Nəsimi irsini dünyaya təqdim edə bildikmi?

 

Vaqif Abdullayev: "Mehriban  Əliyeva "Nəsimi ili"ni klassik sənətin və müasirliyin harmoniyasını yaradan formada cəmiyyətə təqdim etdi"

 

Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 2019-cu il "Nəsimi ili" kimi qeyd edilir. Sərəncamda qeyd olunub ki,  Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlàmətdàr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılıb. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görüb. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilibonun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılıb, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılıb. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib. Qeyd edək ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

"Nəsimi ili"nin başa çatmasına sayılı günlər qalır. Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər Nəsimi poeziyası, zəngin irsi, böyük mütəfəkkirin fəlsəfi ideyalarının geniş təşviqi baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Maraqlıdır, Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar keçirilən keçirilən tədbirləri yetərli hesab etmək olarmı?  YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, "Nəsimi ili"nə verilən ən böyük töhfələrdən biri Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşən bu tədbirlər dahi Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi təbliği, onun fikir düşüncələrinin müasirlikdə əksini izləmək baxımından olduqca zəngin ictimai təqdimatdır: "Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinə böyük məhəbbət xüsusi qayğı Mehriban Əliyevanın fəaliyyətində mühüm yer tutur. Mehriban xanım 2019-cu ildə Böyük söz ustadının dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi mədəni irsinin tanıdılması məqsədilə geniş əhatəli proqram xarakterli tədbirlər həyata keçirib. Mehriban xanım Əliyeva "Nəsimi ili"ni tamam başqa tərzdə, klassik sənətin müasirliyin harmoniyasını yaradan baxımlı formada cəmiyyətə təqdim etdi. Dahi mütəfəkkirin anadan olmasının 650 illiyinə həsr olunan çoxsaylı layihələr dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları Nəsimi ideyası ətrafında vahid platformada bir araya gətirdi. Mehriban Əliyevanın ideyası olan Nəsimi festivalının Bakıda ən yüksək formatda bənzərsiz orijinal üslubda keçirilməsi "Nəsimi ili"nə rəngarənglik gətirdi. Oktyabrda Heydər Əliyev Mərkəzində təşkil olunan II Nəsimi-şeir, incəsənət mənəviyyat Festivalı dahi sənətkarın zəngin irsinin təşviqində mühüm rol oynadı. Bu layihə İmadəddin Nəsiminin şeir dünyasının ümumbəşəriliyi, şairin müasir dövrlə səsləşən ruhunu nümayiş etdirdi". Onun sözlərinə görə, Heydər Əliyev Fondunun birbaşa dəsətyi ilə "Nəsimi ili" təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində yüksək səviyyədə qeyd olundu, müxtəlif tədbirlər, konsert proqramları keçirildi, böyük şairin şeirləri digər dillərə tərcümə olunaraq kitabları çap edildi: "Müxtəlif ölkələrdə, Hindistan, Macarıstan, Rusiya, İsrail, Finlandiya, Serbiya digər ölkələrdə Nəsimi irsinin geniş təşviqinə həsr olunmuş layihələr ustad sənətkara olan dərin ehtiramın nümunəsi olmaqla yanaşı, Azərbaycanın zəngin ədəbi xəzinəsinin dünyaya təqdim edilməsində əvəzsiz rol oynamaqdadır. Okeanın o tayında - Amerikada "Nəsimi ili"nin yüksək coşğu ilə qeyd olunması isə Azərbaycanın söz xəzinəsinin qlobal təqdimatında müstəsna əhəmiyyət daşıdı. Bu tədbirlər bir daha Azərbaycanın Birinci xanımının Azərbaycan mədəniyyəti, incəsənəti ədəbiyyatının dünyaya tanıdılmasında yorulmaz fəaliyyətinin nümunəsidir. "Nəsimi ili"nə verilən ən böyük töhfələrdən biri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə arazisində bir gün ərzində 650.000 ağacın əkilməsi oldu. Bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyətin nümayəndələrinin, xüsusilə gənclərin könüllülərin qoşulması aksiyanın ictimai əhəmiyyətini daha da artırdı. Mütəfəkkir şairin yaradıcılığında insan təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir".

 

Nurlan

 

Olaylar.- 2019.- 19-20 dekabr.- S.6.