Söz və məlumat azadlığı Azərbaycanın

demokratik nailiyyətlərinin tərkib hissəsidir

 

Azad söz, fikir və məlumat azadlığı, plüralizmin təmin olunması da demokratik ənənələrdən sayıldığından ölkəmizdə bütün sahələrdə olduğu kimi bu sahədə də zaman-zaman məqsədyönlü tədbirlər həyata keçirilir, mətbuatın azad, müstəqil şəkildə fəaliyyəti üçün münbit şərait yaradılır.  KİV-lərin azad, müstəqil fəaliyyəti üçün ölkədə yaradılan münbit şərait birmənalı olaraq yüksək qiymətləndirilir. Azərbaycan demokratik cəmiyyətin bir parçası kimi bu ənənələrin inkişaf etdirilməsi, onun bərqərar olmasını hər zaman diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atıb. Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir.

Sivilizasiyaların bir-birini əvəz etdiyi, informasiya cəmiyyətinin təşəkkül tapdığı, jurnalistikanın sərhəd tanımadığı müasir dövrdə insan azadlığı problemi xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Bunlar informasiya sahəsində azadlıq probleminin öyrənilməsində yeni yanaşmanın formalaşmasına təkan verən amillərdəndir. İnformasiya daşıyıcısı və yayıcısı kimi kütləvi informasiya vasitələrinin azadlığı əsl demokratik vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ölkəmizdə söz azadlığının təmin olunmasını üçün geniş imkanlar yaradılıb.  Azərbaycanda KİV-in fəaliyyətini təmin edən qanunvericilik aktları Avropa Şurasının ekspertləri tərəfindən müsbət qiymətləndirilib. Mütəxəssislər hesab edirlər ki, demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.  Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Bu mənada, dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Şübhəsiz ki, mətbuatımızın inkişafı, bu sahədəki uğurlar göz önündədir.

Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti Azərbaycan jurnalistikasını formalaşdırmaqla yanaşı maarifçiliyin təbliğinə xidmət edirdi. Postsovet məkanında totalitar rejimdən çıxmış ölkələrdən ilk dəfə Azərbaycanda jurnalistika sahəsində qanunvericilik çox sürətlə beynəlxalq təcrübəyə uyğunlaşdırıldı. Media üzərində nəzarət funksiyasını həyata keçirən senzura, eləcə də mətbuat və informasiya nazirliyi ləğv olundu. Azərbaycanda dövlət səviyyəsində mediaya dəstək konsepsiyası qəbul olundu. Mətbuat Şurası və Milli Teleradio Şurasının yaranması və qanunvericiliyin təkmilləşməsi ilə Azərbaycan modern media məkanın tərkib hissəsinə çevrildi. Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. Məhz bütün bu faktorlar bugünkü Azərbaycan mediasının formalaşmasını şərtləndirmişdir. Bugün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir.

Millətin maariflənməsi, yeni təfəkkürün formalaşması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından bu gün Azərbaycan mediası böyük məsafə qət edib. Hazırda hər kəs öz fikrini azad şəkildə ifadə edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada ölkə vətəndaşlarının söz və fikir azadlıqları təsbit olunub. Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Azərbaycanda senzura aradan qaldırılıb. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni qanunu qəbul edilib. Liberal mahiyyət daşıyan bu qanun KİV sahəsindəki fəaliyyətin hər bir şəxs üçün ələçatımlılığını təmin etməklə yanaşı, həm də cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsinə, ümumən demokratik cəmiyyət quruculuğu prosesinin sürətlənməsinə yönəlib. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə media üzərində dövlət nəzarətinə tamamilə son qoyuldu ki, bu da azad medianın inkişafına təkan vermiş oldu. Medianın azad olması ilə yanaşı onun iqtisadi sıxıntılardan qurtulması da əsas şərtlərdən biri idi. Prezident İlham Əliyev Heydər Əliyev zamanında əsası qoyulmuş mediaya dövlət qayğısı siyasətini sistemləşdirib, onun qanunvericilik bazasını formalaşdırıb. Ümummilli Lider ölkəmizdə söz azadlığının təmin olunmasını, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasını daim diqqətdə saxlayaraq jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaradıb. Dahi şəxsiyyətin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi böyük diqqət və qayğısı nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.

Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Demokratik ölkə kimi fikir, söz və məlumat azadlığının təminatı dövlətimizin başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu açıq-aşkardır. Onun rəhbərliyi dövründə Azərbaycan bu sahədə böyük və uğurlu yol keçmişdir. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərməsi, dünyada və ölkəmizdə gedən bütün prosesləri sərbəst şəkildə izlənilməsini təmin edən senzurasız və azad internetin mövcud olması həmin azadlıqların təmin olunmasının bəhrəsidir. Bütün bu təminatlara əlbəttə ki, müvafiq qanunvericilik aktları qəbul edilməklə hüquqi dəstək verilmişdir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda mətbuata öz öhdələrinə düşən vəzifələri yerinə yetirmək üçün hər bir şərait yaradılmışdır. Bu gün hər hansı bir mətbuat orqanı ölkəmizin hər hansı bir sahəsi ilə əlaqədar cavabdeh dövlət orqanlarının fəaliyyətini heç bir maneə ilə rastlaşmadan araşdırır, təhlil edir, mövcud vəziyyəti göstərir.

Dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən KİV-lərə dövlət dəstəyi göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunu yaradılması haqqında Fərmanın, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, orden, medal və fəxri ad kimi müxtəlif dövlət  təltiflərinin verilməsi haqqında sərəncamların imzalanmasını göstərə bilərik. İstər ümummilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı Cənab İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğı, kütləvi informasiya vasitələrinin normal fəaliyyəti üçün yaradılan şərait deyilənlərin əyani sübutu, təsdiqidir. Bu gün qətiyyətlə və heç bir mübaliğə olmadan deyə bilərik ki, Azərbaycanda söz, fikir, ifadə, məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin olunur, qorunur. Məhz bu müsbət tendensiyaya görədir ki, günümüzdə Azərbaycan söz və ifadə azadlığının ən yüksək səviyədə təmin olunduğu ölkələrdən biri, bəlkdə birincisi olaraq əksər ölkələrə, xüsusilə region dövlətlərinəı nümunə olaraq göstərilir. Əldə edilmiş bu müsbət tendensiya istər bu, istərsə də digər sahələrin tanınmış ictimai xadimləri tərəfindən müsbət qiymətləndirilir.  Bütün bunlar mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunələrindəndir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 19-20 dekabr.- S.15.