kəndinin
adı Dri olur.
Yunanlar
e.ö. III əsrdə Misiri tutanda Bulaq şəhərinin
adını Panapolis, Apsu məbədinin adını Xemmis elədilər.
Gəl, bu adların ilkin variantını tap görüm, necə
tapırsan?
Gökçay
kimi Karaçay da Ön Asiyanın qədim elitar nəsillərindən
biridir. Ermənilər onların adını Xraçey, daha
sonra Xraçya formasında yazdılar (Хоренский 1893.s.36, 231; Шопен 1852.s.101, 102).
Qıpçaqların
Azıx nəslindən olan “erməni” tarixçisi Asoğik
yazır ki, Xraçey H`Ayın sonrakı övladlarından
olub, e.ö. 700-cü ildə hakimiyyətə gəlmişdir
(Асохик 1864.s.245).
H`Ay, əslində Ay nəslindən olan karaçaylar Babil
ordusu İudeyanı tutanda - e.ö. 720-ci ildə güclənib,
Ay tayfa ittifaqına başçılıq edirdilər.
Musa
Xorenli yazır:
- Babil
çarı Novoxodonosor İudeyanı tutub, yəhudiləri əsir
etdi. Xraçey onların Smbat övladları adlanan bir nəslini
pul ilə satın alıb, öz kəndlərində yerləşdirdi
(Шопен 1852.s.102).
Smbat
Sumbat adının erməni formasıdır. Sumbat
övladları yəhudi qanunlarından üz döndərib,
xristian oldular və 387-ci ildən sonra tədricən erməniləşdilər.
Sumbat nəslinin patriarxlarından biri Səhl ibn-Sumbat idi. O həmin
Sumbatdır ki, Babəki ərəblərə
satmışdır.
Karaçayların
xristian nəsilləri ermənilər və yunanlar arasında
əriyib itdilər. Müsəlman nəsilləri isə iki
yerə bölünüb, bir hissəsi Şimali Qafqazda, bir
hissəsi Cənubi Azərbaycanda yurd saldı.
Sənan
Azər 1942-ci ildə Ankarada nəşr olunan “İran
türkləri” kitabında yazır ki, qaraçaylar Cənubi
Azərbaycanda yaşayan türk tayfalarından biridir (Sanan Azer
1942.s.12). Vaxtilə Cavanşir qəzasında Uluxan
Qaraçaylı kəndinin olması (СписокнаселеппыхместАзерб-на 1922.s.34) göstərir ki,
qaraçayların bir oymağı Qarabağda yurd
salmışdır.
Musa
Kaqankatuklu yazır ki, 488-ci ildə keçirilən Albaniya
kilsə məclisində Göyçay keşişi
iştirak etdi və öz qəbiləsi adından kilsənin
qanunnaməsini imzaladı (Albaniya tarixi 1993.s.72). Öz qəbiləsi
adından o deməkdir ki, Göyçay yalnız
keşişin şəhərinin adı deyil, həm də qəbiləsinin
adıdır.
Göyçay
qəbiləsi V əsrdə indiki Göyçay rayonunda yox,
Göyçə gölü vadisində yaşayırdı.
Göyçay nəsilləri yalnız Azərbaycanda deyil,
Türkiyədə və Türkmənistanda da
yaşayırdılar. Onlar X-XV əsr gürcü mənbələrində
bəzən Gökçaylu, bəzən Gökçalu
adlandırılırlar. Çar VI Vaxtanqın oğlu
Vaxuşti yazır ki, Gökçalu tatar tayfasıdır (Вахушти 1976.s.317).
1721-ci ildə
Osmanlı ordusu baş qərargahının tərtib etdiyi “Dəftəri-müfəssəli-Tiflis”də
yazılıb ki, Göyçəlü Gürcüstanda
yaşayan tərəkəmə türk oymağıdır.
Atabəy
Özbəyin (XII əsr) Həmədan valisi Nurəddin
Göyçə bəylərindən biri idi. Göyçəlilər
Musa bəyin başçılığı altında
1406-cı ildə Teymurilərlə, 1410-cu ildə Cəlairlərlə
vuruşmuşdular. Onların bir oymağıda XVI əsrdə
Suriyadakı Çuxur obada yaşayırdı (Faruk Sümər
1992.s.185, 249, 336).
Göyçəlilər
Səfəvilər dövlətinin qüdrətli
çağlarında Şah İsmayılın tərəfində
idilər. Onların patriarxlarından biri Göyçə
Sultan II İsmayılın lələsi idi.
Azərbaycan
dilçilərinin ümumiləşmiş düşüncəsinə
görə Sevan erməni, Göyçə Azərbaycan
sözüdür. Əslində isə nə Sevanın ermənilərə
bir aidiyyatı var, nə Göyçənin.
Ermənilərlə
gürcülər mənbələrin astarını
üzünə çevirərək Sevənli mahalını
Sevank, Qaraçay nəslini Xraçey, Agsu şəhərini
Tetraskali adlandırırlar. Almaz dağına Armazi, Kərəm
qalasına Qremi deyirlər.
Biz isə
dəyərsiz mövzularda dissertasiyalar yazırıq.
AMEA-nın üzvü, müxbir üzvü seçilirik.
Paşinyanın Sevan kilsəsinə, Zurabişvilinin David
Qaraca monastırına iddialarını anlayışla
qarşılayırıq.
İlhami Cəfərsoy
Filologiya elmləri doktoru.
Qədim dillər və mədəniyyətlər
şöbəsinin müdiri.
Olaylar.- 2019.- 17-18 dekabr.- S.10.